Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə133/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   129   130   131   132   133   134   135   136   ...   139

___________________________________________________452 

166.  Şimali   Kipr   Cümhuriyyəti   -   1974-cü   ildə      Yunanıstanda  

hakimiyyətə  gəlmiş  hərbi xunta Kiprin yunan irticaçıları ilə birlikdə Kipri 

Yunanıstana birləşdirmək məqsədilə ölkədə  hərbi çevriliş etdilər və prezident 

Makariosu hakimiyyətdən uzaqlaşdırdılar. Bundan narahat olan Türkiyə Respublikası 

Kiprin türk icmasını müdafiə etmək məqsədilə oraya hərbi qüvvələr yeritdi və türk 

icması yaşayan  ərazini yunan irticaçılarından təmizlədi. 1975-ci ildə Türkiyə-Kipr 

administrasiyası bu ərazidə federativ türk dövləti - Kipr Respublikasını elan etdilər. 

1983-cü ildə bu dövlətin qanunverici orqanı Şimali Kipr Türk dövləti (ŞKTR) - Kıbrıs 

elan etdi. -241, 255, 256, 271. 

 

167. Rauf Denktaş   (d.1924) - hüquqşünas, dövlət xadimi. İkinci dünya 

müharibəsindən sonra London universitetində hüquq fakültəsini bitirmiş  və Kiprə 

qayıtmışdır. Gündəlik hadisələr və senaratist EOKA təşkilatı  tərəfdarlarının Kiprin 

Yunanıstana birləşdirilməsi çağırışları Kipr türklərinin səbr kasasını doldurdu və 

ingilis qubernatoruna protest məktubunu yazmağa vadar etdi. - 

Yunanların mürtəce siyasətini Qərb dövlətləri də müdafiə edirdi. Məhz buna görə 

uzun müddət Türkiyədə yaşayan Denktaş 1963-cü il (o Kiprdə non-qrat elan 

edilmişdi) hadisələri zamanı gizlin Kiprə qayıtdı. Kipr türklərinin xahişi ilə türk 

ordusu 1974-cü ildə Kiprə girdi, Şimali Kipr Türk dövləti yaradıldı. Bundan sonra 

Denktaş Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçildi. - 241, 255, 256, 271. 



 

168. Böyük  Millət Məclisi (BMM) - Türkiyənin ali qanunverici orqanı. 

Parlament 1920-ci il aprelin 23-də yaradılmışdır. BMM-nin ilk sədri M.K.Atatürk 

olmuşdur. BMM iki palatadan ibarətdir: Senat (yuxarı palata) və Milli palata. BMM 

məclis üzvlərindən respublika prezidentini seçir. - 244. 



 

169. «Soyuq müharibə» - keçmiş SSRİ və müttəfiqləri, digər tərəfdən isə ABŞ 

və onun müttəfiqləri arasında olan hərbi-siyasi konfrantasiya. «Soyuq müharibə» 

İkinci dünya müharibəsindən sonra yaranmış və ona 90-cı illərin əvvəlinə qədər SSRİ-

də  və digər sosialist ölkələrində siyasi və sosial dəyişikliklər nəticəsində son 

qoyulmuşdur. - 245, 294, 322 

 

170. Mustafa Kamal Atatürk, Qazi   Mustafa   Kamal(1881- 1938) -Türkiyə 

dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının 

  



___________________________________________________453 

 

banisi və ilk prezidenti (1923-38). Birinci dünya müharibəsi zamanı Dardanel 



boğazının müdafiəsində (1915) şücaət göstərmişdir. 

Atatürk 1919-cu ildən «kamalçılar» milli azadlıq hərəkatına başçılıq etmişdir. 

1920-ci ildə Atatürk Ankarada yeni parlament - Türkiyə Böyük Millət Məclisini 

(TBMM) yaratdı, məclisin və  təşkil edibn hökumətin sədri seçildi. Sakarya çayı 

yaxınlığında qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və «Qazi» fəxri adını 

vermişdir. 1922-ci ildə Atatürkün komandanlığı ilə türk ordusu Türkiyəni xarici 

müdaxiləçilərdən tamamilə azad etdi. 

Atatürk soy adı ona 1934-cü ildə TBMM tərəfindən verilmişdir. -248, 255, 257, 

259, 263. 

 

171.  İhsan Doğramacı (d.1915) - türkdilli ölkələrin Milli Pediatriya 

Cəmiyyətləri Birliyinin fəxri prezidenti, elmlər doktoru, professor. 1963- 65-ci 

illərdə Ankarada Uşaq Sağlamlığı  İnstitutunun direktoru, 1977-93- cü illərdə 

institutun icraçı direktoru, 1992-ci ildən isə  fəxri prezidenti, 1968-73-cü  illərdə  

Pediatorların  Tibb  Assosiasiyasının  prezidentidir. 1959-cu ildən YUNİSEF-in  

İcraiyyə Komitəsinin üzvüdür.  İki dəfə Bilkənd Universitetinin sədri və rektoru 

olmuş, 1975-ci ildən isə universitetin fəxri rektorudur. İ.Doğramacı Azərbaycan 

MEA-nın fəxri üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin fəxri doktorudur. 

Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 249-250. 

 

172. 1993-cü il iyun hadisələri - Azərbaycanı  vətəndaş müharibəsi həddinə 

gətirmiş  Gəncə hadisələri, Bakıda Ali Sovetin binası qarşısında keçirilən çoxsaylı 

mitinqlə, Heydər  Əliyevin xalqın tələbilə Naxçıvandan Bakıya gəlməsi, Ali Sovetin 

sədri seçilməsi, o zamankı respublika prezidenti Ə.Əliyevin (Elçibəyin) Kələki 

kəndinə getməsi, Ali Sovetin sədri Heydər  Əliyevin respublika prezidentinin 

vəzifəsini icra etməyə başlaması nəzərdə tutulur. - 263. 

 

173. Broz Tito, İosip Tito (1892-1980) - 1953-80-ci illərdə Yuqoslaviyanın 

prezidenti, marşal. 1941-45-ci illərdə Yuqoslaviyada milli-azadlıq müharibəsi zamanı 

Xalq azadlıq ordusunun baş komandanı udmuşdu. 1945-ci ilin martında   Yuqoslaviya 

Demokratik Federativ Müvəqqəti hökumətinin  sədri,    avqustunda   isə   Yuqoslaviya 

Federativ Xalq Respublikası hökumətinin başçısı seçilmişdi. Tito bloklara 

qoşulmamaq hərəkatının liderlərindən biri olmuşdur. - 267. 



 


___________________________________________________454 

 

174. Putin, Vladimir Vladimiroviç (d.1952) - 2000-cı ilin mayından Rusiya 

Federasiyasının prezidenti. 1975-97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır.   

1998-ci ildə Rusiya Federasiyası prezidenti administrasiyasının rəhbəri, 1998-99-cu 

illərdə MTİ-in direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin başçısı, 1999-

cu ilin dekabrından Rusiya Federasiyasının prezidenti vəzifəsini icra etmişdir. - 277-

283. 


 

175. Nazim İbrahimov, Nazim Hüseyn oğlu (d. 1963) - mühəndis.   1997-2000-

ci illərdə Ukrayna Respublikasında Azərbaycan Respublikasının fovqəladə  və 

səlahiyyətli səfiri. 2000-2002-ci illərdə Milli Məclisin deputatı. 2002-ci ildən Xarici 

ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin sədri. - 284-289, 294, 

295. 

 

176. Bolqarıstan, Bolqarıstan        Respublikası- Cənubi Avropada, Balkan 



yarımadasında dövlət. Sahəsi 110,9 min km2, əhalisi 8,4 milyon nəfərdir.  İnzibati 

cəhətdən 9 vilayətə bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı - 

birpalatalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 287, 293-328. 

 

177. LAOS (Laos Xalq Demokratik Respublikası) - Cənub-Şərqi Asiyada dövlət. 

Sahəsi 236,8 min km2, əhalisi 5 milyon nəfərdir. Dövlət başçısı prezident, ali 

qanunverici orqanı birpalatalı  Ali Xalq Məclisidir, Paytaxt Vyentyan şəhəridir. - 291.  

 

178. Birləşmiş  Ərəb  Əmirlikləri, BƏƏ - Cənubi Asiyada dövlət. Sahəsi 83,6 

min km


2

, əhalisi 2,5 milyon nəfərdir. BƏƏ-nin tərkibinə 7 əmirlik daxildir. Ali orqanı 

- Federal Milli Şuradır ki, prezidenti 5 il müddətinə seçir. Paytaxtı  Əbu-Dabi 

şəhəridir. - 290. 

 

179. Peter  Stoyanov (d.1952) - Bolqarıstanın siyasi və dövlət xadimi. 

Hüquqşünas. 1991-92-ci illərdə  ədliyyə nazirinin müavini olmuşdur. 1997-ci ildən 

Bolqarıstan Respublikasının prezidentidir. - 293-328. 

 

180. Sofiya - Bolqarıstanın paytaxtı.  Əsası bizim eranın 1-ci əsrində 

qoyulmuşdur. 1382-1878-ci ilin əvvəllərinə  qədər Osmanlı imperiyasının tərkibində 

olmuşdur. 1879-cu ildən Bolqarıstanın paytaxtıdır. - 296, 299, 300, 301, 308, 312. 



 

181.  İNOQEYT - neft və qazın Avropaya ixracı proqramı. - 300, 301, 305, 306, 

313, 315, 323. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə