Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə113/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   109   110   111   112   113   114   115   116   ...   139

___________________________________________________390 

Bunun necə olduğu indi arxada qalıb. Kim ona necə qiymət verir, - 

bu onun öz işidir. Amma, hər halda, Azərbaycanda böyük mülkiyyət 

yaranıbdır. Vaxtilə, 1920-ci illərdə, məsələn, mülkədarların mülkü 

əlindən almanda, yəni müsadirə edibndə, hər şeyi dövlət mülkiyyətinə 

çevirəndə,  əgər onların mülkü indikinə nisbətən 5 faiz idisə, hazırda 

100 faiz olubdur. Azərbaycanın bütün mülkiyyətinin qiyməti də, 

keyfiyyəti də bəlkə 100 faiz, yaxud daha çox artıbdır. Hazırda biz geri 

gedən bir proses aparırıq. O vaxt torpaqları zorla dövlətləşdirdilər, 

insanların  əlindən mal-qaranı, torpağı aldılar. Bu proses 15 il davam 

etdi. Kollektivləşmə planı 20-ci illərin axırında elan olundu, ancaq 

1938-1939-cu illərədək davam etdi. Nə  qədər insan repressiyaya 

düşdü, sürgün olundu. Yəni ağır bir proses getdi. Amma sonra 

insanlar buna öyrəşdilər. Sonrakı  nəsillər heç də düşünmürdülər ki, 

niyə bu torpaqları insanların əlindən alıb dövlətə veriblər. Hamı buna 

alışdı. Kolxozların, sovxozların mülkü artdı, insanlar yaxşı yaşamağa 

başladılar, özlərinə evlər tikdilər. 

Bilirsiniz, siz gəncsiniz, bunları görməmisiniz. Mən Azərbaycanın 

hər yerini gözümlə görmüşəm, tanıyıram. Məsələn, bizdə  Cəlilabad 

rayonu var. Mən 1970-ci illərdə Azərbaycana rəhbərlik edəndə oraya 

getdim. Gördüm ki, kəndlərdə evlərin hamısı palçıqdan, yaxud da çiy 

kərpicdəndir. Özü də elə pis evlər idi ki, təəccüb etdim ki, insanlar 

burada necə yaşayırlar. Amma biz sonra orada üzümçülüyü inkişaf 

etdirdik və ondan çox böyük xeyir götürdük. 

Üzümçülüyün inkişaf etdirilməsinin Azərbaycana iki cəhətdən 

böyük xeyri oldu. Birincisi, kolxozlar zəif idi, onların gəliri yox idi, 

insanların da qazancı olmurdu. Ona görə  də onlar ancaq yaşamağın 

qayğısına qalırdılar, ev tikə, avtomobil ala bilmirdilər. Biz üzümçülük 

proqramını  həyata keçirəndə  həmin üzüm bağlarının salınması üçün 

dövlət, Moskva beş il müddətinə    pullar ayırdı. Yəni sən məhsul 

  

 

 




___________________________________________________391 

versən də, verməsən də bu pul ayrılmışdı.  Əlbəttə ki, beş ildən tez 

üzüm məhsulu əldə etmək olmaz. Amma kəndli gedib işləyir, torpağı 

becərir, pulunu alır. Kasıb kəndlilər -kolxozçular, sovxozda işləyənlər 

artıq bu beş ildə varlanırlar. Mən beş ildən sonra yenidən həmin 

rayona getdim. O vaxt üzüm məhsulu təzə-təzə yetişirdi. Gördüm ki, 

kəndlərdə daşdan xeyli evlər tikiblər, çoxunun avtomobil və başqa 

şeyləri var. Daha bir beş ildən sonra üzüm məhsulu artdı. Elə oldu ki, 

bu rayon ildə 200 min ton üzüm məhsulu verdi. Camaat bundan xeyli 

gəlir götürürdü. Bir rayonda 20-30 şərab emalı zavodu yarandı. 

Xatirimdədir, biz o vaxt həm Cürcüstanla, həm də Ermənistanla 

sosializm yarışı keçirirdik. Onlar respublikamıza tez-tez gəlib-

gedirdilər. Cəlilabad rayonunda istehsal edibn üzümün miqdarı ildə 

200 min tona çatanda Ermənistanın birinci katibi Dəmirçyan - bu 

yaxınlarda onu öldürdülər - buraya gəlmişdi. Yarış zamanı hər il mən 

oraya gedirdim, onlar buraya gəlirdilər, biz müqavilə bağlayırdıq. O, 

buraya gələndə  mən onunla zarafat etdim, dedim ki, Karen 

Sevropoviç, bilirsən nə var, sən daha Azərbaycanla yox, gərək 

Cəlilabadla yarışasan. Çünki bütün Ermənistan ildə 180-190 min ton 

üzüm verirdi, amma təkcə  Cəlilabad rayonunda ildə 200 min tondan 

çox üzüm olurdu. 

Mən indi bunu sizə niyə danışıram? Bu, böyük tarixdir, hekayədir, 

bu barədə cild-cild kitablar yazmaq olar. Yəni demək istəyirəm ki

bunlar dövlətin, insanların vəsaiti ilə yaranıbdır. Axı indi bunu 

dağıtmaq olmaz. Özəlləşdirməni də  gərək elə aparasan ki, hamıya 

çatsın, hərə öz payını götürsün. Mənim bu dediklərim təkcə torpağa 

aid deyil, o cümlədən fabriklərə, zavodlara da aiddir. Mən Bakıda 30 

il bundan əvvəlki və indiki zavodların, fabriklərin nə  qədər fərqli 

olduğunu yaxşı bilirəm. Biz hər bir zavodun tikintisinə  nə  qədər 

zəhmət çəkirdik. 

  

 

 




___________________________________________________392 

Bilirsiniz ki, Bakı neft şəhəridir. Bu əsrin  əvvəlində Bakıda neft 

hasilatına başlananda neftayırma zavodları yaranıbdır. Nobel 

qardaşları o vaxt gəlib Qaraşəhərdə neftayırma zavodu tikmişdilər. 

Həmin zavod sovet hakimiyyəti dövründə  də  işləyirdi. O zavod 

Stalinin adını daşıyırdı. Stalin öləndən və  şəxsiyyətə  pərəstiş  tənqid 

edibndən sonra həmin zavod XXII partiya qurultayı adına oldu. Mən o 

zavoda bir neçə dəfə getmişdim. Çünki birincisi, o vaxt neftdən alman 

məhsulların keyfiyyəti aşağı idi, ikincisi də istehsalda çox itki var idi 

və bunların qarşısını almaq lazım idi. Gedib gördüm ki, Nobel 

qardaşlarının tikdikləri zavodda bunları etmək mümkün deyil. 

Mən gedib Moskvada məsələni qaldırdım, indi Qaraşəhər deyilən 

yerdə, Xətai rayonunda və Keşlədə böyük çətinliklə də olsa iki zavod 

tikdik. Həmin zavodların ikisi də mənim təşəbbüsümlə tikilibdir. Mən 

bilirəm ki, bu zavodlara nə  qədər xərc qoyulub, zəhmət çəkilib və 

onlar nə  qədər böyük əhəmiyyətə malikdirlər. Bilirsiniz, o vaxt bu 

zavodlar üçün avadanlığın bir qismini Almaniya Demokratik 

Respublikasından, digər qismini isə Fransadan dollara aldıq. Amma 

axı sovet hökumətinin də pulu xalqın pulu idi, göydən tökülməmişdi. 

Biz həmin zavodları o zaman böyük çətinliklə yaratdıq. Onlar 

Azərbaycana xeyir verirlər.  İndi bu müəssisələrin özəlləşdirilməsini 

götürüb necə istəyirsən elə et, kim necə qapıb aparırsa-aparsın? Axı 

belə olmaz. 

Bəziləri deyirlər ki, özəlləşdirmə gecikir. Mən bunların heç birinə 

fikir vermirəm. Çünki bu tədbirlərin bir il tez, bir il gec aparılmasının 

o qədər də  əhəmiyyəti yoxdur. Ancaq əsas  əhəmiyyətli iş ondan 

ibarətdir ki, bu tədbirlər elə aparılmalıdır ki, birincisi, ədalətli olsun, 

ikincisi, bəzi mafioz qüvvələr belə  şəraitdən istifadə edib dövlətin 

əmlakını  oğurlamasınlar, vətəndaşların hamısı özəlləşdirmədən fayda 

götürə bilsin. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə