Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə121/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   117   118   119   120   121   122   123   124   ...   139

___________________________________________________416 

kapitalı var. Yeri gəlmişkən, burada nəinki «Statoyl», həm də sizin 

çoxlu digər şirkətləriniz - «Kverner», başqa iri şirkətləriniz işləyirlər. 

O ki qaldı Azərbaycanın Baş naziri və xarici işlər nazirini dəvət 

etməyinizə, mən artıq bu səfərin həyata keçirilməsinə razılıq 

vermişəm. Əgər istəyirsiniz ki, yeni nazirimiz sizə mümkün qədər tez 

gəlsin, mənim buna etirazım yoxdur. Ondan sonra bizim Baş nazirin 

səfərini də planlaşdırmaq olar. 

Sizin məşğul olduğunuz işə  gəldikdə, görürəm ki, bu iş ATƏT-i 

bütün digər problemlərə nisbətən daha çox maraqlandırır. Bu təbiidir. 

Elə biz özümüz bunun nə demək olduğunu 10-12 ildir hiss edirik. 

Məsələ bundadır ki, bizim problemlə Minsk qrupu 7 ildən çoxdur 

məşğul olur. Amma hələlik istənilən nəticələr yoxdur. Mən 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nəzərdə 

tuturam. Bu münaqişə  nəticəsində Azərbaycan  ərazisinin 20 faizi 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyon 

azərbaycanlı həmin rayonlardan qovulmuş, azərbaycanlılara qarşı çox 

böyük etnik təmizlənmə aparılmışdır. 

Açığını deyəcəyəm, xalqımız çox təəssüflənir ki, indi bu cür 

münaqişələrə kəskin şəkildə reaksiya verən ATƏT Ermənistan silahlı 

birləşmələri Azərbaycan  ərazisində etnik təmizləmə apararkən buna 

nəinki belə, hətta, demək olar, heç bir diqqət yetirməmişdir. Ölkəmiz, 

xalqımız separatizmin nə olduğunu, terrorizmin nə olduğunu, etnik 

təmizləmənin nə olduğunu yaxşı bilir. Ona görə  də bu münaqişənin 

mümkün qədər tez və  ən  əvvəl siyasi yolla həll edilməsi naminə 

gördüyünüz işlər dəstəklənməyə və bəyənilməyə layiqdir. 

İnanıram, bir halda ki, işə belə girişmisiniz, ATƏT-in əsas ölkələri 

də buna çox fəal girişmişlər, - xatirimdədir,  İstanbul zirvə 

toplantısında dövlət və hökumət başçılarının çox çıxışları  səsləndi, - 

deməli, məsələnin həlli yolunu tapa biləcək- 

  

 

 




___________________________________________________417 

siniz. Elə bir yol ki, o, şübhəsiz, Rusiya dövlətinin də, çeçen xalqının 

da mənafelərini təmin edəcəkdir. Odur ki, bu məsələdə sizə  uğurlar 

arzulayıram. 

Ancaq başa düşürəm ki, vəziyyət son dərəcə  ağırdır və  təxminən 

güman edirəm ki, dünyanın heç bir rayonunda, - bəlkə Kosovoda da 

belə olmuşdu, amma o, bizdən uzaqdadır, biz o qədər də bilmirik, - 

indi  Şimali Qafqazda, Çeçenistanda olduğu kimi, belə mürəkkəb 

vəziyyət yoxdur. 

Sizə demək istəyirəm ki, Şimali Qafqaz bölgəmizin, Qafqazın bir 

hissəsidir. Buna görə  də  Şimali Qafqazda sabit vəziyyətin olmasının 

bütün Cənubi Qafqaz ölkələri, xüsusən Azərbaycan və Gürcüstan 

üçün böyük əhəmiyyəti var. 

Bizim Çeçenistanla ümumi sərhədimiz yoxdur. Azərbaycanla 

Çeçenistan arasında Dağıstan Respublikası yerləşir, bu respublika 

Rusiya Federasiyasının tərkibinə daxildir. Lakin ümumi sərhədimizin 

olub-olmamasından asılı olmayaraq, Qafqaz ölkələri tarixən bir-biri 

ilə çox sıx bağlı olmuşlar.  İkincisi, siz bilirsiniz ki, Şimali Qafqaz 

xalqlarının  əksəriyyəti islama etiqad edən xalqlardır, mürtəce 

qüvvələrin, vəhabilər kimi islam təməlçilərinin  Şimali Qafqaza yol 

tapması isə,  şübhəsiz, bütün Şimali Qafqaz üçün və  Cənubi Qafqaz 

üçün böyük təhlükə törədir. 

Deməliyəm ki, islam dini terrorizmi heç zaman dəstəkləməyibdir. 

İslam məhzəbli müxtəlif terror təşkilatları, necə deyərlər, islam dininə 

dönük çıxmış təşkilatlardır. Buna görə də Şimali Qafqazda sabitliyin

sülhün və  əmin-amanlığın təmin edilməsinə yönəldilmiş bütün 

səyləriniz nəinki bu ölkələr üçün, həm də  Cənubi Qafqaz üçün, 

xüsusən Azərbaycan üçün əhəmiyyətə malikdir. 

İstanbul zirvə toplantısında mən cənubi Qafqazda təhlükəsizlik və 

əməkdaşlıq paketi yaradılması ideyasını irəli sürdüm. Mən ATƏT-i 

də, Amerika Birləşmiş  Ştatlarını da, Rusiyanı da, Gürcüstanı da, 

Ermənistanı da, Cənubi Qafqazda maraq- 

  

 

 




___________________________________________________418 

ları olan digər bütün ölkələri də bu təklifə qoşulmağa və elə etməyə 

çağırdım ki, Cənubi Qafqazda təhlükəsizlik yaransın və iqtisadi 

əməkdaşlıq təmin edilsin. 

İndiki vəziyyətdə hər hansı iqtisadi inkişafı, hətta Cənubi Qafqazda 

da, təmin etmək, demək olar, qeyri-mümkündür. Halbuki Cənubi 

Qafqaz ölkələri arasında iqtisadi əməkdaşlıq qısa müddət  ərzində bu 

ölkələrin hamısına çox böyük fayda gətirərdi. 

Hər  şeydən  əvvəl Ermənistanla Azərbaycan arasında münaqişəni 

aradan qaldırmaq, işğal olunmuş Azərbaycan  ərazilərini azad etmək, 

Azərbaycanın  ərazi bütövlüyünü bərpa etmək, yaşayış yerlərindən 

qovulmuş bir milyon sakini ev-eşiklərinə qaytarmaq lazımdır. 

Hərçənd onların qayıtmaq, -əgər onlar qayıda bilsələr, - istədikləri 

yerlərdə hər şey dağıdılmış və talan edilmişdir. Orada hər şey təzədən 

başlanacaq, bunun üçün çox böyük məbləğdə  vəsait lazım olacaqdır, 

bizim isə bu qədər vəsaitimiz yoxdur. Deməli, beynəlxalq birliyin çox 

böyük yardımı lazım olacaqdır. 

Bununla belə, vəziyyəti belə qoymaq olmaz. Ermənistanla 

Azərbaycan arasında sülhə, bütün Cənubi Qafqazda sülhə nail olmaq 

lazımdır. Beləliklə, Cənubi Qafqazda sülh, Şimali Qafqazda sülh 

böyük məqsədlərdir. Mən sizə bu sahədə uğurlar arzulamaq istəyirəm. 

Knut Vollebek:  Cənubi Qafqazda təhlükəsizlik və  əməkdaşlıq 

paktı barəsində fikrinizi inkişaf etdirmək istərdim. Necə bilirsiniz, 

buna bənzər bir şeyi Şimali Qafqazda da yaratmaq mümkündürmü? 

Başa düşürəm, bunlar müxtəlif  şeylərdir, çünki Şimali Qafqaz 

Rusiya Federasiyasının subyektidir. Doğru dediniz ki, hər hansı 

dövlətdə siyasi və iqtisadi inkişaf qarşılıqlı surətdə bağlıdır. Odur ki, 

əgər biz Şimali Qafqazda məsələnin uzunmüddətli həllini işləyib 

hazırlamağı qarşımıza məqsəd qoyuruqsa, onda bu məqamları - siyasi 

və iqtisadi inkişafı da 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə