Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə122/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   118   119   120   121   122   123   124   125   ...   139

___________________________________________________419 

nəzərə almalıyıq. Buna görə  də üç Şimali Qafqaz Respublikasının - 

Dağıstan, Şimali Osetiya və İnquşetiyanın rəhbərləri ilə görüşə bilmək 

imkanına görə çox şadam. 

Necə bilirsiniz, bu bölgədə iqtisadi əməkdaşlıqdan ötrü, sabitlikdən 

ötrü, hər hansı  əsas, zəmin tapmaq üçün həmin üç respublikanın və 

Çeçenistanın  əməkdaşlığına kömək edə biləcək hansısa  əməkdaşlıq 

forması, hansısa strukturların kooperasiyasını tapmaq mümkündürmü? 



Heydər  Əliyev:Tamamilə mümkündür. Biz bu respublikalara 

yaxşı  bələdik. Məsələn, Dağıstan bizə daha yaxındır. Azərbaycanla 

Dağıstan tarixən bir-biri ilə çox sıx bağlı olmuşlar. Bu gün bizim 

aramızda bilavasitə  və çox fəal iqtisadi əlaqələr var. Dağıstanda 140 

min azərbaycanlı yaşayır, Azərbaycanda Dağıstan xalqlarından olan 

bir neçə yüz min adam yaşayır. Buna görə  də biz çox istəyirik ki, 

Dağıstanda vəziyyət sabit olsun. 

Bundan  əlavə, bizi Rusiya ilə birləşdirən bütün kommunikasiya 

xətlərimiz  Şimali Qafqazdan, ən  əvvəl Dağıstandan, Çeçenistandan, 

Şimali Osetiyadan və İnquşetiyadan keçir. Bu respublikalar Rusiyanın 

bir hissəsi olsalar da, bizim Rusiya ilə, onun bir çox bölgələri ilə

Rusiyanın mərkəzi hissəsi ilə, Moskva ilə  həmişə daha geniş 

əlaqələrimiz olmuşdur. Odur ki, Şimali Qafqazdakı qeyri-sabitlik 

Rusiya ilə iqtisadi əlaqələrimizə çox mənfi təsir göstərir. Məsələn, - 

bu da Sizinlə birgə apardığımız işdir, - Azərbaycan Neft Şirkətinin bir 

çox digər neft şirkətləri ilə, o cümlədən «Statoyl» şirkəti ilə birgə 

istismar etdiyi «Çıraq» yatağından çıxarılan ilkin neftin ixracı üçün 

biz Bakı-Novorossiysk neft kəmərini çəkmişik. 1997-ci ildə biz ilk 

nefti məhz bu boru kəməri ilə ixrac etmişik. Bu, Rusiya ilə iqtisadi 

əməkdaşlığımızdır. 

Yeri gəlmişkən, Rusiya çox istəyirdi ki, biz nefti məhz bu 

marşrutla ixrac edək. Amma neft kəməri neçə aydır işləmir? 



Artur Rasizadə: Altı aydır. 

  



___________________________________________________420 

Heydər  Əliyev:  Şimali Qafqazda baş verən hadisələrə görə bu 

kəmər altı aydır işləmiş. Yaxşı ki, bu ilin aprelində biz Bakı-Supsa 

neft kəmərini istismara buraxdıq. Bu alternativ neft kəməri olmasaydı, 

Şimali Qafqazda vəziyyətlə  əlaqədar biz bütün neft quyularımızı 

bağlamalı olardıq. Halbuki bu, işin yalnız başlanğıcıdır. 

Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatının çox böyük 

perspektivləri var. Biz Bakı-Novorossiysk boru kəmərindən istifadə 

etmək niyyətindəyik. Amma, gördüyünüz kimi, sabitliyin olmaması 

bizə  əngəl törədir. Bu, təkcə bir misaldır. Rusiya ilə Azərbaycan 

arasında sərhəddə, Dağıstanla sərhəddə nə qədər yük avtomobillərimiz 

dayanıb gözləyir. 

Bilirsiniz, mən olduqca çox misallar çəkə bilərdim. Bunların 

hamısı göstərir ki, bizə  Şimali Qafqazda sabitliyin olması  gərəkdir. 

İndi Dağıstanda vəziyyət normallaşır. Kiçik bir respublika olmasına 

baxmayaraq,  İnquşetiya da özünü birtəhər idarə edir. Şimali Osetiya 

da həmçinin. Hərçənd onların hamısında çox ciddi problemlər var. 

Buna görə də Çeçenistanda gərginliyin aradan qaldırılması sahəsində 

sizin səyləriniz, şübhəsiz, bütün Şimali Qafqaz bölgəsinə müsbət təsir 

göstərəcəkdir. Bizim Dağıstanla da, Şimali Osetiya ilə də, İnquşetiya 

ilə də çox yaxşı münasibətlərimiz var. 



Knut Vollebek: Siz Çeçenistanla Gürcüstan arasında 

münasibətlərlə bağlı  vəziyyəti necə qiymətləndirirsiniz? Mən 

qorxuram ki, Çeçenistanda baş verən hadisələr Gürcüstanda vəziyyətə 

bilavasitə təsir göstərə bilər. 



Heydər  Əliyev:  Əlbəttə, Gürcüstanla Çeçenistan arasında sərhəd 

var və bu sərhədi hazırda Gürcüstan sərhədçiləri, hərbi qüvvələri 

qoruyurlar. Amma hesab etmirəm ki, bu hadisələr Gürcüstana da keçə 

bilər. Hərçənd orada, Gürcüstanda, sərhəddə  zənnimcə, çeçenlər 

yaşayan bir və ya iki kənd var. Hər halda bilirəm ki, Gürcüstan orada 

baş verən hadisələrdən çox narahatdır. Biz hamımız narahatıq. Nara- 

  

 

 




___________________________________________________421 

hatlıq üçün Gürcüstanın daha çox əsası var, çünki Çeçenistanla 

bilavasitə həmsərhəddir. 

Knut Vollebek: Bu, mənim üçün çox faydalı söhbət oldu. Başa 

düşürəm ki, sabah mənə Sizin xarici işlər naziri ilə  səhər yeməyi 

yemək nəsib olacaqdır. Bu, mənə indi Sizinlə müzakirə etdiyimiz 

məsələləri daha da inkişaf etdirməyə, habelə ikitərəfli 

münasibətlərimizə aid daha bir neçə  məsələyə toxunmağa imkan 

verəcəkdir. 



Heydər Əliyev: Elədir, amma biz bu gün əvvəlcə sizinlə birgə şam 

edəcəyik. 



Knut Vollebek: Sağ olun, çox xoşdur. 

Heydər Əliyev: Bir sözlə, siz ikiqat məmnunluq duyacaqsınız. 

Knut Vollebek:  Mən artıq bir məmnunluq duydum, sonra şam 

yeməyi, daha sonra sabahkı danışıqlar olacaqdır. Deməli, mən üç dəfə 

məmnunluq duyacağam. 

Heydər  Əliyev: Çox yaxşı.  Əgər sizin etirazınız yoxdursa, gəlin, 

mətbuata təşəkkür edək. Sizinlə jurnalistlər gəlibmi? 



Knut Vollebek: Bəli, çoxlu jurnalist gəlib. 

Heydər  Əliyev: Tapşırmışam ki, jurnalistlərin hamısını 

mehmanxanada yerbəyer etsinlər və əlbəttə, onlar da şam edə bilsinlər. 

Yoxsa,  əgər nümayəndə heyətinin başçısı tox olsa, jurnalistlər isə ac 

qalsa, bu, pis olar. 



Knut Bollebek: Məqalələr çox sərt olar. 

Heydər Əliyev: Biz onları yedizdirsək, onlar yaxşı yazarlar. 

Knut Vollebek: Tamamilə doğrudur. Bu barədə düşündüyünüzə 

görə sağ olun. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə