Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə125/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   121   122   123   124   125   126   127   128   ...   139

___________________________________________________428 

s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə 

Məsləhət Komitəsidir. - 27,34,36,43,75,79,80,87,89,136, 175,185,354. 

 

23. Abbas 

Abbasov,  Abbas   Aydın    oğlu  (d. 1949) - 1992-2006-cı illərdə 

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini olmuşdur. Azərbaycan 

Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. - 29, 30, 137,175, 230. 

 

24.  Yeltsin Boris Nikolayeviç (1931-2007) - Rusiyanın siyasi və dövlət xadimi. 

1991-2000-ci illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur. - 29, 30, 31, 33, 

36, 37, 75, 273, 277, 278, 295. 

 

25. Bakı-Novorossiysk neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan 

Respublikası hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin 

həyata keçirilməsinin mühüm bir hissəsi Bakı- Novorossiysk neft kəməridir. Bu 

kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. - 30, 165, 222, 307, 315, 316, 

419, 420. 

 

26. Çernomırdin  Viktor        Stepanoviç (d. 1938) – Rusiya Federasiyasının 

dövlət xadimi. 1992-98-ci illər Rusiya Federasiyasının Baş naziri olmuş, hazırda isə 

Rusiya Federasiyasının Ukrayna Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. - 

31,75. 


 

27.  Çeçenistan   (İçkeriya) -   Rusiya   Federasiyasında   respublika.Paytaxtı 

Qroznı şəhəridir. 

Orta  əsrlərin  əvvəllərində Çeçenistanın xeyli hissəsi Alan dövlətinin tərkibində 

idi. XIX əsrdə Rusiya Şimali Qafqazı  işğal etməyə başladı. Çeçenlər öz 

torpaqlarından çıxarılır, onların yerinə burada kazaklar yerləşdirilirdi. Bu da 

Çeçenistanda milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu. Dağlıların bu 

hərəkatı (1817-1864) 1859-cu ildə  Şeyx  Şamil təslim olduqdan sonra yatırıldı  və 

Çeçenistan tamamilə Rusiyaya birləşdirildi. 1991-92-ci illərdə Rusiya Federasiyası 

tərkibində müstəqil Çeçenistan Respublikası yaradıldı. - 31, 32, 34, 35, 36, 38,  40, 

43, 103, 232,  233, 234, 346, 414, 417, 419, 420, 421. 



 

28. Nemtsov 

Boris 

Yefimoviç (d.1959) - Rusiyanın ictimai və dövlət xadimi. 

1997-98-ci illərdə Rusiya Federasiyası Baş nazirinin müavini olmuşdur. - 31 

  

 



___________________________________________________429 

29. Bakı-Supsa neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan 

hökumətinin xarici neft şirkətləri ilə imzaladığı  «Əsrin müqaviləsi»nin həyata 

keçirilməsinin mühüm bir vəsiləsi Bakı-Supsa      neft  kəməridir. Kəmərin uzunluğu 

830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir. Supsada hər birinin 

tutumu 250 min barrel olan dörd terminal tikilmişdir. 

1999-cu ilin aprelin 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli 

üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının təntənəli rəsmi 

açılış mərasimi olmuşdur. -32, 165, 200, 201, 222, 223, 224, 307, 315, 316, 420. 



 

30. Dağıstan, Dağıstan   Respublikası - Rusiya Federasiyasının tərkibində. 

Sahəsi 50,3 min km

2

,  əhalisi 2094,6 min nəfərdir. Paytaxtı Mahaçqala şəhəridir. 



Dağıstan ərazisi bizim eradan əvvəl 1-ci minilliyin axırlarına qədər Qafqaz Albaniyası 

tərkibində olmuşdur. 1813-cü ildə Gülüstan müqaviləsinə  əsasən çar Rusiyasına 

birləşdirilmişdir. - 32, 34, 36, 41, 86, 103, 386, 414, 417, 419, 420. 

 

31. ORT - Rusiya İctimai Televiziyası. MDB ölkələrinin 98 faizdən çox əhalisi 

üçün verilişlər aparır. Müxbir məntəqələri Rusiyada, MDB - də və dünyanın bir çox 

ölkələrində fəaliyyət göstərir. - 33. 

 

32. RTRÜmumrusiya Dövlət Televiziya və Radio Verilişləri Kompaniyası 

(ÜDTRVK) - 1990-cı ildə yaradılmışdır, Rusiya Federasiyası ərazisində televiziya və 

radio verilişləri təşkil edir. 1998-ci il bazasında yaradılmış ÜRDTRVK dövlət media 

holdinqi federal «Rossiya» və «Kultura» telekanalları, «Radio Rossii», «Mayak», 

«Orfey», «Yunost», «Qolos Rossii» radiostansiyalarını  və 92 regional dövlət 

teteradiokompaniyalarını,  Ostankino televiziya və Rusiya informasiya texniki 

mərkəzini,«Vesti» agentliyini əhatə edir. - 33. 

 

33. «NTV» - Rusiya Federasiyasının müstəqil televiziya kanallarından biri. 

1991-ci ildən fəaliyyət göstərir. - 33. 



 

34.  İvanov  İqor Sergeyeviç (d.1945) - 1986-89-cu illərdə SSRİ Xarici İşlər 

Nazirliyinin ümumi katibliyində rəisin birinci müavini, 1989-91-ci illərdə rəis,1991-

93-cü illərdə Rusiya Federasiyasının  İspaniyada səfiri, 1993-98-ci illərdə Rusiya 

xarici işlər nazirinin birinci müavini, 1998-2004-cü illərdə Rusiya Federasiyasının 

xarici işlər naziri olmuşdur. - 35,58,156-158,181,191,231. 

  

 



 


___________________________________________________430 

35. «Əsrin müqaviləsi» - 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər 

dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq»   yataqlarının dərinlikdə yerləşən 

hissəsinin birgə  işlənilməsi   və   hasil olunan neftin pay şəklində bölüşdürülməsi» 

haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. - 35, 45, 148, 149, 

161, 178, 190, 200, 205, 206, 220, 221, 222, 224, 226, 265. 

 

36. Kalyujnı Viktor İvanoviç (d. 1947) - neftçi mühəndis, diplomat.1999-

2000-ci illərdə Rusiya Federasiyası yanacaq və energetika naziri, 2000-ci ilin 

avqustundan 2004-cü ilə  qədər xarici işlər nazirinin birinci müavini və Prezidentin 

Xəzər dənizi statusunun həlli üzrə xüsusi nümayəndəsi işləmişdir. 2004-cü ilin 

sentyabrından Rusiya Federasiyasının Latviyada fövqəladə və səlahiyyətli səfiridir. - 

35,180. 


 

37. Artur 

Rəsizadə, Artur   Tahir   oğlu (d. 1935) - Azərbaycanın dövlət 

xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986-92-ci illərdə Azərbaycan Respublikası 

Baş nazirinin birinci müavini vəzifəsində  işləyib. 1996- cı ildən Azərbaycan 

Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif 

olunmuşdur. - 36. 

 

38. Birləşmiş Millətlər Təşkilatı (BMT) - müasir dünyanın  ən nüfuzlu 

beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir.  Əsas vəzifəsi beynəlxalq 

sülhü və  təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında  əməkdaşlığı 

inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko 

konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı  və 1945-ci il oktyabrın 

24-də qüvvəyə mindi. Hazırda BMT-yə 198 dövlət daxildir. 

BMT-nin  əsas orqanları Baş  Məclis, Təhlükəsizlik  Şurası,  İqtisadi və  İctimai 

Şura, Qəyyumluq  Şurası, Beynəlxalq Məhkəmə  və Katiblikdir.1992 - ci ildən 

Azərbaycan Respublikası BMT - nin üzvüdür. - 37, 105, 112, 116, 120, 126, 231, 341, 

414. 


 

39. Helsinki 

aktı - 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə 

Avropanın 33 dövlətinin, ABŞ  və Kanadanın dövlət və hökumət başçılarının 

müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında  Zirvə aktını 

imzaladılar. Azərbaycan Respublikası bu aktı 1992-ci ıldə imzalamışdır. - 37, 135, 

143, 173, 183, 204, 237, 267. 

 

40. Miqrasiya - köçmə, mühacirət - 41. 

  

 



         


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə