Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə126/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   122   123   124   125   126   127   128   129   ...   139

___________________________________________________431 

41. Neft 

Daşları - Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq dənizdə, 

polad dirəklər üzərində salınmış «neft» şəhəri. Bu ərazi oradakı daşların (təqribən 20 

ədəd) bəzilərində neft-qaz nişanələrinin olması ilə  əlaqədar Neft Daşları 

adlandırılmışdır. Neft Daşları rayonunda geoloji kəşfiyyat işlərinə 1946-cı ildən 

başlanmışdır. Çıxarılan neft həm tankerlər, həm də boru kəmərləri vasitəsilə sahib 

nəql edilir. – 44 - 45, 225. 



 

42. Fələstin dövləti - BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına 

əsasən B.Britaniya mandatlığı  ləğv edilərək Fələstin  ərazisində müstəqil  ərəb və 

yəhudi dövlətləri yaradılmalı idi. Fələstin ərəb dövləti üçün ayrılmış ərazinin böyük 

hissəsini 1948-49-ci illərdə,  1967-ci ildə İsrail tərəfindən zəbt edilmişdir. 1988-ci ildə 

Fələstin Azadlıq Təşkilatı müstəqil Fələstin dövlətinin yaranmasını elan etdi. 1994-cü 

ildə isə Müvəqqəti Fələstin muxtariyyəti yaradıldı. - 46. 



 

43. Yasir Ərəfat (1929-2003) - 1969-cu ildən Fələstin Azadlıq Təşkılatı 

İcraiyyə Komitəsinin sədri, 1996-cı ildən Fələstin milli administrasiyasının rəhbəri və 

Fələstin hərbi qüvvələrinin Baş komandanı olmuşdur.Nobel mükafatı laureatıdır. - 46. 

 

44.  İmaməli Rəhmanov, İmaməli   Şərif  oğlu (d.l 952) - Tacikistanın siyasi və 

dövlət xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur.1992-ci ilin 

noyabrından Tacikistan Respublikasının prezidentidir. - 49. 

 

45. Transxəzər qaz kəməri - Xəzər dənizi vasitəsilə Azərbaycandan 

Gürcüstana və Türkiyəyə Orta Asiya qazının nəqli barədə saziş. Bu lahiyəyə görə qaz 

Türkiyədən isə Avropa bazarlarına çatdırılacaqdır. -51, 52, 82, 159, 161, 162, 210, 

213, 228, 237, 300, 306, 307. 



 

46. Alyaska - ABŞ-da  ştat. Sahəsi 1523 mın km

2

,  əhalisi 607 min nəfərdir. 



XVII-XVIII əsrlərdə rus səyyahları tərəfindən kəşf edilmişdir. Burada bir sıra yaşayış 

məskənləri salınmış, Alyaskada Rusiya-Amerika şirkəti təsis edilmişdi. 1867-ci ildə 

Rusiya Alyaskanı ABŞ-a satmışdır. -52,53. 

 

47. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) - Respublikada 

neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal edilməsinə  rəhbərlik edən qurum. 

1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz 

  

 



 


___________________________________________________432 

quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın 

bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. -52, 67, 213, 

226, 419. 



 

48. Azərbaycan Beynəlxalq  Əməliyyat    Şirkəti (ABƏŞ) -1994-cü ilin 

axırlarında yaradılmışdır. «Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müştərək 

işlədilməsi və istifadəyə verilməsi» haqqında Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin və dünyanın bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavilənin 

payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılmış  əməliyyat 

şirkətidir. Buraya 7 ölkəni (B.Britaniya, Yaponiya, Norveç, Rusiya, Türkiyə  və 

Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir. - 52, 223, 226. 

 

49. ATƏT-in Minsk qrupu - 1992-ci il martın 24-də yaradılmışdı.1997-ci ildə 

Minsk qrupunun tərkibinə  aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, 

Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və 

İsveç. 1994-cü ilin dekabrından Minsk qrupuna iki sədr - Rusiya və İtaliya rəhbərlik 

edirdi. 1996-cı ilin dekabrından onun üç - Rusiya, ABŞ  və Fransa həmsədrləri var. 

Qrupun  əsas vəzifəsi Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan 

qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə  həll edilməsinə 

bilavasitə kömək etməkdir.    -    56-62, 72, 75,   79, 144, 145,154, 156 -158, 166, 168, 

169, 171, 181, 189, 199, 230, 252, 263, 324, 338, 339, 355, 356, 386, 387, 416. 

 

50. ATƏT-in Lissabon sammiti - 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın 

paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və hökumət başçılarının 

iştirakı ilə növbəti Zirvə toplantısı keçirildi. Lissabon Zirvə toplantısında müzakirə 

olunan məsələlər arasında Azərbaycan Respublikası nümayəndə heyətinin təkidi ilə 

Ermənistan-Azərbaycan münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan 

Respublikası nümayəndə heyətinin başçısı Heydər  Əliyevin qəti, prinsipial mövqeyi 

və  gərgin səyi nəticəsində yekun sənədə  əlavə kimi qəbul edibn ATƏT sədrinin 

bəyanatında ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin həllinin  əsası kimi 

Azərbaycan Respublikasının  ərazi bütövlüyü 53 dövlət tərəfindən qətiyyətlə 

dəstəkləndi və  Dağlıq   Qarabağın   statusunun   yalnız  Azərbaycan   Respublikasının 

tərkibində müəyyən olunması öz əksini tapdı. - 57, 73, 75, 82, 135, 144, 162, 176, 

177, 188, 189, 205, 212, 231, 244. 



51. ATƏT-in Budapeşt Zirvə sammiti - 1994-cü il dekabrın 3-7-də 

Macarıstanın paytaxtı Budapeştdə keçirilmişdir. Görüşdə ATƏT-in üzvü olan 

  

 

 




___________________________________________________433 

ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Respublikasının 

Prezidenti Heydər  Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak 

etmişdir. Heydər Əliyev Budapeşt sammitində regionlarda və bütünlükdə qitədə sülh 

konsepsiyasının həyata keçirilməsi üçün çox əhəmiyyətli fəaliyyət göstərdi. Budapeşt 

zirvə görüşündə ilk dəfə olaraq Dağlıq Qarabağ problemi xüsusi məsələ kimi 

müzakirə olundu və «Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin 

intensivləşdirilməsi» haqqında qətnamə  qəbul olundu. - 57, 72, 135, 176, 205, 212, 

231, 244. 

 

52. «Ümumi 

dövlət» - ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, 

Rusiya) Azərbaycana etdiyi təklif; yəni Azərbaycan  ərazisində yeni bir erməni 

dövlətinin yaradılması. Beynəlxalq hüquqda isə «ümumi dövlət»adında anlayış 

yoxdur. Azərbaycan Dağlıq Qarabağa ancaq öz daxilində yüksək özünüidarəetmə 

statusu verə bilər. - 58, 78. 

 

53. Jak 

Şirak (d.1932) - Fransanın görkəmli siyasi və dövlət xadimi.1974-76 

və 1986-88-ci illərdə Fransanın Baş naziri,  1977-95-ci illərdə fasilələrlə Paris 

şəhərinin meri,  1995-2007-ci illərdə Fransa Respublikasının prezidenti. «Heydər 

Əliyev» ordeni ilə təltif olunmuşdur. - 60, 76, 77, 171, 180, 196, 197, 198, 230, 338, 

339, 356. 

 

54. Anar, Rzayev   Anar   Rəsul   oğlu (d.1938) - görkəmli yazıçı, publisist, 

dramaturq, ictimai xadim, Azərbaycanın xalq yazıçısı. Azərbaycan və SSRİ Dövlət 

mükafatları laureatı. Azərbaycan və SSRİ Ali sovetlərinin deputatı olmuşdur. 1995-

2005-ci illərdə Milli Məclisin deputatı və mədəniyyət məsələləri komissiyasının sədri, 

1987-ci ildən Azərbaycan Respublikası      Yazıçılar   Birliyinin  sədridir.   Əsərləri   

dünyanın   bir  çox ölkələrində  nəşr olunmuşdur. Azərbaycan Respublikasının 

«İstiqlal» ordeni ilə təltif edilmişdir. - 63-108. 

 

55. Bəxtiyar Vahabzadə, Bəxtiyar Mahmud oğlu (d. 1925) - Azərbaycanın 

xalq şairi, dramaturq, ədəbiyyatşünas. Azərbaycan Dövlət mükafatı laureatı,   1991-

2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli 

EA-nın həqiqi üzvüdür.   Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif 

olunmuşdur. - 63-108. 

 

56. Hüseyn 

Abbaszadə, Abbaszadə    Hüseyn    Abbas   oğ1u (1922 - 2007) - 

Azərbaycanın xalq yazıçısı. Azərbaycan Yazıçılar Birliyinin katibi. Azərbaycan 

Dövlət mükafatı laureatı.   Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə  təltif 

olunmuşdur. - 63-108. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə