Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə123/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   119   120   121   122   123   124   125   126   ...   139

___________________________________________________422 

QEYDLƏR 

 

1.Türkiyə Cümhuriyyəti - Qərbi Asiyada və Avropanın cənub-şərq kənarında 

dövlət. Sahəsi 780,6 min km

2

,  əhalisi 62,7 min. nəfərdir.  İnzibati cəhətdən 67 ilə 



(vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Dövlət başçısı prezident, Ali 

qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. -5-14, 15-17, 31, 51, 72, 78, 

81, 82, 86, 97, 114, 134-193, 198, 205, 206, 209-238, 240-272, 287,297,307, 308,355, 

377-378,379,386,401- 411,415. 



 

2.Beynəlxalq Atatürk Sülh Mükafatı -Türkiyə Cümhuriyyətinin banisi Mustafa 

Kamal Atatürkün «Yurdda sülh, cahanda sülh» prinsiplərinə uyğun olaraq regionda, 

beynəlxalq aləmdə  və ölkələrarası münasibətlərdə sülh, dostluq, anlaşma və xoş 

məramlı  əməkdaşlıq yaradılmasına xidmət edən görkəmli  şəxsiyyətlərə verilir. 

Mükafat 1986-cı il də  təsis edilmişdır.-5-10, 12, 16, 17, 51, 64, 65, 130, 259, 261, 

264, 408, 409. 



 

3.Süleyman Dəmirəl (d.1924) - Türkiyənin görkəmli siyasi, ictimai və dövlət 

xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993-2000-ci illərdə Türkiyə 

Respublikasının prezidenti olmuşdur. Süleyman Dəmirəlin siyasi fəaliyyətinin 

mənasını Türkiyəni iqtisadi cəhətdən dinamik inkişaf edən, demokratik dəyərlərə 

əsaslanan, Avropa ilə qovuşan bir dövlətə çevirmək  əzmi təşkil etmişdir. Yeni türk 

dövlətləri ilə münasibətlərin, xüsusilə Azərbaycanla  əlaqələrin genişlənməsi və 

möhkəmlənməsi   Süleyman  Dəmirəlin  diqqət  mərkəzində  olmuşdur.   Süleyman 

Dəmirəl:  «Türkiyə  həmişə  Azərbaycanın  yanındadır,  Azərbaycanın müstəqilliyini 

tanıyan ilk ölkədir, onun inkişaf etməsi üçün əlindən gələn hər bir yardımı 

göstərmişdir və göstərməkdə  də davam edəcəkdir» kəlamına  əbədi sadiq dövlət 

xadimidir. 

Ş.Dəmirəl Türkiyə-Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasında sarsılmaz 

dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə Azərbaycan Respublikasının 

«İstiqlal» ordeni ilə  təltif edilmişdir.- 6, 8, 10-14, 78, 114, 142, 143, 148, 159-160, 

191, 198, 213, 230, 240-272, 297, 377-378, 386, 403, 408, 409, 410. 

 

4. Bülənd Ecevit (1925-2006) - Türkiyənin siyasi və dövlət xadimi. 1974, 1978-

79 və 1997 - 2003-cü illərdə Türkiyə Respublikasının  Baş  




___________________________________________________423 

naziri olmuşdur. 1972-80-ci illərdə Respublika Xalq Partiyasının, 1978 - 88-ci illərdə 

Türkiyə Demokrat Sol Partiyasının Baş katibi idi. - 8 -9, 17, 379, 386,405. 

 

5. İzmit,  İzmid, Qocaeli- Türkiyənin şimal-qərbində şəhər.Qocaeli ilinin inzibati 

mərkəzi. Mərmərə  dənizi sahilində port. İzmit yaxınlığında Türkiyənin  əsas hərbi 

dəniz bazası yerləşir. - 8,15,260. 

 

6. Bakı-Ceyhan - 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə,Gürcüstan, 

Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri Bakı-Tbilisi-

Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsini» imzalamışlar. Uzunluğu 

1695 km olan Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmişdir. - 9, 

14, 51, 81, 82, 106, 135, 136, 148, 149, 150, 151, 55, 159, 160, 161, 166, 177, 178, 

179, 180, 190, 200, 206, 210, 211, 213, 214, 216, 222, 223, 224, 226, 228, 237, 251, 

264, 294, 300, 307, 315, 316, 331, 335, 415. 

 

7. Dağlıq Qarabağ Muxtar Vilayəti - Azərbaycan Respublikası  ərazisində 

muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə 

qədər 170 min əhali yaşayırdı. Ərazisi 4 min km

2

-dir. Mərkəzi Xankəndidir. 



1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə 

birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq 

Qarabağı  işğal etdilər. BMT-nin 822,853, 874,884 qətnamələrinə görə erməni 

işğalçıları Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan 

torpaqları hələ də erməni tapdağı altındadır. - 9, 37, 38, 58, 59, 71, 75, 77, 88, 92, 93, 

94, 95, 96, 101, 102, 104, 117, 129, 139, 144, 154, 155, 156-158, 160, 162, 164, 165, 

166, 169, 176, 189, 192, 229, 231, 232, 234, 236, 252, 276, 279, 296, 324, 346, 387, 

416. 


 

8. ATƏT-in  İstanbul  sammiti  -   1999-cu  il  noyabrın   18-20-də Türkiyənin 

İstanbul  şəhərində ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 

iştirakı ilə keçirildi. Bu ATƏT-in son toplantısı idi. İstanbul sammitində 3 sənəd qəbul 

olundu. Birincisi - İstanbul xartiyası - dünyada sülhün və  təhlükəsizliyin təmin 

olunması, ölkələrin  ərazi bütövlüyünün qorunması, baş vermiş münaqişələrin sülh 

yolu ilə həll olunması və s. İkinci sənəd Avropada adi silahlar haqqında idi. Üçüncü 

sənəd isə siyasi bəyannamə idi. - 10, 17, 58, 127, 128, 133, 134-193, 204, 205, 209-

238, 243, 251, 252, 261, 266, 281, 296, 297, 330, 348, 355, 416,417. 

  

 

 




___________________________________________________424 

9. Gülhanə    Hərbi  Tibb  Akademiyası  - Türkiyədə          məşhur tibb 

ocaqlarından biri. 1898-ci ildən fəaliyyət göstərir. Akademiya ən müasir tibb 

avadanlığı ilə  təmin edilmişdir. Burada həm müalicə edilir, həm də elmi tədqiqatlar 

aparılır. -13,16. 



 

10.  İlham Əliyev, İlham    Heydər    oğlu (d. 1961) - görkəmli ictimai-siyasi  və  

dövlət   xadimi,   diplomat.   2003-cü  ildən   Azərbaycan Respublikasının prezidenti. 

Prezident Heydər Əliyevin oğludur.  1994-cü ildən Azərbaycan Respublikası Dövlət 

Neft  Şirkətinin vitse-prezidenti,1997-ci ildən birinci vitse-prezidenti.  Azərbaycan 

Respublikasının neft strategiyasının hazırlanmasında və həyata keçirilməsində mühüm 

xidmətləri vardır. 

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və dövlət 

xadimi kimi İlham  Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanmış, bir 

neçə ölkənin yüksək mükafatlarına layiq görülmüşdür. 

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar  əldə etməsində  də 

AMOK-un prezidenti kimi İlham  Əliyevin böyük xidmətləri var. Onun şəxsi 

təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə,  Şəkidə  və respublikanın digər 

rayonlarında dünya standartlarına cavab verən olimpiya idman-sağlamlıq 

kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza yaradılmışdır. 

İlham Əliyevin doğma Azərbaycanımızın inkişafında böyük xidmətləri var. Onun 

dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektoru sürətlə inkişaf etmiş, eyni zamanda 

ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır. 

İlham  Əliyev tərəfindən irəli sürülmüş «Regionların inkişafı haqqında dövlət 

proqramına»  əsasən respublikanın  şəhər və rayonlarında onlarla sənaye müəssisəsi 

açılmış, yüz minlərlə iş yerləri yaradılmış və geniş abadlıq işləri görülür. Məhz bunun 

nəticəsidir ki, Gəncədə maşınqayırma zavodu, Sumqayıtda alüminium zavodu 

yenidən təmir edilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri açılmış və insanlar işlə 

təmin edilmişlər. 

Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət quruculuğunda, 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində  uğurlu 

xidmətlər göstərən İlham Əliyev Yeni Azərbaycan Partiyasının I qurultayında partiya 

sədrinin müavini, II qurultayında sədrin birinci müavini seçilmişdir. 2005-ci ilin 

martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən Azərbaycan 

Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı, Avropa Şurası Parlament 

Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı 

olmuşdur. Azərbaycan haqqında, xüsusilə Ermənistanın ölkəmizə 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə