Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə119/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   115   116   117   118   119   120   121   122   ...   139

___________________________________________________409 

türk Sülh Mükafatıdır. Bu, təkcə mənim üçün yox, bütün Azərbaycan 

xalqı üçün əzizdir. Azərbaycanın hər yerində indiyə  qədər bu barədə 

danışıqlar gedir, insanlar öz fikirlərini söyləyirlər. 

Dünən YUNİSEF tərəfindən elan edilmiş  uşaqların beynəlxalq 

televiziya və radio günü idi. Mən də onların bu gününü təbrik etməyə 

getdim. Oradakıların  əksəriyyəti balaca uşaqlar idi. Orada da böyük 

iftixar, qürur hissi ilə danışırdılar ki, Azərbaycanın dövlət başçısı, 

cümhur başkanı Beynəlxalq Atatürk Sülh Mükafatı alıbdır. Bu da 

bizim dostluq əlaqələrimizin böyük bir əlamətidir. 

Mən sizin dediyiniz məsələyə mütləq fikir verəcəyəm. Çünki 1991 

- 1992-ci illərdə  mən Naxçıvana rəhbərlik edərkən  əziz dostum 

Süleyman Dəmirəllə bizim o körpünü yaratmağımız tarixi hadisədir. 

Həmin körpüyə «Həsrət körpüsü», «Ümid körpüsü» deyirdilər. Bu, 

həqiqətən belədir. Həmin körpü Naxçıvanın həyatını xilas etdi. Çünki 

Naxçıvan hər tərəfdən blokadaya alınmışdı. O vaxt Türkiyədən 

Naxçıvana elektrik xətti gətirildi, insanlar bu körpüdən gedib-gəldilər, 

ticarət etdilər. Bu körpü eyni zamanda o bölgəni inkişaf etdirdi. 

Həmin illərdə mən İqdıra bir neçə dəfə getmişdim. Deyirlər, indi, 

son beş-altı ildə  İqdır tamamilə  dəyişibdir.  Əziz dostum, prezident 

Süleyman Dəmirəl bu yaxınlarda  İqdıra getmişdi, oradan qayıdanda 

mənə telefon etdi və dedi ki, mən İqdırı tanımadım. İqdıra vilayət adı 

verilməsi ilə əlaqədar keçirilən tədbirdə mən iştirak etmişdim. Həmin 

tədbirə Süleyman Dəmirəl və  mən gəlmişdik. Çox gözəl bir tədbir 

keçdi. Bayram keçirildi ki, İqdır da artıq müstəqil bir vilayət oldu. 

Bundan  əvvəl  İqdır Qars vilayətinin tərkibində idi. İqdırın müstəqil 

vilayət olması onun inkişafına böyük imkanlar yaratdı. 

  

 



 


___________________________________________________410 

Sən indi mazutdan söhbət açdın. Təkcə mazut yox, benzin, digər 

yanacaq növlərinin də Azərbaycandan gəlib Naxçıvana, oradan 

Türkiyəyə keçməsi, yaxud İrandan Naxçıvana keçməsi - bunlar hər iki 

tərəf üçün - həm Naxçıvan, həm də  İqdır,  Ərzurum üçün çox 

faydalıdır. Güman edirəm ki, bu məsələlər həll edilməlidir. Bilirəm ki, 

orada problemlər var. 

Ə l i G ü n ə r:  Cənab prezident, mən bu məsələyə ona görə 

toxundum ki, əvvəllər ayda 150 min ton, sonra isə ayda 25 min ton 

yanacaq gəldi. Bu da müəyyən problemlər yaratdı. 

H e y d ə r Ə l i y e v: Siz bilirsiniz ki, bu məsələyə Türkiyə tərəfi 

baxır. Yəni Türkiyə  tərəfi orada gömrüyü bağlayıbdır. Hörmətli 

Süleyman Dəmirəl  İqdıra gedəndə  mən ona dedim ki, sən orada 

gömrük məsələləri barədə göstəriş ver. O da İqdırdan qayıdanda mənə 

dedi ki, mən oranın valisinə lazımi göstərişlər vermişəm. Türkiyə Baş 

bakanlığının gömrük müstəşarı bu günlərdə buraya gəlmişdi. Mən 

onunla görüşümdə  də dedim ki, sən keçid məntəqəsində gömrük 

işlərini qaydaya sal. 



Ə l i G ü n ə r:  Cənab prezident, orada hər bir iş qaydasına 

düşəcəkdir. 



Heydər  Əliyev:  Mən öz tərəfimdən nə lazımsa edəcəyəm. 

Hörmətli Süleyman Dəmirəllə danışanda sizin bu sözlərinizi də ona 

çatdıracağam. Amma siz də öz tərəfinizdən lazımi işlər görün. 

Ə l i G ü n ə r: Bilirsiniz, hörmətli Süleyman Dəmirələ yanlış 

məlumat veriblər: guya bizim şəhərlərin birindən mazut alınır. Lakin 

6-7 aydır ki, bu yanacaq gəlmir. Yanacaq sadəcə, İrandan və Bakıdan 

gəlir. İnşallah, bu məsələlər həll ediləcəkdir. 



Heydər  Əliyev: Demək, yanlış  məlumatlar verilib, ona görə  də 

belə qərarlar qəbul olunur. İnşallah, bu məsələlər həll ediləcəkdir. 

  

 

 




___________________________________________________411 

Mən sizə təşəkkür edirəm. Partiya rəhbərlərinizin hər birinə mənim 

salamımı, hörmət və ehtiramımı, sayqılarımı çatdırın. Türkiyənin 

demokratiyada  ən böyük nailiyyəti odur ki, hər bir işi demokratik 

yolla aparır. Türkiyədə güclü partiyalar var və bu partiyalar seçkidə 

iştirak edirlər. Hansı partiya daha çox səs toplayırsa hökumət də onun 

əsasında qurulur. Hökumətə daxil olmayan partiya yenə  də çalışır, 

itirmir. İndi Fəzilət Partiyası hökumətə daxil deyil. Amma İstanbulun 

bələdiyyə başqanı  Fəzilət Partiyasının nümayəndəsidir. Bu, elə 

demokratiyanın  ən böyük göstəricisidir. Fəzilət Partiyası hökumətin 

tərkibinə daxil ola bilməyibdir, amma İstanbul kimi şəhərin bələdiyyə 

başqanı  Fəzilət Partiyasındandır. Ankarada da belədir. Görürsünüz, 

bu, demokratiyanın yüksək bir zirvəsidir. 

Mən sizin hamınıza cansağlığı, işlərinizdə  uğurlar arzulayıram. 

Türk xalqına, qardaşlarıma məndən salamlar söyləyin. Sizə yaxşı yol 

diləyirəm. 

  

 

 




___________________________________________________412 

ATƏT-in HAZIRKI SƏDRİ, NORVEÇİN  

XARİCİ İŞLƏR NAZİRİ KNUT VOLLEBEK  

İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Azərbaycan prezidentinin iqamətgahı  

 

13 dekabr 1999-cu il 

 

Heydər  Əliyev: Xoş gördük Sizi, cənab Vollobek. Sizi səmimi-

qəlbdən salamlayıram. 

Knut Vollebek: Çox sağ olun, cənab prezident. Gecə vaxtı  məni 

qəbul etdiyinizə görə təşəkkür edirəm. 



Heydər  Əliyev: Necə ola bilər ki, siz gələsiniz, mən sizi qəbul 

etməyəm? Amma niyə belə gec gəldiniz? Bir az tez gələydiniz. 



Knut Vollebek: Ölkəniz çox uzaqdadır. 

Heydər Əliyev:Bu gecə yatmayacaqsınız. 

Knut Vollebek: Deyəsən, məni bu gecə çox saxlayacaqsınız. 

Heydər  Əliyev:  Mən saxlamayacağam. Sizin özünüzün işiniz 

çoxdur. 


Knut Vollebek:  Mən bu səfərimdən öncə, Sizinlə danışıqlar 

aparmağı çox mühüm hesab etdim və bu proseslərə Sizin qiymətinizi, 

fikirlərinizi, mülahizələrinizi dinləmək üçün buraya gəldim. Çox 

təşəkkür edirəm ki, mənə bu şəraiti yaratmısınız. 



Heydər  Əliyev:  Cənab Vollebek, mən sizi Azərbaycanda 

salamlayıram və çox məmnunam ki, qısa bir zamandan sonra siz yenə 

də Azərbaycana gəlmisiniz. Son zamanlar qısa bir müddətdə biz 

sizinlə üç dəfədir görüşürük. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə