Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə117/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   113   114   115   116   117   118   119   120   ...   139

___________________________________________________403 

dadır. Biz Sizi dəstəkləyirik.  İnşallah, bu dəstək Sizin atdığınız 

demokratik addımlarla Avropaya qədər gedəcəkdir. Bizim getdiyimiz 

yerlərdə qardaş Azərbaycanın da yer alacağına inanırıq. Biz bir addım 

atdıq.  İnşallah, bu addım özəlliklə bütün türk cümhuriyyətləri üçün 

xeyirli olacaqdır. 

Sizin bu demokratik addımlarınız digər ölkələr üçün də xeyirli 

olacaqdır. Siz demokratiyaya keçməyən ölkələrə örnək təşkil 

etmisiniz.  İlk dəfə  bələdiyyə seçkiləri keçirdiniz. Biz seçkilərdə 

müşahidəçi olaraq hər kəsdən soruşduq, heç bir şeydən rahatsız 

olmadıq. Hətta mənim çox sevindiyim bir-iki hal oldu. Yaşlı bir 

qadına və  gənc bir vətəndaşa «Siz səsinizi kimə verdiniz?» sualını 

verdim. Dedibr ki, «Biz Azərbaycan vətəndaşı kimi, lazım olan kəsə 

səsimizi verdik». Biz bundan çox məmnun olduq. İnşallah, bunlar 

davam edəcəkdir. Biz Azərbaycandan çox məmnunuq. Sizin hər 

şeyiniz çox yaxşıdır. 

Bizim Allahdan təmənnamız, niyazımız odur ki, qısa bir zamanda 

çətinlikləri keçin. Daha güclü Azərbaycan Türkiyə üçün də güclü 

olmaq deməkdir. Türkiyənin gücü Azərbaycanın gücüdür. Sizin 

rəhbərliyiniz altında iki gücün birləşməsi dünya dövlətləri arasında öz 

yerini alacaqdır. Biz bundan məmnunuq. Çünki biz iqdırlılar Sizi çox 

yüksəklərdə görürük. Allah ömrünüzü uzatsın deyə dua edirik. 

Qonşu olan vilayətlər - Naxçıvan və  İqdır arasında bir körpü 

vardır. Naxçıvanda 400 minə yaxın  əhali yaşayır. Bir o qədər də 

İqdırın vardır. Siz və  cənab Süleyman Dəmirəl birlikdə «Həsrət 

körpüsü»nün təməlini qoydunuz. Orada ticarət fəaliyyətinə başlandı. 

Həm Azərbaycan xalqı, Naxçıvan üçün, həm də bizim xalqımız üçün 

həqiqətən, çox faydalı  işlər oldu. Sizin xalqınızın zənginliyi bizim 

xalqın, bizim zənginliyimiz isə Sizin xalqınızın zənginliyidir. 

Sizdən bir xahişimiz vardır. Süleyman bəylə Siz qardaşsınız. Biz 

belə görürük. Bizə ayda 25 min ton mazut verirlər. 

  

 



 


___________________________________________________404 

Bu da ildə 300 min ton edir. Yarısını naxçıvanlılar gətirir, yarısını 

da iqdırlılar gətirirlər.  Bu  da  tələbatı ödəmir. Biz Sizdən göndərilən 

mazutu İrandan alıb Türkiyəyə gətiririk. 

Böyüyümüz olaraq Sizdən arzumuz, istəyimiz budur ki, bu barədə 

Süleyman bəydən xahiş edin, - bunu artırmaq lazımdır ki, oradakı 

əhalinin zənginliyi, gücü artsın. Allah Sizə yardımçı olsun. Sizə 

hörmət və ehtiramımı bildirirəm. 



Nurəddin Atik  (Doğru Yol Partiyasından Diyarbəkir millət 

vəkili): Hörmətli prezident, biz Milli Məclis başqanınızın dəvəti ilə 

müşahidəçi kimi Azərbaycana gəldik. Burada özümüzü evimizdəki 

kimi çox rahat hiss edirik. Bələdiyyə seçkilərini izlədik və hər şey çox 

gözəl oldu. Konstitusiya çərçivəsində çox demokratik bir seçki oldu. 

Elə bir problemlə üzləşmədik. 

Seçkilər zamanı  səs verməyə yaşlı bir qadın gəlmişdi. O dedi ki, 

vətəndaşlar xəstə olsalar da evlərdə, xəstəxanalarda onların yanına 

gedirlər və onlar da səs verirlər. Bu, çox gözəldir. Hər  şey 

deyilənlərdən də yaxşı oldu. Bir qardaş, dost olaraq çox sevindik. Bu 

bələdiyyə seçkiləri həm Azərbaycana, həm də onun xalqına xeyirli, 

uğurlu olsun. Allah üstünüzdə olsun. Sağ olun, var olun. 

Həsən Hüseyn Balak  (Milliyyətçi Hərəkat Partiyasının  təmsilçisi 

Tokat millət vəkili): Hörmətli prezident, Sizə genel başqanımız, dövlət 

nazirimiz və Baş nazirin müavini Dövlət Baxçalının salamlarını 

çatdırıram və bundan qürur duyuram. 

Həmkarlarımın dedikləri kimi, həqiqətən, buraya, qardaşlarımızın 

vətəni olan Azərbaycana öz məmləkətimiz kimi gəldik. Buraya 

gəldiyimiz zaman biz İsveçrədə,  İngiltərədə, Fransada duyduğumuz 

yabançılığı duymadıq. Bizə qucaqlarını açdılar. Zati-alilərinizin 

vermiş olduğu təlimatla bizi müşaylət edən, qonaqpərvərlik göstərən 

insanlar bizi çox gözəl qarşıladılar, çox duyğulandırdılar. 

  

 



 


___________________________________________________405 

Biz burada müşahidəçi kimi seçki məntəqələrini gəzdik və hər şeyi 

gördük. Sizin himayəniz altında demokratik nizama qovuşmaq üçün 

çox böyük addım atılır və xalq bundan xeyli məmnundur. Biz də 

məmnunuq. Bununla bərabər, demokratiyaya keçid zamanı çox böyük 

həmlələri dəf etdiniz. Əlbəttə, biz türk insanı olaraq bundan çox 

sevinirik. Azərbaycan xalqının yüksəlişini güneydəki qonşumuzla və 

digərləri ilə müqayisə etdiyimiz zaman görürük ki, qısa zamanda Sizin 

himayənizlə çox böyük işlər görülmüşdür və əzəmətinizlə digər işləri 

də uğurla başa vuracağınızı zənn edirəm. Mənim inancım budur. Onun 

üçün də dua edəcəyəm. Sağ olun. 

Həsən Gülay  (Demokratik Sol Partiyadan Manisa millət  vəkili): 

Hörmətli cümhur başqanım. Bizi qəbul etdiyinizə görə  təşəkkür 

edirəm. Həmkarımın söylədiyi kimi, biz Azərbaycana Milli Məclis 

sədrinin dəvəti ilə gəlmişik. Sizin vaxtınızın az olduğunu bilirik. Bizə 

lütf etdiniz. Biz buraya sevinclə gəldik və sevinclə dönəcəyik. Hər şey 

çox gözəl və demokratik oldu. İndi biz Sizdən ayrılacağıq. 

Cənab prezident, mən Sizin sağlam, rahat olmağınızı ancaq 

televiziya vasitəsilə görürdüm. İndi də çox sağlamsınız, gümrahsınız 

və qoy həmişə belə olsun. 

Vaxtinızı çox almaq istəmirəm. Mən hörmətli Ecevitin 

partiyasındanam və Manisadan millət vəkili seçilmişəm. Onun Sizə 

olan hörmət və ehtiramını çatdırmağı özümə borc bilirəm. Allah Sizə 

ömür versin. Təşəkkür edirəm. 

Heydər  Əliyev: Hörmətli dostlar, əvvəla, sağ olun ki, zəhmət 

çəkib Azərbaycana gəlmisiniz və bizim ilk bələdiyyə seçkilərində 

müşahidəçi olmusunuz, beləliklə də Azərbaycana yardım etmisiniz. 

Mən bunu bir neçə dəfə demişəm. Dünən səs verməyə getmişdim, 

orada xeyli mətbuat nümayəndələri var idi. Onlarla 35-40 dəqiqə 

söhbət etdim, danışdım. Ondan iki gün əvvəl mən televiziya və radio 

vasitəsilə Azərbaycan vətəndaş- 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə