Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə115/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   111   112   113   114   115   116   117   118   ...   139

___________________________________________________396 

artıbdır, amma görürəm ki, boylarından çox, onların daxili 

mənəviyyatı yüksəlibdir, onların istedadı daha da artıbdır. 

Hər ata istəyir ki, onun övladı tez böyüsün, tez yekəlsin. Mənim bir 

adətim vardı: uşaqlarım kiçik olanda onları divarın yanına gətirirdim, 

xətt çəkirdim, iki aydan sonra bir də ora gətirirdim - xətt çəkirdim, 

görüm ki, onlar nə qədər böyüyüblər. Bu, bəli, valideynə aid olan bir 

xüsusiyyətdir. Amma təbiidir ki, bu, nə valideyndən, nə  də  uşaqdan 

asılıdır. Bu, təbiətdən asılıdır. Ancaq insan istəyir ki, hər  şey tez 

yüksəlsin. Mən də  həmişə arzu edirəm ki, bizim uşaqlar tez 

yüksəlsinlər, o mənada ki, daha da çox bilik alsınlar, daha da çox 

tərbiyələnsinlər, daha da çox vətənpərvər olsunlar. 

Burada siz mahnılar təqdim etdiniz. Çox gözəl mahnılar idi. Ancaq 

bu mahnıların hamısının bir ana xəttini mən hiss etdim: vətən, xalq, 

millət, dövlət, torpaq - bu fikirlər mahnıların hamısından keçir. Bax, 

məni bu, çox sevindirir. Əlbəttə ki, hər bir mahnı, hər bir musiqi 

insanı zövqə  gətirir, insanı sevindirir, insan istirahət edir. Ancaq 

vətənpərvərlik ruhu ilə yaranmış sizin bu mahnılarınızın hamısı  və 

daxili pərvərlik ruhunda ifa etdiyiniz mahnılarınız, rəqsləriniz məni 

daha da çox sevindirir. Çünki bizim ölkəmizin bu günü də, gələcəyi də 

müstəqil Azərbaycandır. 

Müstəqil Azərbaycan tarixinin ilk dövrünü yaşayır. Gələcək isə 

həm böyükdür, həm də uzundur, yəni  əbədidir, sona qədərdir, bu 

gələcəyin sonu yoxdur. Ancaq qarşımızda duran məsafəni nə qədər tez 

qət edə bilsək, bizim xalqımız dünya xalqları içərisində o qədər tez 

yüksələcəkdir. Bu, bizim hamımızın borcudur. Biz bunu hamımız 

etməliyik. Ancaq bunu təmin etmək üçün gərək bu prosesin ardıcıllığı 

yaransın. Ardıcıllıq isə odur ki, məhz uşaqlar, gənclər, onların təhsili, 

tərbiyəsi, onların istedadlarının meydana çıxarılması, istedadlarını 

göstərmək üçün onlara imkanlar yaradılması - bunların hamısı hər bir 

nəsli əvvəlki nəsildən yüksək edə bilər. 

  

 



 


___________________________________________________397 

Mən heç şübhə etmirəm ki, XXI əsrdə Azərbaycanda nəsillər nə 

qədər dəyişəcəksə, Azərbaycan xalqının, Azərbaycan millətinin daxili 

mənəviyyatı, insani keyfiyyətləri, istedadı da o qədər artacaqdır. 

Xalqımız yüksək mədəniyyətə, yüksək elmə, yüksək biliyə  və xoş, 

firavan həyata malik xalq olacaqdır. Onun üçün sizin hər biriniz - 

bugünkü kiçik istedadlar, amma çox zərif, insanı heyrətə  gətirən, 

insanı sevindirən o istedad nümunələri gələcəyin qönçələridir. Bu 

qönçələr açılacaqdır, bu qönçələr gözəl görünəcəkdir və Azərbaycanı 

gülzarlığa döndərəcəkdir. 

Ancaq bizim uşaqlar tək musiqidə, mahnıda, rəqsdə istedadlı 

deyildirlər. Son illər bizim uşaqların istedadları bir çox sahələrdə 

aşkara çıxıbdır. Məktəblərimizdə ayrı-ayrı  fənlər, elmlər sahəsində 

çoxlu istedadlı  uşaqlar özlərini göstəriblər. Dünyada keçirilən 

beynəlxalq olimpiadalarda Azərbaycan məktəblərinin uşaqları ayrı-

ayrı  fənlər üzrə çox yüksək adlar, medallar, fəxri fərmanlar alıblar. 

Yəni Azərbaycan uşaqlarının istedadı çox geniş bir sahəni əhatə edir. 

Yəni insan istedadının hər bir sahəsi Azərbaycanın uşaqlarında var. 

Bizim borcumuz, bizim vəzifəmiz şərait yaratmaqdan ibarətdir ki, 

hər bir gənc, hər bir uşaq istedadını inkişaf etdirə bilsin, ona imkan 

yaransın. Biz bunu edirik. Amma deyə bilmərəm ki, hər bir şeyi təmin 

edə bilirik. 

Mənim istəyim, arzum bundan da çoxdur. Ancaq əminəm ki

burada biz ilbəil yeni nailiyyətlər əldə edirik və əldə edəcəyik. 

Bizim uşaqların bir hissəsi yerindən-yurdundan didərgin düşmüş, 

köçkün vəziyyətində yaşayan ailələrin uşaqlarıdır, çadırlarda yaşayan 

uşaqlardır. Ermənistan silahlı qüvvələrinin işğalı  nəticəsində, 

müəyyən səbəblərdən bir milyondan artıq azərbaycanlı yerindən-

yurdundan didərgin düşübdür, ağır vəziyyətdə, çadırlarda yaşayırlar. 

Mən o çadırlarda olmuşam, insanların ağır şəraitdə yaşadığı müxtəlif 

yerlərdə 

  

 



 


___________________________________________________398 

olmuşam, hamısını görmüşəm. Bilirsiniz, bu görüşlər ikitərəfli 

təəssürat, hissiyyatlar doğurur. Bir tərəfdən insanlarımızın, xüsusən 

uşaqlarımızın belə ağır, bəzən də dözülməz vəziyyətdə yaşaması bizi 

incidir, sıxır. Məni bu həyatda ən çox sıxan budur. 

İkinci tərəfdən də belə  ağır bir şəraitdə  uşaqlarda xoş  əhval-

ruhiyyə, onlarda həqiqi uşaqlıq keyfiyyətləri, onların məktəbdə 

oxumasını, təhsil almasını, yəni həqiqi uşaq kimi inkişaf etməsini 

görəndə sevinirsən. 

İnsan ümumiyyətlə, dözümlü bir məxluqdur. Bunu biz tarixdən 

bilirik, hər yerdə olub, o cümlədən Azərbaycan xalqının tarixinin 

müxtəlif mərhələlərində və yaşadığımız dövrdə də görürük və bilirik. 

Ancaq yenə  də deyirəm, çadırlarda ağır vəziyyətdə, yerindən-

yurdundan didərgin düşmüş ailələrdə yaşayan uşaqlar çox yüksək 

qayğıya layiqdirlər. Onların içərisində istedadlıları da çoxdur. Sizin 

kimi rəqs edənlər, yaxud da mahnı oxuyanlar və ya məktəbdə  əla 

qiymətlərlə oxuyan uşaqlar çoxdur. 

Mən bir dəfə o çadırlara gedəndə gördüm ki, çadırın birinin 

yanında çörək bişirirlər. Şəhərdə yaşayanlar bunu bəlkə də bilməzlər, 

amma kənd yerlərində həmişə ya təndir qalayıb çörək bişirirlər, ya da 

sacın üstündə çörək bişirirlər. Onu da sizə deyim ki, o çörək çox 

ləzzətli olur. Kim ondan yeməyibsə çox şey itiribdir. 

Dedim ki, nə edirsiniz? Bir oğlan idi, dedi ki, biz toy edirik. Gənc 

bir oğlandı, 18-19 yaşı olardı. Dedim, bəs gəlin haradadır? Dedi ki, 

gəlini Sabirabaddakı çadırdan oğlan gedib gətirmişdir. Yəni oğlan da 

çadırda yaşayır - Biləsuvar rayonunda, qız isə Sabirabaddakı çadırda 

yaşayır, oradan gedib gətirmişik. Yəni, insan hər bir şəraitdə yaşayır, 

toyunu da, bayramını da edir. O çadırlarda övladlar da dünyaya gəlir, 

uşaqlar da doğulur. Həyat davam edir.  Həyatın davam etməsini, 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə