Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə111/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   107   108   109   110   111   112   113   114   ...   139

___________________________________________________384 

istəyirlər. Deyə bilmərəm ki, hamısı eyni məqsədlə  fəaliyyət 

göstərmək istəyir. Yəqin ki, bir qismi həqiqətən vətəndaşlar üçün, öz 

yaşadığı yer üçün iş görmək, fayda vermək istəyir. Ola bilər, bir qismi 

də bundan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyir. O da ola 

bilər, bu da ola bilər. 

Amma buna baxmayaraq, bələdiyyələrin seçilməsi zamanı 

namizədlərin çox olması, qeydə alınmış namizədlərin çox olması onu 

göstərir ki, bələdiyyəyə maraq həvəs çoxdur. 

Kim buraya hansı  məqsədlə seçilmək istəyir - bu, onların öz 

vicdanlarına qalacaqdır. Amma bizim üçün əhəmiyyətlisi budur ki

vətəndaşlarımız dövləti, hökuməti idarə etməyə, yerli idarə 

orqanlarında iştirak etməyə həvəs göstərirlər, biganə deyillər. Bu, çox 

müsbət bir haldır. 

Yenə  də deyirəm, bunlar hamısı bir tərəfdən bizi sevindirir, 

ölkəmizdə demokratiyanın varlığını  və onun inkişafını sübut edir, 

ikinci tərəfdən də, təbiidir ki, bələdiyyələrin qarşısında böyük 

vəzifələr, böyük məsuliyyətlər qoyur. Hər halda, mən arzu edirəm, - 

cuman edirəm, belə də olacaqdır, - Azərbaycanda bələdiyyə seçkiləri 

demokratik şəraitdə keçirilsin. Bu da bizim Azərbaycanda apardığımız 

demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu 

prosesinin böyük bir mərhələsi olacaq və biz irəliyə doğru böyük bir 

addım atmış olacağıq. Gələcək üçün isə çox böyük zəmin 

yaradacağıq. 

Təbiidir ki, beş ildən sonra bələdiyyə seçkiləri bundan da səviyyəli, 

bundan da keyfiyyətli keçiriləcəkdir. Güman edirəm, gələcəkdə 

bələdiyyələrə seçiləcək adamlar bu gün seçilənlərdən daha da yüksək 

səviyyəli olacaqlar. Çünki, ola bilər, onların bir qismi bu beş il 

müddətində özlərini çox fəal göstərsinlər, vətəndaşların qayğısına 

qalsınlar, yerlərdə yerli məsələlərin həllində  iştirak etsinlər, yaxud 

təşəbbüskar olsunlar, xalqa göstərsinlər ki, onlar nəsə ediblər. Onda 

onlar yenidən seçilə bilərlər və onların təcrübəsi olacaqdır. 

  

 



___________________________________________________385 

İkinci tərəfdən də, indiyə  qədər bəlkə  də  bələdiyyələrə maraq 

göstərməyən adamlar bələdiyyələrin işini müşahidə edəcəklər və gələn 

bələdiyyə seçkiləri, təbiidir ki, bizim üçün, Azərbaycan üçün daha da 

faydalı olacaqdır. Bu, ilk addımdır, çox lazımlı addımdır. Mən çox 

məmnunam ki, biz bu addımı atırıq. Ümidvaram ki, bu, bizim 

ölkəmizə, dövlətimizə  və  ən  əsası - vətəndaşlarımıza fayda 

gətirəcəkdir. 



S u a l: Cənab prezident, yeni seçiləcək bələdiyyələrə və onların 

üzvlərinə nə arzulayırsınız? 

C a v a b: Onlara arzu edirəm ki, birincisi, vətəndaşlara və 

seçildikləri yerlərə xidmət etmək məqsədi daşısınlar. Yəni 

bələdiyyələr yerli məsələləri həll edəcəklər.  İndi Azərbaycanda həll 

olunası  məsələlər çoxdur. Onların bir qismi də yerli məsələlərdir. 

Amma bələdiyyələr yerli məsələləri həqiqətən qanunun onların 

üzərinə qoyduğu vəzifə  çərçivəsində  həll edə bilsələr, bu, hər bir 

vətəndaş üçün xeyirli olacaqdır. 

Ona görə  mən yeni seçilən bələdiyyələrə arzu edirəm ki, onlar 

bələdiyyə prinsipinə sadiq olsunlar, öz məsuliyyətlərini hiss etsinlər. 

Çalışsınlar ki, formal olaraq bələdiyyəyə seçilib status almasınlar. 

Amma bələdiyyəyə seçildisə, status aldısa, öz torpağı üçün, öz yeri 

üçün, öz şəhəri, yaxud öz qəsəbəsi, öz rayonu üçün faydalı  iş 

görsünlər. Mən bunu arzu edərdim. 

S u a l: Cənab prezident, Azərbaycanın Avropa Şurasına tam 

hüquqlu üzv olması üçün bu seçkilər nə dərəcədə əhəmiyyətlidir? 

C a v a b: Bəli, bunun da əhəmiyyəti var. Amma tək bundan asılı 

deyildir. Bizim qonaq sifətilə  qəbul olunduğumuz vaxtdan üç il 

keçibdir. Bu müddətdə biz Avropa Şurası ilə çox geniş  əməkdaşlıq 

etmişik. Avropa Şurasının standartlarına cavab verən bir çox qanunlar 

qəbul etmişik. Bilirsiniz ki, xüsusən son vaxtlar belə qanunlar qəbul 

olunubdur. 

Qanunun qəbul olunması  təkcə texniki məsələ deyildir. Qanunun 

qəbul olunması ondan ötrü deyil ki, biz işarə qoyaq 

  



___________________________________________________386 

ki, bu qanunu qəbul etdik, orada da desinlər ki, bu qanun 

Azərbaycanda var, ona görə  də Avropa Şurasının standartlarına 

uyğundur. Yox, bu qanunların qəbul edilməsi bizim idarəetmə 

orqanlarında, hüquq-mühafizə orqanlarında və bütün başqa orqanlarda 

yeni bir şərait yaradır. Yəni biz bundan sonra dünya qanunları, Avropa 

qanunları çərçivəsində yaşamalı, işləməliyik. 

Bunun da əsas məqsədi odur ki, insanların hüquqları daha da çox 

qorunmalı, dövlətin hüquqları qorunmalı  və demokratiya olmalıdır. 

Ona görə  də indiyə  qədər gördüyümüz işlər, təbiidir ki, Avropa 

Şurasına tam hüquqlu üzv qəbul olunmağımızın  əsasını  təşkil edir. 

Amma bugünkü bələdiyyə seçkiləri də bir mərhələdir.  Əgər seçkilər 

yaxşı keçsə, uğurlu keçsə, yaxşı nəticələr olsa, onda Avropa Şurasına 

qəbul olunanda deyəcəklər - bəli, bunu da etdilər, onu da etdilər, bunu 

da ediblər, onu da ediblər, amma son olaraq bələdiyyə seçkiləri də 

yaxşı keçibdir. Ona görə siz jurnalistlər də çalışın ki, yaxşı keçsin. 



S u a l: Hörmətli prezident, Türkiyənin Avropa Birliyinə tam 

hüquqlu üzv qəbul olunmasını dəstəkləyirsinizmi? 

C a v a b: Yüz faiz dəstəkləyirəm.  İndiyə  qədər Türkiyəyə çox 

əngəllər edirdilər. Mən çox məmnunam ki, bu əngəllər götürülür. Mən 

dünən  əziz dostum, Türkiyənin cümhur başqanı Süleyman Dəmirəllə 

telefonla danışdım, bu münasibətlə onu təbrik etdim. Mən hiss etdim 

ki, o da çox məmnundur. Baş nazir Bülənd Ecevit də Helsinkiyə 

getmişdi. Bu, çox gözəl hadisədir, mən buna sevinirəm. 



Sual: Cənab prezident, ATƏT-in Minsk qrupunun 

həmsədrlərinin, eyni zamanda ATƏT-in hazırkı  sədrinin 

Azərbaycana qarşıdakı səfərlərindən Azərbaycan nə gözləyir? 

C a v a b: Bilirsiniz, bunlar bir-birindən ayrı məsələlərdir. ATƏT-

in fəaliyyətdə olan sədri sadəcə, buraya gəlir, buradan Dağıstana 

uçacaqdır. O, buranı tranzit yeri kimi seçibdir. Təbiidir ki, mən onunla 

görüşəcəyəm. Düzdür, gec gəlir, gecə 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə