Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə112/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   108   109   110   111   112   113   114   115   ...   139

___________________________________________________387 

gəlir və  səhər tezdən də gedəcəkdir. Amma bizim işimizin gecəsi-

gündüzü yoxdur. 

Ancaq ayın 13-də günün axırında buraya ATƏT-in Minsk 

qrupunun həmsədrləri gəliblər. Bilirsiniz ki, artıq onlar iki gündür 

Ermənistanda, Yerevandadırlar. Oradan Dağlıq Qarabağa getməli 

idilər. Bəlkə  də artıq Dağlıq Qarabağdadırlar, məlumatım yoxdur. 

Bildiyimə görə, o heyətin tərkibində təkcə ATƏT-in Minsk qrupunun 

üzvləri, yaxud da onların  əməkdaşları yox, eyni zamanda Dünya 

Bankının, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali 

Komissarlığının da nümayəndələri var. 

Bildiyimə görə, onlar Dağlıq Qarabağdan Azərbaycanın Dağlıq 

Qarabağ  sınırlarından kənarda olan rayonlarına da gedəcək, bu 

yerlərlə, vəziyyətlə tanış olacaqlar. Nə ilə  gəldiklərini bilmirəm. 

Ancaq onların belə  tərkibdə  və bu cür məzmunda gəlmələri, hesab 

edirəm ki, çox sevindirici haldır. Gələrlər, danışarıq. 



S u a l: Cənab prezident, Kazimirovun ATƏT-in Minsk 

qrupunun nümayəndə heyəti tərkibinə salınması ilə  əlaqədar nə 

deyə bilərsiniz? 

C a v a b: Bilirsiniz, düzü, mən bunu oradan-buradan eşidirəm. 

Mən bilirəm ki, Kazimirov ATƏT-in Minsk qrupunun tərkibindədir. 

Amma mənə dedibr ki, o, ekspert kimi, yaxud da Xarici İşlər 

Nazirliyinin işçisi kimi onlarla bir yerdə gedibdir. Ancan mən hələ bir 

şey bilmirəm. 

S u a l: Cənab prezident, dekabrın axırında YAP-ın birinci 

qurultayının keçiriləcəyi bildirilmişdir. Bu, qüvvəsində qalırmı, 

gündəlikdə hansı önəmli məsələlər olacaqdır? 

C a v a b: Ayın 20-21-i qəti keçiriləcəkdir. Sən bilirsən, bu 

qurultaydır.  İndiyə  qədər bizim partiyaların o qədər qurultayında 

olmusunuz ki, bilirsiniz. 

Yeni Azərbaycan Partiyası böyük partiyadır.  İndiyə  qədər 

qurultayını  keçirməyibdir,   ilk  qurultayını   keçirir.   Bunun 

  

 



 


___________________________________________________388 

bəlkə  mənfi cəhəti də var. Amma müsbət cəhəti də var - partiya 

formalaşdı, inkişaf etdi, genişləndi. Partiya öz sıralarını 

möhkəmləndirdi, təcrübə topladı.  İndi gələcək dövr üçün öz 

vəzifələrini müəyyən etməkdən ötrü qurultaya gedir. 

Bizdə  xırda-xırda partiyalar var, ildə iki dəfə qurultay keçirirlər. 

Bilmirəm, bu qurultayların məzmunu, mənası  nə olur, əhəmiyyəti nə 

olur. Amma bu, hərənin öz işidir.  İndi bizdə  sərbəstlikdir, heç bir 

qanun yoxdur ki, hansı partiya qurultayı  nə cür keçirməlidir. Bu da 

demokratiyanın bariz nümunəsidir. 

Amma ayın 20-də Yeni Azərbaycan Partiyasının qurultayı 

başlanacaq və iki gün gedəcəkdir - 20-si və 21-i. 



S u a l: Cənab prezident, Dövlət  Əmlak Komitəsi sədrinin və 

müavininin işdən azad edilməsi özəlləşdirmə prosesində hər hansı 

bir dönüş yaradacaqmı? 

C a v a b: Bilirsiniz, hər hansı bir adamın işdən çıxarılmasında, 

vəzifəyə yenisinin təyin edilməsində  məqsəd həmin sahənin 

keyfiyyətcə daha da yaxşılaşdırılmasından ibarət olur. Bəzən görürsən 

insan xəstələnir, işləyə bilmir, vəzifədən azad edilir, yaxud da başqa 

səbəb olur. Amma çox hallarda belə yüksək kadr dəyişiklikləri, 

təbiidir ki, o sahədəki mövcud nöqsanları aradan qaldırmaq, işi 

gücləndirmək üçün lazım olur. Biz də bunu etmişik. 

Bilirsiniz ki, biz maliyyə nazirini dəyişdirdik, indi orada işlər daha 

da yaxşı gedir. Məsələn, Baş Dövlət Vergi Müfəttişliyinin rəisini 

dəyişdirdik, orada da işlər yaxşı gedir. Bunlar hamısı sizin gözünüzün 

qabağındadır. 

Bilirsiniz ki, özəlləşdirmənin birinci mərhələsi keçibdir. O da çox 

vacib idi. Bu, çox yaxşı nəticələr veribdir, amma nöqsanlar da, mənfi 

cəhətlər də var. Biz bunları heç vaxt inkar etmirik. Özəlləşdirmə elə 

bir mürəkkəb prosesdir ki, orada ideal bir nəticə əldə etmək mümkün 

deyildir. Dövlət  Əmlak Komitəsi sədrinin sabiq müavini bir kitab 

yazıb, orada göstərir ki, satmağa nə ehtiyac var, dağıdın, verin 

adamlara, 

  

 

 




___________________________________________________389 

qoy nə edirlər – etsinlər. Məsuliyyətsiz adamdır da. Yəqin biz də 

vaxtilə  səhv buraxmışıq ki, məsuliyyətsiz adamı elə  vəzifəyə  təyin 

etmişik. 

Özəlləşdirmə bütün ölkələrdə, eyni zamanda bizdə  də çox 

mürəkkəb bir prosesdir. Mən bunu heç vaxt ideallaşdırmıram və 

ideallaşdırmaq da olmaz. Amma özəlləşdirmənin ikinci mərhələsi - 

proqram hazırdır, biz bu barədə qanun qəbul edəcəyik - daha da böyük 

məsuliyyət, ciddilik tələb edir. Yəni həmin mərhələdə böyük 

müəssisələr özəlləşdiriləcəkdir. 

Bəzi adamlar var ki, onlar çox məsuliyyətsiz adamlardır, -

bilirsiniz, bu təkcə Azərbaycanda deyil, başqa yerlərdə  də belədir. 

Mən Azərbaycanda bunu 1994-1995-ci illərdən müşahidə edirəm, - 

özləri də özəlləşdirməyə şəxsi maraq göstərirlər. Onlar radikal təkliflər 

irəli sürürlər və  kənardan elə görünür ki, guya bu adam islahatçıdır, 

özü də çox   böyük islahatçıdır. Bəzən xarici ölkələrdə  də belə 

adamlara islahatçı deyirlər. Ancaq məsələnin içinə girəndə, həmin 

adamın məqsədini araşdıranda görürsən yox, bu heç islahatçı da deyil, 

millətin, ölkənin dərdinə  də qalan adam deyil, - o, sadəcə, zahirən 

özünü islahatçı göstərərək radikal addım atır, lakin şəxsi məqsədini 

güdür. Onun pulu, imkanı var, istəyir ki, özəlləşdirmə tez-tələsik 

olsun, hərə bir tərəfdən qapsın, o da qapsın. Bilirsiniz, mən 

Azərbaycana uzun illər rəhbərlik etmişəm. Mən 30 il bundan əvvəl 

Azərbaycana ilk dəfə  rəhbər seçilmişəm. Məndən də öncə, mənim 

rəhbərlik etdiyim dövrdə  də, indiyə  qədər də xalqın zəhməti, vəsaiti 

nəticəsində Azərbaycanda böyük iqtisadi potensial yaranıbdır. Bu da 

nədən ibarətdir? Bu, dövlət müəssisələrindən, zavodlardan, 

fabriklərdən, böyük istehsal müəssisələrindən; başqa çox şeylərdən -

infrastrukturlardan, yoldan, rabitədən və digərlərindən   ibarətdir. 

Bunlar hamısı dövlət tərəfindən yaranıbdır. Amma dövlət də pulu 

göydən götürmürdü, bunlar xalqın zəhməti ilə qazanılmış pulun 

hesabına yaranıbdır. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə