Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə120/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   116   117   118   119   120   121   122   123   ...   139

___________________________________________________413 

Xatirinizdədir, siz Azərbaycana ilk dəfə  gələndə  mən sizi tənqid 

etdim ki, siz bir ildir ATƏT-ə  sədrlik edirsiniz, amma indi ilin 

sonunda gəlmisiniz. Mən güman edirəm ki, siz bu tənqiddən nəticə 

çıxarıb bu ilin axırına qədər görüşlərin sayını artırmaq istəyirsiniz. 

Mən çox məmnunam ki, biz İstanbulda sizinlə görüşüb  ətraflı 

danışıqlar apardıq.  İndi də  mən bilirəm ki, sizin bu səfəriniz 

Azərbaycana aid deyildir. Amma eyni zamanda, bu səfər müddətində 

Azərbaycanda olmağınız, hesab edirəm onu göstərir ki, siz 

Azərbaycana daha da çox əhəmiyyət verirsiniz. Mən sizi dinləyirəm. 



K n u t Vollebek: İlk öncə, icazə verin, gecənin bu vaxtında bizi 

qəbul etməyə imkan tapdığınıza görə sizə  təşəkkürümüzü bildirək. 

Başa düşürük ki, respublikanıza çox gec gəlib çıxmışıq, lakin bu, 

indiki halda yeganə imkandır. 

Bildiyiniz kimi, bəzi aviasiya şirkətlərinin tez-tez səfərlər edən 

sərnişinlər üçün proqramı var. Bilmirəm, ola bilsin, Azərbaycanda tez-

tez gələn qonaqlar üçün proqram var, əgər bu, belədirsə, onda hesab 

edirəm ki, mən bu proqrama düşmək şərəfinə layiq görülmüşəm. 

Cənab prezident, axırıncı  səfərim zamanı Sizin kiçik tənqidinizi 

yaxşı xatırlayıram. Mən onu xeyirxah tənqid kimi qəbul etdim və 

Azərbaycanın  əhəmiyyətini çox yüksək qiymətləndirirəm.  İstanbulda 

zirvə toplantısı zamanı aramızda olmuş görüşü də yüksək 

qiymətləndirirəm. Bu zirvə toplantısı çox mühüm hadisə idi. 

Regiondakı problemlər barəsində apardığımız diskussiya zamanı Sizin 

tutduğunuz açıq-aşkar mövqeyi yüksək qiymətləndirirəm. 

İstanbulda boru kəmərləri haqqında müqavilənin imzalanması 

mərasimində  iştirak etmiş Baş nazirimizin səmimi minnətdarlıq 

sözlərini və salamını Sizə yetirmək istəyirəm. O da, mən də hesab 

edirik ki, bu, Norveçlə Azərbaycan arasında  əməkdaşlıq üçün yaxşı 

imkanlar verir. 

  

 

 




___________________________________________________414 

Ötən üç ayda Azərbaycanda artıq ikinci dəfə olduğumu nəzərə 

alaraq ümid edirəm ki, siz Baş nazirinizin və xarici işlər nazirinizin 

Norveçə  səfərə  gəlmələrinə icazə verəcəksiniz. Demək istəyirəm ki, 

mən artıq sizin yeni xarici işlər nazirinizi dəvət etmişəm. 

Siz mənim gəlişimin səbəbinin bu bölgədə, o cümlədən  Şimali 

Qafqazda yaranmış  vəziyyətlə bağlı olduğunu deməkdə tamamilə 

haqlısınız.  İstanbulda qəbul edilmiş  qərarların və  bəyannamənin 

davamı olaraq mən  Şimali Qafqaz respublikalarına getmək üçün 

gəlmişəm. Bu bölgədəki vəziyyəti sözün geniş  mənasında 

qiymətləndirmək üçün Çeçenistanda, Dağıstanda,  Şimali Osetiyada, 

İnquşetiyada olacağam. 

İstanbulda qəbul edilmiş  bəyannaməni nəzərə alaraq, ümidvar 

olduğumu bildirmək istərdim ki, bu bölgədə məsələlərin uzunmüddətli 

həllini təmin edə biləcək dialoqa başlanmasına zəmin yaradılması 

üçün ATƏT-in köməyi ilə prosesi hərəkətə gətirmək mümkündür. 

Bildiyiniz kimi, Rusiya tərəfi belə bir fikir irəli sürmüşdür ki, o, 

hazırda bu məsələnin həllində ATƏT-ə siyasi rol verilməsini mümkün 

hesab etmir. Amma ola bilsin ki, daha uzaq perspektivdə təşkilatımıza 

məhz bu cür rol veriləcəkdir. Mən bu fikirdəyəm ki, ATƏT həmin 

münaqişənin həlli yollarının axtarılması  və tapılmasında mühüm rol 

oynaya bilər. 

Humanitar vəziyyəti, dinc əhalinin çəkdiyi əzab-əziyyətləri nəzərə 

alaraq hesab edirəm ki, biz, habelə Dünya Birliyi, BMT kimi 

təşkilatlar, BMT-nin Qaçqınların  İşləri üzrə Ali Komissarlığı 

məsələnin qəti həllini tapmaq üçün bu prosesdə böyük rol 

oynamalıdırlar. 

Hesab edirəm ki, Qroznıda nə isə çox ciddi bir hadisə baş 

verməzdən  əvvəl dinc əhaliyə bu şəhərdən çıxmağa imkan 

yaradılmasına təxirəsalınmaz zərurət var. Ona görə  də bu gün mən 

Rusiyanın hakimiyyət orqanlarına müraciət göndərərək, 

  

 



 


___________________________________________________415 

onları hazırda Qroznı  ətrafında aparılan  əməliyyatları 24 saatlığa 

dayandırmağa çağırmışam ki, camaat arxayınca yığışıb şəhəri tərk edə 

bilsin. 


Ümidvaram ki, dinc əhalinin  şəhərdən çıxa bilməsi üçün, başqa 

təşkilatların bu prosesə kömək göstərə bilməsi üçün Rusiyanın 

hakimiyyət orqanları, habelə müxtəlif çeçen qruplaşmaları  mənim 

çağırışımı müsbət qarşılayacaq və qəbul edəcəklər. 

Cənab prezident, bu məsələ barəsində,  ən  əvvəl humanitar 

vəziyyətlə bağlı  məsələlərin həlli barəsində, habelə siyasi dialoqun 

tapılmasını asanlaşdırmaq üçün danışıqlara necə  zəmin hazırlanması 

haqqında Sizin rəyinizi böyük maraqla dinləmək istərdim. 



Heydər  Əliyev:  İlk öncə, Baş nazirdən mənə yetirdiyiniz salama 

görə minnətdarlıq edirəm. Mən  şad idim ki, o, Bakı-Ceyhan boru 

kəmərinin inşası haqqında sazişin imzalanması  mərasimində  iştirak 

edirdi. Biz onun imzalanmasını tarixi hadisə sayırıq. 

Sazişi o ölkələr imzaladılar ki, boru kəməri, Sizin «Statoyl» şirkəti 

ilə  də birlikdə  çıxardığınız Azərbaycan nefti onların  ərazisindən 

keçməlidir. Siz bilirsiniz ki, «Statoyl» Xəzər dənizinin Azərbaycan 

sektorunda işləmək üçün kifayət qədər çoxlu imkan qazanmışdır. 

Sənədi Türkiyə, Gürcüstan, Azərbaycan prezidentləri imzaladılar. 

Bunlar həmin layihəni bilavasitə  həyata keçirməli olan ölkələrdir. 

Qazaxıstan prezidenti də bizə qoşuldu, çünki o, həmin borudan 

istifadə etmək istəyir. Birləşmiş Ştatların prezidenti cənab Bill Klinton 

və Norveçin Baş naziri mərasimdə iştirak etdilər və bu sənədə xüsusi 

əhəmiyyət verərək onu imzaladılar. 

Azərbaycanda, habelə bildiyimə görə Gürcüstanda və Türkiyədə 

bu, böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Biz bu layihənin həyata 

keçirilməsi üçün əməli işə başlamışıq. Bütün bu işlərdə biz sizinləyik. 

İndi Azərbaycanda Norveçin böyük 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə