Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə213/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   209   210   211   212   213   214   215   216   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



429

amil isə xalqlarımızın genefondunun malik olduğu yüksək mədəni və ədəbi-bədii irsdir. 

Çağdaş Azərbaycanın prioritet məsələlərindən biri olan multikulturalizm bütün sahələrə 

sirayət etmişdir. Dünyada təhdidlər yaranır, millətçilik, dini və etnik zəmində dözümsüzlük, ilk 

baxışda yad görünən hər hansı dəyərin inkar və rədd edilməsi meyilləri artır. 

 

Yalnız dözümlülük, sülhpərvərlik, tolerantlıq təbliğ edən cəmiyyətlər mürəkkəb dövrün təhdid və 



çağırışları qarşısında davam gətirmək iqtidarındadır. Tarixən müxtəlif xalqların və dinlərin 

nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqları, dini və milli zəmində heç bir 

qarşıdurmanın olmadığı, unikal tolerantlıq mühitinin hökm sürdüyü bir məkan olan Azərbaycan 

qarşılıqlı dinlərarası və sivilizasiyalararası anlaşma üçün gözəl örnəyə çevrilib. Təsadüfi deyildir ki, 

Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və 

Azərbaycanın bu təcrübəsinin dünyada təbliği ölkənin indiki rəhbərliyinin dövlət siyasətinin əsas 

istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda Multikulturalizm İli 

elan etməsi, habelə Azərbaycanın dövlət başçısının Sərəncamı ilə Bakı Beynəlxalq 

Multikulturalizm Mərkəzinin yaradılması və bir çox digər məsələlər Azərbaycanda 

mulitukulturalizmin tam mənası ilə reallaşdırıldığının əyani sübutudur.  

Xüsusilə ədəbiyyat sahəsi multikulturalizmi ifadə etmək baxımından əlverişlidir. Belə ki, 

daim inkişafda və axtarışda olan bu sənət sahəsi digər xalqların ədəbiyyatları ilə mübadilə 

prosesindədir. Necə ki, xalqlar bir-birilə münasibətdə biri digərinin siyasətindən, ticarətindən, 

iqtisadiyyatından yararlanır, eləcə də ədəbiyyat və digər mədəni sferalar da bir- biri ilə münasibətdə 

təsirsiz ötüşmür. Xronoloji ardıcıllığa nəzər saldıqda görərik ki, istər şifahi xalq ədəbiyyatı, istərsə 

də yazılı ədəbiyyat Azərbaycan və Türkiyə ədəbiyyatlarında mövzu, ideya, janr və üslub 

baxımından təxminən paralel irəliləmişdir. Bunu həm şifahi xalq ədəbiyyatında, həm ərəb 

xilafətinin təsirilə formalaşan klassik dövr ədəbiyyatında, həm də Qərbin təsirilə yaranan və bu gün 

də inkişafını davam etdirməkdə olan yeni dövr ədəbiyyatında aydın görürük. 

 

XIX əsr ümumilikdə Türkiyə tarixinin əhəmiyyətli dövrüdür. Belə ki, Osmanlı 



imperatorluğunun tənəzzülü, Avropaya geniş açılım, bunun fonunda da bütün sahələrdə; 

iqtisadiyyat, siyasət, elm və mədəniyyətdə həyata keçirilən köklü dəyişikliklər məhz XIX əsrin 

payına düşür.  

XIX əsr Osmanlı dövləti Qərb həyatı və mədəniyyəti ilə yaxından maraqlanmağa başlayır. 

Sultan Əbdülməcidin dövründə “ Xətti- Hümayun Fərmanı” ( 1839) verildi. Bu fərman daha 

sonralar tarixə “ Tənzimat Fərmanı ” altında keçdi. Bu fərmanla yeni bir dönəmin əsası qoyulurdu. 

Tənzimat dönəmi  Türkiyənin siyasi həyatı üçün dəyişiklik olsa da, eyni zamanda sosial- mədəni 

həyatı da dəyişdirmiş oldu.  

Xüsusilə qeyd etməliyik ki, XIX əsr Türkiyə ədəbiyyatının da yeni dövrü idi. Ədəbiyyat 

tarixi hər bir millətin yüz illər boyu yaratdığı ədəbi əsərləri və bu əsərləri yaradan ədibləri

ədəbiyyatın keçdiyi inkişaf yolunu, onun çiçəklənmə və tənəzzül səbəblərini öyrənən elm sahəsidir.  

“Ədəbiyyat tarixi ümumiyyətlə, tarixin, daha dəqiq desək, mədəniyyət tarixinin çox mühüm 

qismidir. Bir millətin uzun əsrlər boyu yaşadığı təkamülü göstərən bütün fikirləri tədqiq edərək onu 

ədəbi ruha ən yaxın şəkildə yaşatmağa çalışan canlı bir tarix şöbəsidir” [1, 25]. 

 Təbii olaraq yeni gələn ədəbiyyat özü ilə yeni həyat baxışı, yeni üfüqlər gətirirdi. Türkiyə 

ictimai, siyasi və sosial həyatında baş verən köklü dəyişiklikləri, yeni ideoloji fikirləri əks etdirən 

bu dövrün ədəbiyyatı bir əsrlik zaman kəsiyinə xeyli sayda yenilikləri yerləşdirə bilmişdir. Xüsusilə 

qeyd etmək lazımdır ki, divan ədəbiyyatının yüz illər boyu davam edən sükunəti, klassisizmə xas 

dar çərçivəli ideologiyası bu dövr ədəbiyyatında əsla görülmür. Həmçinin vurğulamaq istərdim ki, 

Avropaya xarakterik olan bir sürətlə dəyişən bu dövr ədəbiyyatı hələ də tam formalaşıb başa 

çatmamışdır və hələ də Avropaya xas əsas cəhət olan yeniliyin axtarışındadır. Bütün bunlarda 

məqsəd metod baxımından qərbli, fikir və ruh baxımından isə milli bir ədəbiyyat yaratmaqdır. Artıq 

türk insanı Avropa insanı ilə tanış olurdu. Və beləliklə türk insanı avropalaşırdı. Onun mədəniyyəti, 

məişəti, həyata baxışı, hiss və həyəcanları ilə qaynayıb- qarışırdı.  

Türk ədəbiyyatı nəzəri baxımdan da avropalaşırdı. Yeni ədəbiyyat gəlişi ilə təbii olaraq özü 

ilə yeni janr, forma və məzmun anlayışları gətirirdi. İstər nəsr, istərsə də nəzm sahəsində köklü 

dəyişikliklər nəzərə çarpırdı. Birinci qeyd edək ki, nəsr nəzmin önünə keçmişdir. Mənim fikrimcə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



430

bu tam Avropa insanının modelinə uyğun idi. İfadə vasitəsi kimi çətin qəliblərə, nəzmin konkret 

şərtlərinə əməl etməyə ehtiyac yox idi. Nəsrlə isə fikirləri ifadə etmək daha təbii, asan və axıcı idi. 

Ümumiyyətlə dildə şeir və  təhkiyə adlı iki məfhum var. Bu ikisinin həyat reallıqlarını anlama və 

ifadə etmək tərzləri fərqlidir. Belə ki, nəsr düşüncənin dilidir. Səbəb- məqsəd əlaqəsini göz önündə 

tutaraq məlumdan məchula addım- addım və ayaqlarını sağlam şəkildə yerə basaraq irəliləyir [2].  

Hekayə, oçerk, roman, novella, poema kimi qərbmeyilli janrlar ədəbiyyatın aparıcı 

janrlarına çevrildi. Hətta “nəsrləşmə” prosesini poeziyada da sezmək olurdu. Artıq klassik 

ədəbiyyatdan alışdığımız konkret qəlibli şeirlər yerini sərbəst vəznli, mənzum şeirlərə verirdi. 

 Nəsrin və bütövlükdə XIX əsr türk ədəbiyyatının ən böyük yeniliyi və qazancı roman 

janrının ədəbiyyata gəlişi idi. Ilk romanların yazılmasından əvvəl oxucu artıq dünyamiqyaslı 

romanların tərcüməsi ilə tanış idi. Ilk roman isə Ş.Saminin 1872-ci ildə nəşr etdirdiyi “Təəşşüqi-

Tələt və Fitnət ” romanıdır. Yeni yaranan romanlar, əsasən, ailə- məişət, eşq və əxlaq məsələlərini 

əhatə edirdi. Sonra yazılan romanlar daha yeni mövzularla əhatə olunmağa başladı. 

Mənə görə, bu janrların Türkiyə ədəbiyyatında yeni olmasına baxmayaraq, dəyərli mövqe 

tutmasına əsas səbəb türk ədəbiyyatının hələ ilkin dövrlərdən güclü nəsr ənənəsinə malik olmasıdır. 

Mövcud güclü nəsr ənənəsi Tənzimatla birlikdə gələn yeni ədəbi axımın qarşısında nəinki tab 

gətirdi, hətta özünəməxsus və dəyərli ədəbi nümunələr də verdi. Deməli, uğurun sirri sadəcə 

aparılan güclü təşviqatda deyildi. Səbəbləri bir qədər də tarixi köklərdə axtarmaq lazımdır. Yalnız 

Türkiyə deyil, ümümilikdə türk xalqlarının ədəbiyyatında güclü və əskiyə dayanan nəsr ənənəsi 

mövcud olmuşdur.  

Əsrlərdən bəri davam edib gələn nəsr ənənəsinin çağdaş günümüzdəki formasını almasında 

Giritli Əli Əziz Əfəndinin “Muhayyelat” əsərinin xüsusi yeri vardır. Əsər sözün əsl mənasında əski 

nəsrlə çağdaş nəsrin qovşağıdır. Əsər üçü əhatələnmiş, on yeddisi ayrı-ayrı olmaqla iyirmi 

hekayədən ibarətdir.“Muhayyelat” əski hekayədən ayrılmağa başlayan, ancaq yeni realist hekayəyə 

hələ keçilməyən bir dövrün məhsuludur [3, 306]. 

Paralel yanaşmaları Azərbaycan ədəbiyyatında da tədqiq etmək mümkündür. Yuxarıda qısa 

olaraq nəzərə çatdırılan ədəbi və xronoloji mənzərə Azərbaycan və Türkiyə ədəbiyyatlarına nəzəri 

cəhətdən yeni olan nəsr ənənəsinin, xüsusilə roman janrının gəlişi və onu yaradan zəminlər 

haqqında idi. Bir halda ki, söhbət mövcud prosesə (burada söhbət mövcud və oturuşmuş 

ədəbiyyatdan gedir) yeni bir axının (qərbmeylli ədəbiyyat) gəlişindən gedir, deməli iki fərqli 

sivilizasiyanın, mədəni- sosial baxışların qarşılıqlı mübadiləsi qaçılmazdır. Bu prosesdə ən 

təqdirəlayiq hal həm Azərbaycan, həm də Türkiyə şair və yazıçılarının əsərlərində bir türk kimi, bir 

şərqli mövqeyindən çıxış edərək avropalaşma idi. Türk insanı Avropada təhsil alır, dünyəvi elmlərə 

yiyələnir, rəssamlıq, heykəltaraşlıq, müsiqi, politika, jurnalistika və publisistika kimi elm və 

mədəniyyət sahələri ilə tanış olur, cəmiyyətdə gender bərabərliyi anlayışını əyani görür və s. bu 

kimi avropasayağı anlayışları doğma Vətənə gətirir. Məsələn, S. Paşazadə Sezainin “ Sərgüzəşt ” 

romanındakı Cəlal bəy, X. Ziya Uşaklıgilin “ Aşkı- Memnu” romanındakı Adnan Bəy, Mir Cəlal 

Paşayevin “ Yaşıdlarım ” romanındakı yazıçı Kərimzadə tam bir Avropa mədəniyyətində və 

təhsilində yetişmiş ziyalılardır. Bu obrazları bir növ müəlliflərin öz prototipləri kimi də 

qiymətləndirə bilərik. Romanları oxuduqca görürük ki, qəhrəmanları Avropaya aparan əsas məqsəd 

Vətənə sonsuz məhəbbətdir. Onlar doğma yurdu, onun övladlarını cahillik qəflətindən oyandırmaq 

eşqiylə yanırlar. Elm və mədəniyyət məbədi olan Şərqə əsl simasını və statusunu qaytarmaq 

istəyirlər.  

Bu dövrün romanlarında Avropa – Türkiyə, Avropa-Azərbaycan, Şərq-Qərb münasibətləri 

hərtərəfli təhlil edilir. Xüsusi rəğbətlə qeyd etmək istərdim ki, yazıçılar hadisələrə əsl bir 

vətənpərvər kimi yanaşırlar. Baxmayaraq ki, köləlik, o dövrdəki Türk xalqının cahilliyi, məişətdə 

qadının hüquqsuzluğu və s. bu kimi neqativ hallar tənqid edilir və bu müəllifi yaralayır, bununla 

yanaşı əsərlərdəki qərbmeylli obrazların timsalında ziyalı, mədəni, Avopa fikirli, sevgisinə sadiq bir 

türkün ədəbi portreti də yaradılır.  

Bu dövrün ədəbiyyatının təkcə bədii zövqü oxşamaq məqsədilə yazılmış əsər olmaqdan 

ziyadə bütünlükdə xalqın mədəni, sosial fikrinə təsir etmək gücü onu yaradanların hərtərəfli ziyalı 

olmalarından irəli gəlirdi. Bu dövr şair və yazıçılarının spesifik xüsusiyyəti sənətdən daha çox ideya 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə