Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə211/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   207   208   209   210   211   212   213   214   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



425

məlumatlarından aydın olur ki, Bəhrami Sərəxsi hələ öz dövründə böyük alim kimi şöhrət tapmış, 

xüsusilə, vəzn və qafiyə haqqında olan əsərləri şairlər tərəfindən oxunmağa məsləhət görülmüşdür. 

Katiblik, şeir, nücum və tibb elmləri haqqında dörd məqalədən ibarət olan bu əsərində müəllif orta 

əsrlər şah sarayında lazım olan elmlərin qısa xarakteristikasını verərək, onların əhəmiyyətini 

göstərir və bu elmlərlə məşğul olan mütəxəssislərin nələri bilmələri olduqlarını söyləyir.  

Məhəmməd Onfi isə “Lübabül-əlbab” əsərinin əruz bəhsində Bəhrami Sərəxsinin qələminə 

məxsus olan digər bir əsərin – “Xocastename” əsərinin adını çəkir. Əgər “Çahar məqalə” müəllifi 

Məhəmməd Onfi Bəhrami Sərəxsinin əsərlərinin adını çəkməklə kifayətlənirlərsə, artıq Şəms Qeys 

Razi və Nəsirəddin Tusi öz əsərlərini yazarkən Bəhrami Sərəxsinin əruz və qafiyə haqqında olan 

kitablarından bir mənbə kimi faydalanmış və onlardan istifadə etmişlər. Məsələn, Şəms Qeys Razi 

“əl-Möcəm” əsərində fars əruzçularından, o cümlədən, Bəhrami Sərəxsi və Büzürcümehr 

Qəsimidən danışarkən, onların praktikada çox az işlənən (demək olar ki, işlənəməyən), lakin nəzəri 

şəkildə yaratdıqları iyirmi bir fars bəhrinin adını çəkərək, həmin bəhrlər haqqında geniş məlumat 

verir. Şəms Qeys Razinin verdiyi məlumatdan bu alimlərin Qeys Razidən əvvəl yaşayıb-yaradan ilk 

fars əruzçuları olmaqla bərabər, həm də hərtərəfli alim, böyük nəzəriyyəçi olduqları aydınlaşır. 

Ümumiyyətlə, Şəms Qeys Razi “əl-Möcəm” əsərində Bəhrami Sərəxsinin adını bir alim kimi iki 

dəfə çəkərək, onun əsərlərinə müraciət edir. Hətta onun “Ğayət əl-əruzeyn” əsərinə əsasən, 

“münəkisə” dairəsinin Əbu Abdullah Qorşi tərəfindən yaradıldığının məlum olduğunu qeyd edir.  

Nəsirəddin Tusi də “Miyar əl-əşar” əsərində Bəhrami Sərəxsinin yaradıcılığına müraciət 

etmişdir. Belə ki, Nəsirəddin Tusiyə görə, Bəhrami Sərəxsi məqlubi-təvil bəhrinin yaratmışdır. 

Onun yazdığına əsasən, Bəhrami Sərəxsi bu vəzndə fars poeziyasında az şeir olduğunu söyləsə də, 

hər halda öz fikirlərində Fəralavi adlı şairin yaradıcılığına söykənmişdir ki, Nəsirəddin Tusi də 

məqlubi-təvil bəhrinə, yəni məfA”İlün fə”Ulün məfA”İlün fə”Ulün ölçüsünə uyğun olan həmin 

beyti öz əsərində nümunə kimi göstərmişdir. Nəsirəddin Tusinin qeydlərindən aydın olur ki, 

Bəhrami Sərəxsinin əruz haqqında əsəri bəlkə də onun əlində olmuş və bu əsər onun əlində 

olduğuna görə o, Bəhrami Sərəxsinin məqlubi-təvil bəhrinə aid olan fikirlərini və həmin bəhrə aid 

Bəhrami Sərəxsinin Fəralavi yaradıcılığından gətirdiyi nümunəni eyni ilə öz əsərinə daxil edə 

bilmişdir.  

Bütün yuxarıda deyilənlərdən Bəhrami Sərəxsinin öz dövründə məşhur əruzçulardan olduğu 

və böyük şöhrət tapdığı bir daha aydınlaşır.  

Əmir Əbu Mənsur Qəsim ibn İbrahim əl-Büzürcmehr Qəsimi Mahmud Qəznəvi və onun 

oğlu Sultan Məsud Qəznəvinin müasiri olmuşdur. Onun həyat və yaradıcılığı haqqında məlumata 

Məhəmməd Onfinin “Lübabül-əlbab” əsərində və digər əsərlərdə rast gəlirik. Büzürcümehr Qəsimi 

də Bəhrami Sərəxsi kimi ilk fars əruzçularından olmuşdur. Belə ki, Şəms Qeys Razi praktikada 

işlənməyən, nəzəri cəhətdən mövcud olan ağır fars bəhrlərindən danışarkən, Bəhrami Sərəxsi ilə 

birlikdə onun da adını qeyd edir.  

Mənbələrin verdiyi məlumata görə Əbu Abdullah Qorşini də ilk fars əruzçularından saymaq 

olar. Onun həyat və yaradıcılığı haqqında məlumat, demək olar ki, yoxdur. Belə ki, onun adını ilk 

dəfə Bəhrami Sərəxsi öz əsərində çəkmiş və onun münəkisə dairəsini, fars əruzunda işlənməyən, 

lakin nəzəri şəkildə mövcud olan üç dairədən birini yaratdığını söyləmişdir ki, bu barədə də 

məlumata biz Şəms Qeys Razinin “əl-Möcəm” əsərində rats gəlirik. Həmçinin “əl-Möcəm” əsərini 

çapa hazırlayan və ona müqəddimə yazan görkəmli İran alimi Məhəmməd Qəzvini onun adının 

bəzən Abdullah Fouşi şəklində oxunduğunu da söyləyir.  

Həsən Qəttanın həyat və yaradıcılığı haqqında əlimizdə məlumat olduqca azdır. Məlum olan 

isə odur ki, dövrün görkəmli alimi olan, imam, xacə kimi titullarla çağırılan Həsən Qəttan dövrünün 

görkəmli alimi və ictimai xadimi Rəşidəddin Vətvatın (vəfatı 1177) müasiri olmuşdur. Elm aləminə 

onun Rəşidəddin Vətvatla məktublaşması məlumdur. Həsən Qəttan haqqında, demək olar ki, biz 

yeganə məlumatı yenə də Şəms Qeys Razinin “əl-Möcəm” əsərindən alırıq. Qeys Razinin 

məlumatına görə, əruz haqqında qısa bir əsərin, “Müxtəsər”in müəllifi olan Həsən Qəttan ilk dəfə 

rübai vəznini nəzəri şəkildə sistemləşdirən alimdir. Həmçinin həmin sətirlərdən məlum olur ki, 

Şəms Qeys Razi Həsən Qəttanın rübai haqqında yazdığı əsəri görmüş və həmin şəcərələri, yəni 

şəcəreyi-əxrəb və şəcəreyi-əxrəmi zihaflar və hər vəznə aid misallarla zənginləşdirərək, öz əsərində 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



426

olduğu kimi təsvir etmişdir.  

Yusif Əruzinin adına bir alim kimi əruzdan bəhs edən mənbələrdən ilk dəfə Nəsirəddin 

Tusinin “Miyar əl-əşar” əsərində rast gəlirik. Onun həyat və yaradıcılığı haqqında əlimizdə 

məlumat olduqca azdır. Belə ki, qafiyənin nəzəri əsaslarından danışarkən, Nəsirəddin Tusi Yusif 

Əruzinin adını çəkərək, onun ərəb əruz və qafiyə elminin yaradıcısı olan Xəlil ibn Əhməd kimi fars 

əruz və qafiyəsinin nəzəri əsaslarının yaradıcısı olduğunu söyləyir. Nəsirəddin Tusi öz əsərində 

Yusif Əruzinin fars qafiyəsində “xüruc”un olmadığı fikrini misal gətirir. Bu sətirlərdən məlum olur 

ki, Yusif Əruzi dövrünün görkəmli və nüfuzlu əruz və qafiyə alimlərindən olmuşdur. “Tərcüman əl-

bəlağə” əsərinin müəllifi Məhəmməd bin Ömər ər-Raduyani qədim fars əruzçularından danışarkən, 

Əbu Yusif adlı bir alimin adını çəkir. Onun da Yusif Əruzi olduğunu güman etmək olar.  

Rəşidəddin Vətvat  dövrünün görkəmli alimi, şairi və ictimai xadimi olmuşdur. Onun 

qələmindən 20-yə yaxın əsər çıxmışdır. Onlardan ən məşhuru “Hədayiq əs-sehr fi dəqayiq əş-şeir” 

əsəridir. Bu əsər fars şerində poetik fiqurlardan – bədi elmindən bəhs edən ilk nəzəri əsərlərdən 

biridir. Bəzən qısaca olaraq, “Hədayiq” adlandırılan bu əsər o qədər məşhur olmuşdur ki, sonrakı 

əsrlərdə dərslik kimi öyrənilməsi ilə yanaşı, həmçinin alimlərin stolüstü kitabına çevrilmiş və eyni 

zamanda, bu əsərə müxtəlif şərhlər yazılmışdır. Rəşidəddin Vətvatın bu əsərini rus dilinə tərcümə 

edib, ona müqəddimə və şərhlər yazan N.Y.Çalisovanın verdiyi məlumata əsasən, Rəşidəddin 

Vətvat əruz haqqında da risalə yazmışdır. N.Y.Çalisovaya əsasən, “Risaleyi- əruz” adlanan, ərəb və 

fars əruzunun 29 ölçüsündən bəhs edən və hər bir ölçüsü fars dilində yazılmış iki beytlə şərh edilən, 

həcmcə o qədər də böyük olmayan bu əsərin əlyazma nüsxələrindən biri İstanbulda, digəri isə Sank-

Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin kitabxanasında saxlanılır.  

XII əsrdə fars dilində bədi elmi barəsində ilk əsərin  – “Tərcüman əl-bəlağə” əsərinin 

müəllifi olan Məhəmməd bin Ömər ər-Raduyani əruz haqqında fars dilində əsər yazan alimlərdən 

Əbu Yusiflə bərabər, Əbul Əla Şüştərinin də adını çəkir. Lakin biz istər Raduyanidə və istərsə də 

başqa mənbədə Əbül Əla Şüştərinin əruz haqqında fikirlərinə rast gəlmirik. Əbül Əla Şüştəri də 

digər ilk fars əruzçüları kimi öz dövrünün tanınmış şairlərindən olmuşdur. Amma öz əsərlərində 

Şüştərinin əruz haqqında heç bir fikrinə istinad etməyən Raduyani, şair kimi onun bir neçə beytini 

nümunə gətirir.  

Təqribən, X-XII əsrlərdə yaşayıb-yaradan,  fars əruzşünaslıq elminin ilk mərhələsini təşkil 

edən bu alimlərin əsərləri, demək olar ki, dövrümüzə qədər gəlib çatmamışdır. Lakin müxtəlif 

əsərlədə, təzkirələrdə, eləcə də XIII əsrdən sonra əruz haqqında yazılan traktatlarda bu alimlər və 

onların yaradıcılıqları haqqında verilən məlumatlardan, onların əruzun nəzəri əsaslarını mükəmməl 

bildiklərini, bilavasitə fars əruzunun nəzəri əsasları haqqında müəyyən fikir sahibi olduqlarını və 

ümumiyyətlə, öz dövrlərinin görkəmli alimləri kimi yetişdiklərini görürük” (3, 138-144). 

XIII əsr fars əruzşünaslıq tarixində xüsusi bir mərhələni təşkil edir. Bu əsrdə fars əruzunun 

nəzəri əsasları haqqında iki fundamental əsərin ortaya çıxması fars əruzşünaslıq elminin simasını 

müəyyənləşdirir. Onu da qeyd edək ki, bu əsərlərin hər ikisi dövrümüzə qədər fars əruzunun nəzəri 

əsasları haqqında gəlib çatan ilk əsərlərdir. Belə ki, onlardan biri, təqribən, 1217-1235-ci illər 

arasında yazılan  Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin qələminə məxsus “əl-Möcəm fi 

məayir əşar əl-Əcəm”, digəri isə Nəsirəddin Tusinin qələminə aid olan, 1251-ci ildə yazılmış 

“Miyar əl-əşar” əsərləridir (7; 5). Onu da söyləyək ki, hər iki əsər fars əruz və qafiyəşünaslıq 

tarixinin öyrənilməsində olduqca mühüm mərhələni təşkil etmiş və fars elmi-nəzəri fikrində əruz və 

qafiyənin nəzəri əsasları haqqında özlərindən sonra yazılan əsərlərə də güclü təsir göstərmişlər.  

Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin həyat və yaradıcılığı haqqında məlumat 

olduqca azdır. Lakin hər halda o da məlumdur ki, bu böyük alim XII əsrin sonları XIII əsrin birinci 

yarısında Xarəzmşahların sarayında yaşayıb-yaratmışdır. Şəms Qeys Razi haqqında məlumatı biz 

daha çox onun tədqiqatçısı Şəms Qeys Razinin adı çəkilən əsərinin ikinci hissəsini, yəni “əl-

Möcəm” əsərinin qafiyə və bədi hissələrini rus dilinə tərcümə edən N.Y.Çalisovanın 1997-ci ildə 

Moskvada çap etdirdiyi əsərin ön sözündən alırıq. Belə ki, N.Y.Çalisova “əl-Möcəm” əsərini “Fars 

poeziyasının qanunlar toplusu” adı altında rus dilinə tərcümə edərək çap etdirmiş və bu əsərə böyük 

bir ön söz yazmışdır. Həmin ön sözdən anlaşılır ki, Şəms Qeys Razinin doğum tarixi dəqiq  məlum 

olmasa da, Reydə anadan olmuş, uzun zaman Mavərənnəhr, Xorasan, Xarəzm, Buxarada 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə