Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə210/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   206   207   208   209   210   211   212   213   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



423

 

Jamila Fatiyeva  



 

The Literary Relations of Turkic Peoples and Their Work of Translation 

Summary 

Besides being an enlightening thinker of his time, the great Turkmen poet Mahtimgulu 

Faragi (1730 – 1780) was a statesman who always tried to preserve the people’s moral union. His 

visits to the Middle Asia, Azerbaijan, Iran and India were inclined to learn these peoples’ cultures 

and to use them in his works in order to develop the cultural level of the population. His being very 

well-aware of the Classical East, especially, of Azerbaijani Literature, gave all his works a good 

opportunity to be loved and spread here, too. There are a lot of familiar motives, ideas and 

similarities between Mahtimgulu’s and Azerbaijani poets’ works. Translations and publications of 

his works in the XX c. in Azerbaijan, as well as, research works about him, made Mahtimgulu more 

widely-known in Azerbaijan. The continuous development of this work shows a greater influence 

on intercultural relations and strengthening integration. 

Key words: Mahtimgulu, translation, Turkic literature,  common Turkic language. 

 

 

 



 

Elnurə Babayeva 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 

“Multidissiplinar əlyazmalar və çap kitabları” şöbəsi, elmi işçisi 

 

elnure1430@gmail.com 



 

TÜRK VƏ FARS MƏNBƏLƏRİ ƏRUZ HAQQINDA 

Əruz uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan, 

ardıcıllığının bütün misralarda dəqiqliklə gözlənilməsi ilə müşahidə olunan şeir vəznidir. 

Mənşəyini ərəbdilli xalqların poeziyasından götürən bu vəznə, islamiyyətdən əvvəl ərəb 

folklorunun nümunələrində, müharibələr zamanı söylənən rəcəzlərdə, məzmunu xalq məişətindən 

alınan şeirlərdə rast gəlmək olardı. Son əsrlərə qədər Azərbaycan, türk və farslar arasında elə 

məşhur klassik şair yoxdur ki, əruza müraciət etməsin, hətta onu üstün tutmasın. Bu nəzm şəkli 

ərəblər arasında yaranıb şöhrət tapmış, bütün müsəlman şərqinə yayılmışdır. 

Ərəb istilası ilə əlaqədar olaraq ərəb dili, mədəniyyəti, ədəbiyyatı başqa xalqların dilinə, 

mədəniyyətinə o cümlədən, ədəbiyyatına – şeir qaydalarına da təsirsiz qalmamışdır. Xalqlar əruza 

yaradıcı yanaşmış, bəhrlərdən öz dillərinə uyğun gələnləri istifadə etmişlər. Ərəblər əruzun 16, 

farslar 19, taciklər 14, türklər 11, özbəklər 13, azərbaycanlılar isə 12 bəhrində şeir yazmışlar.  Bir 

sözlə, uzun illər əruzun nəzəri əsaslarından yazmaq şərq elmi-nəzəri fikrində bir ənənə halına 

çevrilmişdir.   

 Əruz elminin qayda və qanunlarının ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasının əsas 

səbəbi, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması idi. VIII əsrdə yaşamış 

böyük ərəb alimi Xəlil ibn Əhməd  bu şeir ölçüsünü hicri 150-ci ildə (767-ci ildə) sistemləşdirib 

elm şəklinə salmışdır. Xəlil ibn Əhməd ərəb dilinin ahəngini, musiqisini və ümumən, 

xüsusiyyətlərini tədqiq edərək öyrənmiş, bunlara müvafiq şəkildə nəzm üsulunu tənzim etməyə, 

genişləndirməyə çalışmış, yalnız feil kəlməsindən götürülən, müxtəlif şəkillər halında işlənən 

sözlərdən müəyyən, sabit qəliblər yaratmışdır (1,146). 

Farsdilli ədəbiyyatda əruz vəzni fars dilinin tələbləri və fars şairlərinin zövqləri nəticəsində 

yeni-yeni keyfiyyətlər qazanmışdır. Ərəb əruzunun nəzəri əsaslarını yaxşı bilən ilk fars əruzçuları 

bu nəzəri sistemi fars şeirinin daxilində də tətbiq etmişlər. Buna görə də onlar fars əruzu üçün yeni 

nəzəri əsaslar yaratmayıbmış, sadəcə olaraq, ərəb əruzunun nəzəri əsaslarında xırda dəyişikliklər və 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



424

ona əlavələr etməklə onu fars əruzu üçün uyğunlaşdırmışlar. Geniş mənada götürsək, bütün dillər və 

vəznlər heca quruluşuna əsaslandığı üçün əruz vəznində əksər dillərin hiss və həyəcanını, başqa 

sözlə desək, şeirini ifadə etmək olar. 

XIV-XV yüzilliklər arasında fars əruz elminin inkişafında mühüm xidmətləri olan 

alimlərdən Şəms Fəxri İsfahani, Vəhid Təbrizi, Əbdürrəhman Cami, Seyfi Buxarayi, Yusif Əzizi, 

Ataullah Mahmud Hüseyninin adlarını çəkmək olar. Beləliklə, XVI əsrə qədər fars əruzunun nəzəri 

əsaslarının öyrənilməsinin artıq adlarını çəkdiyimiz alimlərin əsərlərilə tamamlandığını və demək 

olar ki, bütün incəliklərinə qədər araşdırıldığını qəti şəkildə və inamla söyləyə bilərik.  

Tədqiqatçıların ümumi qənaətinə görə, fars əruzu mahiyyət etibarilə ərəb əruzundan 

fərqlənmir. Ümumiyyətlə, əruzun mahiyyəti istər ərəbdilli, istər farsdilli və istərsə də türkdilli şeirdə 

eynidir. Əgər belə demək mümkünsə, əruzun tələblərinə əməl etməklə hər hansı dünya dillərinin 

birində də əruz vəznində şeir yazmaq olar. Lakin məsələ burasındadır ki, fars və türk şeirlərində 

meydana çıxan xüsusiyyətlər bu dillərin özünəməxsus cəhətləri və bu dillərdə əsərlərini qələmə alan 

şairlərin zövqləri ilə bağlıdır. Bu da, təbii ki, nəticə etibarilə ərəb, fars və türk dillərində meydana 

çıxan əruzun özünəməxsus cəhətlərinin yaranması ilə nəticələnir. Bu mənada, əruzun, daha 

doğrusu, fars əruzunda meydana çıxan fars şeirinin və fars əruzunun xüsusiyyətlərini duyan fars 

alimləri, fars nəzəriyyəçiləri ilk dövrlərdən etibarən, fars əruzunun özünəməxsus nəzəri cəhətlərini 

araşdırmışlar ki, nəticədə fars əruz elmi meydana gəlmişdir. Yenə də qeyd etdiyimiz kimi, onlar, 

ümumiyyətlə, əruzun mahiyyətində heç bir dəyişiklik etməmiş, sadəcə olaraq, rüknlərin və əsli 

təfilələrin, zihafların və törəmə təfilələrin, dairələrin və bəhrlərin tərkiblərində müəyyən 

dəyişikliklər edərək, fars əruzunun özünəməxsus simasını yaratmağa müvəffəq olmuşlar. Doğrudur, 

əruzşünaslıq tarixində bəzən bəzi tədqiqatçılar bu məsələlərə etiraz edərək, ərəb, fars, türk əruzu 

anlayışlarını qəbul etmir, əruzun ümumi mahiyyətinin eyniliyini əsas götürərək, ümumi əruzu ərəb, 

fars, türk əruzlarına bölmürlər. Lakin onu da qeyd etmək lazımdır ki, fars əruz elmi meydana 

çıxdıqdan sonra, hələ orta əsr tədqiqatçılarının özləri əruzu ərəb və əcəm əruzları deyərək iki yerə 

ayırmış, əcəm əruzu terminini ara-sıra olsa da işlətmişlər.  

Beləliklə, VIII-IX əsrlərdən etibarən farsdilli poeziyaya qədəm qoyan əruz vəzni, artıq X-XI 

əsrlərdən başlayaraq fars alimləri tərəfindən tədqiq olunmuş və nəticədə fars əruz elmi meydana 

gəlmişdir. Bu mənada, fars əruz elmini tədqiq edən alimlər sırasında Bəhrami Sərəxsinin, 

Büzürcümehr Qəsiminin, Əbu Abdullah Qorşinin, Həsən Qəttanın, Yusif Əruzinin, Rəşidəddin 

Vətvatın, Əbül Əla Şüştərinin və başqalarının adlarını çəkmək olar ki, bu adı çəkilən alimlərin 

əsərləri dövrümüzə qədər gəlib çatmasa da, hər halda onların adları fars əruz və qafiyəşünaslıq 

tarixinə yaxşı məlumdur. Belə ki, orta əsr mənbələri bu alimlər və onların yaradıcılıqları haqqında 

olduqca dolğun məlumat verirlər. Eyni zamanda, biz bu alimlər haqqında məlumatı sonrakı dövr 

əruzşünaslarının əsərlərindən də almış oluruq. Belə ki, XIII-XVI əsrlərədə yaşayıb-yaratmış fars 

əruzşünasları, həqiqətən də, böyük qədirdanlıqla fars əruz və qafiyəşünaslıq tarixində görkəmli yer 

tutan bu alimlərin adlarını hörmətlə çəkmiş, onların gördükləri işlərə layiqincə qiymət vermişlər. 

Eyni zamanda, onu da qeyd etmək vacibdir ki, yuxarıda adları çəkilən, lakin əsərləri bizə tam 

şəkildə gəlib çatmayan bu alimlərin əsərləri fars əruz və qafiyəşünaslıq tarixinin ilkin mərhələsini 

təşkil edir.  

Fikrimizcə, fars əruzşünaslığından danışdıqda Əbdürrəhman Caminin əruzşünaslıq tarixində 

yerini də müəyyən etmək lazımdır. Bu mənada, fars əruzşünaslıq tarixinə qısa da olsa ekskurs 

etməyi olduqca vacib sayırıq. Beləliklə, professor Tərlan Quliyev ilkin dövr fars əruzşünaslıq 

tarixindən danışarkən yazır: “Əbülhəsən Bəhrami Sərəxsi, Sultan Mahmud Qəznəvi (998-1030) 

dövrünün alim və şairlərindən olmuşdur. Onun həyatı və yaradıcılığı haqqında məlumat olduqca 

azdır. Lakin az da olsa, bu barədə məlumata Nizami Əruzi Səmərqəndinin “Çahar məqalə”, 

Məhəmməd Ufinin “Lübabül-əlbab”, Şəmsəddin Məhəmməd bin Qeys Razinin “əl-Möcəm”, 

Nəsirəddin Tusinin “Miyar əl-əşar” əsərində rast gəlirik. Belə ki, Nizami Əruzi Səmərqəndi (vəfatı 

1174) “Çahar məqalə” əsərinin ikinci fəsli olan “Şairin məziyyətləri və şeir elminin təbiəti” 

haqqındakı hissəsində Bəhrami Sərəxsinin “Ğayət əl-əruzeyn”, “Kənz əl-qafiyə”, “Sirqət”, “Nəqdi-

əlfaz”, “Təracin”, “Nəqdi-məani” kimi əsərlərinin adını çəkir və şeir demək bacarığı olan kəslərin 

bu əsərlərə müraciət etməsini məsləhət görür. Nizami Əruzi Səmərqəndinin bu qısa 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə