Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə208/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   204   205   206   207   208   209   210   211   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



419

əksəriyyəti görkəmli alimin bu yazısından istifadə etmələrinə baxmayaraq, onun buradakı 

məlumatına fikir verməmişlər. İndiyə kimi heç kimin əhəmiyyət vermədiyi olduqca mühüm bu 

məlumat tədqiqatçı-alim İsmixan Osmanlının diqqətindən yayınmamışdır. 

Məhtimqulunun Daşkənd, Sankt-Peterburq Berlin, London, Budapeşt, Bakı şəhərlərində 

saxlanılan onlarca divanları məlumdur. Bu divanların əlyazmalarının da bir çoxunun surətləri 

çıxarılaraq Türkmənistana gətirilmişdir. Məhtimqulu Fəraqinin Aşqabatda və dünyanın müxtəlif 

muzey və əlyazma fondlarında saxlanılan bütün əlyazma nüsxələri görkəmli Türkmənistan alimi, 

Türkmənistan EA-nın müxbir üzvü, professor Annaqurban Aşırov tərəfindən ozünün 1984-cü ildə 

nəşrə hazırladığı əsərində və son illərdə onun rəhbərliyi ilə hazırlanaraq çap edilən bir neçə əsərdə 

geniş təsvir edilmişdir.  

Azərbaycanlı tədqiqatçı-alim Ramazan Qurbanov Türkmənistan alimlərinin araşdırmalarına 

istinadən 1965-ci ildə yazdığı “Maqtımqulu Pırağa” adlı məqaləsində yazır ki, mütəfəkkir şairin 

kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrinin kitabxanalarında  əlyazma şəklində saxlanılır. 

Onun bildirdiyinə görə, Türkmənistan  EA Ədəbiyyat İnstitutunun “Əlyazmalar şöbəsi”ndə (hazırda 

Türkmənistan EA Milli Əlyazmalar İnstitutunun “Əlyazmalar fondu”nda) görkəmli şairin 120-yə 

yaxın qovluqda ədəbi irsi qorunub saxlanılır. Bunlardan 50-dən çoxu əlyazma 20-yə qədəri 

daşbasma və 45-dən çoxu şairin kiçik əsərləri və həyatına aid materiallardır. Bu əlyazmalarından ən 

əhəmiyyətliləri “Qarrıqala”, “Gümüştəpə”, “Marı”, “Tecən”, “Daşoğuz”, “Aşqabad”, “Cərcev” və 

“Stavropol” əlyazmaları, eyni zamanda Daşkənd daşbasması və Britaniya muzeyində mühafizə 

olunan əlyazmaların fotosurətləridir. 

Araşdırmalar nəticəsində müəyyən etdik ki, bu əlyazma nüsxələrindən başqa Məhtimqulu 

Fəraqinin Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında daşbasma 

üsulu ilə basılmış bir kitabı da qorunub saxlanılır. Bu kitab haqqında da ilk dəfə R.Qurbanov 

“Maqtımqulu Pırağı” adlı məqaləsində məlumat vermişdir. İndiyə kimi heç kimin diqqət yetirmə-

diyi olduqca mühüm bu məlumat alimin bu məqaləsi ilə tanışlıq zamanı diqqətimizdən qaçmadı. 

Həmin kitabın Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında olub-

olmamasını yoxladıq. Xoşbəxtlikdən həmin kitabı oradan tapa bildik. Hazırda həmin kitab M.Füzuli 

adına Əlyazmalar İnstitutunun kitabxanasında saxlanılır. 

Məhtimqulunun şeirlərinin poetik xüsusiyyətləri, mövzularının bədii təqdimi,  klassik və 

xalq şeiri ənənələrindən  bəhrələnməsi və sadəliyi Azərbaycanda da  yayılmasına və sevilməsinə 

səbəb olmuşdur. Kök və ruh eyniliyi, fikir və amal yaxınlığı Məhtimqulunu Azərbaycan mühitinə 

doğma və yaxın hesab etməyə əsas verir. Haqlı olaraq  belə qənaətə gəlinir ki, “Məhtimqulu və 

ondan sonra gələn realist türkmən şairləri  qədim fars-tacik, Azərbaycan, özbək klassik 

ədəbiyyatından saf mənbə kimi istifadə etmişlər. Lakin onlar klassik ədəbi məktəbdən fərqli olan 

şeir cərəyanı yaratmışlar. Bu yeni şeir cərəyanının nümayəndələri qəzəl, müxəmməs, müstəzad 

janrında əsərlər də yaratmışlar.”  

Məhtimqulunun şeirlərinin quruluşu, janrları, qafiyə sistemi, vəzni, emosional təsir gücü və 

estetik xüsusiyyətləri onu Azərbaycan xalq və aşıq şeir yaradıcılığı ilə eyniləşdirməyə əsas verir. 

Prof. P. Xəlilov bu xüsusiyyətə diqqət yetirərək, şairin istifadə etdiyi müxəmməs şeir formasına 

xüsusi qiymət vermişdir. O, haqlı olaraq baxşıların daha çox müraciət etdikləri müxəmməslərin 

Azərbaycan aşıq şeirinə uyğunluğuna diqqət çəkir və onların təcnis və cığalı təcnisə oxşar 

xüsusiyyətlərini qeyd edir və bu şeirlərin əsas özəlliyi kimi onların heca vəznində olmasını göstərir.  

Müxtəlif illərdə – 1984, 2010 və 2014-cü illərdə Məhtimqulu Fəraqinin əsərləri Azərbaycan-

da kitab halında nəşr edilmişdir. Azərbaycan alimləri Qəzənfər Əliyev, Pənah Xəlilov, Fəxrəddin 

Əliyev, Ramiz Əskər, Məmməd Əliyev, Əbülfəz Quliyev, Firuzə Ağayeva, Abbas Abdulla, İsmixan 

Osmanlı, Töhfə Talıbova və başqaları Məhtimqulu Fəraqinin həyatı və yaradıcılığı haqqında 

tədqiqatlar aparmış, tərcümə və nəşr işləri ilə məşğul olmuşlar. 

Məhtimqulu şeirlərinin dili sadə, oynaq, qafiyələri uyarlı, alleterativ xüsusiyyətlərlə zəngin, 

bənzətmə və obrazları canlı, ifadələri dolğun və xəlqidir. Bu da şairin klassik ədəbiyyata, onun 

təşbehlər sisteminə və folklorun incəliklərinə bələdliyi ilə əlaqədardır:  

Məhtimqulu, söz cuş edər dilindən,  

Müxənnəsə boy vermədin yelindən,  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



420

Bu hünərlər gələr, gəlməz əlindən,  

Dildən gələn bu cürətli söz nədir?! (3, 116) 

Dünyəvi düşüncəyə malik olan Məhtimqulu Fəraqi ilk növbədə türkmən xalqının, geniş 

mənada isə dünya ədəbiyyatının böyük klassiklərindəndir. Onun “Varmı dostlar?”, “Keçib gedecək” 

adlı şeirlərinin tərcüməsi  maraq doğurur:  

Olmuşam məsti-şeyda,  

Min peşə, yüz sevda,  

Aləmdə mən tək rüsva  

Olan varmı, dostlar? 

 

 Çölüm dərd, içim biryan, 



 Edərəm nalə-giryan,  

Mənim tək məsti-heyran  

Olan varmı, dostlar?(3, 207) 

*** 


 Bu dünya fanidir, tutmaz binanı, 

Bu dünyaya gələn keçib gedəcək. 

Kimdir bu dünyada tutan cahanı, 

Tutanın əllərin açıb gedəcək. 

  

Dövrlər dolanar, gərdişlər dönər, 



Neçələr köçərlər, neçələr qonar, 

Neçənin məşəli təzədən yanar

Neçənin çırağı öçüb gedəcək. (3,145) 

Məhtimqulunun yaşayıb-yaratdığı zamanla çağdaş dünya arasında xeyli  məsafə var. Buna 

baxmayaraq elmi-bədii və dünyəvi-fəlsəfi şeirlər yaradan şair də, onun idrakı, təfəkkürü və fərdi 

düşüncələri də bu gün üçün zəngin, dolğun və maraqlıdır. Məhtimqulunun bədii-poetik qənaətləri  

islam aləmi və türk dünyası üçün mühüm və əhəmiyyətlidir. Bu baxımdan şairin əsərlərinin və 

həyatının  hər zaman öyrənilməsi, izlənməsi, oxunması, nəsillərin tərbiyəli, əxlaqlı yetişməsi  və 

yaşaması üçün əhəmiyyətli  və çox  gərəklidir. 

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin Bakıda yeni tapılan əlyazma "Divan”ı 

Azərbaycan Milli Elmlər Aklademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi 

Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub. Bu, Məhtimqulu Fəraqinin 

1913-cü ildə Buxara şəhərində daşbasması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan 

yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasında saxlanılan nadir kitabın yeni nəşridir. 

Əsəri Azərbaycan Milli Elmlər Akademiyasının alimləri aşkar edib üzə çıxarmışlar. 

Əsər elmi redaktor AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, 

akademik İsa Həbibbəylinin “Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” 

adlı geniş həcmli ön sözü ilə başlanır. Böyük mütəfəkkir şairin yaradıcılığını və onun Azərbaycan 

ədəbiyyatı ilə əlaqələrini ətraflı təhlil edən akademik İsa Həbibbəyli qədim və zəngin ənənələrə 

malik olan türkmən xalqının qüdrəti söz ustadı Məhtimqulu Fəraqini türk dünyasının və ümumən 

bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirib. Akademik İsa Həbibbəyli böyük 

türkmən şairi Məhtimqulu Fəraqinin köçəriliyin etnoqrafik çalarlarını deyil, məşəqqətlərini yazan 

və öz xalqı üçün çətinliklərlə dolu birlik dastanı yaradan, bu yolla ilk növbədə vətəni 

Türkmənistana, bütövlükdə isə türk dünyasına və insanlığa xidmət edən qüdrətli sənətkar olduğunu 

qeyd edib. Məhtimqulu Fəraqini “türkmən xalqının rəmzi”, “türkmən ədəbiyyatının görkəmli 

klassiki”, “Türkmənistanda müstəqil dövlətçiliyin qüdrətli carçısı”, “türkmən xalqının dünya 

ədəbiyyatına bəxş etdiyi qüdrətli sənətkar” kimi xarakterizə edən akademik İsa Həbibbəyli yazır: 

“Müasir türkmən şeiri, yəni Türkmən ədəbiyyatı Məhtimqulu Fəraqi ilə başlamışdır. Məhtimqulu 

Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunus Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içində 

geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII-XIX əsr 

türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir. Onun yaradıcılığı xalq şeiri ilə xalqın 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə