Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə209/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   205   206   207   208   209   210   211   212   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



421

həyatı və mübarizəsinin birlik çələngidir. Məhtimqulu Fəraqi Türkmənistanın milli istiqlal 

ədəbiyyatının banisidir.” 

Şairin adının yazılışı barəsində vaxtilə professor P.Xəliov yazmışdır: “Gərkəz göklən 

tayfalarının bir qoludur, onların içərisində məxtumlar olmuşdur.  Şairin babası da Məxtumqulu adı 

daşımışdır. Babanın adı nəvəyə keçmiş və o da bir şair kimi adla şöhrətlənmişdir.  Türkmənlər 

şairin adını müasir əlifbada Maqtumqulu yazırlar. Ərəb əlifbası ilə nəşr olunmuş əsərlərində 

Məxtumqulu yazılır. Azərbaycan dilində nəşr edilmiş əsərlərində onun adı Məxdumqulu, 

Maxtımqulu, Məxdumqulu getmişdir. “Məxtum”  və “Məxdum” sözü başqa- başqa məna daşıyır. 

“Məxtum”un mənalarından biri “bitkin, kamil” deməkdir. “Məxdum” sözünün isə iki mənası vardır: 

“ağa, sahib”, yaxud “xidmət olunan”. Beləliklə, “məxtumqulu” sözünü kamillər qulu, 

“məxdumqulu” sözünü isə hakimlər, ağalar qulu, xidmətində az durulan adamların qulu mənasında 

götürmək olar. Böyük türkmən şairinin adını əlbəttə, Məxtumqulu yazmaq lazımdır, çünki, o, 

gərkəzlər arasında övliya sayılan məxtumların içərisindən çıxmış, seçdiyi adı da şərəflə 

doğrultmuşdur”.  

Göründüyü kimi, professor P.Xəlilov şairin adını “məxtum” sözü ilə əlaqələndirir və bu 

sözün “bitkin, kamil” kimi mənalarını verir. Amma müəllif hansı mənbəyə istinad etdiyini 

göstərmir.  Çox güman ki, ərəb dilində “ağa və ya xanım, xidmət olunan, iş buyuran”, “sahibkar, iş 

sahibi”, ümumiyyətlə “xidmətlərində durulan şəxslər” mənalarında “məxdum” sözü “müqəddəs”, 

“nəcib tayfa”ların özlərini adlandırdıqları “məxdum” ilə əlaqədardır. Böyük şairin mənsub olduğu 

tirənin adı sonuncu sözlə bağlıdır. Fikrimizcə, Məhtimqulunun adının mənasını və düzgün yazılışını 

məhz onun mənsub olduğu tirənin adında  axtarmaq lazımdır.  Yəqin ki, böyük şairin adını daşıdığı 

babası Məhtimquludan əvvəl onun mənsub olduğu türkmən tirəsində çoxlu mötəbər dini insanlar – 

övliyalar, pirlər, mürşidlər olmuşdur. Bu cür insanlar türklər arasında “məxdumlar” adlanmışlar.  

Şübhəsiz ki, soyadın mənşəyi, daşıdığı məna yükü Məhtimqulu şeirlərinin mövzusunda da 

öz əksini tapmışdır. Şairin yaşayıb-yaratdığı dövr  əhatə etsə də, irfani düşüncə, təsəvvüfi baxış, 

dünya dərkini özünəməxsus şəkildə ifadə edən şairin “Təpə nədir, düz nədir?” və “Nələr görünər?” 

adlı şeirləri xüsusilə maraq doğurur:  

Yeddi yaşlı ərəb atın şanında,  

Məlum olmaz, təpə nədir, düz nədir.  

Yaşa dolmuş qoç igidin yanında,  

Altmış nədir, yetmiş nədir, yüz nədir.  

 

Yəhərləyib minən atın bilməyən,  



Arif olub, öz izzətin bilməyən,  

Söhbət içrə söz ləzzətin bilməyən,  

Qana bilməz - məclis nədir, saz nədir. (3, 116) 

 

*** 



Yaradan var etdi yoxdan,  

Dağlar dünyada var çoxdan, 

Sorsan xəbər verər Nuhdan,  

Qocalan ovlar görünər. (3, 157) 

Məhtimqulu Fəraqinin oğuz türk ləhcəsindəki şeirləri ortaq türk dilində yazılmış ədəbiyyata 

parlaq nümunədir. Məlum olduğu kimi, Azərbaycan türkləri  təkcə öz  ədəbiyyatlarının tarixi ilə 

maraqlanmaqla kifayətlənmir, digər türk xalqlarının  ədəbi yaradıcılığının  tədqiqinə də  böyük 

diqqət yetirirlər.   İsmayıl Hikmətin  “Anadolu  türkləri ədəbiyyatının tarixinə  dair”  iri tədqiqat 

əsəri  buna sübut ola bilər. Hikmətin həmin  əsəri  bu sahədə ilk sistemli və ümumiləşdirici  

tədqiqatdır...   

...Nəvainin 500 illiyinə  həsr olunmuş  toplu istisna edilərsə, ən yeni osmanlı-türk  

ədəbiyyatı tarixi üzrə  nəinki rus dilində,  hətta osmanlı türkcəsində  də başqa  bir əsər olmayıb. 

Nəhayət, Nəvainin “Mənşəat” əsərinin  çapı bu məşhur  şairin, türk  söz  ustadının tədqiqi  üçün  

imkan yaratdı.  Professor Çobanzadənin  rus və Avropa elmində  çox az  tədqiq olunan  kumık tarixi 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



422

və ədəbiyyatı haqqında bizə mühüm bilgilər verən  kumık dili  və ədəbiyyatı  haqqında tədqiqatları  

da eyni  dərəcədə dəyərlidir (5,59).  

Möhtəşəm  Orta Asiya  mədəniyyətinin  varisi olan  özbək xalqının dili ilə Azərbaycan 

dilləri bir-birinə yaxın olsa da,  türk dilləri qrupuna daxil bu iki dilin istər lüğət tərkibi, istərsə  də 

yazılışı, tələffüzündə xeyli fərq var. Keçən əsrin 70-80-cı illərində özbək yazarlarının əsərləri Azər-

baycan türkcəsinə çevriləndə tərcüməçilər ruscadan, ingiliscədən çevirmələr qədər olmasa da, 

kifayət qədər zəhmət tələb edən gərgin bir işin öhdəsindən gəldilər. Azərbaycanda və Özbəkistanda 

iki respublikanın  ədəbiyyat və incəsənət günləri  keçirilən vaxtlarda bu işin əhəmiyyətli bir hissəsi 

də şair-tərcüməçi Əhəd Muxtarın üzərinə düşdü. Onun özbək şairlərindən çevirdiyi şeir və 

poemaların  həcmi 11 min misradan artıqdır. Həmin tərcümələrin  bir hissəsi ayrıca  kitab  şəklində 

çap olundu: Normurad Nərzullayev, “Məhəbbətdən doğulmuşam” (6); Həmid Alimcan  “Sən 

doğulan gün” (7). 

Özbəkistanın ən tanınan şairlərindən olan Camal Kamalı da Azərbaycan  dilinə ən çox Əhəd 

Muxtar tərcümə edib. Azərbaycanın xalq  şairi Bəxtiyar Vahabzadə C.Kamalın 1989-cu ildə Bakıda 

nəşr olunan “Günəş çeşməsi” adlı kitabına ön sözdə yazır: “...Mən C.Kamalın əsərlərini imkan 

olduqca dilimizə çevirmək və bu əsərlərdən ibarət kitab  buraxmaq fikrinə düşdüm. Bu arzunu 

özbək dilini yaxşı bilən qələm yoldaşlarımdan  Xəlil Rza və Əhəd Muxtara  bildirdim və biz bu 

çətin, lakin səriştəli işə  başladıq. Bu gün Azərbaycan oxucularına  təqdim etdiyimiz bu toplu həmin 

arzuların nəticəsidir” (8, 3).  

Qohum dillərə tərcümənin də özəllikləri var. Aşıq Ələsgərin türkməncəyə tərcüməsində 

bəzən bütün şeir eynilə qalır. Bəzən də qafiyə sistemi tamamilə dəyişir. Qoşqu qanunlarına görə 

bəzən əsas, aparıcı, şah bəndin və qafiyənin xətrinə o biri bəndlər və  misralar əsas fikri saxlamaqla 

dəyişdirilir. Ona görə də gələcəkdə oxşarlıqlara və dəyişikliklərə görə  tərcüməçiləri qınamamalı, 

tələskənliyə yol verib  yanlış sonuclar çıxarmamalıyıq. Türk xalqları bir-birlərinə nə qədər  qohum

yaxın olsalar da, zaman, siyasi ayrılıqlar, coğrafi bölgülər öz işini görüb. Bu ilişkilərimizi 

genişləndirmək, qohumluğumuzu  möhkəmləndirmək istəyiriksə, adamları ruhdan salmamalı, daha 

da işə ruhlandırmalıyıq. İşin üz tərəflərinə yox, mahiyyətinə, xalqa verdiyi xeyirə daha çox diqqət 

yetirməliyik.   Bu mənada əsərlərinin XX yüzildə Azərbaycanda tərcümələri və nəşri haqqında 

tədqiqat əsərlərinin yazılması Məhtimqulunun Azərbaycanda daha geniş tanınmasına şərait 

yaratmışdır. Bu işin davamlı şəkildə inkişaf etməsi mədəniyyətlər arasında əlaqə və inteqrasiyanın 

güclənməsinə daha böyük təsir göstərir. 

 

ƏDƏBIYYAT 



1.

  Xəlilov P. SSRİ xalqları ədəbiyyatı, II c., Bakı, Maarif, 1977. 

2.

  Qurban R. Maqtımqulu Pırağa. Azərbaycan SSR EA-nın Xəbərləri, № 2. İctimai elmlər 



seriyası, 1965. 

3.

  Məhtimqulu Fəraqi. Divan. Bakı, “Elm və təhsil”, 2015.    



4.

  Seyfəddin Hüseynli. Türkdilli  ədəbiyyatlar arasında Əhəd Muxtar  körpüsü. “525-ci 

qəzet, 27 noyabr 2009-cu il. 

5.

  Nərimanoğlu K. 1926-cı ilin  I Bakı türkoloji Qurultayı. Bakı, “Çinar-Çap”, 2006 



6.

  Nərzullayev N.  Məhəbbətdən doğulmuşam. Bakı, “Gənclik”, 1979. 

7.

  Alimcan H.  Sən doğulan gün. Bakı, “Yazıçı”, 1989. 



8.

  Kamal C. Günəş çeşməsi. Bakı, 1989. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə