Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə205/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   201   202   203   204   205   206   207   208   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



412

 

 



 

 

Kara köprü, Kıran Köprü  



 

Fotoğraf; Hızırhan Çolpan 

Zuvka Batur’un kabristanı  

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



413

 

Hüseyin Budak, Dr. Med. 



Zuvka Batur – Kazakh popular hero 

(Summary) 

One of the popular leaders of Kazakh nation in recent period is Zuvka Batur, who has been 

effective in 20

th

 century. Zuvka Batur, who has effects on Contemporary Turkish world too, was 



born in 1866 year in Zaysan city of Kazakhstan. Zuvka Batur became leader of nomadic people in 

Altai region, became refuge of oppressed people, and it was gathered large mass of people in a short 

time. He has opposed cruel rulers and struggled with them. He was executed by beheading in 1829 

year by Chinese. 

Zuvka Batur has great importance for culture and social life of Kazakh Turkic people in 

present Xinjiang region. He implemented particularities of bravery, justice, freedom, education etc

and he was effective example.  Zuvka Batur was practitioner of these particularities, which are 

common values for civilization. He is a person who can be considered Köroğlu of near term. He is 

being talked about among the people. 

Zuvka Batur got a good education from his father Damolla Sabit.  Sabit Damolla recieve 

education in madrashs of Khiva.  Zuvka Batur’s 's great-grandfather was also community manager, 

who increased to degree of Danishmand. Zuvka Batur always had been in public, and dealt with 

education. Zuvka Batur was interested in all aspects of life. He did not stay away from politics. He 

was refuge of oppressed people. He brought a matter to a solution for their problems. 

It has published three major novels about Zuvka Batur in Xinjiang region of China. These 

books are published in Arabic alphabet of Kazakh. 

Zuvka Batur went on pilgrimage in 1906 year through Istanbul. The single photograph of 

Zuvka Batur was taken in Istanbul at that time. 

During 2016 introductory meetings are held in a lot of countries like Kazakhstan, Turkey, 

China, Germany by attempts of delegation, which consists of his grandsons. There is a mosque 

under his name in Kazakhstan. He is also well known in Mongolia. In this article we purpose to 

introduce on the occasion of 150 years of birth this valiant leader of Turkish world, who is 

insufficiently known. 

Key words: Zuvka Batur, Bravery, Turkish world 

 

 

 



 

Mədinə Karahan, doktorant 

Xəzər Universiteti 

medina.karahan@gmail.com 

 

Ə.AĞAOĞLUNUN “SƏRBƏST FİRQƏ XATİRƏLƏRİ” ƏSƏRİNDƏ TÜRKİYƏ 



GERÇƏKLİKLƏRIİ 

Ə.Ağaoğlunun mühacirət yaradıcılığında "Sərbəst insanlar ölkəsində" və "Sərbəst firqə 

xatirələri" əsərləri xüsusi yer tutur. Bu əsərlər arasında həm də çox dərin bağlılıq və yaxınlıq vardır. 

Belə ki, hər iki əsər, demək olar ki, eyni dövrdə yazılmışdır. Bu elə bir dövr idi ki, Ə.Ağaoğlunun 

artıq Cümhuriyyət Xalq Partiyası ilə bağları qırılmışdı. O, Türkiyə cəmiyyətinin Cümhuriyyətdən 

sonra yeni bir mərhələyə daxil olmasını aydın görür və bu mərhələdə çoxpartiyalılığın, liberalizm 

və demokratizmin olmasını son dərəcə vacib hesab edirdi. Əgər 1930-cu ildə yazdığı "Sərbəst 

insanlar ölkəsində" əsərində, bir çox hallarda, utopik (əslində isə real ola biləcək!) hadisələrdən 

danışılır, məsələlərə nəzəri baxış bucağından baxılırsa, "Sərbəst firqə xatirələri"ndə birinci əsərdə 

qoyulmuş məsələlər praktik olaraq yaşanır. Bu əsər Türkiyə siyasi, ictimai mühitinin real bir 

güzgüsü kimi görünür və o dövr Türkiyə gerçəkliklərini ifadə edir. Əsərdəki hadisələrin gedişi və 

demokratiyanın məğlubiyyəti onu deməyə əsas verir ki, Ə.Ağaoğlunun "Sərbəst insanlar ölkəsi" 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



414

əsəri açıq şəkildə, yəni Türkiyə gerçəkliyi olaraq, yazıla bilməzdi. Ona görə ki, siyasi elita, eləcə də 

Türkiyə ictimai-siyasi mühiti burada qoyulan problemləri hələ ki, həll etmək iqtidarında deyildi. 

Maraqlıdır ki, "Sərbəst insanlar ölkəsində" əsəri əvvəlcə "Cümhuriyyət" qəzetində, sonra isə kitab 

şəklində dərc olunduğu halda, "Sərbəst firqə xatirələri"nin çapını gözləmək üçün iyirmi ilə qədər bir 

zaman lazım olmuşdur. Çünki bu əsərdə 1920-30-cu illər Türkiyəsi və onun siyasi gerçəklikləri 

haqqında bir çox sərt həqiqətlər də səslənir. Bu həqiqətlər o zaman düzgün başa düşülməyə də 

bilərdi, yalnız zaman keçdikcə, buradakı həqiqətlər öz həllini tapdıqca əsərin çapı üçün real şərait 

yaranmışdır. Əsər yazıldığı dövrdən Atatürkün vəfatına qədər nəşri ona görə mümkün deyildi ki, 

burada bir partiya ətrafında oynanan oyunlar haqqında bir çox həqiqətlər yer almışdır. Atatürkün 

vəfatından (1938) sonra isə İsmət İnönünün hakimiyyət dövrü (1938-1950) başlayır ki, bu dövrdə 

də kitabın çapı reallaşa bilməzdi. Çünki müəllif Türkiyədə gedən bu proseslərdə demokratiyanın 

tormazlayıcısı kimi məhz İsmət İnönünün adını göstərir. Ona görə də "Sərbəst firqə xatirələri"nin 

ilk çapı Ə.Ağaoğlunun ölümündən on bir il sonraya (1950) təsadüf edir. Məhz bu il Demokratik  

Partiyanın Türkiyədə hakimiyyətə gəldiyi ildir. Kitabı yazıçının oğlu Demokrat Partiyanın üzvü, 

Menderes hökuməti dönəmində baş nazirin müavini işləmiş Səməd Ağaoğlu çapa hazırlamışdı. 

Əsər 1969-cu ildə İstanbulda ikinci, 1995-ci ildə Ə.Ağaoğlunun görkəmli tədqiqatçılarından biri 

Ufuk Özcanın ön sözü ilə üçüncü dəfə nəşr edilmişdir. Azərbaycan dilində isə, ilk dəfə yalnız bu 

yaxınlarda, Ə.Ağaoğlunun "Seçilmiş əsərləri"ndə (2007) oxuculara çatdırılmışdır.  

Ə.Ağaoğlunun "Sərbəst firqə xatirələri" əsəri xatirə üslubunda yazılıb. Yazıçı 30-cu illərin 

əvvəllərində ölkədə iki partiyalı sistemə keçid ətrafında baş verən, özünün də iştirakçısı olduğu 

hadisələri qələmə alır. Lakin bu ona dövrün və ayrı-ayrı hadisələrin, şəxsiyyətlərin obrazını 

yaratmağa mane olmayıb. Əsərin yazılmasından əsas məqsəd  isə, yazıçının dövlət, fərd, 

cümhuriyyət, demokratiya kimi məsələlərin yeni Türkiyədə öz həllini tapması və bu istiqamətdə 

fikirlərini reallaşdırması idi. Bu mərhələdə Ə.Ağaoğlunun siyasi düşüncələrində də müəyyən 

yeniləşmə olmuşdur. İndi daha əvvəlki onillik, Cümhiriyyətin ilk illəri deyildi. Ona görə də  

Ə.Ağaoğlu xarakterinə uyğun olaraq, yeri gəldikcə, özünün doğru bildiyi fikirlərini də yazmaqdan 

çəkinmirdi. Məlumdur ki, 20-ci illərin ikinci yarısında Ə.Ağaoğlunun həm fəaliyyətində, həm də 

yazılarında, düşüncələrində müəyyən dəyişikliklər baş verir. Onun fikirlərində, dövlətçilik 

düşüncələrində modernizm əlamətləri özünü göstərir. Baxmayaraq ki, o, milli birliyin ən yaxşı 

nümunəsi kimi, Atatürkə bağlılığını qoruyub saxlayır və dövlətlə bağlı fikirlərində yenilikçi 

düşüncələrini də önə sürürdü. Bu onun 1926-cı ildə Atatürkə və baş nazir İsmət İnönüyə təqdim 

etdiyi raportda da özünü göstərməkdədir. Bu raportu Ə.Ağaoğlunun kamalizmdən müxalifətə 

keçidinin əsası kimi də başa düşmək olar. Raportda Ə.Ağaoğlu hazırkı prosesdə iqtisadi siyasəti 

tənqid etməklə yanaşı, partiya içi bürokratiyanı, rüşvəti də tənqid edirdi. Doğrudur, Ə.Ağaoğlu bu 

raportunda və ondan sonrakı məqalələrində kamalizmdən ayrılması ilə bağlı heç nə yazmırdı. 

Ancaq bu da aydındır ki, məhz bu raportdan sonra Ə.Ağaoğlunun yolları Cümhuriyyət Xalq 

Partiyası ilə ayrılmağa doğru gedir. Sonralar Ə.Ağaoğlu "Sərbəst firqə xatirələri" əsərində həmin 

raportu xatırlayaraq yazırdı: "Başında dayandığı firqənin məmləkətdəki vəziyyətindən tam xəbərsiz 

idi. Aldanan, qafil vəziyyətdə qalan və istismar olunan odur. Ətrafında ona ürəkdən bağlı neçə 

adam vardı? O, doğru-dürüst məlumat ala bilmir, zənn edirdi ki, məmləkətə bunca xidmət etmiş, 

məmləkəti əsarətdən qurtarmış, istiqlala çatdırmış firqə xalqın nəzərində keçmişdəki kimi əziz və 

qiymətlidir. 

1926-cı ildə Qaziyə verdiyim yazılı məruzədə bu cür düşüncənin yanlışlığını, hətta Qazinin 

özünün getdikcə nüfuzunu itirdiyini, firqə başında dayananların hərəkət və ədalarının isə bunun 

yeganə səbəbi olduğunu açıqca söyləmişdim" (1, 270). 

Ə.Ağaoğlu siyasi görüşlərində 1926-cı ildən sonra Cümhuriyyət Xalq Partiyası ilə ayrılır və 

bu fikirlərinə görə partiyanın üst yönəticilərilə gərginlik içində olur. Bu narazılıq Ə.Ağaoğlunun 

ölkədə mövcud vəziyyətlə bağlı özünü tənqid ruhunda yazdığı bir məlumatın üst yönətimə-Mustafa 

Kamal Atatürk və İsmət İnönüyə təqdim olunmasından sonra başlayır. Ə.Ağaoğlu bu raportunda 

Cümhuriyyət Xalq partiyası ilə xalq arasında böyük bir qopuqluq yaşandığını, partiyanı idarə 

edənlərin xalqa qarşı "mütəhəkkim və mütəkəbbir" bir vəziyyət aldığını, eyni zamanda rüşvətə və 

israfçılığa yol verildiyini önə sürürdü. Lakin bu özünütənqid partiyanı idarə edənlər tərəfindən 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə