Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə207/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   203   204   205   206   207   208   209   210   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



417

Məqbulə xanım (Atatürkün bacısı) və başqa onlarla şəxsiyyətlərin adına rast gəlmək olar. Ancaq bu 

tarixi şəxsiyyətlərin hər birinin obrazları tarixi gerçəkliyə, hadisələrə uyğun olaraq yaradılır. Bu 

obrazlar içərisində mərkəzi yeri Ə.Ağaoğlunun özünün obrazı tutur. Burada həm onun Türkiyənin 

siyasi həyatında aktiv iştirakını izləmək, həm də yeni cəmiyyət quruculuğunda onun aktiv və öndər 

rolunu aydın görmək olur. Əsərdən aydın olur ki, o, bu proseslərdə Türkiyənin siyasi həyatında baş 

verən intriqalardan və avantüradan bezmişdir. Çünki həmişə olduğu kimi, burada da fikirlərində 

səmimidir, riyakarlıqdan zəhləsi gedir. Onun Qaziyə olan məhəbbətinin, sevgisinin arxasında 

hansısa maraqlar gizlənmir, sırf dövlətçilik mənafeyindən çıxış edir. Eyni zamanda, Türkiyə siyasi 

mühitinin də nə zamansa, bu yolu keçəcəyini əminliklə bildirir. Yeni cəmiyyət, Cümhuriyyət 

məsələsində son dərəcə modern yol tutan Ə.Ağaoğlu bir partiya ətrafında olan oyunlardan təngə 

gələrək, bunun səbəbini Şərq riyakarlığında, "sözlərin arxasında gizlənərək" xəyalı gerçək kimi 

göstərməyə bağlayır və ölkənin bütün fəlakətlərinin mənbəyini "ruh xəstəliyi"nə bağlayır" (1, 309). 

Tədqiqatçı Gülsərən Akalının fikrincə: "Qazi Mustafa Kamal paşanın Sərbəst Cümhuriyyət firqəsini 

səmimiyyətlə təşkil etdiyinə inanan Ə.Ağaoğlunun əslində son hadisələrlə fikrinin dəyişdiyi 

anlaşılır (4, 122). 

Ə.Ağaoğlu yeni partiyaya münasibətdə düşmənçiliyin yaranmasının səbəblərini də göstərir. 

Bunlardan biri, Sərbəst firqənin özünün mətbuatını yaratmaq əvəzinə "Yarın" qəzetinin Sərbəst 

firqənin qeyri-rəsmi orqanına çevrilməsi və açıq şəkildə Cümhuriyyət Xalq Partiyasını ilə arasını 

vurması olmuşdur. Hətta bu qəzetin mövqeyinə etiraz əlaməti olaraq, Ə.Ağaoğlu öz məqalələrini 

"Son posta" qəzetində dərc etdirirdi. İkincisi isə,  yeni partiyanın qurulmasından az sonra Türkiyədə 

keçirilən bələdiyyə seçkilərində iştirakı olmuşdur. 

Ə.Ağaoğlunun "Sərbəst firqə xatirələri" əsəri 30-cu illər Türkiyəsinin ictimai, siyasi 

gerçəkliklərini təsvir edən ən yaxşı əsərlərdən biri hesab etmək olar. Əsər müəllifinin yeni qurulmuş 

Cümhuriyyətin gələcəyi üçün nə qədər həyəcan keçirdiyi, düşündüyü və bu istiqamətdə çalışdığının 

təsdiqi kimi səslənir. Sərbəst firqənin bağlanmasından sonra müxalifətə keçməsinin əsasında da 

ölkədə demokratiyanın inkişafı yolunda çalışmaq istəyinin durduğunu əminliklə söyləmək olar.  

 

ƏDƏBIYYAT 



1.

  Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2007, 392 s. 

2.

  Sakal Fahri. Ağaоğlu Ahmеd bеy. Ankara, Türk tarih kurumu, 1999. 



3.

  Sadoğlu Hüseyn. Bir türkçünün trajik öyküsü. Türk yurdu, 2011 Ocak, Yıl 100, sayı 281. 

4.

  Akalın G. Türk düşüncə və siyasi həyatında Ağaoğlu. Bakı: Az.ATAM, 2012, 164 s.  



 

Summary 


The article presents the analysis of the works written by the outstanding representative of 

Azerbaijani migration literature Agaoglu "Memories free sects" in the socio-political reality of 

Turkey. Agaoglu in this work showed the reality covered the socio-political path of the Turkish 

Republic from the end of the 20s up to the beginning of the 30s. 

In the report written and addressed Kamal Atatürk and Prime Minister Ismet Inonu by the 

writer in 1926  raised a number of issues sold to the free development of the sect. Nevertheless, the 

wrong approach to the question of self-interest and a lot of other facts prevented the implementation 

of a multi-party system. The product images are important at the time  forthe Turkish socio-political 

figures and the work done by them is appraised. 

 

 



 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



418

 

Cəmilə Fətiyeva, dissertant 



AMEA Nəsimi adına Dilçilik İnstitutu 

cema_5@mail.ru 

 

TÜRKDİLLİ XALQLARIN ƏDƏBİ ƏLAQƏLƏRİ  



VƏ TƏRCÜMƏ İŞİ 

Bütün tarixi dönəmlərdə türkdilli xalqların klassik ədəbiyyat nümunələrinə maraq olmuşdur. 

Bu nümunələrin Azərbaycanda tərcüməsinə XIX yüzilliyin son illərindən başlanmış, XX yüzildə 

daha da genişləndirilmişdir. Həmin tərcümələrdən məlum olur ki, eyni dil qrupuna aid dillərdən 

çevrilmələrinin özəlliyi var. Xüsusən, klassik şeir mətnlərində, qafiyə sistemində bu özünü daha 

aydın göstərir. 

Ünlü türkmən şairi Məhtimqulunun şeirləri Azərbaycan türkcəsinə çevrilmiş, onun əsərləri 

və tərcümələri barədə mütəxəssislər də, gənc tədqiqatçılar da elmi araşdırmaları ilə öz sözlərini 

demişlər. Lakin Məhtimqulunun elə şeirləri var ki, bir neçə dəfə ayrı-ayrı şairlər tərəfindən  tərcümə 

olunsa da, ana mətndən xeyli fərqlidir ki, bu da ədəbi mətnlərinin, yazılı abidələrinin, müxtəlif 

ədəbi nümunələrin nəşrə hazırlanması prosesində tərcümə ilə bağlı ortaya çıxan “çətinliklər”dir. 

Düzdür, tərcümə işində qarşıya çıxan həmin problemlər  zaman-zaman müəyyən “həllini” tapsa da, 

əsas vəzifə – ortaq türk dilinin köməyi ilə tərcümə işində də bir çox  problemi həqiqi mənada həll 

etməkdir.  

Orta yüzilliklərdə türk xalqları ədəbiyyatı son dövrlərin sərhədləri ilə sınırlanmadığına görə 

daha geniş coğrafi məkanı və arealı əhatə etmişdir. Bu baxımdan həmin dövr ədəbiyyatını türk 

xalqlarının müştərək, ortaq ədəbiyyatı kimi qəbul edənlərlə razılaşmaq olar. Bünövrəsi əski türk 

düşüncəsinə və söz sənətinə söykənərək yaranan, sonradan Mahmud Kaşğarlı, Yusif Balasaqunlu 

kimi ədiblərin yaradıcılığında genişlənən, Nəsimi, Nəvai, Füzuli kimi şairlərin əsərləri ilə 

zənginləşən türkmən ədəbiyyatı sonrakı mərhələdə özünəməxsus inkişaf yolu keçmişdir. Yaranması 

və inkişafı dövründə türkmən ədəbiyyatı həmişə Azərbaycan mədəni mühiti ilə əlaqəli olmuşdur. 

Folklor materialları və şairlərin yaradıcılığı bu qarşılıqlı əlaqələri özündə əks etdirmişdir. 

Görkəmli Azərbaycan alimləri: akademik Həmid Araslı, prof. Pənah Xəlilov monoqrafik 

tədqiqatlarında və dərsliklərində türkmən şairləri Məhtimqulu, Zəlili, Seyidi, Kəminə və Molla 

Nəpəs kimi şairlərin əsərlərini təhlil etmiş, onların bədii irsinə yüksək qiymət vermişlər. 

Böyük türkmən şairi Məhtimqulu Fəraqi (1730-1780) zəmanəsinin qabaqcıl insanı olmaqla 

yanaşı, türkmən tayfalarını birləşdirməyə, xalqların və tayfaların mənəvi birliyinin qorunub 

saxlanmasına çalışan ictimai xadimlərdən biri olmuşdur. Onun Orta Asiya, Azərbaycan, İran, 

Hindistan səfərləri də bu yerlərin mədəniyyətini öyrənmək və əsərlərində onlardan istifadə etməklə, 

əhalinin mədəni səviyyəsini artırmaq niyyətinin olduğunu göstərir. Klassik Şərq, o cümlədən 

Azərbaycan ədəbiyyatına bələdliyi onun əsərlərinin burada da sevilməsinə və yayılmasına şərait 

yaratmışdır. Məhtimqulunun əsərlərində Azərbaycan şairlərinin əsərləri ilə səsləşən bir çox  motiv, 

oxşar fikir və bənzətmələr var.  

Türkmən ədəbiyyatı tarixində yeni bir dövr açmış, tükənməz iradəyə və parlaq istedada 

malik mütəfəkkir şairin yaradıcılığı Azərbaycan ziyalılarının – şair və yazıçıların, görkəmli 

alimlərin həmişə diqqət mərkəzində olmuşdur. Zaman-zaman onun əsərlərinin əlyazmalarının üzü 

köçürülərək, ölkəmizə gətirilmiş, şeirlərinin çox hissəsi tərcümə olunaraq nəşr olunmuşdur. Hazırda 

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əlyazmalar fondunda böyük 

şairin ədəbi irsindən iki əlyazma nüsxəsi (№ A-170/10538; № B-1558/9590) saxlanılır. Bu əlyazma 

nüsxələrindən başqa İnstitutun kitabxanasında Məhtimqulu Fəraqinin daşbasma üsulu ilə çap 

edilmiş bir kitabının da qorunub saxlanıldığı məlum olmuşdur. Qeyd etmək istərdik ki, əlyazma 

nüsxələri natamam olsa da, daşbasma nüsxəsi bütövdür. 

Şairin daşbasma kitabı haqqında ilk dəfə tanınmış Azərbaycan alimi Ramazan Qurbanov 

1965-ci ildə yazdığı “Maqtımqulu Pırağı” adlı məqaləsində məlumat vermişdir (2,40). Çox 

maraqlıdır ki, indiyə kimi Məhtimqulu Fəraqinin yaradıcılığı ilə məşğul olan tədqiqatçıların 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə