Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə206/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   202   203   204   205   206   207   208   209   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



415

düzgün başa düşülməmişdi. Hüseyn Sadoğlunun yazdığına görə, bu raport xüsusilə İsmət İnönü 

tərəfindən öz şəxsinə qarşı qərəz olaraq, dəyərləndirilmiş və partiya sıralarından çıxarılmışdır (2, 

36). Ə.Ağaoğlunun İsmət Paşa ilə aralarının soyuq olduğu, zaman-zaman Atatürklə də toqquşması 

barədə müxtəlif məlumatlar görünməkdədir. Xüsusilə İsmət Paşa ilə Ə.Ağaoğlu arasında 

mübahisələrin olması haqqında məlumatlar yetərincədir. Lakin Ə.Ağaoğlunun   məhz bu səbəbdən 

partiyadan çıxarılması haqqında H.Sadoğlunun bu fikirləri yenidir. Fikrimizcə, 1926-cı ildən sonra 

Ə.Ağaoğlunun partiya ilə əlaqələri azalsa da, Atatürkün fəaliyyətini təqdir edirdi. Xatirələrdən və 

araşdırmalardan görünür ki, Atatürk də Ə.Ağaoğlunun xatirini çox istəyir, ona dəyər verirdi. Belə 

olmasaydı, 1930-cu ildə Sərbəst Firqənin yaranması zamanı həmin partiyaya keçməsini israr 

etməzdi. Hətta burada Atatürk tərəfindən Ə.Ağaoğluya bir etibar da nümayiş etdirilir, Fəthi Okyarla 

birgə ölkənin ikinci partiyasının başına gətirilir. Ə.Ağaoğlunun bütün vəzifələrdən alınması və 

partiya yönətimi ilə əlaqələrinin kəsilməsi isə 1933-cü ildən sonra, onun Sərbəst Firqə 

buraxıldıqdan sonra yenidən Cümhuriyyət Xalq Partiyasına qayıtmamasından sonra - olmuşdu. 

Maraqlıdır ki, Sərbəst partiyanı birgə qurduqları iki önəmli dostu Ali Fəthi Okyar və Nuri Conker 

1930-cu il 17 noyabrda Sərbəst Firqə bağlandıqdan sonra Cümhuriyyət Xalq Partiyasına döndükləri 

halda, Ə.Ağaoğlu bundan sonra heç bir partiyanın üzvü olmamış və sərbəst fəaliyyət göstərməyi 

üstün tutmuşdur. Fahri Sakal bu barədə yazır: "Sərbəst Firqənin qapadılmasından sonra bir çox 

millət vəkili təkrar CHP-yə dönməsinə rəğmən, Ağaoğlu dönmədi. Fəthi bəy belə əski səfirlik 

vəzifəsinə göndərilmişdir. Əhməd Ağaoğlu isə bu dövrdə bir tərəfdən İstanbul Universitetində dərs 

deyir, digər tərəfdən son qəzeti olan "Axın"ı çıxarır" (2, 93). 

Sərbəst Firqənin yaradılması və tez də qapadılması həm Türkiyənin həmin dövrdə siyasətini, 

həm də Ə.Ağaoğlunun bu dönəmdəki fəaliyyətinin əhəmiyyətliliyini bir daha ortaya qoyur. Deməli 

ki, artıq 1930-cu ildə Atatürk ölkədə ikinci bir partiyanın yaradılmasına ehtiyac olduğunu hiss 

etmişdi. Ə.Ağaoğlu da bunun çoxdan zəruri olduğunu bildirirdi. Lakin mövcud şərait hələ buna 

imkan vermirdi. Ona görə də Atatürk tərəfindən  partiyaya daxil olmasını təklif edəndə bir qədər 

tərəddüd keçirir. Ancaq bu işin başında İttihad və Tərəqqi partiyasında və Maltada sürgündə birgə 

olduğu Əli Fəthi Okyarın (1880-1943) olduğunu gördükdə, razılaşmaqdan başqa çarəsi qalmır. Əli 

Fəthi Okyar ciddi siyasətçilərdən biri olmaqla Türkiyənin Sofiya, Paris, Londanda səfiri olmuş, 

TBMM başkanı, ədliyyə naziri vəzifələrində çalışmışdı. Bu partiyanın bu qədər ehtiyatla 

yaradılmasında əsas məqsəd gündən-günə çoxalan mühafizəkarların qarşısını almaq, "məmləkətdə 

ehtiyatlı bir hürriyyət havası əsdirmək və yavaş-yavaş hüriyyətə alışdırmaq" idi. Əslində isə bu 

partiyanı yaradarkən, Cümhuriyyət Xalq Partiyasından çox da fərqlənməyəcək bir partiya 

düşünülmüşdü. Ə.Ağaoğlu "Sərbəst Firqə xatirələri" əsərində partiyanın başında duran Fəthi bəylə 

söhbətində bu barədə yazır: "Əslində hər iki firqənin idarəsi və onlara nəzarət Qazinin öz əlində 

olacaq. Cümhuriyyət Xalq Firqəsindən (CXF - indiki CHP -M.K.) ayrılmamaq şərtilə, mənim 

firqəmin də tərəfdarı olacaq, seçkilərdə hər iki firqənin namizədlərini təyin edəcəkdir. Belə çıxır ki, 

tək firqənin doğurduğu qarşılıqsızlıqdan bezib və həm məclisdə bir-birinə qarşı çıxacaq, iki firqənin 

mövcudluğunu, həm də məmləkətdə bir az hürriyyət havasının əsməsini istəyir. Fəqət əvvəllərdəki 

kimi anarxiya və qarışıqlığa meydan verməmək üçün firqələr arasında əsasən fərq qoyulmasını və 

ikisinin də yuxarıdan idarə olunmasını təmin etməyi diləyir. Xülasə, mənim firqəm CXF-nin bir 

qanadı olacaq - sağmı, solmu onu hadisələr göstərəcək" (1, 258). 

Ə.Ağaoğlu Fəthi bəydən eşitdiyi bu fikirlərə təminat almaq istədikdə, təminatın 

məktublaşmalar şəklində dərc olunmasını göstərir. Təminat qaneedici olduğundan, Ə.Ağaoğlu 

razılaşmaya bilmir. Həm də ona görə razılaşır ki, təkpartiyalı bir sistemdənsə nəzarət şəklində olsa 

belə, iki partiyalı sistemin siyasətə gəlməsində müəyyən fayda görürdü. Buna görə də Türkiyədə 

əvvəllər səfir işləmiş, baş nazir, Məclis başkanı kimi vəzifələr tutmuş Fəthi bəyə inanmaya bilmir. 

Məktublaşma belə olmalı idi ki, Fəthi bəy Atatürkə məktub yazaraq, məmləkətə gəlib daxili işlərlə 

məşğul olmaq, cümhuriyyətçi, xalqçı bir partiya quraraq, siyasi fəaliyyətini davam etdirmək istəyini 

bildirirdi. Atatürk isə cavab məktubunda onun fikrinin düzgünlüyünü, Cümhuriyyəti bir firqə ilə 

idarə etməyin düzgün olmadığını, bunun üçün inandığı dostu Fəthi bəyə əlindən gələn köməyi 

edəcəyini, CXF-ni saxlamaqla yanaşı, yeni firqəyə də yardımçı olacağını vəd edirdi. İlk vaxtlar 

hadisələr Ə.Ağaoğlunun istədiyi kimi gedir; səhəri günü bütün qəzetlər Fəthi bəylə Qazi arasındakı 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



416

məktublaşmanı dərc edir. Mətbuat və məmləkət ölkədə baş verən bu yeniliyə böyük maraq göstərir, 

yeni partiyanı hörmət və sevgi ilə qarşılayırdılar. Partiyaya yazılmaq üçün insanlar böyük 

coşğunluqla, onun yerləşdiyi binaya üz tuturdular.  

Əlbəttə, Sərbəst Firqənin Atatürk tərəfindən yaranması məlum idi, ancaq araşdırmalar 

göstərir ki, qərarı Atatürk versə də partiyanın formalaşması və nizamnaməsinin yazılmasında baş 

rolda Ə.Ağaoğlu olmuşdur. Onun "Sərbəst Firqə xatirələri" əsərində bu məsələyə az da olsa 

toxunulmuşdur. Buradan məlum olur ki, Atatürk belə bir partiyanın yaradılmasını uyğun görsə də, 

ona "Sərbəst" adını Rəcəb bəy vermiş və bu fikir Atatürkün xoşuna gəlmişdir. Lakin əsərdən o da 

məlum olur ki, partiyanın yaradılmasına qərar verilsə də, onun bəlli-başlı proqramı tutulmamış, 

nizamnaməsi işlənməmişdi. Ə.Ağaoğlu yazır: "İndi firqəyə öz nizamnaməsi lazımdır. Bunun 

yazılmasını yoldaşlarım mənə həvalə etdilər. Böyük adada yaxt klubuna çəkildim, iki günə 

tamamlayaraq idarə heyətinə verdim" (1, 265).  

Əsərdə göstərilir ki, yeni firqə təntənəli günlər keçirir, xalq tərəfindən sevilir, təqdir olunur, 

lakin sonrakı hadisələr fərqli ssenari ilə davam edir. Qarşıdan gələn seçki marafonu ona münasibəti 

bir qədər də dəyişir. İsmət İnönü Samsundakı nitqində Sərbəst Firqəyə hücum edir. Bundan sonra 

firqəyə hücumlar çoxalır. Bu hücumlarda Sərbəst Firqə irticaçılıqda ittiham edilirdi. Millət vəkilləri 

və Atatürkə ən yaxın adamlar belə firqəyə qarşı hücumlarını davam etdirirlər. Yeni firqəyə keçən 

millət vəkillərindən bəziləri geri qayıdır və beləliklə, Cümhuriyyət Xalq Partiyasından keçən millət 

vəkillərinin sayı 13-ü keçmir. Mübarizə getdikcə iki partiya arasındakı münasibətləri daha da 

qızışdırır. Artıq CXF ölkədə təkbaşına vəziyyətə hakim deyildi, daha doğrusu, yeni firqə ilə 

bölüşürdü. Xüsusilə, yeni firqənin Atatürk tərəfindən dəstəkləndiyini başa düşən insanlar axın-axın 

Sərbəst Firqəyə daxil olurdular. Belə olduğu təqdirdə, Ə.Ağaoğlu Sərbəst Firqənin seçkilərdə iştirak 

etməməsi fikrini irəli sürür. O, düşünürdü ki, yeni firqənin tərəfdarları həddən artıq çoxalır və belə 

gedərsə, seçkidə qalib gələn partiya Sərbəst Firqə ola bilər ki, Atatürk də buna dözə bilməz. O, 

Məclisdə müxalifət qrupu yaratmaq və bu şəkildə fəaliyyət göstərməyi daha məqsədəuyğun hesab 

edirdi. Ona görə də, bir elan ilə Sərbəst Firqənin seçkilərə qarışmadığını, namizədlər 

göstərmədiyini, lakin xalq istərsə, bu firqəyə mənsub olanları da seçə biləcəklərini bildirmələrini 

tövsiyə edir. Ancaq onun fikirləri qəbul edilmir. Atatürk "Təşkilat qurmayan, seçkilərdə iştirak 

etməyən firqə nəyə yarayar"-deyə seçkilərdə iştirakı məqbul hesab etmişdi.  

Ə.Ağaoğlu əsərdə partiyanın İzmirdə təşkilatlanmasına geniş yer ayırır. O, göstərir ki, 

İzmirdə onları böyük coşğunluqla qarşılayırlar. Bu coşğunluq dövlət adamlarını narahat etdiyindən 

Fəthi bəyə nitq söyləməməsini xahiş edirlər. Fəthi bəy israrla nitq söyləyəcəyini bildirir, əks halda, 

Atatürkə məlumat verəcəyi ilə onları xəbərdarlıq edir. Burada gərgin anlar yaşanır, mövcud 

vəziyyət barədə məlumat vermək üçün ona Atatürkə teleqram vurmağa imkan vermirlər. Gecə 

yarısı Atatürkün Fəthi  bəyin nitq söyləyəcəyi ilə bağlı teleqramı gəlir. Siyasi yarışmanın 

kəskinləşməsi, köhnə firqəyə qarşı xalq etirazları yeni firqənin bağlanmasına aparırdı. Bununla belə, 

seçkilərə gedilir və Cümhuriyyət Xalq Firqəsi qalib gəlir, ancaq hökumət strukturlarının burada rolu 

az olmur. Sərbəst firqə "məğlub" olsa da, onun gücü də açıq-aydın hiss olunurdu. Cəmi bir neçə ay 

əvvəl yaranmış partiya Cümhuriyyət Xalq Partiyası ilə baş-başa gəlirdi. Bu vəziyyət bu cür davam 

edə bilməzdi. Ona görə də, bir çoxları onları xəyanətdə günahlandırırdılar. Sərbəst Firqənin gələcək 

uğurlarından qorxan insanlar Atütürkü bu firqəyə qarşı qaldırmağı düşünürlər. Beləliklə, başda 

Sərbəst Firqənin başçısı Fəthi bəy, Ə.Ağaoğlu da daxil olmaqla, idarə heyəti partiyanın 

buraxılmasına qərar verir. Fəthi bəy özünün təkbaşına müxalifətə keçdiyini bəyan edir və 

dostlarının qərar verməkdə sərbəst olduğunu elan edir. Onun dostları, eləcə də Ə.Ağaoğlu da 

müxalifətə keçdiklərini bildirirlər. Lakin bu sözləri deyənlər firqənin dağılmasından bir gün sonra 

"Qazidən müxtəlif maddi və mənəvi təsəllilər almaq şərəfinə nail oldular. Bunlardan bəziləri 

bankların idarə heyəti üzvlüyünə təyin edilir, "qızlarının toyları", "Uşaqlarının xəstəlikləri" üzündən 

böyük yardımlar alır, qalanları isə, bir-ikisi istisna olmaqla, itaətkarlıq göstərərək, canlarını qurtarır 

və yenə də millət vəkili seçilirlər" (1, 308). Beləliklə, 1930-cu il avqustun 8-də təməli qoyulmuş 

Sərbəst firqə həmin ilin noyabrın 17-də, yəni dörd ay yaşamadan tarixin arxivinə göndərilmişdi.  

“Sərbəst firqə xatirələri” əsərində bir neçə tarixi şəxsiyyətlərin obrazı yaradılır. Burada 

Mustafa Kamal Atatürk, İsmət İnönü, Əli Fəthi Okyar, Kazım Qarabəkir, Hüseyn Cahit Yalçın, 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə