Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə212/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   208   209   210   211   212   213   214   215   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



427

yaşamışdır. O, adı çəkilən əsərini hicri 614, miladi tarixlə 1217-1218-ci illərdə Mərvdə yazmağa 

başlamış və adı çəkilən əsərin ilk variantı özündə həm ərəb, həm də fars poetik ənənələrinin təhlilini 

ehtiva etmişdir. N.Y.Çalisovanın yazdığına görə, həmin illərdə Mərvi Sultan Əlaəddin Məhəmməd 

bin Təkiş Xarəzmşah idarə etmiş və o, 1217-ci ildə Bağdada yürüş etmişdir. Qeyd etmək lazımdır 

ki, tədqiqata görə, həmin yürüş zamanı Şəms Qeys də Sultanın yaxın ətrafında olmuşdur. Həmçinin 

tarixdən o da məlumdur ki, bu illər monqol qoşunlarının da İrana hücumu ilə yadda qalır. Belə ki, 

həmin illərdə Əlaəddin Məhəmməd Təkişin Həmədan və İsfahanm arasında yerləşən Fərrəzin qalası 

yaxınlığında monqollarla döyüşü zamanında Şəms Qeys Razi də orada olmuş və qarmaqarışıqlıqlar 

nəticəsində kitablarını, əsərinin bir neçə hissəsini itirmişdir. Sonradan, bir qədər pul müqabilində 

Fərrəzin qalasının ətrafında yaşayan sakinlər həmin əsərin bəzi səhifələrini tapmış və müəllifə 

vermişlər. Təqribən, 1227-ci ildən sonra Şəms Qeys Razi Şiraza gəlmiş, əvvəlcə Atabəy Səd bin 

Zəngiyə, sonra isə onun oğlu məşhur “Bustan” və “Gülüstan” əsərlənin müəllif Sədinin himayəçisi 

Əbübəkrə xidmət göstərərək, onun sarayında yaşayıb-yaratmışdır. Şəms Qeys Razi Şirazda yerli 

ədəbiyyatşünas və şairlərlə tanış olduqdan sonra, yenidən öz əsərini tamamlamaq fikrinə düşmüş və 

dostlarının təkidi ilə, təqribən, əvvəl yazdığı əsəri iki yerə ayıraraq, fars əruz və qafiyəsindən bəhs 

edən hissəni “əl-Möcəm fi məayir əşar əl-Əcəm” adlandırmışdır. Onu da qeyd etmək lazımdır ki, bu 

əsərin ikinci hisssəsi, yəni ərəb əruz və qafiyəsindən danışan hissəsi Şəms Qeys Razi tərəfindən 

qələmə alınsa da, dövrümüzə qədər gəlib çatmamışdır (7). 

 “Əl-Möcəm” əsəri əruzun, xüsusilə, fars əruzunun nəzəri əsasları haqqında olduqca 

fundamental əsərdir. Belə ki, Şəms Qeys Razi əsl filoloq kimi bu əsərdə əruzla bağlı heç bir nəzəri 

məsələnin diqqətdən kənarda qalmamasına çalışmışdır. Bu mənada, o, eyni zamanda, fars dili, 

xüsusilə, fars dilinin fonetikası haqqında olduqca geniş məlumat vermişdir ki, bəzi mütəxəssislər, 

hətta bu məlumatları əsas tutaraq, “əl-Möcəm”in, eyni zamanda, fars dilinin qrammatikası haqqında 

yazılmış ilk kitab olduğunu da söyləyirlər. Beləliklə, bütövlükdə iki hissədən ibarət olan və birinci 

hissəsi əruzdan danışan “əl-Möcəm”in birinci hissəsi, hələ müəllif tərəfindən dörd yerə bölünür. 

Belə ki, hər bölüm Qeys Razi tərəfindən bab adlandırılır. Qeys Raziyə görə, birinci bab əruzun 

mənası, rüknlərin, bu fəndə işlənən istilahların adları və ləqəblərinin şərhi kimi qeyd olunur. İkinci 

bab “əruzun rüknlərini təşkil edən vəznlərin cüzləri haqqında”, üçüncü bab “cüzləri əmələ gətirən 

dəyişikliklər və törəmə təfilələr haqqında” adlanır. Dördüncü babı isə “Qeys Razi qədim və yeni 

bəhrlərin qeydi, dairələr, təqti və bəhrlərin bir-birindən çıxması” adlandırır. Qeyd edək ki, hər babın 

özü də, əslində, bir neçə fəslə bölünür. Birinci babda və onun fəsillərində əruz elminin 

mahiyyətindən, onun əhəmiyyətindən bəhs edən müəllif, əruzu bilməyin vacibliyindən danışır. Belə 

ki, onun nöqteyi-nəzərinə görə, şair yüksək təbə, istedada malik olmaqla yanaşı, eyni zamanda, 

əruzun nəzəri əsaslarından da baş çıxartmalıdır. Çünki əruzda elə incə məqamlar vardır ki, şair bu 

incə məqamları bilmədikdə bəzən ritmcə yaxın olan bəhrləri bir-birinə qarışdırır ki, bu da şeirə, 

poeziyaya nöqsan gətirmiş olur. Bu mənada, Qeys Razinin nöqteyi-nəzərinə görə, özünü yüksək 

istedad sahibi bilən, şair adlandıran hər bir kəs, poeziyada, əruzda baş verən bu incə məqamlıarı 

ayırmaq üçün mütləq və mütləq əruzdan baş çıxartmalı, onun nəzəri əsaslarını bilməlidir. Beləliklə, 

bu prinsipi əsas tutan Qeys Razi, əsərinin sonrakı səhifələrində əruzun nəzəri əsaslarını əsaslı 

şəkildə izah etməyə başlayır. Qeyd edək ki, Qeys Razi, təbii ki, ilk növbədə, fars əruzunun nəzəri 

əsaslarını izah edir. Amma, əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, fars əruzu mahiyyət etibarilə 

bütövlükdə ərəb əruzundan fərqlənmədiyi üçün və hətta, başqa sözlə desək, hər iki əruzda əsas 

nəzəri məsələlər üst-üstə düşdüyünə görə, Qeys Razi də bu istiqamətdə bu nəzəri əsaslardan yan ötə 

bilməmiş, ara-sıra ərəb əruzunun nəzəri əsaslarını izah etdikdən sonra, fars əruzunun 

xüsusiyyətlərini şərh etmişdir.  

Əruz  vəzninin türkdilli poeziyada tətbiqi  böyük maneələrə rast gəlmişdir. Bunlardan ən 

ümdəsi dil problemi idi. Belə ki, ərəb dilinə tətbiq olunmuş əruz vəzni türk dilinə tətbiqi nəticəsində 

sözlərin tələffüzündə türk dili qayda-qanunlarını kobudcasına pozurdu. Lakin bütün bunları arxada 

qoyaraq, türkdilli xalqlar XI əsrdən əruzdan istifadə etməyə başlamışlar. 

Əruz vəzninin mütəqarib bəhri ilə yazılan ilk türk-uyğur abidəsi Yusif xas Hacibin 

“Kutadqu-bilik” poeması olmuşdur.                                                                                                            

Əruz vəzni Azərbaycan ədəbiyyatında da geniş yayılmışdır. Nizami, Füzuli, Nəsimi, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



428

S.Ə.Şirvani, M.Ə.Sabir kimi böyük söz sənətkarları bu vəzndə çox ahəngdar əsərlər yazmışlar. 

Azərbaycan şeirində əruz bəhrlərinin hamısı işlədilməmişdir. Ədəbiyyatımızda ən çox işlənən, 

həzəc, rəməl, xəfif, səri munsərih bəhrləridir. Əruzun bu bəhrlərinin adını ifadə edən sözlər onların 

xüsusiyyətinə uyğun seçilmişdir. Həmin sözlərin mənasını bilmək bəhrlərin xüsusiyyətini başa 

düşməyə kömək edir. (3, 60) 

Əruz vəzni, vəzn olmaq etibarı ilə göründüyü kimi, mürəkkəb vəzndir. Bu vəzndə şeir 

oxuyan və şeir yazan insanlardan xüsusi istedad tələb olunur. Çoxəsrlik milli dəyərlərimizdən biri 

olan Azərbaycan əruzunu bilmək hər bir orta və ali məktəbdə ədəbiyyatı tədris edən müəllimə, 

öyrənən şagirdə və tələbəyə, aktyora, xanəndəyə, şeir qiraətçisinə, tərcüməçiyə, şairə, bir sözlə, adi 

oxucuya belə zəruri və vacibdir. Çünki “Bir şərqli kimi sahib olduğumuz mənəvi-estetik 

dəyərlərdən biri də əruz vəznidir”. (5,3) 

 

 

ƏDƏBIYYAT 



1.

  Ədili Şirvani.Əruz vəzninin sadələşmiş qəlibləri. Bakı, 2010. 

2.

  Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977. 



3.

  Nəsirəddin Tusi. Miyarül-əşar. Tehran, 1363.  

4.

  Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi.  Bakı, 1998. 



5.

  Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi. Bakı, 2013. 

6.

  Ş.A.Mikayılov. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1986. 



7.

  Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi. Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 

1387. 

 

Elnura Babayeva 



Turkish and persian primary sources about aruz 

Summary 


This article is devoted to arud and its influence on a literature of the turkish and persian 

people. The word of  Eruz is in Arabian. “Wide road”, “pole which is put center of tent”, is “science 

about poem”. Eruz poem from was systemized by Xelil ibn Ehmed who lived in 8 th century. There 

are used in Arabic 19, in Tadjik 14, in Turkish 11, and in Azerbaijan poetry12 bahrs of  the arud. 

Key words: aruz, turkish, persian, poem, primary sources 

 

 



Xanım Abdullayeva  

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünasliq İnstitutu 

Türk filologiyasi şöbəsi, kiçik elmi işçi  

mehivaqo@mail.ru  

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ROMANLARINDA 



ORTAQ MULTİKULTURAL DƏYƏRLƏR 

Ədəbiyyat həyatı bədii boyalarla əks etdirən söz sənətidir. Həyat haqqında düşüncələrimizi 

ifadə etmək baxımından ədəbiyyat ən gözəl incəsənət vasitəsidir. Əgər heykəltaraş daş parçasını, 

bəstəkar musiqi alətini, rəssam boyaları dilə gətirirsə, şair və yazıçılar sözun tam mənası ilə həyat 

və onun gerçəklərini canlandırır. Bu baxımdan ədəbiyyatın imkanları çox genişdir. Üstəlik bu 

ədəbiyyatı yaradan xalqın tarixi keçmişi, milli-mənəvi dəyərləri, ədəbi və bədii irsi yüksək 

səviyyədədirsə, o zaman sərgilənən ədəbiyyat nümunələri heç şübhəsiz ədəbiyyat tarixində dəyərli 

mövqeyini tutacaqdır. Ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyev 

cənablarının təbirincə desək, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin ədəbiyyatları da 

dünya ədəbiyyatları içərisində öz layiqli sözünü demiş ədəbiyyatlardandır. Bunu şərtləndirən əsas 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə