Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə75/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   71   72   73   74   75   76   77   78   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

306 

 

Görsünlər bu iki incə naxışdan 



Hansıdır ən təzə, incəlik saçan! 

Ustalar oturdu bir nəqqaş kimi, 

Iki tağ altında iki qaş kimi. 

Axıra yetincə müəyyən zaman 

Örtüyü çəkdilər iki naxışdan. 

Hər iki "Ərъəng"in birdi peykəri, 

Vurduğu naxışı, rəngin, zivəri. 

Onlara baxınca heyrətlə qaldı, 

Hər iki surətdən bir ibrət aldı. 

Nə sayaq çəkmişlər iki peykəri, 

Surətcə birindən seçilməz biri, 

Oturdu şah iki tağ arasına, 

Heyrətlə bir ona baxdı, bir buna. 

Seçmədi onları biri-birindən, 

Tutmadı bir xəbər gizli sirindən. 

Nə qədər diqqətlə eylədi nəzər

Işin iç-üzündən tutmadı xəbər. 

Arada incə bir fərq vardı: biri 

Surəti göstərir, alır o biri. 

Bəlinas baxdıqda iki surətə 

Əsrarlı sənətdən düşdü heyrətə. 

Çalışdı, ortaya çıxsın həqiqət, 

Naxışdan keçirdi ələ bir hikmət. 

Əmr etdi, durmadan əsrar öyrənən 

Ortaya bir pərdə çəksin yenidən. 

Elə ki, ortadan asıldı pərdə 

Biri zövqə daldı, o biri dərdə. 

Rumlunun lövhəsi parladı yenə, 

Pas düşdü çinlinin saf güzgüsünə. 

Naxışsız qalınca çinlinin tağı, 

Padşahın gül kimi açdı yanağı, 

Pərdəni aradan bir də çəkdilər, 

Göründü hər iki tağda bir peykər. 

Bildi ki, o parlaq naxışlı tağa 

Hər naxış əks edir başdan ayağa. 

Yan-yana işlərkən iki sənətkar 




_______________  

Milli Kitabxana

  ________________ 

307 

 

Arada pərdədən çəkmişdi hasar. 



Rumlu bir lövhəni çəkirmiş gözəl, 

Çinli də lövhəyə verirmiş siqəl. 

Parlarkən çinlinin vurduğu naxış 

Rumlunun şəklindən əksi alırmış. 

Yarışın sonunda qərar verdilər: 

Hər iki sənətkar göstərmiş hünər. 

Rumluya çatmaz bu, naxış tökməkdə, 

Çinli də üstündür siqəl çəkməkdə. 

 

Eşitdim, olmaqçın Çinə peyğəmbər, 



Reydən Çinə getdi Mani surətgər. 

Elə ki, bu xəbər yayıldı Çinə, 

Axdılar o gələn yolun səmtinə. 

Yolunda axar su hovzuna bənzər

Işıqlı büllurdan hovuz çəkdilər. 

Rəssamın fırçası vurdu yaraşıq, 

Üstündən dalğalar oynadı sıx-sıx. 

Hərəkət verirdi sanki ruzigar, 

Sahili öpürdü coşğun dalğalar. 

Hovuz ətrafına naxışlar vuran 

Çəkdi çay yanında bitən otlardai. 

Mani çox uzaq bir eldən gəlirkən 

Yolçunu susuzluq salmışdı əldən. 

O hovzu görüncə səbirsiz qaçdı, 

Boş, quru kuzənin ağzını açdı. 

Doldurmaq fikrilə vurdu daş hövzə, 

Əlində qırıldı o saxsı kuzə! 

Bildi ki, çinlilər bu yolda aşkar 

Hovuzla ona bir quyu qazmışlar. 

Çıxardı naxışlar açan bir qələm, 

Aldadan hovuza vurdu bir rəqəm. 

Baş əyən qələmlə əl işlədərək 

Çəkdi hovuz üstə ölü bir köpək. 

Cəmdəyə hər yandan daraşmış qurdlar, 

Görüncə susuzun ürəyi çatlar. 

Hovuza susuzlar edərkən axın, 




_______________  

Milli Kitabxana

  ________________ 

308 

 

Ölü it görüncə getməsin yaxın. 



Sürətlə yayıldı Çinə bu xəbər, 

"Uzaqlaş" naxşını vurdu surətgər. 

Gördülər mahirdir, onda sehr var

Maniyə, "Ərъəng"ə sığındı onlar. 

Bax, yenə səyirtdim ikinci kərə, 

Çəkdim söz başını baxın nə yerə! 

Neçə gün bir yerdə İskəndər, xaqan 

Zövq aldı qədəhdən, meydən, çalğıdan. 

Get-gedə məhəbbət artırdı, gerçək, 

Onu da, bunu da öyürdü fələk. 

Bir gün şah söylədi ona: "Ruzigar 

Bir əngəl açmasa, səfər fikrim var. 

Iradəm dönməkdir yenə yurduma, 

Mən Çindən tərpənmək istərəm Ruma." 

Ona hörmət ilə söylədi xaqan: 

"Sənindir bu dünya, sənindir dövran! 

Hər yerə üz qoysan bu taleyinlə, 

Ayaq basdığın yer hər kəsə qiblə. 

Atını hər yerə çapsa hökmüran 

Borcumuz qulluqdur ona hər zaman." 

Çox heyrət etdi şah bu ayıqlığa. 

Ondakı vəfaya və sayıqlığa, 

İskəndər məclisi xaqana hər an 

Işıqlı göründü günəşdən, aydan. 

Ürəklə xidmətə başladı xaqan. 

Şahın xidmətində durdu hər zaman. 

Şah üçün dəyərli bəxşiş gətirdi, 

Bununla başını aya yetirdi. 

Hörmətlə tutduqca onu hökmüran. 

Dostluğu daha da artırdı xaqan. 

Hər kəsə padişah böyüklük versə, 

Dikbaş olmamalı elə bir kimsə. 

Hər zaman kiçiklik yoluyla getsin. 

Özündən ucaya alçaqlıq etsin, 

Neysandan nə şərəf almışsa sədəf, 

Çinə də şah verdi elə bir şərəf

233




_______________  

Milli Kitabxana

  ________________ 

309 

 

Bağdadda və Rumda nəfis görünən



Hər çeşid qiymətli o geyimlərdən, 

Verdi Çin şahına elə bir dəsgah. 

Onu görməmişdi heç bir padişah. 

Şahanə bəxşişlər doyurdu Çini, 

Çinlinin alnından açıldı çini. 

Qalmadı o böyük Çində bir nəfər 

Geyməsin xəz, atlaz, zərif geyimlər. 

Etdi İskəndərin gördüyü bu iş 

O dargözlülərin qaşını geniş. 

Şahın kip qaşıtək dostluq bərkişdi

İskəndər başına hamı and içdi. 

 

 



XAQANIN İSKƏNDƏRİ QONAQ 

ETMƏSİ 

 

Gəl məni azad et, saqi, "yox demə! 



Qədəhdən göz yaşı tök ətəyimə. 

Bir mey ver ki, olsun saf şirə kimi. 

Yusun hər çirkabdan bu ətəyimi. 

 

Çapqınlıq etmə, ey Çin üzlü gözəl. 



Bir saat qaşına çin gətirmə, gəl! 

Qeydimə qal mənim, qəlbimi şad et, 

Qüssədən bir günlük məni azad et! 

Xaqanın gəliri keçsə də ələ. 

Sel kimi axıtma, yağıştək xərclə. 

Malından bir az ye, bir az ver, ancaq 

Başqalar üçün də azacıq burax. 

Yemə var-yoxunu, çox yaşayarsan

Yoxsulluq yamandır qocalan zaman. 

Xərclə, ye, bərk tutma köhnə dünyanı, 

Xəsislik, ac qalmaq məhv edər canı. 

Dağıtma əlində var isə sərvət. 

Bihudə yeməkdən çəkərsən zəhmət. 

Xərclərkən ölçüdən gəl götürmə əl. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə