Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

 
42
Özləri özləri üçün görüşlər təşkil edirdilər. Öz qazanlarının 
içində bişirdilər. Bununla isə dünyanın içinə girmək çox çə-
tin məsələdir. Onlar dünyanın içinə girib orada əriməyi bur-
nunun ucundan o tərəfi görə bilməyənlər kimi ancaq xaricdə 
sovet planlarına müvafiq olaraq kitab çap etdirməkdən sa-
vayı heç nədə görmürdülər. 
Bunun bir kiçik obyektiv səbəbi də vardı. Bizim bu 
"likbez" məhsullu yazıçıların əksəriyyəti ingilis dilini bilmir, 
fransız dilini bilmir, alman dilini bilmirdi. Ədəbiyyat, sənət 
adına müxtəlif millətlərin intellektualları arasında belə 
olarkən çox vacib olan birbaşa ünsiyyət necə qurula bilərdi? 
Ünsiyyəti qurmaq mümkün olsa da, qoruyub saxlamaq 
mümkün deyildi. Yazıçının  əsərindən  əvvəl özü diqqət ob-
yektinə çevrilməlidir. O, Paris kafelərində (məsələn, İ.Eren-
burq kimi “Rotonda”da) intellektual duman içində itməli idi. 
O, fransız yazıçıları, fransız sənətsevərləri arasında  əriməli 
idi. Bizim Çəmənzəminli Fransada bir müddət yaşadı. Bö-
yük yazıçı idi. Bəs niyə o, fransız  ədəbi mühitinə düşə bil-
mədi?! Səsi oradan gəlmədi?! Bu, mümkün də deyildi. Elə 
bil, etirazı  bəri başdan duyuram: o, müsəlman idi... Yox! 
Burda artıq müsəlmançılıq, xristianlıq məsələlərini kənara 
qoymaq lazımdır. Ədəbi mühitin içində din anlayışı yoxdur, 
ya da əsas deyil. Ədəbi mühitin içində ruhi doğmalıq anla-
yışı, mənəvi doğmalıq anlayışı var ki, bunu da sən hər hansı 
bir yazıçı ilə tərcüməçi vasitəsilə qura bilməzsən. Sən bunu 
baxışla, məsələn, haradasa gedib onunla oturub, bir şərab 
şüşəsi  ətrafında qura bilərsən, bəlkə, danışmaqla da yox, 
daha çox susmağınla qura bilərsən. 
Ruhi doğmalıq gözəgörünməz şəkildə cisimdən-cisimə 
keçir. Yenə yada Hacı Mir Həsən ağa Səyyah düşür: "Ru-


 
43 
hum hara, cismim ora!" Və sənin əsərlərin bundan sonra ma-
raq doğura bilər. Əsərətrafı bu yaşantılar isə bizdə hələlik... 
yoxdur. 
Mən duyuram, yaxında bir nəsil yaranacaq ki, o nəsil 
ədəbiyyatı da gözəl biləcək, o nəsil xarici dilləri də gözəl 
biləcək. O nəslin  ədəbi ləyaqəti daha yüksək olacaq, onlar 
özlərindən əvvəlkilərin çiyninə adam kimi, qabiliyyətlə çıxa-
caqlar. Çıxdıqları çiyinlər möhkəm olsa, nə gözəl... Onların 
səsləri müxtəlif ölkələrin  ədəbi mühitindən gələcək. Bax, o 
nəsillə birgə, bu dəfə artıq öz qatarımızda getmək olar dünya 
ədəbi prosesinin içinə. Köhnələr (oxu: bugünkü yaşlılar!) 
üçün öz ədəbi məhsulunu dünya bazarına çıxarmaq artıq çox 
ağır və çətindir. Çıxararsa, bundan sonrakı nəsil çıxara bilə-
cək. Təkcə özlərini düşünməsələr, ancaq ədəbiyyat üçün de-
yil, bütövlükdə millət üçün xeyirli olar. 
Salam. Amma siz çıxara bildiniz... 
Kamal Abdulla. Belə hesab edək ki, bu istisna hal-
lardan biridir. Sən ki bilirsən, nə qədər adam qıcıqlanıb (diş 
qıcırdıb?) durdu, nə qədər hədyanlar deyildi... Amma mənim 
xaricdə çap olunan kitablarım necə oldu, oralarda çapdan 
çıxdı?! Hər  şey həddindən artıq  şəffafdır.  Əvvəl-əvvəl hə-
mən "xunveybinlərdən" bəziləri yarıeyham, yarıaçıq şəkildə 
mənə söz atırdılar ki, bu nəşrlər, guya, "təşkil" olunub, bun-
ların arxasında, guya, mən tərəfdən müəyyən ödəmələr du-
rur. Hesabat kimi çıxmasın, mən hələ xaricdə çıxan heç bir 
kitabımın çapı üçün ödəmə etməmişəm.  Əksinə, qonorar 
(maddi vəsait) almışam, amma o da düzdür ki, bu qonorar 
bəzən kitab şəklində olub. Əgər nəzərə alsaq ki, Fransada 
"Yarımçıq  əlyazma"nın qiyməti 26 avrodur, 100-150 kitab 


 
44
(özü də bunlardan sonra yenə almaq istəsəm, yarıbayarı 
endirimlə!) – bu heç də mənim üçün pis deyil. 
Çap olunma mexanizmi isə belədir. Əvvəl əlyazma nəş-
riyyata təqdim olunur. Həmin ölkənin dilində. Bu, şərtdir. 
Amma "sirr" kimi deyim ki, o qədər də vacib şərt deyil, çün-
ki portuqal dilinə "Yarımçıq əlyazma" fransız dilindən tərcü-
mə olunmuşdu. 
Əlyazma ilə  nəşr evində tanış olandan sonra əgər na-
şirlərin müsbət fikirləri varsa, sənə  şərtlər (kitabın gələcək 
taleyilə bağlı) yazılmış müqavilə göndərirlər. Və sən onu im-
zalayırsan. Vəssalam, şüdtamam. Əlbəttə ki, müəyyən fikrə 
gəlməzdən əvvəl əlyazma müxtəlif adamlara rəyə göndərilir, 
fikirlər öyrənilir. "Yarımçıq  əlyazma"nı  rəyə göndərdikləri 
adamlardan biri (mən bunu sonradan bildim) nəşriyyatın tək-
lifi ilə romana ön söz yazmağa da razılıq vermişdi. Bu adam 
İNALKO universitetinin vitse-prezidenti, tanınmış  ədəbiy-
yatçı alim, professor Klod Aliber idi. Mən bundan bir mü-
əllif kimi qürur duyuram. 
Təxminən, eyni sözləri Braziliya nəşri barədə  də söy-
ləmək olar. Ona da ön sözü Braziliyada tanınmış ədəbiyyat-
şünas professor xanım Sutra yazdı. Eyni qüruru burda da 
duydum. İki dəfə bir ədəbiyyat cəmiyyəti, bir də bir Univer-
sitet məni kitabın Rio-de Janeyroda müzakirəsinə dəvət elə-
di. Hətta afişalar da çap olundu, onlar məndədir. Kitab Bra-
ziliyada kitab yarmarkasında nümayiş  də etdirildi, şəkillər 
var, məndədir. Müzakirələrə getmək üçün Braziliyanın 
Azərbaycandakı hörmətli səfirindən viza da aldım – viza 
indi də pasportumdadır. 
Etimad. Getdinizmi? 


 
45 
Kamal Abdulla. Yox, getmədim. 
Salam. Niyə getmədiniz, Kamal müəllim? 
Kamal Abdulla. Soruşma... 
Salam. Soruşmaya bilmirəm. Braziliyaya da getməmək 
olar? 
Kamal Abdulla. Görünür, olarmış. Düzünü desəm, yol 
gözümü qorxutdu. Dedilər ki, okean üzərindən yarım sutka 
ərzində uçarkən təyyarədə  sərnişinlərə bir cür yağ (krem) 
paylayırlar. Təyyarə okeana düşsə  və  sən okean sularının 
"isti" və "sakit" qucağında  əgər özünə  gələ bilsən, bu yağı 
bədəninə sürtməlisən (necə  –  ??). Bunu edənə o sulardakı 
köpək balıqları düz bir, ya iki saat yaxın gəlmir. Mən bunu 
eşidib düşündüm: "Bəs iki saatdan sonra nə olacaq?" Bu su-
alıma cavab tapmadığıma görə də uçmadım. Nə isə. Zarafat 
bir yana. Mətləbə qayıdaq. 
Mən bunu bir dəfə demişəm, bir də deyirəm. Mən öz 
əlaqələrimi ədəbiyyatda olan hər kəs üçün açıq elan edirəm. 
Özünə, yazdığına inanan varsa, buyursun, mən onun yazısını 
tanıdığım nəşriyyatlara göndərməyə hazıram. Amma ondan 
sonrası bizlik deyil. Bu bazar iqtisadiyyatıdır, kim xeyri ol-
masa, nəticəyə  əvvəlcədən inanmasa sənin yazdığını çap 
edər?! Amma "tutarsa", onu da demək lazımdır, səni növbəti 
sifarişlər gözləyə bilər. Məsələn, "Yarımçıq əlyazma" Fran-
sada çap ediləndən bir müddət sonra həmən nəşriyyat artıq 
özü mənə yeni bir təkliflə müraciət etdi, yəni, yeni bir sifariş 
verdi. Bu, Azərbaycanın dili, mədəniyyəti, qısa tarixi, ədə-
biyyatı, müasir durumu barədə kitab yazmaq təklifi idi və bu 
kitab da artıq çapdan bir il olar ki, çıxmışdır. Əməkdaşlığın 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə