Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə105/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   101   102   103   104   105   106   107   108   ...   137

 
266
Kompozisiya (latınca – düzmək, tərtib etmək) süjet təşkil edən epi-
zodların zaman və  məkanca düzülüş prinsipidir. Yazıçı bu düzülüşdən 
adətən süjetin əsası olan əhvalatı  gərginləşdirmək, oxucunu nigaran 
saxlamaq və daha artıq cəlb etmək üçün istifadə edir. Epizodların kompo-
zisiya kimi düzümünü əhəmiyyəti müasir kino seriallarında əyani şəkildə 
görünür. Serial müəllifləri nəinki epizodları yarıda saxlayır, hətta filmlərin 
hissələrini bitməmiş gərgin epizodlarla tamamlayırlar. Elə hallarda olur ki, 
müəlliflər oxucunu və ya tamaşaçını  gərginlikdə saxlamaq üçün qəhrə-
manların məhəbbət etirafı kimi səhnələri bir neçə seriya uzadırlar, onların 
arasına çoxlu ikinci dərəcəli epizodlar salırlar. Bu kompozisiya ustalığı 
hesab olunur. 
İri roman və povestlərdə müəllif məkan və zamanca yaxın olan 
paralel epizodlar fikirləşir və onları yerləşdirərkən, düzərkən kompozisiya 
qurmanın nisbiliyi və ixtiyariliyindən istifadə edirlər. Məsələn, süjeti ha-
disənin sonundan əvvəlinə doğru nəql etmək kompozisiya düzümünə 
məxsus bir üsuldur. Məsələn, detektiv əsərlərində  əsərin iştirakçılarında 
hansısa caninin kim olduğunu bilir. Lakin bunun üzə çıxması, tamaşaçıya 
və oxucuya məlum olması epizodu mütləq  əsərin finalında getməlidir. 
Əgər caninin kim olması barədə bir epizod, replika əsərin əvvəlində və ya 
ortasında verilirsə, bu müəllifin qeyri-professionallığı əlamətidir. Belə ay-
dınlaşmadan sonra oxucunun əsəri sona qədər maraqla oxuması mümkün 
deyildir. 
Epik romanda, dram janrında, kinodramaturgiyada kompozisiya 
qurmaq ustalığı birinci dərəcəli əhəmiyyət kəsb edir. Səhnə üçün nəzərdə 
tutulan  əsərdə hadisələrin tamamlanması, düyünün və ya konfliktin açıl-
ması kompozisiyanın  əsas niyyətini təşkil edir. Hadisələr elə düzülməli, 
epizodlar elə ardıcıllıqla gəlməlidir ki, sonuncu epizodda hadisə  də, 
qəhrəmanların taleyi də, konflikt də bitsin. İri romanda kompozisiyanı 
düzmək daha mürəkkəbdir: belə əsərlərdə hadisələr iki, üç və bəzən daha 
artıq xətt üzrə inkişaf edir. Belə halda epizodları  və  vəziyyətləri növbə-
ləşdirmək xüsusi ustalıq tələb edir. Kompozisiya bütün hallarda müəllifin 
oxucu marağını hiss etməsi və  əsərdə hadisələrin növbəliyi ilə onu idarə 
etmək istəyi ilə bağlı olur. 
Bundan əlavə əsərin kompozisiya düzümü onun bədii bütövlüyünü 
yaradan vasitələrdən biridir. Kompozisiya hissi yazıcıya nəinki maraq 
yaratmaq üçün, həm də əsərin obraz kimi bütövlüyünü və görümlü olması-
nı təmin etmək üçün lazımdır. Peşəkar yazıçılarda heç zaman süjeti ağır-
laşdıram, onu gərəksiz və yükü az olan epizodlarla yükləyən kompozisiya 
quruluşuna təsadüf edilmir. Gərəksiz epizodlar məhz kompozisiya tərtibi 


 
267
zamanı hiss edilir və atılır. Ona görə də kompozisiya səliqəsi ədəbi əsərin 
bədii bütövlüyünün əsas əlamətlərindən biridir. 
Ədəbi əsər kiçik olduqca onun kompozisiya tərtibi daha çətin olur 
və daha artıq peşəkarlıq tələb edir. Bu mənada, hekayə  və novella 
janrlarında bəzən kompozisiya ustalığı ilk plana keçir. Yığcam hekayədə 
fabula, süjet və kompozisiya yazıcının xüsusi forma hissində, xüsusi ədəbi 
bütövlük hisində birləşirlər. Ona görə  də dünya ədəbiyyatında hekayə 
ustaları barmaqla sayılacaq dərəcədə azdır. 
Əsərin əvvəlindən başlayaraq kompozisiya ardıcıllığını əks edən bir 
sıra terminlər işlənir. Bu terminlərin əksəriyyəti əsasən dram nəzəriyyəsi-
nə aid əsərlərdə yaranmışdır. Dram əsərinin kompozisiyasını qurmaq 
nəsrə nisbətən çətindir və daha artıq peşəkarlıq tələb edir. Səhnə əsərində 
nəqli təsvir yoxdur, ansan qəhrəmanların hərəkətləri və bu hərəkətlər 
əsasında inkişaf edən münasibətləri vardır.  
 Ekspozisiya – (latınca: ilkin izahat) əsrin başlanğıc hissəsində gə-
lən epizod və hadisələrə deyilir. Bu hadisələr süjetin sonrakı inkişafı, su-
rətlərin münasibətlərinin açılması üçün əsas olur. Ekspozisiyanın düzgün 
qurulması  əsərin sonrakı inkişafının təbii və  məntiqi davam etməsi üçün 
çox zəruridir. 
Ekspozisiyadan sonra gələn hadisələr adətən zavyazka, yəni düyün 
yaratma adlanır. Zavyazka əsərdə baş verməli olan düyünlü hadisənin ilk 
epizodlarıdır. Həmin epizodla əsərdə əks mövqedə və qütbdə duran obraz-
larının münasibətlərini aydınlaşdırır. Bu münasibətləri tədricən, hadisələr 
fonunda, onların nəticəsi kimi verə bilmək dramaturqun sənətkarlığının 
mühüm göstəricisi sayılır. 
Zavyazka hadisələri və düyünü kulminasiya nöqtəsinə  gətirib 
çıxarmalıdır. Kulminasiya isə – əsərin əsasını təşkil edən hadisə öz gedişi-
nin ən gərgin nöqtəsinə çatır və onun qəhrəmanların əsərdəki taleyini ta-
mamlayan nəticələrini ortaya çıxarır. Bu hissədə münasibətlər aydınlaşır, 
əsas hadisə baş verir və ya hadisənin üstü aşılır. 
Razvyazka – düyünün açılması deməkdir və  əsərdəki hadisələrin 
bitməsidir. Peşəkar yazıçı hadisələrin bütün mərhələlərində olduğu kimi, 
razvyazkanı da hadisələri tələsdirmədən qələmə alır.  Əsas surətlərin bir 
çox xüsusiyyətləri və müəllifin  əsas fikri məhz razvyazka mərhələsində 
qabarıq  şəkildə üzə  çıxır. Teatr və kinoda razvyazka final termini ilə 
adlanır. Teatrda isə final tamaşanın son epizodudur. 
Ədəbiyyat elmində bədii əsərin süjet, kompozisiya quruluşuna, bü-
tövlüyünə aid bir sıra terminlər işlənir. Proloq və epiloq terminləri müəl-
lifin əsərin əsas süjetinə aid olmayan və onu şərh edən giriş və son söz ki-
mi yazılan hissələridir. Epiloq və proloq əsərin qalan mətnindən ayrılır. 


 
268
Proloq (yunanca: ön söz) əsərin mətnində xüsusi səhifədən başlanan müəl-
lif qeydləridir. Müəllif əsər, qəhrəmanların taleyi haqqında oxucunu ma-
raqlandırmalı olan sözlərini deyir. Epiloq (yunanca: son söz) əsər bitd-
ikdən sonra adətən qəhrəmanların sonrakı taleyi barədə müəllifin qeyd-
lərindən ibarət olur. Müasir nəsrdə proloq və epizod az hallarda yazılır. 
Əsərin birinci səhifəsinin başında yazılan başqa bir müəllif qeydinə 
epiqraf (yunanca: qəbirüstü yazı) deyilir. Epiqrafda ya əsərin həsr edildiyi 
şəxsin adı göstərilir, ya da onun məzmunu ilə bağlı hikmətli fikir və ifadə 
verilir. Bəzi hallarda əsərin ayrı-ayrı hissələrinə də ayrıca epiqraflar verilir. 
 
  
5.5. Ədəbi əsərin tarixiliyi. Növlər və janrlar  
 
5.5.1 .Lirik növ və onun mənşəyi 
 
Biz sözün obrazlı təbiətindən danışanda oxuma ilə danışma arasın-
dakı fundamental fərqə diqqəti cəlb etdik. Həmin fərqlərdən  ədəbi 
növlərin lirik və epik növləri formalaşmışdır. 
Lirika oxumadan, nəğmədən törəmişdir. Oxuma isə dildən də əvvəl 
artıq heyvan sürülərində nidaların ritmik ifası kimi mövcud idi. Oxuma – 
ünsiyyət şəkli deyildir, kollektivdə olan fərdin ritmik özünüifadə forması-
dır. Bu özünüifadə  həmişə kollektivdə olmuş  və kollektiv özünüifadənin 
bir şəkli olmuşdur. Oxuma kollektiv mərasim zamanı (bayram) iştirakçı-
lıqdır. Oxumanı  ən  əyani səkildə quşlarda görmək olar, onların cəh-cəhi 
oxumanın dildən əvvəllərə aid olduğuna sübutdur. Ritmik ifa və ya oxuma 
xüsusilə bülbülkimilər fəsiləsindən olan quşlarda da vardır. Təsadüfi deyil 
ki, insanın və quşun oxuması dildə eyni “oxuma” sözü ilə bildirilir. Ona 
görə güman etmək olar ki, səslə oxuma da insanlara ən qədimdən aid olan 
bir xüsusiyyətdir. Oxuma mərasimdə, kollektivdə  iştirakdır, monoloq 
xarakteri daşıyır, onun konkret şəxsi ünvanı yoxdur.  
Lakin dil yaranandan sonra insanlar kollektiv oxuma mərasimlərin-
də (bayramlarda) yazı  mənşəli mətnlərdən istifadə etməyi öyrəndilər. 
Amma oxumanın özünüifadə forması olması və ünsiyyət xarakteri deyil, 
ritm və ovqat daşıyıcısı olması onda əsas keyfiyyət olaraq qaldı  və 
oxumanı müşayiət edən  musiqiyə çevrildi. Dildən sonrakı oxumanın ilk 
mərhələsində oxuyan və musiqiçi eyni şəxs olurdu, amma o oxumanın 
əsas  əlaməti olan ritmikliyi ifadə etmək üçün musiqi alətindən istifadə 
edirdi. Beləcə səslə, udlaqla oxuma və alətli musiqi ayrıldı. Bundan sonra 
musiqi udlaqla yox, simli və  nəfəs alətləri ilə ifa edilirdi. Formalaşan 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə