Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə108/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   104   105   106   107   108   109   110   111   ...   137

 
273
yazmaq, mətndə qafiyələrdən istifadə etmək incə zövq və savad əlaməti 
sayılır. Hətta şairlik qabiliyyəti də çox baxımdan qafiyəli yazmaqla eyniləşirdi 
və  şairlik formal bir sənətə – savadlılıq iddiasına çevrilirdi. Hətta  şairliyin 
dərəcəsi və mahiyyəti də şairin icad etdiyi və işlətdiyi qafiyələrlə bağlanırdı. 
Sayılırdı ki, yaxşı  şeir divanı – əvvəlki  şairlərin işlətdikləri bütün 
qafiyələrdən istifadə etməklə yaradılmış divandır. Elə buna görə  şərqdə 
şeir divanlarının mündəricatları qafiyələrin  əsasında, onların son 
hərflərinə görə  əlifba sırası ilə düzülürdü. Bu halda mündəricatda  şeiri 
axtarmaq həm də hansısa qafiyəni axtarmaqla eyniləşirdi. 
Sufi divan poeziyasında bütün şairlərin sabit qafiyələrdən istifadə 
etməsi qusur yox, dini-estetik prinsip idi. Sufi şair Allahı sevir və onu 
alleqorik  şəkildə  tərənnüm edirdi. Onun poeziyası üçün fundamental və 
vahid mənbə Qurana, onun ehkam və obraz bazasına bağlılıq idi. Ən əqi-
dəli sufilər özlərinin  şair yox, təriqət elminin təbliğatçıları, yəni allahı 
tanımaq, sevmək və tərənnüm etmək elminin yolçuları sayırdılar. Ona gö-
rə sufilər yaradıcılığa, o cümlədən yeni qafiyələr icadına da ciddi meyl 
göstərmirdilər. Sufi qəzələ qarşı  əsas tələb Allah eşqinin və etiqadının 
dərinliyi və  səmimiliyi idi. Yeni qafiyə yaradıcılığı isə formalizmə meyl 
sayılır, Allah eşqindən uzaqlaşma kimi qiymətləndirilirdi. Ona görə divan 
ədəbiyyatındakı qafiyə  məhdudluğu  şüurlu bir prinsip idi, ona tənqidi 
yanaşma təşəbbüsləri əsassızdır. 
Bir çox şairlər yeni qafiyələr işlətməklə fəxr ediblər. Lakin poeziya 
tarixində bunun əksi də müşahidə olunub. XIX əsrdə Fransada elitar 
poeziya həvəskarları mühitində qafiyəni inkar etmək, qafiyəsiz  şeir yaz-
maq istəyənlər də olmuşdur. Onlar adi şeir həvəskarları idilər. Bu müasir 
poetik modernizmin meydana çıxması ilə  nəticələndi. Qafiyənin inkarı 
şeir dilinin digər sintaktik səciyyəli ünsürlərinin daha geniş işlənməsi ilə 
nəticələnmişdir. Qafiyənin inkarında poeziyada publisistik düşüncələrin 
ifadə edilmə ehtiyacı da mühüm rol oynamışdır.  Ədəbiyyatın siyasəti, 
milli problemləri ifadə etməyə başlaması onun ənənəvi intim təbiətinə 
qarşı protestlərlə müşayiət olunmuşdur. Savadsız proletkultçular qafiyə-
dən azad edilmiş şeiri yenilikçilik, hətta “novatorluq” kimi də qələmə ver-
mək istəyirdilər. Halbuki onlar poeziyanı qafiyədən əvvəlki ibtidai dövrə 
qaytarırdılar. Beləcə, qafiyəsiz özünüifadə olan mənsur  şeir və  sərbəst 
şeir ortaya çıxmışdır. Lakin bütün dünyada qafiyəsiz poeziya ancaq bir 
cərəyan, dəb xarakteri daşımış  və qafiyənin  şeir dilinin əsası kimi 
əhəmiyyətini aradan qaldıra bilməmişdir. 
1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə  gəlib xüsusi prole-
tar  ədəbiyyatı deyilən nəzəriyyə irəli sürdülər. Bu nəzəriyyəyə görə 
poeziya da fəhlə hərəkatına və fəhlələrin siyasi mübarizəsinə yardım edən 


 
274
bir vasitə olmalıdır. Rus formalist poeziyasının ən istedadsız nümayəndə-
ləri, xüsusilə Vladimir Mayakovski qafiyəsiz  şeir formasında proletar 
poeziyası yaratmağa çalışdılar. Bolşevik sənət nəzəriyyəçiləri V.Maya-
kovskini tərifləsələr də, Rusiyada onu qəbul edən yox idi. Lakin bir çox 
Rusiya ucqarlarında proletar poeziyası yaratmaq üçün V.Mayakovskiyə 
təqlid edən  şəxslər himayə edilirdi. Azərbaycanda da buna yuxarıdan 
təşəbbüs edilsə  də, sərbəst  şeir oxucular tərəfindən qəbul edilmədi. Bu 
şeiri bizdə  təbliğ edənlərin özləri də bu işə ancaq Moskvanın xoşuna 
gəlmək üçün qoşulurdular və  səmimi deyildilər. Onlar partiyanın  ədəbi 
siyasətinə sadiq görünmək üçün sərbəst  şeiri “novatoruq” adlandırırdılar. Bu 
riyakarlıq və poeziyanın mahiyyətini təhrif etmək idi. V.Mayakovski bu mənasız 
peşədən bezib intihar etmişdi, bizdəki sifətsiz təqlidçilər bir qədər sonra 
unuduldu. 
 Qafiyənin növləri.  Orta  əsrlərdə qafiyəşünaslıq xüsusi elm idi. 
Burada qafiyənin forma, məzmun, məna baxımından müxtəlif növləri öy-
rənilirdi. Formaca qafiyənin  ən qədim  şəkli  qulaq qafiyəsidir.  Əngəl-
çəngəl, saman-aman sözləri qafiyə kimi işlədilirsə, bunlar tam qafiyə 
olmadığı üçün qulağa qafiyə kimi gələn nöqsanlı nümunələr sayılır və 
belə adlandırılır. Bədihə söylənəndə, el aşıqları deyişəndə belə qafiyələr-
dən istifadə edilirdi. El aşıqları qulaq qafiyəsinə sınıq qafiyə də deyirlər. 
Lakin müasir poeziyada sınıq qafiyələrdən istifadə normal bir hala 
çevrilmişdir. Qafiyəsiz  şeirin təsiri ilə müasir şairlərin çoxunda qafiyəyə 
şərti bir münasibət yaranmışdır. 
Qafiyəşünaslıq orta əsrlərdə çox mühüm bir sahə sayılırdı və qafi-
yələr nitq hissələri, fonetik xüsusiyyətlər baxımından və s. cəhətdən təsnif 
edilmişdir. Biz aşağıda qafiyənin  ən ümumi və mühüm növlərini qısaca 
qeyd edəcəyik. 
Rədif – eyni sözün şeir boyu özü-özünü qafiyələndirməsidir. Rədif-
li qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir. Divan ədəbiyyatında 
“eşq”, “gecə”, “şam”, “hamam”, ”könül” kimi rədiflər üzərində  rədifli 
qəzəllər yazmaq məcburi bir ənənədir. Həmçinin xalq şeirində qoşmanın 
da “dağlar”, “durnalar” tipli rədif qafiyələri vardır. 
Cinas  formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən 
yaradılır. Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və 
fars dili vasitəsi ilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. 
 
Eşqindən anun bu könülüm olmadı xalı, 
Andan bərü ki, gördü gözüm, olmadı xalı. 
 (“Qazı divanı”) 
 


 
275
Bu beytin birinci misrasında xali sözü “ayrı, uzaq”, ikincidə isə 
“xal” mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada 
sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin 
forma eyniliyi bir-iki artıq həriflə sınır: 
 
Pir müşg edəlüm zülfün ilə şamı bu gecə, 
Ələ alalumlə”li mey aşamı bu gecə. 
 (“Qazi Divanı”) 
 
Burada üç tərkibli cinas ikinci misradakı artıq “a” səsi ilə  sınmış 
olur. 
 Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşma-
ya xüsusi təcnis  adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş 
qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. 
Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, 
həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır. 
 
Geyibdi qəddinə yar alacanı, 
At müjgan oxunu, yarala canı. 
İstər Ələsgərdən yar ala canı, 
Tökəndə zülflərin, a yana, yana. 
 (Aşıq Ələsgər)  
 
Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu 
növləri fərqləndirilir. Cinaslı qoşmada dil baxımından yazılı  ədəbiyyata, 
klassik  şeirə bağlılıq qüvvətli olur. Çoxlu cinaslar yaratmaq üçün hətta 
Aşıq  Ələsgər kimi bir sənətkar da ərəb və fars sözlərindən qafiyə kimi 
geniş istifadə etmişdir.  Ələsgərdə  cığalı, dodaqdəyməz, dodaqdəyməz 
cığalı, müstəzad təcnis kimi cinas növləri işlənmişdir. 
 Mürəkkəb qafiyələr iki-üç və daha artıq sözdən ibarət olur. Bura-
da şair öz dil bilgisini nümayiş etdirir, digər tərəfdən isə mürəkkəb qafiyə-
lər misraların ritmikliyini artırır. Qafiyənin bu növü kollektiv oxuma üçün 
nəzərdə tutulan şeir mətnlərində daha artıq istifadə edilirdi. Eyni xüsusiy-
yəti aşıq  şeirində  də müşahidə etmək olar. Qəzəl formasında misraların 
uzunluğu da mürəkkəb qafiyələrin işlənməsi üçün əlverişli imkan yaradır. 
Təqti. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın  əsas və 
universal  əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) 
şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillə-
rin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə 
əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə