Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə110/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   106   107   108   109   110   111   112   113   ...   137

 
279
Ya Rəbbi Səttarül-Eyub
Səndən dilərəm ümmətim. 
Ya Həyyu Qəffari-Zünub, 
Səndən dilərəm ümmətim. 
 
Bir dəm minacat eyləyib, 
Min dürlü hacət eyləyib, 
Özüm məlamət eyləyib, 
Səndən dilərəm ümmətim. 
 
Atam, anam istəmərəm, 
Dünya qayğısın yemərəm, 
Ümmətim əldən vermərəm, 
Səndən dilərəm ümmətim. 
 
Sənsən Əhəd, sənsən Səməd, 
Ehsanına yoxdur ədəd 
Bu Yunusa qıl bir mədəd 
Səndən dilərəm ümmətim.
17
 
 
Heca vəzninin elə az işlənən növləri var ki, onlar da əruz kimi 
oxuna bilər. Məsələn, 12 və 16 hecalıq şeirdə 3+3+3+3 və 4+4+4+4 təqti 
bölgüsü ilə yazılan  şeirlər  əruz kimi də oxuna bilir. Mikayıl Müşfiqin 
“Küləklər” şeiri buna gözəl misal ola bilər. 
Heca vəzninin Səməd Vurğuna qədərki tarixi bir mərhələ  təşkil 
edir. Bu mərhələdə heca vəzni çoban poeziyası, əruzdan aşağı olan bir şeir 
dili sayılmışdır. Bunun əsas səbəbi odur ki, heca şeirinin Quranla və islam 
mədəniyyəti ilə birbaşa  əlaqəsi yox idi. Klassik şeir üslubu isə dini 
mədəniyyətdən ayrılmaz bir şey kimi qəbul olunurdu. 1930-cu illərə qədər 
əruzda yazan şair Azərbaycan ədəbi mühitində əsil mədəni şair sayılırdı. 
Hecada yazmaq isə ikinci növ, loru bir ədəbiyyat hesab edilirdi. 
Yalnız Səməd Vurğunun yaradıcılıq təcrübəsi və sovet təhsil 
sistemində  tərbiyə almış  ərəb-fars dillərini bilməyən yeni ziyalılar heca 
vəzninin əsil estetik dəyərini aşkar etdilər. Nəticədə klassik əruz vəznində 
yazmaq  ənənəsi dəbdən düşdü və müasirlik tələbinə yad bir hadisə kimi 
qəbul olunmağa başladı.  İndi artıq qəzəl yazmaq ənənəyə hörmətin bir 
formasına çevrilmişdir. Demək olar ki, Səməd Vurğunun yaradıcılığı ilə 
müasir şeir dili yenidən yaranış oldu. Bu heca vəzninin yeni tarixi idi. 
                                                 
17
 Yunis İmrə, Güldəstə, B.,1992, s. 16. 


 
280
Misralarda hecaların sayı heca vəznində lirik formaların yaranıb 
sabitləşməsində  də  təyinedici rol oynamışdır. Azərbaycan dilinin 
fonetikasına ən uyğun lirik formalar 7, 8 və 11 hecalı misralardan yaranır.  
Yeddilik. Bayatı. Yeddi hecalı, dörd misralı şeir forması dilimizdə 
bayatı  adlanır və a, a, b, a şəklində qafiyələnir. Bu şəkil çox zaman 
müəyyən ovqatı, müdrik fikri ifadə edir və “mən aşiq”, “əziziyəm” sözləri 
ilə başlanır. Bayatılar  ən kiçik şeir formasıdır və toy, yas məclislərində, 
beşikdə olan uşaqlar üçün və s. münasibətlə deyilə bilir. Əkinçi və maldar 
məişətini əks edən bayatılar da xalq içərisində geniş yayılmışdır. Bayatı-
nın  ən klassik nümunələri məhəbbət və ayrılıq motivləri, o cümlədən 
vətən məhəbbəti ilə bağlıdır. 
 
Qarşıda nə yaxşı, 
Ləhcən gəlir nə yaxşı, 
Canan candan əzizdi, 
Nə Leylidi, nə Yaxşı. 
 (Aşıq Ələsgər) 
 
Bayatılar o qədər geniş yayılmışdır ki, çox zaman şair olmayan adi 
evdar ana və  nənələr də müxtəlif münasibətlərlə bayatılar demişlər. 
Folklor xəzinəmizi təşkil edən bayatıların əsas müəllifi də onlardır.  
Səkkizlik. Gəraylı. Səkkiz hecalı, dörd misralı müstəqil bəndlərdən 
ibarət olan şeir şəkli gəraylı  adlanır. Gəraylının bəndləri a,a,a,b şəklində 
qafiyələnir, onların sayı müxtəlif ola bilir. Bu forma öz oynaq və şux into-
nasiyası ilə xalq şeirində geniş işlənmişdir: şeirin son bəndində şair adətən 
öz adını çəkir. 
 
Durum dolanım başına,  
Qaşı, gözü qara Ceyran, 
Həsrətindən xəstə düşdüm, 
Eylə dərdə çara, Ceyran! 
 
Söz eşidib ərzim qansan, 
Mən yanıram, cən də yansan, 
Özün bir tülək tərlansan, 
Niyə uydun şara, Ceyran? 
 
Ələsgərəm, abdal ollam, 
Eşqin girdabında qallam, 
Küsdürmüşəm, könlün allam 
Yalvara-yalvara, Ceyran. 


 
281
 
Onbirlik. Qoşma. On bir hecalıq misralardan, dörd misralıq bənd-
lərdən ibarət olan lirik şeir forması qoşma adlanır. Heca şeirində onbirlik 
ən kütləvi sətir ölçüsüdür və epik şeir nümunələrinin də  əksəriyyəti bu 
ölçüdə yaradılır. Onbirlik sətirlər 3+3+5, 4+4+3 bölgülü təqtinin müxtəlif 
formalarında yazmağa imkan yaradır və daha rahat hesab olunur. Qoşma-
nın qafiyə quruluşu a,b,a,b, q,q,q,b, r,r,r,b şəklində qafiyələnir. Sonuncu 
bənddə adətən  şair öz adını  çəkir. Bu şəkil həm yazılı, həm də  şifahi 
poeziyanın  əsas lirik şəklidir. El şairləri qoşmanın qafiyə xüsusiyyətlə-
rindən asılı olaraq çoxlu növləri fərqləndirilir və onların  əksəriyyətinə 
aşıqlar adlar da vermişlər. 
Qoşma XY əsrdən bəri heca şeirinin  əsas lirik forması olmuşdur. 
Xətaidən bəri əksər klassik üslub ustaları da qoşmada özlərini sınamışlar. 
Heca lirikasının ən parlaq inciləri qoşma şəklindədir: 
 
Könlüm gülzarında, qış mövsümində, 
Açılıb təzə gül, di dər, ay pəri! 
Həsrət öldüm, heyif görmədim üzün, 
Qaldı qiyamətə didar, ay pəri! 
 
Çəkin getsin, mən minmənəm yad ata, 
Sevə bilməz özgə oğlun yad ata, 
Bu yorğun maralı qoyma yad ata, 
Özün xədənginə didar, ay pəri. 
 
Ömrüm başa gəldi uzun gecələr, 
Bu yatmamaq vallah məni gic eylər, 
Niyə bilməm gizlər onu gecələr
Dur gəl ki, vaxt oldu didar, ay pəri 
(Nəbati) 
 
Müxtəlif türk dillərində heca şeirinin lirik formalarının adları  fərqli və 
əlvandır. Bu formalar türk dilli xalqların şeirşünaslığında geniş öyrənilmişdir. 
 
 
5.5.4. Əruz vəzni və onun əsas variantları 
 
Əruz vəzni Azərbaycan şeir dilinə təxminən XIII-XIV əsrlərdə əsa-
sən fars dili vasitəsi ilə keçmişdir. Fars dilinə isə bu vəzn ərəb şeir dilin-
dən gəlmədir.  Ərəb və fars dillərini onların hər ikisində uzun saitlərin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə