Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə106/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   102   103   104   105   106   107   108   109   ...   137

 
269
nəfəs və simli alətlər  musiqini yaratdı. Sonralar musiqi səslərini  əks 
etdirən xüsusi musiqi yazısı, əlifbası yarandı. 
İnstinktiv mərasim forması olan bayramlar yazılı dil yaranandan 
sonra oxumanı yeni keyfiyyətə qaldırdı – oxuyanı onun əvvəlcədən 
bildiyi  ədəbi mətnin ifaçısına çevirdi. Bu müğənnilik sənətinin yaran-
ması ilə  nəticələndi. Müğənnilik sənəti kollektiv içində özünüifadə olan 
oxumanın ilkin təbiətinə ikinci bir keyfiyyət  əlavə etdi: oxuma üçüncü 
şəxslərə ünvanlı olan bir sənətə çevrildi. Qeyd edək ki, ikinci yox, 
üçüncü  şəxslərə, yəni mahiyyətcə kollektivə ünvanlı olan bir sənətə 
çevrildi. Oxuma, ilk növbədə, ovqatın ifadəsi idi və buna görə konkret bir 
ikinci şəxsə ünvanlı olması məntiqsiz olardı. 
Yazı nisbətən geniş yayılanda oxunan bayram , qələbə, mövsümi və 
s. mətnlərin yazıya alınması baş verdi. İlk yazıya alınan nəğmə ilk şeir 
oldu, çünki yazıda nəğmənin ritmi öz əksini tapmadı. Bu ritm oxuma 
prosesində oxucu tərəfindən tapılmalı idi. Beləliklə, öz ritmindən ayrılan 
nəğmə yeni bir sənət yaratdı: lirika, poeziya. 
Lirika mədəniyyətin yeni bir sahəsi idi: o artıq təkcə müğənninin 
yaddaşında yox, yeni, inqilabi bir mədəniyyət sahəsi olan mətn 
mədəniyyətinin içində yaşadı. Nəğmənin mətnə çevrilməsi poeziya və ya 
qədimlərdə deyildiyi kimi lirikanı yaratdı. Lirika, ilk növbədə, mətn mə-
dəniyyətinin bir şəkli oldu. Onun ritmi və ovqatı isə yazıda əks oluna bil-
mir və ancaq nəzərdə tutulurdu. Məsələn, Bibliyada Davud peyğəmbərin 
nəğmə – şeir mətnləri yazılışca hələ nəsrdən seçilmir. Lakin insanlar şeirin 
ritmini və ovqatını mətndə ifadə etmək üçün yollar və vasitələr axtardılar 
və nəticədə ritmik mətnlərin, şeirin yazı qaydası, orfoqrafiyası yarandı. 
Müasir poetik formaların  əlvanlığı  şeir mətnlərinin ritmik əhəng, 
ovqat əlvanlığının yazıda əks edilməsi üçün vasitələr axtarışının nəticələ-
ridir. Şeir mədəniyyətinə məxsus poetik forma şeir mətnlərinin orfoqrafi-
yasının konkret dillərin təbiətinə uyğun kanonlaşmış formasıdır. Lakin qə-
dim cəmiyyətlərdə şeir mətnlərini nəğmə kimi ritmlə və ya musiqi aləti ilə 
oxunması  ənənəsi də uzun zaman qalmışdır. Mətnlərin yazılmasına bax-
mayaraq onlar müğənnilər tərəfindən yadda saxlanır, hər dəfə yeni 
variantda ifa olunurdu. Beləcə nəğmələrin, poetik mətnlərin çoxvariantlı-
ğı, folklorlaşması yarandı  və müəllif probleminin ortaya gəlməsi ilə 
nəticələndi. Hakimiyyətin və dövlətin yaranmasından sonra nəğmələrin 
mifik qəhrəmanlar və sonralar hakimlər üçün hörmət əlaməti olaraq oxun-
ması praktikası yarandı. Sonra isə  nəğmələr allahların tərənnümü üçün 
oxundu və dini poeziya xristianlıqda geniş yayıldı. 
 Hələ  qədimlərdən  şeir dili  mərasim ayinlərinin qalığı kimi sosial 
statusa malik olmuşdur. Ən qədim zamanlardan bu status sosial seçməliyə 


 
270
səbəb olmuşdur və çox güman kikahinlik peşəsi  həm də insanlar 
arasında musiqili və ritmik danışıq – söyləmə qabiliyyətinin nəticəsi kimi 
yaranmışdır. Təsadüfi deyil ki, indi də bütün müqəddəs kitablar, o cümlə-
dən monoteizmin müqəddəs kitabları xüsusi ritmlə oxunur ki, bu da dini 
mətn ifaçılığının ən qədim mərasim söyləmələri ilə əlaqəsinin qalığıdır. 
Beləliklə biz müğənnilik – kahinlik – peyğəmbərlik və şairlik peşə-
lərinin varislik əlaqəsini qeyd edə bilərik. Həm də şairlik bu sırada ən ca-
van və peyğəmbərlik institutundan sonra yaranmış bir yaradıcılıq sahəsi-
dir. Təsadüfi deyil ki, bütün peyğəmbərlərin bioqrafiyasında onların yaxın 
rəqibləri və opponentləri arasında  şairlərin adları  çəkilir. Bu da təsadüfi 
deyil: həm kahin və peyğəmbərlərin, həm də  şairlərin insanlar arasında 
mistik hakimiyyəti ritmik və qafiyəli söyləmə qabiliyyətinə əsaslanır. 
Şeir dilində hətta bizim dövrümüzdə də mistik bir hakimiyyət yarat-
ma, insanları ram etmə xassəsi vardır. Bu insanlara ən qədim dövrlərdən 
məlumdur və bütün hakimiyyət sahibləri və  hərisləri bundan istifadə 
etmişlər və edirlər. Gözəl danışıq, təsirli, inandırıcı danışıq bu gün də 
siyasətçinin əsas keyfiyyəti sayılır. Deyilənə görə, bütün fatehlər də gözəl 
nitq qabiliyyətinə malik olublar. 
Beləliklə deyə bilərik ki, insanlar arasında ən qədimlərdən yaranmış 
mənəvi hakimiyyət formaları – ifaçılıq, kahinlik, peyğəmbərlik və 
şairlik – poetik dil deyilən mistik bir başlanğıcdan törəmədir. 
İnsanlar arasında söz hakimiyyətinə paralel ikinci bir hakimiyyət – 
güc-dövlət hakimiyyəti də qədimlərdən mövcuddur. Dövlət mənşəcə cins-
lər arası seçmə ilə bağlıdır. Heyvan sürülərində olduğu kimi, insan sürülə-
rində  və tayfalarda da dişiləri mayalamaq funksiyası ancaq bur erkəyə 
məxsus idi. Bu erkəklər cütləşmə dövründə yerdə qalan erkəklərdən qüv-
vətli olduqları üçün cütləşmə  uğrunda döyüşlərdə mütləq qalib olur və 
bütün sürünü təkbaşına mayalayırdılar. Məhz onlar bütün xalqlarda vahid 
ulu ata – totemlər barədə mistik inamların yaranmasına səbəb olmuşdur. 
Beləliklə, dövlət hakimiyyəti gücə və zora əsaslanmışdır. Totemlə-
rin kultunun yaranması zora əsaslanan ata hakimiyyətinin qanuniləşməsi-
nə səbəb olmuşdur və Z.Freyd bütün siyasi hakimiyyətlərin ata hakimiy-
yətindən və hüququndan törəməsini doğru  əsaslandırmışdır.  İki müxtəlif 
mənşədən yaranan söz – mənəvi hakimiyyət və zor hakimiyyəti tarix boyu 
bir-birini tamamlamışdır. Mənəvi və dini hakimiyyət sahibləri bütün 
dövlətlərdə hakimiyyətə  şərik olmuşlar. Mənəvi-dini və siyasi hakimiyyətin 
bir  əldə birləşməsi halları müvəqqəti olaraq baş vermiş  və böyük sosial 
fəlakətlərlə başa çatmışdır. Mənəvi və siyasi hakimiyyətin ayrılığı prinsipi 
sosial tərəqqiyə böyük təkan vermiş universal tarixi qanundur.  
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə