Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə114/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

 
292
idi. Janr (fransızca – növ, üsul) anlayışı da milli variantyaratmada kano-
nik eyniyyət prinsipinin gözlənilməsindən doğur. Epik və lirik formalar 
xalqdan – xalqa, ədəbiyyatdan-ədəbiyyata keçir, lakin ilkin əlamətlərini 
saxlayır. Janrda süjetə, hadisəyə, qəhrəman və konfliktlərə aid olan bir sıra 
xüsusiyyətlər vəhdət halında özünü büruzə verir. Ona görə bir sıra 
müəlliflərin növlərə də janr deməsi elmi dəqiqlik baxımından doğru deyil-
dir. Lakin janr termininin bir çox mənalarda işlədilməsi də  məlum həqi-
qətdir. Hətta şeir formalarına da janr deyilir: qəzəl janrı, mərsiyə janrı və 
s.  Əslində  lirik  şeir, süjetli şeir janrından danışmaq olar. Lirik şeirin 
formalarını, məsələn, qoşmanı janr adlandırmaq dəqiq deyil. Amma səhv 
də hesab edilə bilməz.  Əslində “qoşma janrı” ifadəsi “lirik şeir janrının 
qoşma forması” ifadəsinin qısa variantı kimi rahatlıq üçün işlədilir.  
Digər tərəfdən qəzəl kimi lirik formalara janr deyilməsi sərti olaraq 
qəbul edilə bilər, çünki yazılı dildə belə  şərtiliklər istənilən qədərdir. 
Qəzəl  əsrlər boyu müsəlman sufi ədəbiyyatının  əsas forması olub və bu 
mənada onun bioqrafiyası roman, poema, komediya kimi janrlardan yox-
sul deyil. Ümumiyyətlə, janr terminini ehkama çevirmək lazım deyildir: 
qısaca deyilsə, janr ədəbi formaların tarixiliyidir: hekayə ya roman yazan 
yazıçıların müxtəlif epoxalara və mədəniyyətlərə, cərəyanlara məxsusluğu 
onların  əsərlərinin bir çox formal əlamətlərində özünü göstərir. Janr 
termini də bu əlamətləri göstərmək, onlar barədə danışmaq üçündür. 
 Müvafiq olaraq bu formaların tarixi təkamülü haqqında tədqiqatlar 
aparılır. Belə tədqiqatlar əsasən tarixi poetika məcrasında hesab edilir. 
Tarixi poetikada janr termini ədəbi formaların tarixiliyi və tarixi 
yaddaşı  mənasında işlənir. Zənnimizcə, bu, janrın  ən doğru səciyyəsidir. 
Roman, dram, hekayə kimi ədəbi formaların universal formulu yoxdur. 
Onların hamısının milli variantları və özünəməxsusluğu var. Üstəlik janr 
formaları milli spesifikadan əlavə ədəbi epoxaların və üslubların, cərəyan-
ların təsirini də özlərində  əks etdirirlər. Müəllifin fərdi üslubunun da 
janrda özünü göstərməsini qəbul etsək janr haqqında bir necə  səviyyədə 
danışmaq olar: 
1. Janrın regional əlamətləri. Məsələn dramatik növə məxsus fa-
ciə, komediya və s. janrlar daha çox Qərbi Avropa ədəbi ənənəsinə məx-
sus olmuş və orada zəngin tarixi təkamül keçmişdir. Dramın çin və yapon 
ədəbiyyatlarında da regional variantları var. Lakin bu variantlar Avropa 
dram və teatr ənənəsindən uzaqdır. Azərbaycanda yayılmış şiə şəbih mə-
rasimləri də dramatik janra aid edilə bilər. Lakin bu mərasimdə yazılı 
mətndən adətən istifadə olunmur və əsas mətn kimi şəbih aparıcısının öz 
yaddaşı iş görür. 


 
293
2.  Janrın milli özünəməxsusluğu. Məsələn, klassik Azərbaycan 
ədəbiyyatı tarixindəki qəzəlin tarixi təkamülü ancaq Azərbaycan  ədəbiy-
yatı tarixinə aid məsələdir. Bu qəzəlin bütün mətnləri də Azərbaycan di-
lindədir. 
3.  Janrın  ədəbi epoxa və  cərəyandakı variantı. Məsələn, qəzəl 
janrı sufi poeziyada insan – Allah münasibətlərini simvolik şəkildə ifadə 
edən formadır. Lakin qəzəlin didaktik və aşiqanə formaları da vardır. On-
ların dil və obraz sırası sufi qəzəlindən fərqlənir. Başqa bir misal çəkək: 
romanın antik, intibah, maarifçilik dövrünə məxsus formaları mədəniyyət 
tipləri ilə bağlı spesifik xüsusiyyətlərə malikdir. Freydist roman, futurist 
roman deyəndə isə romanın müxtəlif fikir cərəyanlarına aid janrları  nə-
zərdə tutulur. 
4. Janrın konkret yazıçı yaradıcılığındakı fərdiliyi. Məsələn, da-
ram janrının C.Cabbarlı yaradıcılığında bir sıra spesifik xüsusiyyətləri var-
dır. Bu xüsusiyyətlər Şekspirdə və M.F.Axundovda gördüyümüz dramdan 
tamam fərqlidir. Realizmin xüsusiyyətlərinə görə  də C.Cabbarlının 
dramları təsnif edilə bilər və yalnız C.Cabbarlıya məxsus janr əlamətlərini 
ifadə edir. 
5. Janrın funksional mənsubiyyəti. Funksional mənsubiyyətə görə 
biz artıq qəzəlin sufi, didaktik və aşiqanə növlərini göstərdik. Bunların hər 
biri fərqli bir müəllif niyyətinin reallaşdırılmasından yaranır. Digər misal 
kimi kino-ssenari, telessenari, radio-ssenari janrlarını misal göstərə bilə-
rik. Bunların hər birinin spesifik xüsusiyyətləri vardır. 
Sovet  ədəbiyyatşünaslığında Hegelin janr nəzəriyyəsi çoxlu tərəf-
darlara malik idi. Bu böyük nəzəriyyəçi ədəbi növlərin yaranmasında insa-
nın rolunu və onun problemlərinin tarixi təkamülünü əsas sayırdı. Ümumi-
likdə Hegel janr formalarına tarixi şəkildə yanaşan bir nəzəriyyəçi idi və 
tarixi poetika elminin yaranmasında onun estetikasının mühüm təsiri ol-
muşdur. Yuxarıda  şərh olunan janr anlayışı da ümumilikdə Hegelin janr 
nəzəriyyəsinə uyqundur. 
 
 
5.5.7. Epik təhkiyənin tarixi. Yazılı və şifahi ədəbi  
mətnlərin müstəqil təkamül yolu 
 
Biz yuxarıda müəllif sözünün üç tipini səciyyələndirdik: 
1. Lirik təhkiyə 
2. Nəsr təhkiyəsi 
3. Dialoq 


 
294
Lirikanın mahiyyəti və  mənşəyi ilə bağlı  bəhsdə biz artıq lirik 
təhkiyə və onun Azərbaycan şeirindəki formaları haqqında danışdıq. İndi 
isə nəsr təhkiyəsinin qısa tarixinə nəzər salaq. 
Mənşəcə  ən qədim mətnlər hökmdarlar və  hərbi qəhrəmanlar haq-
qında olub. Mənəvi dini hakimiyyət formaları ortaya çıxana qədər haki-
miyyəti və  hərbi gücü təmsil edən adamlar eyni idilər. Ona görə büt-
pərəstlik erasından qalma yazıların hamısında  hökmdar-qəhrəmanlar 
haqqında söhbət gedir, onlar tərənnüm olunur, öyülürlər.  İlk hökmdar 
qəhrəmanlar  şübhəsiz iri tayfaların başçıları idi, başçılıq isə onlara cinsi 
seçmədən keçirdi. Bu seçmə döyüşü prosesində onların tayfada ən güclü 
şəxs olduğu hamıya aydın olurdu. Onların hakimiyyətinin ilk elementi 
heyvan sürülərində olduğundan fərqli deyildi: onlar bütün ibtidai insan 
sürüsünü mayalandırmaq hüququnun daşıyıcısı idilər və bu da onların 
totemliyini  təyin edirdi. Tayfalar böyüdükcə onların bu hüququ digər 
məsələlərin, hərbi işlərin və qidanın bölünməsində də əsas oldu. 
İlk hökmdar-qəhrəmanlar haqqında mifik hekayətlər bütün xalqlar-
da  şifahi epik təhkiyənin birinci şəklidir. Belə dastanlarda tayfaların 
mənşə və özünüidentifikasiya problemi mifyaratma şəkilində həll edilir-
di. Mifik qəhrəman-hökmdar tayfanın qoruyucusu idi, onun haqda təsəv-
vür  ətyemə ilə müşayiət olunan müharibə  və  təhlükəsizlik məsələsinin 
mistik həlli idi. Bu mistiklikdə 1/ müharibələri udan, 2/ xilaskar Allah mi-
finin rüşeymi ortaya çıxırdı. Ən qədim və orijinal dastanlar qədim dillərdə 
meydana çıxıb: bunlar şumer, akkad, sami, yunan və İran dilləridir. Mifo-
loji xarakter daşımayan dastanlar isə tarix səhnəsinə daha gec daxil olmuş 
xalqların kalka yolu ilə alınmış yaradıcılıq məhsulu hesab edilə bilər. 
Hökmdar qəhrəmanlar haqqında ilk bütpərəst yazılar hələ  mətn 
mədəniyyətini yarada bilmədi, çünki onlar kanonik mətn deyildi və onla-
rın bir neçə tayfa üçün mistik statusu yox idi. Bu mistik statusu hökmdar-
qəhrəman mifinin parçalanması yaratdı: bu parçalanmadan əslində mistik 
mahiyyətli olan müharibədə  qələbə verən allah (büt) mifi yaranmış 
oldu. Bu mifi müharibədə  qələbə yaradırdı: həm qalib, həm də  məğlub 
tərəf (tayfa) eyni bütə sitayiş edirdi. Qalib tərəf qələbəni onlara verdiyi 
üçün, məğlub tərəf isə bir daha məğlub olmamaq üçün daha güclü olan 
allaha tapınmağa başlayırdı. Hər tərəfdən üç, on və ya əlli tayfa vuruşanda 
qələbə allahı böyük mistik mahiyyət və hakimiyyət qazandı. Məhz hərb 
allahlarının mistikliyi və görünməzliyi vahid allah mifinin yaranmasında 
həlledici rol oynadı. Çünki döyüşçü mifindən ayrılan müharibədə qələbə 
allahı mifi birləşdirici bir allah oldu. Diri döyüşçü hökmdarlar isə hər 
yerdə ayırıcı rol oynayırdı, ona görə monoteizm əslində tayfa allahların-
dan imtina və qlobal qələbə verən vahid allaha inamla ortaya gəldi. Səna-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə