Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə112/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   108   109   110   111   112   113   114   115   ...   137

 
286
 Azərbaycan dilində uzun saitlər olmadığı üçün əruzun bəhrləri də 
çox nadir hallarda qüsursuz işlənə bilir. Ona görə Azərbaycan  şeiri 
əsasında əruzu dəqiq öyrənmək çətindir, bunun üçün ərəb və fars dillərinin 
fonetikasına və bu dillərdə əruzun səslənməsinə və ahənginə bələd olmaq 
lazımdır.  Əruz bəhrləri Azərbaycan  şeirinə adətən farsca şeirlərin bəhri 
saxlanılmaqla tərcüməsi və təbdili yolu ilə daxil olub. 
 Füzuli kimi klassiklər əruzun təmizliyinə nail olmaq üçün ərəb və 
fars sözlərindən istifadə etməli olurdular və bu, şeir dilini ağırlaşdırdı. 
Azərbaycan dilindəki türk mənşəli sözlərdə ö, ı, e, o, ü kimi saitlər  əruz 
şeirində işləndikdə təfiləyaradıcı saitləri süni olaraq uzatmaq lazım gəlir. 
Bu halda isə  əruz bəhrlərinin təmizliyi pozulur. XVIII əsrdən bəri türk 
sözlərini əruz şeirində işlənməsi əruzun milliləşməsi, Azərbaycan danışıq 
tələffüzünə yaxınlaşması baş vermişdir. Ona görə bir sıra  şairlərdə  əruz 
tələffüzü heca tələffüzünə yaxınlaşır və uzun saitlərin tələffüzü çox zəif 
hiss olunur. Belə əruzu klassik bəhrlərə aid etmək də çətinləşir. Məsələn, 
XX  əsrdə  əruzda yazan Əliağa Vahidin və digər  şirlərin  əruzda yazdığı 
nümunələr belədir. Bəzi hallarda şeirin heca və ya əruza aid edilməsi belə 
çətinlik yaradır. 
 
 
5.5.5. Müasir poeziyada formanın şərtiliyi 
 
Orta əsrlərdən poeziyanın ciddi formal əlamətləri olmuşdur. Lakin 
yeni dövrdə, xüsusilə müəllif poetik yaradıcılığı kütləvilik alandan sonra 
XIX  əsrin  əvvəllərindən başlayaraq poeziyada formalist tendensiyalar 
müşahidə edilmişdir. Əlbəttə, formalizm orta əsrlər poeziyasında da özünü 
büruzə verirdi. Amma o zaman formalizm məhdud kanonik bir prinsip idi. 
Bu formalizm forma ehkamlarını dağıtmağa yox, onları qorumağa, daha 
da ciddiləşdirməyə yönəlmişdi. Lakin orta əsrlərdə  də poeziyada forma-
lizm şeirin zahiri cəhətlərinin mütləqləşdirilməsinə meylli idi. 
Lakin XIX əsrin  əvvəllərindən başlayaraq poeziyada formalizm 
şeirin zahiri şəkilinin  əhəmiyyətinin inkarı, azaldılması istiqamətində 
inkişaf etdi. Bu yeni tipli formalizm idi, çünki onun əsas prinsipləri poezi-
yanın ilkin xüsusiyyətlərinin inkarına  əsaslanırdı. Bu ən çox qafiyəsiz 
poeziya təcrübələrinə aiddir. Biz ritm və qafiyəni  şeirin ayrılmaz 
əlamətləri hesab edirik və poeziyanın qədim tarixi boyu belə olmuşdur. 
Qafiyəsiz və ya sərbəst şeirə ədəbiyyatda modernist eksperimentçi-
liyin bir qolu kimi baxmaq daha doğru olar. İki şeyi dəqiq fərqləndirmək 
lazımdır: ədəbi tərəqqi və modernizm. Ədəbi tərəqqi həmişə davam edir, 
janrlar və formalar, üslublar və mövzular təzələnir və başqalaşır. Bu ədəbi 


 
287
tərəqqidir və janrların tarixində, formaların təkamülündə bunu həmişə 
aydın görmək olar. 
Bur də XIX əsrin  əvvəllərindən salon ədəbiyyatçılığından doğmuş 
modernizm vardır. Modernizm təkamül yolu ilə  ədəbi tərəqqiyə deyil, 
ədəbiyyatın klassik qaydalarının dağıdılıb yeniləşdirilməsinə  tərəfdar 
çıxır. Bu adamlar adətən burjua ailələrindən çıxmışdılar və ədəbiyyat on-
lar üçün sənətdən çox əyləncə idi. Modernizm əslində yenilik xatirinə 
yenilikdir. Pis işlər yoluxucu olur. Ona görə modernizmin ənənəvi ədəbi 
cərəyanlara və üslublara təsiri də güclü olub. Lakin bu heç də moderniz-
min elitar, eksperimental və qeyri-peşəkar təbiətini aradan qaldırmır. 
Modernizmin yayılmasında inqilabi sənət tərəfdarları, poeziyadan 
inqilab və siyasət üçün istifadə etmək istəyənlər daha artıq rol oynayıblar. 
B.B.Mayakovski kimi müəlliflər şair olmaqdan daha artıq inqilabçı idilər, 
sosial eksperiment və sosial modernizasiya tərəfdarı idilər. Onlarda burjua 
cəmiyyəti ilə birgə ədəbiyyatı və sənəti də modernləşdirib yeniləşdirmək 
iddiaları var idi. Proletkultçuluq  bir nəzəriyyə kimi bunun ifadəsi idi. 
Lakin rus sovet ədəbiyyatının özündə proletkultçuluqdan imtina edildi. 
Ədəbiyyat da mədəniyyətin bir sahəsidir, mədəniyyət isə dəyərləri topla-
maqdır. Proletkultçuluq keçmiş ədəbi dəyərləri inkar üzərində qurulurdu. 
Bu isə prinsipcə mədəni dəyərlərə şüurlu bir dağıdıcı münasibətdir. 
Modernizm sənətdə universal təzələyici nəzəriyyə olmaq iddiasın-
dadır. Bunun əksi isə yazıçının fərdi yaradıcılıq axtarışlarıdır. Fərdi qay-
dada, öz fəhmi ilə yenilikçilik etməklə modernizmi eyniləşdirmək olmaz. 
Ona görə  də modernizmə  mənfi münasibəti fərdi yaradıcılıq cəsarəti ilə, 
ənənəyə yaradıcı  və  cəsarətli münasibətlə, yazıçının öz istedadına inam 
hüququ ilə qarışdırmaq olmaq. Hər bir yazıçı novatorluğa və yenilikçiliyə 
can atmalıdır. Lakin klassik sənəti və  ədəbiyyatı feodal, burjua və s. 
adlarla inkar edərək yenilikçilik cəhdi  ədəbi yox, sosial reformatorluğun 
bir sahəsi olur. 
1920-1930-cu illərdə proletkultçuluq nəzəriyyəsinin təsiri ilə Azər-
baycanda da qafiyəsiz şeir yazmaq proletar yazıçılığının əsas əlamətlərin-
dən biri kimi təbliğ olunmuşdur. Bolşeviklər proletar ədəbiyyatını proletar 
inqilabinin və yenidənqurmasının bir sahəsi adlandırırdılar. Bizdə  də bir 
çox şairlər, xüsusilə, yaradıcılığa təzə başlayanda və rus sovet poeziyasın-
dan öyrənmək mənasında qafiyəsiz və ya sərbəst  şeirlər yazıblar. Bunu 
poeziya kimi tərifləyən rəsmi yazılar da olub. Lakin indi həmin məddahlar 
da, qafiyəsiz yazan proletar şairləri də unudulub. 
Müasir poeziyada forma baxımından bir sərbəstlik, orta əsr qafiyə-
pərdazlığına  əks bir hal müşahidə olunur. Lakin bu qafiyə, ritm kimi 
fundamental lirika dəyərlərinin itməsi deyildir. Bu dəyərlərin itməsi 


 
288
poeziyanın sonu olacaqdır. İndiki, məsələn, Azərbaycan şeirində gördüyü-
müz forma sərbəstliyi isə ancaq forma qalıblarına  şair münasibətinin 
nisbiləşməsi deməkdir. Formanın nisbiliyindən istifadə lirikanın funda-
mental dəyərlərini inkar etmir. Hazırkı Azərbaycan poeziyasında formaya 
münasibət ümumilikdə belədir. 
Müstəqillik dövründə  ədəbi jurnallarda qafiyəsiz  şeirlərə  təsadüf 
edilməsi isə ədəbiyyat ətrafı hadisə himi izah edilməlidir.  
 
 
5.5.6. Epik növün tarixində mətnbilmə yaddaşının rolu:  
folklor və janr anlayışı 
 
Mənşə cəhətdən baxanda epik növ lirik növdən çox-çox cavandır və 
müəyyən mənada, ondan törəmədir. Epik növün ilk qədim formaları lirik 
təhkiyəli idi, çünki dilin zəif inkişaf etdiyi dövrlərdə söz və epitet məh-
dudluğunu lirik ovqat və təntənəli ritm əvəz edirdi. Epik sözün ən ümumi 
əlaməti ikinci və ya üçüncü şəxslərə ünvanlı və istiqamətli olmasıdır. Bu 
onun lirikadan köklü və ən ümumi fərqidir. Lirik mətnlərin ikinci şəxslər 
– qəhrəmanlar, sərkərdələr, totemlər, allahlara ünvanlı olaraq oxunması və 
ya ifa edilməsi artıq epik növün əlamətləri idi. Bu lirik-epik adlandırılan 
bir hadisə idi: çünki qədim dastan və nağıllar ritmlə ifa edilirdi, ona görə 
təhkiyə  cəhətdən lirik, məzmun cəhətdən isə epik xarakter daşıyırdı. 
Yazıya qədər epik növdə  əsas  əlamət  əvvəlcədən  əzbər bilinən mətnin 
ikinci  şəxsə ünvanlı olaraq oxunmasıdır. Hər bir əzbər bilinən söz sırası 
isə artıq mətndir. Mətn iki və daha artıq ola bilən əzbər söz sırasını bilmək 
və ondan istifadədir.  İstənilən  əzbər söz sırası  həmişə yazılı  mətn 
mənşəlidir, onun şifahi dilə keçmiş və dil daşıyıcıları kollektivi tərəfindən 
əzbərlənmiş şəklidir. Ona görə də hər bir mətn birinci şəxsin mətnyaratma 
fəaliyyətinin nəticəsidir. 
Epik növün məzmun baxımından ən ibtidai və ilkin forması mifdir 
və biz bu barədə yazılı dil nəzəriyyəsi fəslində danışmışıq. Mif, ilk 
növbədə, insanın  ətraf maddi dünyanı anlama üsulu idi, ətrafı mistik 
qavrayışın bir şəkli idi. Bu anlama da mif yalnız söz şəklində ad daşımağa 
başlayanda gəlir, həm sosial, həm də fərdi fakta çevrilir. Təbiət hadisələri 
barədə mifik təsəvvürlərin yaranması ilə onların mistikləşməsi və bütləş-
məsi arasında böyük tarixi məsafə olmuşdur. Bütlər – mistikləşmiş, allah-
laşdırılmış miflərdir, onlara münasibətdə artıq ibtidai formada sosial və 
fərdi qorxu və pərəstiş təsəvvürü ortada olur. 
Yalnız yazı və yazılı mətn ənənəsi yarananda bütlər qarşısında qoxu 
və onlara pərəstiş mütləq xarakter alır. Yazı bilən ilk maarifçi peyğəmbər-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə