Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə113/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   109   110   111   112   113   114   115   116   ...   137

 
289
lər mifləri məhz mif-bütlər qarşısında qorxu və xofu sosial təsəvvür kimi 
yaymaq, mütləqləşdirmək üçün qələmə alırdılar. Beləliklə, yazıya düşən 
epik məzmunlu mətn öz ibtidasından həm dünya haqqında anlayış şəklidir 
(mifdir), həm də obrazdır, dünyanın sözlə göstərilməsi və  təsviridir. Bu 
dini və  ədəbi düşüncənin (mətnin) ibtidadan əkizliyi və ayrılmazlığı idi. 
Bütün dini kitablar yarandığı vaxtdan bütlərin və Allahların kultunu 
yaradırdı. Lakin Allah kultu deyilən hadisə həmişə iki qütblü idi: onun o 
bir ucunda fərd, insan dururdu. Bu mənada büt və allahlar haqqında miflər 
həmişə həm də insanlar haqqında idi və bu mənada da dini və ədəbi şüur 
ayrılmaz idi. 
Yalnız intibah dövründə insan və Allah qütblüyünün mətn mədəniy-
yətinin mərkəzindən getməsi və insan--təbiət qütbləşməsinin yaranması 
baş verdi. Bu, ədəbiyyatın da dini şüurdan ayrılması idi. Ona görə də deyə 
bilərik: xalis ədəbi şüur intibah dövründən sonrakı ədəbi mətn mədəniyyə-
tində yaranır. Universal Allah mifləri  ədəbiyyatda fərdi insan mifləri ilə 
əvəz olunur. Lakin müəyyən mənada, mif yaradıcılığı epik düşüncənin 
əsas funksiyası olaraq qalır. Hər bir müəllif əsəri də dünya haqda fərdi bir 
təsəvvür və baxış – mif sayıla bilər. 
İstisnasız olaraq bütün şifahi epik mətnlər yazı mənşəlidir və ondan 
törəmədir. Dilin inkişafının mətnlə yanaşı ikinci informasiya saxlama 
üsulu olan əzbərləmə  ədəbi mətnlərin qorunmasının  şifahi üsulu idi. 
Əzbərləmə insanın fərdi söz bilgisini mətnlə bağladı. Söz mətndən ayrıl-
maz oldu və mətn onun sosial müqaviləyə çevrilməsinə kömək etdi. Söz-
bilmə yaddaşı  mətnbilmə yaddaşı ilə eyniləşdi. Məhz mətnbilmə ikinci 
şəxsin mətnoxuma qabiliyyəti idi, mətni sosial koda və müqavilə şəklinə 
çevirirdi.  
Tarixi  şəkildə  təsvir etsək epik mətnlərin yaranması  aşağıdakı 
mərhələlər kimi fərqləndirilə bilər. 
1. Mifik təsəvvür və süjetlərin yaranması və yazıya düşməsi həm də 
yazı  mədəniyyətinin yaranmasıdır. Bu ibtidai kitab mədəniyyətidir
İbtidai kitab mədəniyyəti çoxkitablılıqdan monoteist təkkitablılığa doğru 
inkişaf edir. 
Təkkitablılıq mədəniyyəti olan monoteizmin tarixi təkamülü isə 
monoteist  şoxkitablılıqla  nəticələnib. Sənaye inqilabları isə kitab mədə-
niyyəti üzərindən mistik pərdəni götürdü və kitabı əmtəəyə çevirdi. 
2. Yazı (kitab) mədəniyyətindən doğan  əzbərləmə qabiliyyətinin 
inkişafı ilə  şifahi epik mətnbilmənin – folklor söyləməçiliyi  ənənəsinin 
yaranması. Bu ənənə uzun müddət  şifahi lirik təhkiyə  şəklində, nəğmə 
kimi ifa olunan mətn olub. Lakin kitab mədəniyyəti ayrıldıqca lirik-epik 


 
290
süjetlərin yazıya alınmış epik təhkiyəli forması da yaranıb: bunlar miflər, 
əfsanələr, nağıllar, təmsillər və s. olub. 
 Yazının məhdud olduğu dövrlərdə və xalqlarda şifahi söyləməçilik 
ənənəsi epik mətnlərin müxtəlif ləhcələrdə variantlaşması ilə  nəticələnir. 
Çox güman ki, şifahi epik mətnbilmə və onun variantlaşması tayfa dilləri-
nin formalaşması üçün zəruri mətn bazası rolu oynayıb. Süjetlər təxminən 
eyni olaraq qalıb, amma mətnlərin  əzbərdən tələffüzündə  nəsildən nəslə 
fərqlərin artması yeni-yeni ləhcələrin yaranması ilə nəticələnib. Planetdəki 
formal dillər çoxluğu məhz  şifahi mətnbilmənin insanlığa bəxş etdiyi 
nəticədir. Yazı olmadığı üçün əsrlər keçdikcə sözlərin ilkin tələffüzü itir, 
amma söz yox olmur. Əzbər mətn – mif, dastan, nağıl, nəğmə  mətnləri 
sözləri itib-yaddaşdan silinməkdən qoruyan toplayıcı olub. 
3. Bur dildə (ləhcədə) danışan tayfa birliklərinin yaranması ilə tayfa 
dünya qütbləşməsini göstərən dastan (folklor) mədəniyyətinin yaran-
ması. Yazısı olmayan xalqlar üçün dillərin inkişafı  əzbər mətnbilməyə – 
şifahi folklor mətnlərinə  əsaslanırdı. Kitab mətninin sözü və dili qoruma 
funksiyasını söyləməçilərin,  şamanların, kənar xalqlarda yazı öyrənib 
gələnlərin hafizəsi icra edirdi. Ömrü boyu söz eşidən və söz toplayan 
ağsaqqallar və ağ birçəklər də ahıl vaxtlarında müəyyən mənada söyləmə-
çiyə çevrilirdilər, çünki onların dil materialını  əzbərbilmə qabiliyyəti 
yüksək həddə çatırdı. Beləcə, fərdi yaddaş da dil və söz qoruyucusuna və 
informasiya akkumulyatoru olmağa başlayır. 
Şifahi dastan mədəniyyəti  əsasən iki süjetdən ibarətdir: kənardan 
tayfaya gəlmə (müharibə) və tayfadan kənara getmə (məcburi olanda 
əsirlik, könüllü olanda səyahət ya da hərbi yürüş). Yunan dastanlarında 
üçüncü mövzu insanlarla Allahların münasibətləri idi. Lakin bütün va-
riantlarda və xalqlarda dastan ənənəsi tayfaların özünüidentifikasiya 
forması idi, şifahi formada tarix yaratmaq və tarixi qorumaq üsulu idi. 
Beləliklə,  şifahi mətnbilmənin tarixi xalq ləhcələrinin (dillərinin) 
formalaşması ilə bitir və  fərdi yaddaşda yaşayan  çoxvariantlı folklor 
ənənəsini yaradır. Bəs yazılı mətnbilmənin tarixi necədir? 
Yazılı mətnbilmə qədim dillərdə olan müqəddəs kitabların öyrənil-
məsi ənənəsi ilə bağlı idi. Monoteizmin mütləq həddə çatdırdığı kanonizm 
prinsipi dünyanı birmənalı  şəkildə görməyi və  təqdim etməyi öyrədirdi. 
Ona görə monoteist ənənə içərisində yaranan hər növbəti kitab əsas ilahi 
kitaba bağlı idi, ondan ayrılmaz idi. Monoteist ənənə içində yaranan yeni-
yeni  ədəbi kitablar da variant  idi. Lakin yazılı  mətn mədəniyyətindəki 
variantlığın  şifahi variantlıqdan fərqlənən fundamental özəlliyi vardır. 
Monoteist mədəniyyətdəki yazılı  mətnin variantlığı ehkam variantdan 
uzaqlaşmaya yox, ona yaxınlaşmaya can atır,  şüurlu bir epiqonçuluğa, 


 
291
sxolastik eyniyyətə meyil edir. Belə eyniyyətə can atan yazılı variantlığın 
üç əsas forması yaranmışdır: 
1. Tərcümə. Yazılı müqəddəs mətnin mahiyyətini qorumaqla digər 
ləhcələrdə ifadə edilməsi idi. Lakin kanonik tərcümələr zamanı eyniyyətin 
qorunması  tələbi tərcüməni  şərtiləşdirir: müqəddəs kitablar tərcümə 
edilərkən  əsas termin və anlayışlar mexaniki şəkildə digər cavan dildəki 
tərcüməyə köçürülürdü. Ona görə də İncilin tərcüməsindən yaranmış Qər-
bi Avropa dilləri İncilin latın orijinalındakı külli miqdar sözləri yeni ədəbi 
ləhcələrə (dillərə) gətirdi. Eyni vəziyyət Quranın  İran və türk dillərinə 
təsirində də özünü göstərdi. Quran tərcümə edilmədiyi üçün islamın qəbu-
lu onun adlarının, termin və anlayışlarının bu dillərə birbaşa daxil olması 
ilə nəticələndi. 
Kanonik tərcümənin yazılı  mətn mədəniyyətində  əsas rolu onun 
fikri birmənalı ifadə etməyə imkan verən ədəbi dilləri doğurması idi. 
2. Təbdil. Təbdil bədii səciyyəli monoteist mətnlərin tərcüməsi üsu-
lu oldu. Müqəddəs mətndə tərcümədən mütləq eyniyyət tələb edilirdi. La-
kin bədii-dini şeirlərin tərcüməsində bu tələb yumşaq idi. Təbdil tərcümə-
çinin  şüurlu sərbəstliyi sərti ilə, ikinci dilin xüsusiyyətlərini qorumaqla 
şüurlu variant yaradıcılığıdır. Təbdildə müəllif yaradıcı sayılır və onun 
fərdilik iddiası da mətndə  əksini tapır. Klassik Azərbaycan  şeir dili və 
poeziya ənənəsi başlıca olaraq fars dilində olan nümunələri təbdil etməklə 
formalaşıb. 
3. Təqlid. Təqlid əslində təbdilin gizli formasıdır: Təqlid bir qayda 
olaraq yeni ədəbiyyatların yaranması zamanı yazıcının dilini bildiyi digər 
ədəbiyyatların klassik əsərlərindən faydalanmaq üsuludur. Cavan ədəbiy-
yatların ilk mərhələsi gizli ədəbi təqlid yolu ilə yaradılan əsərlərdən ibarət 
olur. Məsələn, Azərbaycanda 20-ci illərdə yaradılan proletar ədəbiyyatı 
rus mətbuatında çap olunan nümunələrə  təqlid kimi yazılan  əsərlərdən 
ibarət idi. Azərbaycandakı proletar ədəbiyyatı ideoloqları və təşkilatçıları 
belə təqlidi himayə edirdilər. 
Qədim mənbələrdə ləhcə və dil terminləri müxtəlif mənada işlənir-
di. Yazısı olmayan xalqların danışığı  ləhcə adlanırdı. Ləhcə  təxminən 
yazılı dillərin  şifahi  variantı  mənasına yaxın idi. Yalnız yazı sayəsində 
variant ləhcələr dil olurdu. Deməli ləhcələrlə yazılı dillər arasında da kod-
-variant münasibətləri vardı  və bütün yeni ləhcələr bu yolla yaranır və 
yazı sayəsində dillərə çevrilirdilər. 
Yazılı  ədəbi mədəniyyətin yayılmasının bütün ədəbiyyatlar üçün 
universal üsulu təbdil və  təqlid yolu ilə  mətnlərin milli variantlarının 
yaradılması idi. Belə variantyaratmada ilkin nümunələri təkrarlamaq, ilkin 
formaları qorumaq meyli də variantyaratmaya əks olan bir kanonik prinsip 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə