Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə109/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

 
276
türk dillərindəki heca vəzninin ritmikliyi misraların  təqtilərə  bölünmə-
sindən yaranır. 
Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürlə-
ridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğu-
lara (ritmik fasiləyə) əsaslanır. Məsələn 11 hecalıq qoşmada təqtilər 6+5 , 
4+4+3 və s. ola bilir. 
 
Çərşənbə günündə, (6) çeşmə başında (5) 
Gözüm bir alagöz (6) xanıma düşdü. (5) 
  
Dindirirəm (4) danışmırsan, (4) gülmürsən, (3) 
Xəbər alıb (4) əhvalımı (4) bilmirsən. (3)  
 (Aşıq Ələsgər) 
 
 Yeddi hecalıdan 16 hecalıya qədər bütün şeir formalarımda misra-
ları  təqtilərə bölmək mümkündür və bununla şeirşünaslıq elmi  məşğul 
olur. Folklorda misraların təqtilərə sabit bölünməsi mütləq bir tələbdir. 
Yazılı poeziyada bu forma tələbi müəyyən hallarda pozula da bilir. Şeir 
misralarının təqtilərə bölünməsi bütün dillərdə poeziyanın və onun əsas 
ünsürü olan poetik misraların başlıca  əlamətidir.  Əruzda təqtilərə  təfilə 
deyilir.  Hər dildə  təqtini bildirən müvafiq termin vardır və bu müvafiq 
dillərin poetikasına aiddir. 
Məsələn,  sillabik vəzn adlandırılan  şeir ölçülərində çox zaman 
misranın ritmi ancaq sintaktik təqtilər üzərində qurulur və saitlərin üzərinə 
düşən vurğu burada əsas rol oynayır. Məsələn, rus şeirində işlənən sillabik 
vəzn belədir. Səməd Vurğun A.S.Puşkinin “Yevgeni Onegin” romanını 
tərcümə edəndə pus sillabik təqtilərini Azərbaycan dilində  də ustalıqla 
saxlamış və şeirimizdə orijinal bir hadisə yaratmışdır. Bu ona görə müm-
kün olmuşdur ki, əslində Azərbaycan dilində  də uzun saitlər yoxdur 
(alınma sözlər istisna olmaqla). 
Unudulmaz şair Mikayıl Müşfiqin, Süleyman Rüstəmin də bir sıra 
şeirləri sillabik vəzndən istifadə edilərək yazılmışdır. “Yenə o bağ olaydı”, 
“Küləklər”, “Çapayev” və s. nümunələr bu qəbildəndir. 
 
 
5.5.3. Heca vəzni və onun əsas lirik şəkilləri 
 
Poeziyanın əsas  əlaməti olan sətirlərin ritmikliyi hər dildə spesifik 
şəkildə özünü göstərir. Belə spesifiklik isə  ən çox müvafiq dilin fonetik 
quruluşu və bu quruluşdan doğan tələffüz qanunları üzərində qurulur. 


 
277
Eyni sait və samitlər müxtəlif dillərdə müxtəlif məxrəclərdə tələffüz olu-
nur, bu da dillər arasında mühüm fonetik fərqləri yaradır. Poetik ritmiklik 
yaranarkən hər dilin sait və samitləri, onların tələffüz xüsusiyyətləri əsas 
rol oynayır və müvafiq vəznlərin, ritmika üsullarının sabitləşməsi ilə bitir. 
Vəzn ərəbcə ölçü deməkdir və mənşəcə ərəb şeirşünaslığından dili-
mizə keçmiş termindir. Əslində bu termin əruz sözü ilə birgə işlənmişdir. 
Lakin sovet dövründə  əruz vəzni termininə uyğun və paralel heca vəzni 
ifadəsi də  işlənməyə başlamışdır. Lakin aydın məsələdir ki, əruz vəzni 
tarixi baxımdan hecadan əvvəl işlənmişdir.  Əvvəlki fəsillərdən biz artıq 
bilirik ki, əruz vəzni Azərbaycan poeziyasına islam dininin ilk təbliği 
dövründə Allah haqqında nəzmlə yazılmış duaların, qəzəllərin dili kimi 
keçmişdir və islam dini mədəniyyətinin  əsas ünsürlərindən birini təşkil 
etmişdir. 
Buna baxmayaraq biz heca vəznini birinci şərh edirik. Bunun əsas 
səbəbi bu vəznin birbaşa Azərbaycan dilinin qanunları  əsasında və 
Azərbaycan dili zəminində yaranmış  vəzn olmasıdır. Biz artıq bilirik ki, 
əruz vəzni ərəb dilinin fonetik qanunları əsasında ərəb şeirində yaranmış 
və oradan da islam dini ilə birgə fars dilli poeziyaya keçmişdir. Ona görə 
əruz vəzninin  şeir mədəniyyətimizə yad olduğunu düşünmək dərin bir 
səhv olardı.  İslam dini ilə birgə  qəbul olunmuş bir çox fundamental 
dəyərlər kimi, əruz vəzni və klassik poeziya da bizim milli 
mənəviyyatımızın əsasını təşkil edən dəyərlərdir. 
Lakin heca vəzni də bizim üçün qiymətsiz bir dəyərdir. Hecanın 
milli və  mənəvi  əhəmiyyəti onun ana dilimiz, müasir ədəbi dilimizlə 
ayrılmaz bağlılığıdır. Ədəbi dillər xalqların tarixi yaddaşını və təcrübəsini 
ifadə edən və xalqın identifikasiyasında əsas əlamət sayılan milli dəyərlər-
dən biridir. Heca mənşəcə əruz şeir mədəniyyətindən törəsə də, o xalqımı-
zın öz dilində və özü tərəfindən yaradılmış spesifik ədəbi mədəniyyət kimi 
qiymətsizdir. 
 Bu  vəznin  əsası Azərbaycan dilində olan ahəng qanunu ilə ayrıl-
maz surətdə bağlıdır. Azərbaycan dilində və digər türk dillərində eyni tipli 
saitlərin sözlərdə bir-birini izləməsi qanunu vardır. Bunun nəticəsində 
hecaların adi tələffüzü türk dillərində müəyyən ahəng yaradır. Misralarda 
belə sözlər sıralananda hər heca qabarıq tələffüz məxrəcini saxlayır və 
poetik ritmikliyi yaradan əsas vasitəyə çevrilir. Ona görə bu vəznin “heca” 
adı daşıması tamamilə düzgündür. Misraların təqtilərə bölünməsində əsas 
rol oynayan hecalar təqtilərin də sabitləşməsində əsas rol oynamışdır. Bu 
rol o qədər böyük olmuşdur ki, Azərbaycan şeirində təqtilərdəki hecaların 
sayı sabitləşmişdir. Bu sabitliyin pozulması ritmikliyi də pozduğu üçün 
təqtinin heca tərkibinin sabitliyi heca vəzninin əsas əlamətinə çevrilmişdir. 


 
278
Sabit heca saylı  təqtilərin sıralanması qanunu misralara da keçmişdir. 
Ritmikliyin tələbi ilə misralarda sabit saylı təqtilərin sıralanması qanununa 
çevrilmişdir. Belə  sıralanma qanunu misralarda hecaların sayının da 
sabitləşməsi ilə nəticələnmişdir. 
Hecaların sayının təqti strukturundan ayrılmazlığı  səkkiz heca 
üzərində qurulan bayatı və gəraylı formasında daha aşkar görünür: 
 
Köhnə yaram (+) təzələndi, (5+3) 
Alagöz yarı (+) görəndə. (5+3) 
Canım odlara (+) qalandı, (5+3) 
Nazlı nigarı (+) görəndə (5+3) 
 
Qurbanıyam bu (+) dilbərin (5+3) 
İncə bel, gümüş (+) kəmərin (5+3) 
Könlü güldü Ə (+) ləsgərin, (5+3) 
Dürüst ilqarı (+) görəndə. (5+3) 
 (Aşıq Ələsgər) 
 
Heca vəznində misralarda hecaların sayını sabitliyi poetik ritmikli-
yin mühüm əlamətlərindən birinə çevrilmişdir. Keçmişlərdə belə  şeirə 
barmaqhesabı şeiri də deyilmişdir. Görünür, el şairlərinin ustalığını yox-
lamaq üçün onların yaratdıqları misralarda hecaların sayı barmaqla 
sayılmış və bu yolla şairlərin qüsuru axtarılmışdır. Barmaqhesabı ifadəsi 
də buradan qalmışdır. Lakin qafiyəyə ritmikliyin əsası kimi daha artıq 
əhəmiyyət verilməsi aşıq ədəbiyyatında da təqtilərdə heca sabitliyinin tez-
tez pozulmasına səbəb olur. Lakin bu pozulma heç zaman heca vəzninin 
əsas prinsipini – heca sayının sabitliyi tələbini poza bilməmişdir.  
Azərbaycan hecasının maraqlı tarixi vardır. Bizdə heca vəznində 
şeir yazmaq ənənəsi Avropa intibahı ilə eyni vaxtda – XV-XVI əsrlərdə 
başlanmışdır. Bu islamı və onun bəzi təriqətlərini tərəkəmə türk tayfaları 
içərisində sazla oxuma formasında təbliğ etmək təşəbbüsündən yaranmış-
dır. Sazla oxunan qəzəllər şifahi tələffüz qanunlarının təsiri ilə gəraylılara 
çevrilmişdir. Əruzun müvafiq bəhrləri buna tam imkan yaratmışdır. Qazi 
Divanında, Xətaidə  və s. klassiklərdə belə nümunələr az deyil. Bunun 
klassik formasını Yunis İmrənin yaradıcılığında görmək olar. Məsələn, 
şairin “Məhəmmədin minacatı” şeirini əruzda verirlər. Bu şeirin bir neçə 
bəndinin gəraylı şəklində yazılmış formasına baxsaq, burada pozuntu belə 
görmək çətindir: 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə