Microsoft Word Rehim m son doc


 Lirik təhkiyənin əsas əlamətləri



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə107/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   103   104   105   106   107   108   109   110   ...   137

 
271
 
5.5.2. Lirik təhkiyənin əsas əlamətləri 
 
Ritm və şeir dilində onu yaradan vasitələr. Lirik təhkiyənin əsas 
əlamətləri olan ritm, ovqat və qafiyə qədim mərasim formalarında ibtidai 
şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə 
məxsus sinkretizmin, daha dəqiqi musiqili, rəqsli ifanın folklor mətnlərin-
də qalığıdır. Ona görə poeziyanın  ən qədim mənşə  əlamətini göstərmək 
lazım gəlsə, demək olar: musiqililik. Müasir poetika termini ilə isə indi 
buna  şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün 
dillərdə poetizmin ilk ünsürüdür. 
Yazıya alınana qədər hər bir nəğmə nümunəsi mahnı  mətnidir. 
Yazıya alınan kimi onun mətn kimi oxunması praktikası başlanır və həmin 
kollektiv nəğməsi  ədəbi mətn olur. Yəni poetik ritm əlamətlərini itirmiş 
söz sırası olur. Nəğmə sözləri  ədəbi bir mətnə çevrilir. Deməli, yazıdan 
əvvəl heç bir lirik mətndən,  ədəbi mətndən söhbət ola bilməz. Oxuma –
nəğmənin yazıya alındığı gün poeziyanın doğulduğu gündür. İndi bunun 
ilk dəfə harada və kimin tərəfindən edildiyini heç kəs deyə bilməz. 
Beləliklə, yalnız yazıya alınma nəticəsində bizim bu gün haqqında poetik 
ritmli lirik təhkiyə kimi danışdığımız hadisə meydana çıxır. Yəni nəğmə-
nin sinkretik folklor sənətindən ayrılıb yeni ritmik mətn həyatı başlayır. 
Misra və qafiyə. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra 
(sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik 
baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan 
folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt  deyilir. 
Yazılı  şeir yaranana qədər mərasim nəğmələrinin ritmikliyi sintaktik 
təkrarlar  və  paralelizmlər vasitəsi ilə yaranırdı. Bu poeziya dilinin 
qafiyəyə  qədərki mərhələsidir. Məsələn, “İlliada”, “Odisseya” “Dədə 
Qorqud“ dastanlarında hələ qafiyəli  şeir yoxdur (Bu yazıya qədər bütün 
xalqların folkloruna aid olmuşdur). Ona görə  həm də ozan olan Dədə 
Qorqud “boy boylayır, söy söyləyir”. Söyləmə – dastanlarda həm də 
ritmlə, sintaktik təkrarlarla bəzənmiş dillə danışmaq demək idi. Söyləmə-- 
dastanda ozanın  əvvəlcədən  əzbər bildiyi mətnləri oxumağa deyilir və 
“aydırmaq” anlayışından fərqlənirdi. “Aymaq” – ikinci şəxsin sözünə ca-
vab vermək mənası daşıyırdı. Ona görə söyləmə termini qədim Azərbay-
can dilində 1) musiqili oxuma, 2) şeir, poeziya terminlərinin qarşılığı ol-
muşdur. Müasir dildə  şeir söyləmək, nağıl söyləmək ifadələri təsadüfi 
deyil. “Diyuq” termini söyləmənin Osmanlı mühitində yaranmış türkdilli 
sinonimidir (Osmanlı ləhcəsinə uyğun “tiyuq” variantı səhvdir, çünki kök 
söz Azərbaycan türkcəsinə məxsus olan “de(i)mək” felindəndir). 


 
272
Pəhləvanlar və allahlar haqqında bütpərəst xalq nəğmələri yazıya 
alınandan sonra şifahi nəğmələrdə misraların sonunda təkrarlanan ahəngcə 
oxşar sintaktik formalar qafiyə kimi sabitləşdi. Yazı sayəsində qulaq 
qafiyəsi ilə  həqiqi qafiyə arasındakı  fərq qabarıqlaşdı  və get-gedə qafiyə 
kanonikləşib şeir dilinin əsas əlamətinə çevrildi. Ota əsrlərdə şeir yazmaq 
az qala qafiyə ilə yazmağa bərabər oldu və qafiyəşünaslıq  şeirşünaslığın 
əsas sahəsinə çevrildi.  
Şərqdə divan yaratmağın əsas şərtlərindən biri şairə qədər işlənmiş 
qafiyələrin hamısında şeir yazmaq bacarığını göstərməkdən ibarət idi. Bu 
şüurlu estetik prinsip idi. Amma proletkultçuluq dövründə bunu anlama-
yanlar bu xüsusiyyəti epiqonçuluq adlandırmışdılar. 
Ritm yaradan sintaktik paralelizmlər  folklorun qeyri lirik 
növlərində – atalar sözü və tapmacalarda da geniş yayılmışdır və bunların 
qədimliyini təsdiq edir. Çox güman ki, Mahmud Kaşqarinin “Divani-lüğət 
ət türk” sözlüyündə  və “Dədə Qorqud” dastanlarında gördüyümüz qa-
lıblaşmış söyləmələr  şeir dillindən  əvvəlki mərasim nəğmələrinin və 
oxumalarının qalığıdır və qafiyədən əvvəlki dövrə aiddir. Ona görə də rit-
mik nəsr dili və ya sintaktik paralelizmlərlə bəzənmiş kahin və ağsaqqal-
lara, ozanlara məxsus söyləmə dili poeziyadan qədimdir. 
Tam mənada poeziya dilindən ancaq qafiyənin meydanda olmasın-
dan sonra danışmaq mümkündür. Bu mənada qafiyə ritm yaradan ünsür 
kimi misranın sonunda işlənib daşlaşmış sintaktik paralellik də adlandırıla 
bilər. Poeziya dilində paralel kəlmənin sabit yeri vardır: misranın sonu. 
Beləliklə,  şeir dili iki əsas ünsür şəklində sabitləşir: misra və qafiyə. 
Misra – hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan 
söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, 
qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının 
nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın 
bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə  mənsubluğunu 
göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. 
 Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik 
ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir 
dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən – 
musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olma-
sından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, 
musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin 
nəticələri idi. 
 Orta əsrlərdə qafiyənin mütləqləşməsi və fetişləşdirilməsi hadi-
səsi baş verir. Yəni qafiyə ərəb, fars və türkdilli əruz poeziyasında poezi-
yanın əsas formal elementi kimi qəbul olunmağa başlayır. Qafiyəli nəsrlə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə