Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə111/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   107   108   109   110   111   112   113   114   ...   137

 
282
olması yaxınlaşdırır. Türk dillərində uzun saitlər yoxdur, indi işlənən belə 
uzun saitli saat, səadət, viran, Turan və s. kimi sözlər dilimizə ərəb və 
fars dillərindən keçmişdir. Muğan və Mil qışlaqlarında, Şirvanda müxtəlif 
İran dilli tayfalarla qonşu olan azərbaycanlılar  İslam dinini əsasən iranlı 
din təbliğatçıları vasitəsi ilə mənimsəmişlər. O zaman türkcə ibtidai təhsil 
olmadığı üçün islamın  əsaslarını öyrənən savadlı azərbaycanlılar ibtidai 
təhsillərini dövrün əsas qədim dillərindən olan fars dilində alırdılar. 
Nəticədə türk əsilli  şairlər də öz ana dillərində Allah barədə  şeirləri və 
duaları tərcümə edəndə əruz vəznini də tərcümədə və şəxsi yaradıcılıqda 
saxladılar. Təxminən XIII əsrdən başlanan bu qayda əsrlərlə davam etdi 
və nəticədə əruz vəzni klassik ədəbiyyatın əsas vəzni kimi sabitləşdi. 
Əruz vəzni ilk dəfə VIII əsrdə ərəb şeirşünası Xəlil ibn Əhməd elmi 
surətdə  təsvir etmiş  və onun 15 bəhrini fərqləndirmişdi. Sonralar şeirşü-
naslıqda əruza maraq artmış və yeni tədqiqatçılar onun bəhrlərinin sayını 
19-a çatdırmışlar. Dillərin fonetik strukturundan asılı olaraq hər dildə 
əruzun bəhrlərini təxminən yarısı  işlək olur. Bizim əruzşünaslar 
Azərbaycan dilində  əruzun ancaq 11 növünün işləndiyini təsdiqləyirlər. 
Bunlardan da ancaq bir qismi geniş işlənib, qalanlarına az təsadüf edilir. 
Əruz vəzni  şeir sətirlərində sabit təqtilərin dəyişmədən təkrarına 
əsaslanır.  Əruzda misranın təqtilərə bölünən hissələrinə  təfilə deyilir. 
Məsələn: 
Məni candan +usandırdı,+ cəfadan ya+ r usanmazmı, 
Fələklər yan+dı ahimdən,+ muradım şəm”+i yanmazmı?  
Təfilələr digər saitlərdən uzun tələffüz olunan saitlərə görə sərhəd-
lənir. Sətirdə  hər bir-iki uzun sait təfilə yaratmış olur. Şərq  şeirşünas-
lığında qədimdən bəri hecaların sayından asılı olaraq qısa fəilun sözünün 
variantından istifadə olunur. Fəilun feli ərəb sözüdür, iş hərəkət, fəaliyyət 
bildirir. Azərbaycan dilində  işlənən fel, fəal, failiyyət sözləri də  həmin 
kökdəndir. Təfilələri sxematik olaraq işarə etmək üçün aşağıdakı  təfilə 
qalıbları ilə bildiriblər. 
1. Hecalarının sayı ən qısa olan təfilələri 2 saitli qalıb-variantlar bil-
dirir. 
a. Bir uzun saitli variant: 
fəU
fAul/ faU
b. Uzun saitsiz bir ya iki hecalı: 
fə”il 
fə” 
2. Üç saitli qalıb-variantları: 
 a. Bir uzun saitli qalıb variantları 


 
283
fAilin/ failU
fə”Ulun/ fə”Ülin/ 
məf”Ulu 
b. Uzun saitsiz qalıb variantları: 
fə”ilün/fə”ili 
3. Dörd saitli qalıb variantları daha zəngindir
a. Bir saitin uzun olduğu variant: 
məfAilun /məfAilü 
fəilAtün/ fəilAtü 
mütəfA”ilün 
b. İki uzun saitli təfilələr: 
 fAilAtün/ fAilAtü 
/ məflün/ məflü 
d. Uzun saitsiz variantlar: 
müftə”ilün 
müstəf”ilün 
 Azərbaycan əruzunun bəhrləri və əsas növləri təfilə sxemləri üzrə 
aşağıdakı kimi təsvir edilir. 
Həcəz bəhri və onun 9 növü məfAİlün təfiləsi üzərində yaranır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Apardı könlümü bir çeşmi-məşmur, 
Kim ola, istəməz şol hüsnə məğrur. 
 (Nəsimi, Həcəzin 3-cü növü) 
 
Rəməlin 7 növü oxşar fAilAmun/ fə”ilAmun təfiləsi üzərində 
yaranır. 
 
 
 
MəfA”İlün MəfA”İlün MəfA”İlün MəfA”İlün 
 MəfA”İlün MəfA”İlün, 
MəfA”İlün, MəfA”İlün, fə”Ulun 
MəfUlu MəfA”İlün, MəfA”İlün, fə”ulun 
MəfUlu MəfA”İlün, məfUlu MəfA”İlün, 
MəfUlu MəfA”İlün, 
MəfA”İlün, fə”Ulun MəfA”İlün, fə”Ulun 
Məf”ulu məfA”ilün fə”Ulun 
Məf”Ulu məfA”İlün fəUlun


 
284
 
 
 
 
  
 
 
 
 
 
 
 
Ey xətin cəb”ülməsani, ey ləbin ma”i-təbur, 
Vey cəmalın pərtıvindən səbəsər aləmdə nur! 
(Nəsimi, Rəməlin 2-ci növü) 
 
Rəcəzin növləri uzun saitsiz müstəf”ilün təfiləsi üzərində qurulur 
 
 
 
 
 
 
Yandırdı şövqün canımı, ey dərdə dərman , qandasan? 
Canımda can sənsən, vəli istər səni can, qandasan? 
(Nəsimi, Rəcəzin 1-ci növü) 
 
Münsərih bəhrinin növləri uzun saitsiz məftə”ilün təfiləsi üzərində 
qurulur 
 
 
 
 
 
 
Hüsnünə gör mən necə aşiqi-divanəyəm, 
Eşqinə baş oynaram, gör necə mərdanəyəm. 
(Nəsimi, Münsərihin 1-ci növü) 
 
 
fA”ilAmun fA”ilAmun fA”ilAmun fA”ilAmun 
fA”ilAmun fA”ilAmun fA”ilAmun fA”ilün 
fə”ilAmun fə”ilAmun fə”ilAmun fə”ilAmun  
fə”ilAmun fə”ilAmun fə”ilAmun fə”ilün 
fA”ilAmun fA”ilAmun fA”ilün  
fə”ilAmun fA”ilAmun fə”ilAmun  
fə”ilA”mun fə”ilA”mun fə”ilün 
müstəf”ilün müstəf”ilün müstəf”ilün müstəf”ilün 
müstəf”ilün müstəf”ilün 
müstəf”ilün məfA”ilün müstəf”ilün məfA”ilün 
müstəf”ilün məfA”ilün 
məftə”ilün fA”ilün məftə”ilün fA”ilün 
məftə”ilün fA”ilün 
məftə”ilün fA”ilAtü məftə”ilün fə” 


 
285
Səri” bəhri . 
 
 
 
 
 
Xəfif bəhri 
 
 
 
 
 
 
Müzare bəhri 
 
 
 
 
 
Mütəqarib bəhri 
 
 
 
 
 
Müctəss bəhri 
 
 
 
 
 
Mütədarük bəhri 
 
 
 
 
Kamil bəhri 
 
 
 
məftə”ilün məftə”ilün fA”ilün 
məftə”ilün məftə”ilün 
fA”ilAtun məfA”ilün fə”ilAtün  
fə”ilAtün məfA”ilün fə”ulün 
fə”ilAmün məfA”ilün fə”ilün 
Məf”Ulu fA”ilAtü məfA”İlü fA”ilün 
Məf”Ulu fA”ilAtün məf”Ulu fA”ilAtün 
fə”Ulun fə”Ulun fə”Ulun fə”Ulun 
fə”Ulun fə”Ulun fə”Ulun fə”Ul 
 
MəfA”ilün fə”ilAtün məfA”ilün fə”ilAtün 
MəfA”ilün fə”ilAtün məfA”ilün fə”ilün
FA”ilün fə”il fA”ilün fə”il 
mütəfA”ilün mütəfA”ilün mütəfA”ilün mütəfA”ilün 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə