Müasir Azərbaycan dili
213
Cümlədə həmcins üzvlərə aid ümumiləşdirici
sözlər və birləşmələr ola bilir. Ümumiləşdirici sözlər və
birləşmələr həmcins üzvlərin hamısının mənasını ifadə edir,
onları bir cins məfhumu altında birləşdirir və həmcins üzvlərlə
eyni qrammatik formada olur, eyni vəzifə daşıyır.
Ümumiləşdirici sözlər həmcins üzvlərdən həm əvvəl, həm
də sonra, bəzən də emosionallığı artırmaq məqsədilə hər
iki tərəfdə işlədilir. Əvvəl işləndikdə həmcins üzvlərlə
ümumiləşdirici söz arasında aydınlaşdırma əlaqəsi olur,
sadalama üçün imkan yaranır və sadalanan həmcins üzvlər
ümumiləşdirici sözün mənasını aydınlaşdırır, dəqiqləşdirir,
buna görə də yazıda ümumiləşdirici hissədən sonra
qoşa
nöqtə, tire (
bəzən vergül) qoyulur.
Ümumləşdirici sözlər və
birləşmələr həmcins üzvlərdən sonra işləndikdə yazıda
onlardan əvvəl tire (bəzən vergül) qoyulur və bu zaman
həmcins üzvlərlə verilən təfərrüatı ümumiləşdirir. Məsələn,
Burda hər şey- çardağın altında qaralan ocaq daşları da,
dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlanmış
pəncərənin dalında görünən mis dolça da mənə anamı
xatırladırdı. (İ.Hüseynov) İraq və Hindistan qapılarına qədər
bütün fars, Mazandaran, Gilan, Azərbaycan, Bağdad - hamısı
mənin torpaqlarımdır. (M.İsmayılov)
Ümumiləşdirici sözlər fellərə nisbətən adlarla ifadə
olunan üzvlərə daha çox aid olur.
Cümlə üzvlərinin xüsusiləşməsi. Cümlədə digər
üzvlərdən aydın fasilə ilə ayrılan və xüsusi intonasiya ilə
nəzərə çatdırılan üzvlər xüsusiləşən üzvlər adlanır.
Xüsusiləşmələr cümlə üzvləri içərisində mühüm yer tutur.
Dilimizdə bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin
tamamlığın və zərfliyin xüsusiləşməsinə daha çox rast gəlmək
olur.
Nitq prosesində bu və ya digər üzvün xüsusiləşməsi
həmin üzvü mənaca aktuallaşdırmaq, daha artıq nəzərə
çarpdırmaq istəyi ilə bağlıdır.
Xüsusiləşmiş üzvlərin
Gülarə Abdullayeva
214
köməyi ilə dil vasitəsindən az istifadə edilməklə daha çox
informasiya vermək mümkün olur.
Xüsusiləşmə müxtəlif şəraitdə müxtəlif vasitələrlə
əmələ gəlir. İntonasiya, fasilə, vurğu, söz sırası və s. ilə yanaşı,
xüsusiləşməni əmələ gətirən bir sıra leksik- qrammatik
vasitələr də vardır. Həmin vasitələrin bir qismi cümlənin
xüsusiləşən üzvünə qoşulmaqla onu cümlənin qalan
hissəsindən fasilə ilə ayırır. Bu qrupa
başqa, özgə, qeyri,
savayı, sonra, kimi, haqda, baxmayaraq, əlavə, əvəzinə,
asılı olaraq, yanaşı olaraq, fərqli olaraq və s. kimi
qoşmalar və qoşmalaşmaqda olan sözlər daxildir. Məsələn,
Özü də nə etdiyini bilmədiyi halda, qarşısındakı cihazları
qurdaladı. (İ.Əfəndiyev) Surxay namuslu bir adam kimi
hərəkət etməsinə baxmayaraq, onu başa düşən az tapıldı.
(İ.Əfəndiyev) Mən o zaman kənardan baxıb göz yaşı
tökməkdən başqa bir şey edə bilmədim.(Ə.Hacızadə) Gəlinlər
əmr almış kimi, yaşmaqlarını burunlarının ucunadək qaldırıb,
baş örtüklərini gözlərinin üstünə çəkdilər. (İ.Şıxlı) Qırx səkkiz
yaşı olduğu halda, saçlarında bir dənə də ağ tük yoxdu.
(İ.Əfəndiyev) O, köynəyini soyunmaq əvəzinə, pencəyini geyib
düymələrini də bağladı.(İ.Əfəndiyev)
Xüsusiləşməni əmələ gətirən ikinci qrup leksik-
qrammatik vasitələr
xüsusən, xüsusilə, o cümlədən, özü də,
hətta, illa da (illah da) və s. modal sözlərdən,
bağlayıcılardan ibarətdir. Belə cümlələrdə əvvəl ümumini
bildirən
cümlə üzvü işlənir, sonra onun bir hissəsi
xüsusiləşdirilir. Bu vasitələr xüsusiləşən üzvdən əvvəl
işlənir, onu aydın fasilə ilə özündən əvvəlki hissədən
ayırır. Xüsusiləşmənin bu növünün yeri ümumini bildirən
üzvdən asılı olduğu üçün bunlar cümlənin ya daxilində, ya
da sonunda işlənir. Məsələn,
Dayımın hər işdə bəxti gətirsə
də, övladda, xüsusən oğlanda bəxti gətirmədi. (F.Kərimzadə)
Onun özünə hərdən, ələlxüsus son iki-üç ildə elə gəlirdi ki, heç
zitomirdə olmayıb. (Y.Səmədoğlu) Düzdür, hərdən, xüsusən də
Müasir Azərbaycan dili
215
son zamanlar Ziyad xanın ürəyindən bir qorxu da gəlib
keçirdi.(Elçin) O zamanlar, xüsusən Bakı şəraitində bu məsələ
çox xarakterik idi. (S. Rüstəmxanlı) və s.
Xüsusiləşmənin bu növü dəqiqləşdirici xüsusiləşmiş
üzvlər adlandırılır.
Xüsusiləşmənin bir neçə tipi vardır. Ən çox işlənən
xüsusiləşmə tipi feli tərkiblərin xüsusi qrammatik şəraitə
düşüb xüsusiləşməsidir. Məsələn,
Sinfi düşmənimizin öz
mənfur planlarını həyata keçirmək üçün dəridən-qabıqdan
çıxmasına baxmayaraq, onu məğlubiyyətə uğradacağıq.
(F.Kərimzadə) Yayın son ayları olduğu halda, təbiətin bu
yerlərə biçdiyi don hələ də öz yaşıllığını saxlamışdı.
(F.Kərimzadə) Dünya üzündə hər şey dəyişdiyi kimi, zəmanə
də dəyişirdi. (S. Rəhimov)
Dilimizdə bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin
onların hamısı eyni dərəcədə xüsusiləşmir. Bunlardan
bəzilərinin
xüsusiləşməsinə tez-tez, bəzilərininkinə isə gec-
gec rast gəlirik. Ən az hallarda xüsusiləşən xəbər, mübtəda
və təyindir. Qeyd etdiyimiz kimi, ən çox zərflik və tamamlığın
xüsusiləşməsinə rast gəlinir.
Əlavələrin bir qismi də aid olduğu üzvdən aydın fasilə
və xüsusi intonasiya ilə ayrılaraq xüsusiləşir və belə əlavələr
xüsusiləşən əlavələr adlanır. Məsələn,
Məmləkət əhlinin onları-
rumluları görməyə gözü yox idi. (F.Kərimzadə) Sabit Mayılov
tüfəngi kötüyə çırpıb ortadan iki parçaladı, onu- Zəlimxanı isə
ayaqlarının altına saldı. (İ.Hüseynov)
Əlavə sözlər və əlavə cümlələr. Bəzən danışan şəxs
işlətdiyi cümlədəki bir sözün, ifadənin, birləşmənin mənası
ilə bağlı əlavə məlumat vermək, onu izah edib
aydınlaşdırmaq istəyir. Buna görə də
cümləyə əlavə
sözlər, birləşmələr, bəzən də cümlələr daxil edir. Əlavə
adlandırılan bu cür sözlər, birləşmələr və cümlələr izah
edib aydınlaşdırdığı üzvdən sonra işlənir. Məsələn,
Gülarə Abdullayeva
216
Sevdiyim qız bütün dünyanın ən gözəl qızı - odlar gəlinidir.
(C.Cabbarlı)
Asılı olduğu üzvdən sonra gəlib, onu müxtəlif
cəhətdən izah edib aydınlaşdıran sözlərə, birləşmələrə
əlavə deyilir.
Əlavələrin aid olduğu üzv əlavəli üzv adlanır.
Əlavələrin bir qismi xüsusi intonasiya ilə tələffüz edilir
və əlavəli üzvdən aydın fasilə ilə ayrılır və xüsusiləşir.
Bir qismi isə belə fasilə ilə ayrılmır və xüsusiləşmir.
Məsələn,
Keşikçinin axırıncı sözləri əziz sevgilisini- İnci
müəlliməni yadına salmışdı. (V.Babanlı) Xəlil yüzbaşı
hamısını dustaq edir. (M.F.Axundzadə)- cümlələrindən
birincisində
İnci müəlliməni xüsusiləşən, ikincidəki
yüzbaşı isə
xüsusiləşməyən əlavədir.
Bu cəhətlərinə görə əlavələr iki yerə bölünür
:
xüsusiləşən əlavələr, xüsusiləşməyən əlavələr.
Xüsusiləşən əlavələrdə əlavə ilə əlavəli üzv arasında
durğu, fasilə olur. Eyni zamanda, onlardan qabaq,
yəni
bağlayıcısının işlədilməsi mümkündür.
Cümlədə əlavə əlavəli üzvdən asılı vəziyyətdə olur.
Bu cəhətinə və aid olduğu üzvü izah edib aydınlaşdırmasına
görə əlavə təyinə bənzəyir. Lakin aşağıdakı xüsusiyyətlər onları
bir-birindən fərqləndirir:
1.Təyin bir qayda olaraq
necə? nə cür? hansı?
suallarına cavab verdiyi halda, əlavə hansı üzvə aiddirsə, onun
suallarına cavab verir.
2. Təyin ancaq əşya məzmunlu üzvlərlə əlaqələndiyi
halda, əlavə feli xəbərlə də əlaqələnə bilir.
3. Təyinlənən müxtəlif şəkilçilər qəbul edib dəyişsə də,
təyin heç bir şəkli əlamət qəbul etmir, sabit qalır, əlavə isə aid
olduğu üzvün bütün şəkli əlamətlərini qəbul edir.
4. Təyinlənəni atsaq,
təyin öz təyinlik məzmununu
itirər, məhv olar, əşyavilik xüsusiyyəti qazanar, lakin əlavəli