Müasir Azərbaycan dili
221
(S. Vurğun) Gəl, ey boranlı qış, səpələn, ey qar, Geyin ağ
kürkünü, sən ey ixtiyar! (M.Müşfiq) Bu yerləri necə görürsən,
dədəm? (Ə.Cəfərzadə)
Xitab cümlənin daxilində işləndikdə, adətən hər iki
tərəfdən vergüllə ayrılır. Məsələn, Hardasan, ey qəlbimin bir
dənəsi, hardasan? (M.Araz)
Cümlənin sonunda işlənən xitabdan əvvəl vergül
qoyulur, xitabdan sonra isə intonasiyadan asılı olaraq nöqtə
(üç nöqtə), sual və nida işarələrindən biri qoyula bilər.
Məsələn, Yox olsun başından duman, Təbrizim! (S.Rüstəm)
Şöhrətin yayılıb hər yana, ceyran! (S.Vurğun)
Xitablar bir sıra xüsusiyyətlərinə görə mübtədaya
bənzəyir. Mübtəda kimi xitablar da adlıq halda olan isim,
ismi birləşmələrlə ifadə olunur, mübtəda kimi xitab
vəzifəsində işlənmək üçün bir sıra başqa nitq hissələri
işlənməli olur. Hətta bir sıra hallarda bir cümlə daxilində
intonasiya və fasilənin köməyi ilə xitabla mübtədanı bir-
biri ilə əvəz etmək olur. Məsələn, Əli, kitabı gətirdi –
cümləsində durğu işarəsindən, intonasiyadan asılı olaraq Əli
xitab və mübtəda kimi qəbul edilə bilər. Belə hallara
baxmayaraq, mübtəda ilə xitabların mühüm fərqləri vardır:
- Mübtəda cümlənin baş üzvüdür, xitab cümlə üzvü
sayılmır.
- Mübtəda aid olduğu cümlənin üzvləri ilə məna və
qrammatik cəhətdən bağlı olur, xitablar cümlə üzvləri ilə
yalnız məna cəhətdən əlaqələnir.
- Mübtəda hər cür nitq hissələri və söz birləşmələri
ilə ifadə oluna bilir, xitabların isə ifadə imkanları
məhduddur.
- Mübtəda adi intonasiya ilə, xitablar xüsusi
müraciət intonasiyası ilə tələffüz edilir.
- Mübtədadan fərqli olaraq, xitab aid olduğu
cümlənin üzvlərindən aydın fasilə ilə ayrılır.
Gülarə Abdullayeva
222
- Mübtəda adətən cümlənin əvvəlində işlənir, xitabın
cümlədə yeri sərbəstdir.
- Yazıda mübtədadan sonra bu və ya digər durğu
işarəsinə ehtiyac olmur, xitabdan sonra intonasiyadan asılı
olaraq vergül və ya nida işarəsi qoyulur.
- Mübtəda bütün şəxslərdə ola bilir və onun
forması ilə məzmunu arasında fərq olmur. Amma xitab
formaca III, məzmunca II şəxsi ifadə edir.
Ara sözlər. Ara sözlər danışanın ifadə etdiyi fikrə
münasibətini bildirir və heç bir suala cavab vermir.
Məsələn, Guya ki, burnuna bir iy dəymişdir. (M.İbrahimov)
Deyəsən, mənim dediklərimi qulaqardına vurursan. (İ.Şıxlı)
Oğlum, yəqin ki, yorğanı həmişəki kimi üstündən atıb.
(F.Kərimzadə) və s.
Ara sözlərin bir qismi müstəqil mənasını tamamilə
itirərək əsas nitq hissələrindən tamamilə uzaqlaşan, heç bir
məna ifadə etməyən, yalnız fikrə münasibət bildirən söz
(beləliklə, əlbəttə, nəhayət, təəssüf, heyf, yəqin, bəlkə,
həqiqətən, sanki və s.) və digər qismi həm ara söz, həm də
cümlə üzvü kimi (görünür, demək, deməli, doğrudur, şübhəsiz,
deyəsən, deyirlər, mənə görə, sənə görə, məlumdur və s.)
işlənir.
Morfoloji tiplərinə görə ara sözləri 2 növə ayırmaq
olar: 1) ismi ara sözlər, 2) feli ara sözlər.
İsmi ara sözlərə doğrusu, doğrudur, yaxşı, yaxşı ki,
birincisi, ikincisi, axırda, məncə, səncə, bizcə və s. aiddir. Feli
ara sözlər isə fellə əlaqədar olur. Məsələn, deyək,
görürsən ki, deyirlər, tutaq ki, deməli, görünür, deyəsən
və s.
Bu növə daxil olan ara sözlərin əksəriyyəti felin
təsriflənən formalarında olur və ayrı-ayrı şəxslərə görə
dəyişir. Ona görə də belə ara sözlər ancaq xəbərdən ibarət
olan cümlələri xatırladır, lakin bu sözlər əsl leksik
mənalarını itirdiyinə görə, onlar ancaq ara sözlər adlanır.
Müasir Azərbaycan dili
223
1. I şəxsin tək və cəminə uyğun gələnlər : deyirəm ki,
deyək ki, tutaq ki və s.
2. II şəxsin tək və cəminə uyğun gələnlər: görürsən ki,
inan, inanın və s.
3. III şəxsin tək və cəminə uyğun gələnlər: deyir,
deyirlər və s.
Ara sözlərin bir hissəsi də söz birləşmələri şəklində
ifadə olunur. Məsələn, aydın məsələdir, hər şeydən əvvəl,
bunun qarşısında, bununla bərabər, həmişə olduğu kimi,
yeri gəlmişkən deyək ki, qısa desək, belə çıxır ki, sadəcə
olaraq və s.
Ara sözlərin məna növləri, quruluşu. Ara sözlərin
aşağıdakı məna növləri vardır:
1. Fikrin gerçəklik dərəcəsini göstərən ara sözlər. Bu
ara sözlərin özünü də bir neçə qrupa ayırmaq olar:
a) yəqinlik bildirənlər: əlbəttə, şübhəsiz, şübhəsiz ki,
sözsüz, sözsüz ki, qətiyyən, əsla, həqiqətən, doğrudan və s.
Məsələn, Ona göstərilmiş belə hörmət, əlbəttə, onun qara
qaşına, ala gözünə görə deyildi. (V. Babanlı) Doğrusu, sən
belə danışanda mən özümü pis hiss edirəm. (İ.Əfəndiyev)
Sözsüz, daha dünya gözü ilə bir-birimizi görməyəcəyik.
(R.N.Güntəkin)
b) güman, şübhə bildirənlər: güman ki, çox güman ki,
bəlkə, bəlkə də, görünür, deyəsən, ola bilsin ki və s. Məsələn,
Görünür ki, kənddə mənim verəcəyim mənfəət daha çox
olacaqdır. (M.İbrahimov) Ancaq, deyəsən, kənd cavanlarının
çoxu qəzəbli idi. (İ.Şıxlı) Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal. (M.Araz)
c) söylənilən fikrin təbii, adəti üzrə olduğunu
bildirənlər: adəti üzrə, təbii ki, həmişə olduğu kumi, bir qayda
olaraq və s. Məsələn, Süleyman dəvələri rahatlayıb evə
qayıdanda, həmişə olduğu kimi, Cabbarı qapı ağzında onu
gözləyən gördü. (O.Salamzadə) Təbii ki, bu qoca dünyanın
onun-bunun gücü çatmayan qanunları vardır. (Əbülhəsən)
Gülarə Abdullayeva
224
2. Danışanın ifadə olunan fikrə hissi münasibətini
bildirən ara sözlər: xoşbəxtlikdən, bədbəxtlikdən, təəssüf,
qəribədir, heyf, heyf ki, şükür, şükür ki, təəccüblüdür və s .
Məsələn, Qəribədir ki, bu adamın yerişi də, duruşu da yastı idi.
(M.İbrahimov) Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş
sonası, heyf ki, yoxdur. (M.P.Vaqif)
3. Fikrin mənbəyini göstərən ara sözlər: məncə,
səncə, bizcə, sizcə, mənə görə, deyildiyinə görə, zənnimcə,
fikrimcə və s. Məsələn, Məncə, heç bir qəpik də almayıb.
(S.Rüstəmxanlı)
4. Fikrin ifadəsi üsuluna münasibət bildirənlər. bir
sözlə, daha doğrusu, düzü, açığı, necə deyərlər, əslində və s.
Məsələn, Mən heç bir söz demirəm. Daha doğrusu, deyə
bilmərəm. (İ.Əfəndiyev)
5. Nitqin sırasını bildirən ara sözlər: əvvəla, birincisi,
ikincisi, müxtəsər, əlqərəz, nəhayət, üstəlik, bir daha,
ümumiyyətlə, əksinə, bununla bərabər, xülasə, birinci,
əvvələn, beləliklə, və s.
6.Çağırış, diqqət bildirənlər:
görürsən (mi),
görürsünüzmü, bilirsənmi, bilirsinizmi, başa düşürsən(mi),
başa düşürsünüzmü, inanırsan (mı), inanırsınızmı, əgər bilmək
istəyirsənsə, əgər bilmək istəyirsinizsə, bağışla, bağışlayın,
tutaq ki, yaxşı, çox gözəl və s .
Ara sözlər quruluşuna görə 2 cürdür: sadə ara
sözlər, mürəkkəb ara sözlər. Sadə ara sözlər bir sözdən
ibarət olur. Məsələn, Görəsən, bir ağıllı adam qabağa çıxıb
qırğının qabağını alacaqmı? (F.Kərimzadə) Onların iddiasına
görə, guya Fəzli insanla heyvanatı, ilahə və gözəl olanla
murdarı, yəni padşahla rəiyyəti eyniləşdirirdi. (İ.Hüseynov)
Dostları ilə paylaş: |