“RESPOND”
layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
2
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
qədər də gücləndirdi, belə ki, dövlət sektoru işçiləri minimal əmək haqqı qazanmaq cəhdi
ilə bilavasitə müştərilərin ödəniş aparmağına təsir etdilər (Ensor, 2004; Shishkin et al.,
2003).
Qeyri-rəsmi ödənişlər sisteminin iki yolu xidmətlə təchiz edənlərin fəaliyyətini
stimullaşdıra bilər: təchiz olunan xidmətlərin tipinə və təchiz edilən testlər, yaxud
proseduraların miqdarına təsir etməklə. Əgər bir xidmət digərindən əhəmiyyətli dərəcədə
fərqlənən gəlir verərsə, həkimlər, yəqin ki, daha çox fayda verən o xidməti inkişaf etdirərlər
(Kovács, 1999). Məsələn, abort xidmətləri üçün çox yüksək ödənişlər edilirsə, tibbi
xidmətlə təchiz edənləri nisbətən az gəlir verən AP xidmətlərini dəstəkləmələrindən
çəkindirə bilər. Əgər ödənişlər əsas xidmət üçün “qonarar” kimi ödənilibsə bu ödənişlər
ikinci stimul şəklində tətbiq oluna bilər. Əgər xidmət göstərənlərə həyata keçirilmiş test və
yaxud proseduraların miqdarına görə ödəmələr aparılıbsa, o zaman tibbi xidmət göstərənlər
lazım olandan çox testlərin olunmasına maraqlı olacaqlar.
Bu regionda qeyri-rəsmi ödəniş sisteminin olması stimul yaratmaqla kontraseptiv tələbata
və təchizata təsir edə bilər.
Baxmayaraq ki, belə stimullar regiondakı bütün qadınların RS
seçimlərini tam şəkildə izah edə bilmir, USAID Avropa və Asiya Bürosu “RESPOND”
layihəsindən
2
RS qərar qəbul edilməsində bir amil kimi qeyri-rəsmi ödəmə sisteminin
abortlarla müqayisədə AP tətbiqinə necə təsir edə bilməsini araşdırmağı xahiş edib.
Cavabında “RESPOND” layihəsi Avropa və Asiya regionunda (Patel və Janowitz, 2010)
RS xidmətləri üçün köməkçi materialları işləyib araşdırdı və sonra Azərbaycan və
Albaniyada olmaqla ölkəyə-müvafiq iki tədqiqat apardı. Bu hesabat Azərbaycanda
aparlmış tədqiqat üçün spesifikdir.
Azərbaycan şəraitində
Azərbaycan Respublikasında təxminən 9,5 milyon insan vardır ki, onlardan 20%-i ölkənin
mərkəzi olan Bakı şəhərində yaşayır (CIA, 2012). Əhali əsasən müsəlmanlardan (93%)
ibarətdir və çoxu savadlıdır: yaşı 15-dən yuxarı olan adamların əksəriyyəti (99%) yazmağı
və oxumağı bacarır (CIA, 2012). 2009-cu ildə adam başına düşən ümumi milli aylıq gəlir
321 yeni Azərbaycan manatı (AZN) (US $400) olub (World Bank Group, 2012). 2011-ci
ilin dekabr ayında olan sonuncu artımdan sonra dövlət sektorunda işləyən həkimlərin orta
aylıq əmək haqqı 234 AZN (US $298) (RFE/RL, 2011) olub ki, bu da adam başına düşən
ümumi milli aylıq gəlirin ancaq 72%-ni təşkil edir.
2
RESPOND USAID-nin liderliyi ilə Koperativ Razılıq Assosiasiyası ilə 2008-ci ilin oktyabrından fəaliyyət
göstərən beşillik bir layihə olub, məqsədi kontraseptiv seçimlər və proqram xidmətlərini genişləndirməklə
AP ehtiyaclarını araşdırmaqdır. Onun son məqsədi yüksək keyfiyyətli AP/RS xidmətlərinin istifadəsini
inkişaf etdirməıkdir. RESPOND layihəsi tədqiqatın rolu məlumatlılıq baxışlarının inkişafı, seçilmiş
modellərin effektliliyinin, eləcə də bu sfera proqramlarına yanaşmanın nümayişi və proqramlaşdırılması
yolu ilə bu sahəyə qlobal biliyin əlavə edilməsidir. RESPOND layihəsi beş təşkilatla, o cümlədən RS
sahəsində tədqiqat sahəsində dəstək olan FHI 360-la əməkdaşlıq edirək, EngenderHealth tərəfindən idarə
olunur.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
3
Səhiyyə sisteminin təşkili
Azərbaycanın səhiyyə sistemində tibbi xidmət əsasən Səhiyyə Nazirliyinin dövlət
sektorunun müəssisələri vasitəsilə təmin edilir. Xidmətlərin əldə olunması yolu
universaldır. 2008-ci ildə Səhiyyənin Maliyələşdirilməsi İslahatları üzrə Milli Konsepsiya
istifadəçilərin əsas xidmət paketi üçün etməli olduqları ödənişlərin qanunsuz olması və
dərman preparatlarının dövlət müəssisələrində alınacağı qərarını çıxardı; AP
konsultasiyası/üsulların tətbiqi, antenatal xidmət (ANX) və abort xidmətləri bu xidmət
paketinə daxil edilsə də, AP üsullarının özü bura daxil edilmədi.
Bakıda RS xidmətləri doğum evlərində, qadın məsləhətxanalarında (ancaq qadınlara
xidmət edən kiçik klinikalar), Milli Mamalıq/Ginekologiya Tədqiqat İnstitutunda, AP
mərkəzlərində, perinatal mərkəzlərdə və poliklinikalarda təklif olunur. Son zamanlar
müəssisələrin yenidən qurulması ilə əlaqəli bəzi doğum evləri və qadın məsləhətxanaları
birləşdirilmişdir. Bütün müəssisələr AP məsləhətlərini və ANX həyata keçirirlər, ancaq
sonuncu xidmət qadın məsləhətxanalarında daha tez-tez edilir, nəinki doğum evlərində.
Poliklinikalar və perinatal mərkəzlərin, demək olar ki, hamısı abortlar edirlər. Qadın
məsləhətxanaları ancaq ambulator xidmətləri həyata keçirir və qanuna, müvafiq olaraq, 6
həftə və daha az hamiləlik müddəti olan hamilə qadınlara abort əməliyyatını tətbiq edir. 12
həftəyə qədər hamiləliyi olan qadınlara abortlar doğum evlərində edilir.
Azərbaycanda RS və AP
Azərbaycanda RS profile abortun yüksək səviyyəsi və müasir kontraseptiv dominantlığın
aşağı səviyyəsi ilə xarakterizə olunur. Azərbaycan qadınlarının 70%-i reproduktivlik
yaşındadır (15–49 yaşlar). Hər bir qadın üçün ömrünün total nəsilartırma kofisenti 2,0
doğuş olduğu halda, reproduktivlik müddətində hər bir qadına düşən abortların sayı 2,3
olması (SSC və Macro International, 2008) bir çox qadınların həyatında doğuşlarla
müqayisədə abortların daha çox olmasını nümayiş etdirir. Ərdə olan qadınlar arasında
müasir kontraseptiv üsullardan istifadə çox aşağı səviyyədədir (14%) və onlar arasında
daha çox istifadə olunan üsul cinsi əlaqədən çəkinməkdir (33%) (SSC və Macro
International, 2008). Müasir üsullardan ən çox istifadə olunanı UDV-dir: hazırda ərdə olan
qadınların 9%-i bu üsuldan istifadə edir (SSC
və
Macro International, 2008).
Azərbaycan qanunlarına görə qadının arzusu ilə 12 həftəlik hamiləliyə qədər abortlara icazə
verilir. 12-28 həftəlik hamiləliyin abort olunması müəyyən tibbi və sosial-ekonomik
vəziyyətlər (məsələn, ərin ölümü, boşanma, əlil uşağı olma və s.) səbəbindən, yaxud
həkimlərin ekspert rəyi ilə icazə verilir (SN, 2003; United Nations Secretariat, 2008). Abort
etmək ancaq mama-gonekoloqlara icazə verilir və abort xidməti tibbi təhsil kurikulumunun
bir tərkib hissəsidir. Abort xidmət, tibbi göstəriş, yaxud könüllü olmasından asılı
olmayaraq, bazis xidmətlər paketinin bir hissəsidir və odur ki, qanunla tələb olunur ki,
ictimai sector müəssisələrində pulsuz həyata keçirilsin. Abortdan sonrakı dövr üçün
xidmətlə əlaqəli milli protocol olmamasına baxmayaraq, abortdan sonrakı dövr üçün AP
xidməti haqda ANX protokolunda toxunulur (SN, 2008): burada deyilir ki, abortdan, yaxud
düşükdən dərhal sonra və ya yeddi gün ərzində qadınlara AP haqda məsləhətlər
verilməlidir və nəhayət, ideal hal odur ki, AP haqda məsləhətlər qadınlara abortdan əvvəl,
yaxud onlar klinikanı tərk etməmiş verilsin.