“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
7
Üsullar
Tədqiqatın planı
Bu, Azərbaycanın Bakı şəhərində qadın sağlamlığı müəssisələri ictimai sektorunda RS
xidmətlərinin təsviri tədqiqatıdır. Müsahibə götürənlər mama-ginekoloqlardan və üç tip
xidmət arayan qadınlardan qurulmuş sualları soruşublar: 2012-ci ilin mart ayında iki həftə
ərzində abort, ANX və AP. Tədqiqatın aparılması üçün təsdiqlənmə “Protection of Human
Subjects Committee of FHI 360” və Azərbaycan SN tərəfindən əldə olunub.
Nümunələr və iştirakçılar
Müəssisələr
Bu tədqiqat üçün maraq kəsb edən abort, AP və ANX həyata keçirən Bakıdakı ictimai
sektoru sağlamlıq müəssisələri olub. Biz ancaq bu üç xidmətin üçünü də həyata keçirən
müəssisələri ona görə seçdik ki, xidmətlərin hamısını həyata keçirə bilən tibb işçiləri
sorğulamaq istəyirdik. Bakıda on üç müəssisə bizim meyarları uyğun idi; biz qərara aldıq
ki, nümunələri 10 ən böyük müəssisədə əldə edək. Anketlərdəki həssas xüsusiyyətlərə görə
dörd müəssisə bizimlə əməkdaşlıq etməkdən imtina etdi və biz ümumi olaraq doqquz
əməkdaşlıq edəcək müəssisə ilə qaldıq.
Müştərilər
Maraq dairəsində Bakıdakı seçilmiş ictimai sektor müəssisələrində abort, AP, yaxud ANX
alan qadın müştərilər olub. Bu üç müştəri tipi ona görə seçilib ki, onlar AP üçün təcili və
yaxud gələcəkdə ehtiyacı olan qadın qrupunu təmsil ediblər, eləcə də bu xidmət axtaranlara
kontraseptiv məsləhətlər təklif olunacaq. Bundan savayı, RS xidmətləri içərisində biz abort
xidmətinin qiymətini müəyyən etmək istədik və ona görə müqayisə üçün ANX və AP
xidmətləri alan müştəriləri də daxil etdik. Müştərilər müəssisəni tərk etdikdə, yaxud tibb
heyyətindən uzaqlaşandan sonra cəlb olunub. Müştərilərlə razılıq əsasında müəssisənin
tənha bir hissəsində müsahibə aparılıb.
Bu tədqiqat üçün münasib olmalı müştərilər aşağıdakı şərtlər daxilində olmalı idi:
1. Azı 21 yaş, yaxud 18–20 yaşlar arasında və ərli qadın olmalı
5
2. Abort, AP təchizatı, yaxud məsləhəti və ya ANX xidməti üçün müsahibə günü tibb
müəssisəsinə gələnlər;
3. Ümumi anesteziya edilməyənlər
6
5
Baxmayaraq ki, Azərbaycanda 18 yaş həddi-buluğa çatmış yaş sayılır, nəzərə alınmalıdır ki, 21 yaşına
qədər olan ərdə olmayan qadından AP və abortdan istifadə etməsi haqda soruşmaq mənən
bir qədər uyğun
gəlmir.
6
Ümumi anesteziyaya məruz qalmış qadınlar bu proseduradan sonra razılıqlı məlumat vermək imkanında
olmur.
“RESPOND” layihəsi
Hesabat No. 11
Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və
8
ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.
Müştərinin imtina faizi bu tədqiqat üçün 26% olub. İmtina edənlərə mühasibə üçün
əməkdaşlıq etmək istəməyənlər və müsahibə tamamlanmamış onu yarımçıq qoyan fərdlər
daxildir. İmtina üçün mümkün səbəblər məhdudiyyətlər bölməsində təsvir olunub. Cəmi
405 müştəri ilə müsahibə aparıldı; onlardan dördü təhlildən çıxarıldı, çünki onlar haqda
məlumatlar toplanma dövründən sonra əldə olunub, və iki nəfəri də protokola müvafiq
aparılmadığı üçün araşdırmadan çıxarılıb (Cədvəl 1). Yekun müştəri sayı 399 nəfər olub.
Cədvəl 1. Müştəri tipinə görə əməkdaşlıq edənlərin xülasəsi
Müştərilərin sayı
Abort ANX AP Cəmi
Cəlb olunmuş 279
243
29
551
Uyğun gəlməyən
5 0 0 5
İmtina edən 69
63
9
141
Təhlildən çıxarılanlar
2 0 4 6
Yekun nümunə seçim həcmi
203 180 16 399
Təchiz edənlər
Biz seçilmiş ictimai sektor müəssisələrində maraq dairəmizdə olan xidmətlərdən (abort,
AP, yaxud ANX) azı birini həyata keçirmiş 60 mama-ginekoloqla müsahibə apardıq.
Hazırda mama-ginekoloq kimi çalışanların siyahısı hər bir müəssisədən əldə olunub və
onların arasından cəmi 60 nəfəri təsdfi seçim edilib. Təchizçilər şəxsən növbənin sonunda
dəvət olunublar. Müsahibələr müəssisədə, xidmət göstərənin özünü çox rahat hiss etdiyi bir
otaqda aparılıb.
Məlumatların toplanması
“SIAR Research and Consulting” yerli tədqiqat agentliyi 2012-ci il mart ayında 10 gün
məlumatların toplanması üçün 16 qadın-müsahibə götürəni muzdlu əməyə cəlb etmişdir.
Bu 10 gün ərzində bütün müəssisələrdə abort olunan müştərilər haqda məlumatlar toplanıb.
Hər bir müəssisədən iki gün ərzində ANX və AP müştəriləri haqda məlumatlar toplanıb.
ANX və AP müştəriləri haqda toplanmış məlumatlar abortla müqayisədə az olub, çünki
ANX müştərilərinin abort müştərilərinə nisbəti əvvəlcədən xidmət statistikasında kobud
şəkildə 5:2 olub. ANX və AP müştərilərindən eyni gündə müsahibə alınıb, çünki onlar eyni
təchizçi tərəfindən baxılmış və onlar eyni çıxışdan çıxmışdılar. Büdcənin məhdudiyyəti və
AP ilə əlaqəli müştəri axınının az olması səbəbindən daha geniş həcmdə AP müştərilərinin
əldə olunması üçün əlavə səylər edilməyib. Müsahibədən sonra müştərilərə vaxtlarının
alınması ilə əlaqəli, kompensasiya məqsədilə evlərinə taksi ilə getmələri təklif olunub (6
AZN, yaxud 8 ABŞ $-a qədər). Təchizçilərə əməkdaşlıq etdikləri üçün yeməli kiçik
şirniyyat məmulatı təklif olunub.
Bu tədqiqat üçün dörd məlumat vasitəsi istifadə olunub: biri hər bir müştəri üçün və
biritəchizçi üçün. Bütün vasiələr əsaən bir cavab tələb edən suallardan ibarətdir, ancaq
sualların bəzilərinə bir neçə cavab verilə bilərdi ki, bu da cavab verənlərə imkan verir ki,
stimul verən xüsusi hallara daha ətraflı cavab versinlər.