Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
147 

 
sonu “m” və “n” sonor samitləri ilə bitən söz-
lərə -dan
2
  çıxışlıq hal şəkilçisi qoşulduqda morfoloji 
şəraitdə  tələffüz qaydalarına uyğun olaraq  şəkilçi mor-
femlərdəki “d” səsi “n” kimi deyilir (dan=nan). Bu, özünü 
“Koroğlu”dakı  nəzm parçalarında da göstərir:  doqqu-
zunnan (doqquzundan). “Doqquzunnan çünki yetdin 
onuna // Tükün sığarlayıb girər donuna...”; xannan  (xan-
dan). “Urusxat almışam xannan..,” ...Hər iki söz orfoepik 
normalara uyğun yazılıb. Amma dastanın nəzm parça-
larında bu tip sözlərin orfoqrafik normalara uyğun şəkildə 
yazılmasına  da  rast  gəlinir. Məsələn, müasir ədəbi 
dilimizdə “yaşından” sözünün tələffüz forması belədir: 
“yaşınnan”. Dastanda isə  məhz “yaşından”  şəklində 
yazılıb: “Beş yaşından on yaşına varanda..,” Burada bir 
cəhəti də qeyd edək ki, müasir ədəbi dilimizdə -lı
4
 şəkilçisi 
“n” ilə bitən sözlərə qoşulduqda –nı
4
 formasında tələffüz 
edilir. “Koroğlu”da da bu cür tələffüz formasının tran-
skripsiyasına təsadüf olunur: cinni (cinli). “Deyəsən, cinni 
olmuşam // Aparırlar pirə məni...”;  

 
dır

xəbərlik  şəkilçisi “Koroğlu”da  həm -dı
4
,  
həm də -dır
4
 formasında verilib. Bəllidir ki, bu forma-
lardan biri (-dır
4
) dilimizin orfoqrafik, digəri isə (-dı
4

orfoepik normalarına uyğundur (yuxarıdakı nümunələrə 
bax); 

 
“Koroğlu”dakı  nəzm parçalarında “düşkün” 
sözünün “düşgün”  şəklində transkripsiyasına rast gəlinir 
ki, bu da “söz ortasında  kar samitlə bitən hecadan sonra 
gələn heca başındakı ke samiti azacıq cingiltiləşərək 
tələffüz olunmalıdır” (Ə.Dəmirçizadə. Müasir Azərbaycan 
dili. Bakı, 1972, səh.222) qaydasına  uyğun gəlir: “Çənli-
beldə eli olan // Düşgün Koroğlu mənəm, mən...”; 
Язизхан Танрыверди 
 
 
148
 

 
bəllidir ki, müasir ədəbi dilimizdə -sınız
4
  şəxs  
şəkilçisi -sız
4
 formasında tələffüz edilir. “Koroğlu”dakı 
nəzm parçalarında “qoyubsuz”, “uyubsuz” şəklində 
verilmə də məhz ədəbi tələffüzün transkripsiyasıdır:  
 
Fikrinizə nə qoyubsuz? 
Qeyri yollara uyubsuz, 
Görünür məndən doyubsuz,  
Doymayan beləmi əyləni? 
 
– “-mış
4
 + -san
2
” (nəqli keçmiş zaman forması + 
şəxs şəkilçisi) modelinin müasir ədəbi dilimizdəki tələffüz 
forması belədir: “-mısan”, “-misən”... Bu forma  “Kor-
oğlu”nun  şeir dili üçün də  səciyyəvidir: görməmisən 
(görməmişsən). “Mənəm deyib, yekə danışma  belə // 
Görməmisən zərbi-dəstini hələ... 
– müasir ədəbi dilimizdəki “-acaq
2
 + -am
2
 mode-
linin (gələcək zamanın qrammatik forması + I şəxsin təki 
üzrə  şəxs  sonluğu) –cam, -cəm  şəklində  tələffüzü tam 
normal hesab edilir. Bu tələffüz forması “Koroğlu”nun şeir 
dilindəki transkripsiyalarla üst-üstə düşür: kəsdirəcəm 
(kəsdirəcəyəm). “Əşrəfidən kəsdirəcəm nalını...”; toxuda-
cam (toxudacağam). “Üç gözələ toxudacam çulunu...” 
Dastanın  nəzm parçalarında ədəbi tələffüzün trans-
kripsiyası müşahidə olunan digər söz və  şəkilçi mor-
femləri isə, əsasən, aşağıdakıları əhatə edir: 
Zornan (zorla). “Razı olma zornan aparam // Qoy 
aparım mən Eyvazı...”; 
Balasıynan (balası ilə). “Hər quş balasıynan gəzər // 
Niyə sənin balan yoxdu?” 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
149 
Necoldu (necə oldu). “Soruşmursan, xan Eyvazın 
nec oldu?” 
Neylər (nə eylər). “Dava qılsam düşman neylər?” 
Olaydı (ola idi). “Ay ağalar, ay qazılar // Ay bu 
gələn yar olaydı!...” Dilçiliyimizdə “ola idi” modelinin 
tələffüz forması “oleydi” götürülür.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
150
 
 
 
 
 
Koroğlu”da nəzm parçalarında şivə       
tələffüzünün transkripsiyası 
 
“Koroğlu”dakı  şeir parçalarında təkcə  ədəbi tələf-
füzün yox, həm də şivə tələffüzünün transkripsiyası müşa-
hidə olunur. Bəri başdan deyək ki, bu cür transkripsiya 
həmin şeirlərin yarandığı kimi yazıya alınması ilə bağlıdır. 
Təsadüfi deyil ki, bu tip  şeirlərdə  şivə  tələffüzünün 
transkripsiyası obrazlılığı  şərtləndirən vasitələrdən biri 
kimi görünür. Hətta bir sıra  şeirlərdəki  şivə  tələffüzünün 
transkripsiyasını orfoqrafik  normalara uyğun şəkildə  yaz-
ma ilə  əvəz etmək qeyri-mümkündür. Faktlara müraciət 
edək:  
Fars mənşəli “atəş” (od) sözü şivələrimizin  əksə-
riyyətində  ə→a  əvəzlənməsi ilə  işlənir (ataş). “Koroğlu”-
nun şeir dilində də “ataş” şəklindədir: 
 
Dəli könül talaşında, 
Can qovrulu ataşında, 
Qırx incə qız var başında, 
Məhbub xanım, Məhbub xanım. 
 
Bu bənddəki “talaşında-ataşında-başında” sözləri 
zəngin qafiyələr kimi çıxış edir. Buradakı “ataşında” sözü 
dilimizin orfoqrafik normalarına uyğun, yəni “atəşində” 
şəklində yazılsa, nəinki qafiyələnmə, hətta  şeirin poetik 
strukturu pozula  bilər. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
151 
Ərəb mənşəli “əmanət” sözü dilimizin bir sıra 
şivələrində, xüsusən də qərb şivələrində ə→a əvəzlənməsi 
ilə (amanat) işlənir.  “Koroğlu”nun  şeir dilində  də  məhz 
“amanat” formasındadır: 
 
Koroğludu atan zatı, 
Çənlibeldə var büsatı, 
Bazubənddi amanatı 
Allaha tapşırıram  səni! 
 
Göründüyü kimi, “zatı” və “büsatı” sözlərindəki 
“atı” hissəsi ilə  “əmanəti” sözünün şivə variantdakı “atı” 
hissəsi: (amanatı) qafiyələnə bilir. Deməli, dastanı yazıya 
alan, “amanatı” formasını eynilə saxlamaqda haqlıdır. 
Fars mənşəli “rast” ( (doğru, düz; təsadüf) sözünün 
“irast”  şəklində  işlənməsi  şivələrimizin, demək olar ki, 
hamısı üçün səciyyəvidir. “Rast” sözü “Koroğlu”nun  şeir 
dilində də məhz səsartımı ilə - “i” protetik saiti ilə verilib: 
“Yol yörürkən irast gəldim davada // Güllə  dəyər, nişan 
qalar arada...” Buradakı “irast” sözü orfoqrafik normalara 
uyğun, yəni “rast” şəklində yazıla bilməz. Çünki həmin 
şeirdə (qoşmada) misraların hamısı 11 hesalıdır, “rast” 
şəklində yazılma isə bir hecanın ixtisarı ilə  nəticələnə 
bilər. Bu da qoşma  şeir  şəklinin təbiətinə ziddir. Yeri 
gəlmişkən, bu cəhət “Koroğlu”dakı digər şeir parçalarında 
da özünü göstərir. Məsələn, “ürbəndini” sözü “rübəndini” 
şəklində yazılsa, bir heca azala bilər: “Oğrun-oğrun tül 
altından baxan yar // Qaldır ürbəndini, görüm gül üzün!...” 
11 hecadan ibarət olan bu misralar  da yuxarıda söylə-
diklərimizi  təsdiqləyir. Amma bunu da inkar etmək olmaz 
ki, “Koroğlu”nun  şeir dilində “rast” şəklində  işlənmə 
Язизхан Танрыверди 
 
 
152
 
misra daxilindəki hecaların sayının azalmasına təsir etmə-
yib: “Ərzrumun gədiyinə varanda // Orada rast oldu mənə 
dörd güdü...” Deməli, bu tip şeirlərdə ədəbi dil normaları 
daha çox gözlənilib – qənaətinə də gəlmək mümkündür. 
M.Şirəliyev “sevin” (mək) sözünün şivələrimizdə 
“söyün”mək  şəklində  işlənməsindən bəhs edir və bu 
formanın daha çox Qazax şivəsi üçün  səciyyəvi olduğunu 
göstərir: “b səsinin y səsi ilə əvəzlənməsi hadisəsi, əsasən, 
Qazax dialektinə aid bir xüsusiyyətdir ki, açıq dodaq 
səslilərindən sonra özünü göstərir: toyla-tovla, döylət, 
öylət, qoyla-qovla, söyün-sevin...” (Azərbaycan dialekto-
logiyasının  əsasları. Bakı, 1962, səh.90-91). Bu fikirləri  
eynilə qəbul etmək olmaz. Çünki həmin tip əvəzlənmələr 
təkcə Qazax  yox, ümumən Azərbaycan dilinin qərb 
şivələri üçün xarak-terikdir. “Koroğlu”nun  şeir dilindəki 
“söyün” (sevin) for-masına da dilimizin qərb  şivələri 
baxımından yanaşmaq lazımdır: 
Çalxalanıb döyündüyüm, 
Arxa verib söyündüyüm, 
Qovğa günü öyündüyüm 
Nər dəlilər yerindəmi? 
 
Burada bir həqüiqəti də söyləmək lazım gəlir: 
dastanı tərtib edən yuxarıdakı bəndin üçüncü misrasındakı 
“söyündüyüm” feli sifətini orfoqrafik normalara uyğun 
şəkildə  təqdim etməməkdə tamamilə haqlıdır. Çünki 
həmin bənddəki “döyündüyüm-söyündüyüm-öyündüyüm” 
sözləri zəngin qafiyələrdir. Bu sistemdə isə “söyündüyüm” 
variantının “sevindiyim”lə  əvəzlənməsi mümkün deyil. 
Digər tərəfdən, “döyündüyüm-söyündüyüm-öyündüyüm” 
şəklində qafiyələnmə ümumən  ədəbiyyatımızdakı  zəngin 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə