dialoq
bütün konkret vəziyyətlərdə, vasitəçilik olmadan tətbiq oluna bilən və sadə
izahata cavab verən təməl daşı deyil. Bu, qismən mədəniyyətlərarası dialoqun
təcrübədə hansı məna bildirməsi məsələsində qeyri əminliyi əks etdirir.
(17) Sorğulara cavab verənlər və məsləhətləşmə tədbirlərində iştirak edənlər
Avropa Şurasının dəstəklədiyi –
universal prinsiplər mənəvi kompası ifadə edir
– ideyasında birləşiblər. Onlar dözümlülük mədəniyyəti üçün müəyyən bir çərçivə
müəyyən etdilər və onun məhdudiyyətlərini – xüsusən, qarşı-qarşıya, ayrı-
seçkiliyin istənilən forması və ya dözümsüzlük formalarını aydınlaşdırdılar.
Mədəni adətlərin “azlıq” və ya “çoxluq”a məxsus adətlər olub – olmamalarından
asılı olmayaraq, onlar İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa
Şurasının vətəndaş və siyası, sosial, iqtisadi və mədəni hüquqlarla əlaqədar digər
sənədlərinin prinsip və standartlarından üstün ola bilməzdilər.
(18) Xüsusi olaraq, o da vurğulanırdı ki, gender bərabərliyi həm qadın, həm də
kişilərin təcrübələrinin nəzərə alınmasının vacib olduğu mədəniyyətlərarası
dialoqun müzakirə olunmaz şərti idi. Həqiqətən, bərabərlik mütəmadi olaraq
təkrarlanan bir mövzu idi: müxtəliflik olan cəmiyyətdə birgə yaşama yalnız
hamının bərabər insanlar kimi birgə ləyaqətlə yaşadığı təqdirdə mümkün ola
bilər. Bu narahatçılıq ümumilikdə hökumətlər, qeyri-hökumət təşkilatları və
miqrant birlikləri tərəfindən aydın şəkildə ifadə olunurdu.
(19) Aydın oldu ki, heç bir fəaliyyət sahəsi – istər bu qonşuluq, iş, təhsil sistemi
və aidiyyatı müəssisələr, istərsə də vətəndaş cəmiyyəti və xüsusən, gənclər sektoru,
mətbuat, dünya incəsənəti və ya siyasi arena olsun – mədəniyyətlərarası dialoqla
mövcud olan əlaqəsindən azad ola bilməz. Hər bir aktor – QHT, dini icmalar,
sosial tərəfdaşlar və ya siyasi partiyalar, həqiqətən, fərdi şəxslər kimi cəlb
olunurlar. İdarəetmənin hər bir səviyyəsi – yerli, regional, millidən tutmuş
beynəlxalqa qədər – mədəni müxtəlifliyin demokratik idarə olunmasına daxil
edilmişlər.
(20) Sonda, lap dəqiq olaraq qeyd etsək, məsləhətləşmə geniş həcmdə yığılmış
müsbət təcrübəni işıqlandırdı. Bunun üçün lazım olan yeganə şey, təmkinliliyin
sona yetməsi və müsbət təcrübələrin mənimsənilməsində gərəkli ola biləcək aşkara
çıxarılma və yayılmadır. Əgər məsləhətləşmələrin əhatəli bir təlimatı varsa, bu,
növbəti illərdə mədəniyyətlərarası dialoqa təlabatın daha çox olacağından xəbər
verir.
1.4 Əsas terminlər
(21) Avropa Şurası və digər beynəlxalq qurumlar tərəfindən tərtib olunan
terminologiyaya uyğun olaraq Mədəniyyətlərarası Dialoq üzrə Ağ Kitab izahata
ehtiyacı olan bəzi anlayışları təqdim edir.
(22) Mədəniyyətlərarası dialoq – müxtəlif etnik, mədəni, dini və linqvistik
mənsubiyyətə və irsə malik fərdlər və qruplar arasında qarşılıqlı anlaşma və hörmət
əsasında açıq və nəzakətli fikir mübadiləsi kimi başa düşülür (3-cü bölmə ilə
müqayisə et). Bu, cəmiyyətlər daxilində, Avropanın cəmiyyətləri, eləcə də Avropa
və geniş dünya arasında bütün səviyyələrdə fəaliyyət göstərir.
(23) Çoxmədəniyyətlilik (müxtəlif etnik və mədəni qrupların assimilyasiya
doktrinası) – müxtəlif mədəniyyətlərin mövcudluğu və müəyyən əhatə və sosial
təşkilatlarlar çərçivəsində, mədəni müxtəliflik və çoxmədəniyyətlilik kimi
anlayışların qarşılıqlı təsirdə olması kimi önəmli faktı nəzərdə tutan xüsusi
yanaşma kimi başa düşülür.
(24) Sosial həmrəylik – Avropa Şurası tərəfindən qəbul olunduğu kimi, ayrı-
seçkiliyi azaltmaq və qütbləşmədən imtina etməklə cəmiyyətin bütün üzv
dövlətlərinin firavanlığını təmin edə bilmə qabiliyyətidir. Həmrəy cəmiyyət –
demokratik şəkildə bu ümumi məqsədləri həyata keçirən azad fərdlərin qarşılıqlı
şəkildə bir – birilərini dəstəklədikləri birlikdir.
(25) Səhmdarlar – cəmiyyətdə xüsusi rol oynayan və mədəniyyətlərarası dialoqda
maraqları (“səhmləri”) olan azlıq və ya çoxluğun xüsusi qrup və fərdləridirlər.
Onlar ən çox hökumət və parlamentdə bütün səviyyələrdə siyasəti
müəyyənləşdirənlər, yerli və regional orqanlar, vətəndaş-cəmiyyəti təşkilatları,
miqrant və dini icmalar, mədəniyyət və mətbuat təşkilatları, jurnalitslər və sosial
tərəfdaşlardırlar.
(26) İctimai dövlət orqanlarına – mərkəzi, regional və yerli səviyyədə fəaliyyət
göstərən milli hökumət, siyasi və inzibati orqanlar daxildir. Sözügedən termin –
şəhər konsulları və ya digər yerli səlahiyyətli orqanları, həmçinin xüsusi qanun
əsasında ictimai funksiyalari yerinə yetirən və ya inzibati rəhbərliyi həyata keçirən
fiziki və hüquqi şəxsləri əhatə edir.
(27) İnteqrasiya (sosial inteqrasiya, tərkibinə daxil olma) iki-tərəfli proses və
insanların hər fərdin şərəfinə tam hörmət, ümumi rifah,
pluralizm və müxtəliflik,
qeyri-zorakılıq və həmrəylik, həmçinin sosial, mədəni, iqtisadi və siyasi həyatda
iştirak etmə bacarığı ilə birlikdə birgə yaşama qabiliyyəti kimi başa düşülür. Bu,
sosial inkişafın və hər növ siyasətin bütün aspektlərini əhatə edir. Bu, zəiflərin
qorunması, həmçinin onların fərqlənmək, yaratmaq, kəşf etmək kimi hüquqlarını
tələb edir. İmmiqrantları qəbul edən ölkənin həyatında tam iştiraka icazə vermək
mühüm inteqrasiya siyasətidir. İmmiqrantlar başqaları kimi qanuna tabe olmalı və
Avropa cəmiyyətlərinin əsas dəyərlərinə və onların mədəni irsinə hörmət
etməlidirlər. İnteqrasiya üçün strategiyalar cəmiyyətin bütün sahələrini əhatə
edərək, sosial, siyasi və mədəni aspektləri özündə birləşdirməlidir. Onlar
immiqrantların ləyaqət və fərqli mənsubiyyətinə hörmət etməli və siyasəti
müəyyənləşdirərkən onları nəzərə almalıdırlar.