3.1 Mədəniyyətlərarası dialoq anlayışı
(46) Ağ Kitabın məqsədlərinə uyğun olaraq, mədəniyyətlərarası dialoq qarşılıqlı
anlaşma və ehtiram əsasında müxtəlif etnik, mədəni, dini, linqvistik mənşə və irsə
malik fərdlər və qruplar arasında mövcud olan açıq və səmimi fikir mübadiləsini
əhatə edən proses kimi başa düşülür. O, başqalarının fikirlərini dinləmək istəyi və
bacarığını tələb etdiyi kimi, özünüifadəetmə sərbəstliyi və qabiliyyətini də tələb
edir. Mədəniyyətlərarası dialoq müxtəlif mədəniyyətli cəmiyyətlərin siyasi, sosial,
mədəni və iqtisadi inteqrasiyasına və birləşməsinə imkan yaradır. O, bərabərlik,
insan ləyaqəti və ümumi məqsəd düşüncəsinin yaranmasına kömək edir. O,
müxtəlif dünyagörüşü və təcrübələrin dərin anlaşılması prosesini təbliğ etdirmək,
əməkdaşlığı və iş birliyini (və ya seçim azadlığını) genişləndirmək, şəxsi inkişafa
və transformasiyaya şərait yaratmaq və başqasına qarşı dözümlülük və ehtiramı
inkişaf etdirmək məqsədi daşıyır.
(47) Mədəniyyətlərarası dialoq, insan hüquqları,
demokratiya, hüquq normalarına
hörmətin artırılmasını özündə birləşdirən səlahiyyətləri çərçivəsində müxtəlif
məqsədlərə xidmət edə bilər. Bu, heç kəsi təcrid etməyən və özünə yad saymayan
çoxtərkibli cəmiyyətlərin əsas xüsusiyyətidir. Bu, eyni zamanda, çox güclü barışıq
və vasitəçilik əlamətidir: mədəni kəsişmə xətlərinə tənqidi və yaradıcı yanaşma
vasitəsilə o, sosial bağlılıq və inteqrasiyanın gücləndirilməsi zamanı müşahidə
oluna biləcək sosial parçalanma və təhlükəsizliklə bağlı narahatçılığı ifadə edir.
Seçim və özünü ifadə etmə azadlığı, bərabərlik, dözümlülük və insan ləyaqətinə
qarşı hörmət bu mətnin aparıcı prinsipləri sırasındadır. Uğurlu mədəniyyətlərarası
dialoq obyektivlik, dialoqda iştirak etmək və başqalarının öz mövqelərini
bildirmələrinə şərait yaratmaq istəyi, münaqişələri sülh yolu ilə həll etmə bacarığı
və başqalarının tutarlı arqumentlərinin tanınması da daxil olmaqla, demokratik
mədəniyyətdən bəhrələnən müxtəlif yanaşmalara ehtiyac duyur. Bu, demokratik
sabitlik, eləcə də ictimai həyat və siyasi fikirdə mövcud mövhumat və stereotiplərə
qarşı mübarizənin güclənməsinə xidmət edərək, fərqli mədəniyyət və dini
cəmiyyətlərdən ibarət koalisiyanın yaradılmasını asanlaşdırmaq və bu yolla da
münaqişə və “dondurulmuş münaqişə”dən sonrakı vəziyyətlər də daxil olmaqla
münaqişələrin qarşısını almaq və ya azaltmağa kömək edə bilər.
(48) Asan həll olunma yollarından söhbət belə gedə bilməz. Mədəniyyətlərarası
dialoq bütün verilən suallara cavab və xəstəliklərə dərman deyil və onun fəaliyyət
sahəsinin məhdudlaşa biləcəyi faktı hamı tərəfindən qəbul olunmalıdır. Bir fakt
çox tez – tez özünü doğruldur ki, dialoq ondan imtina edənlərlə mümkün deyil,
lakin bu, açıq tipli və demokratik cəmiyyətləri dialoq üçün daimi imkanlar təklif
etmə öhdəliklərindən azad etmir. Digər tərəfdən, dialoqda iştirak etməyə hazır
olub, “bizim” dəyərlərimizi heç və ya tam şəkildə bölüşməyənlərlə aparılan dialoq
sonunda insan hüquqları, demokratiya və hüquq norması kimi dəyərlərin
mühümlüyünə və təcrübədə həyata keçirilməsinə dair razılaşmanın əldə olunacağı
uzunmüddətli əməkdaşlıq prosesinin başlanğıcı ola bilər.
3.2 Çoxmədəniyyətli mühitdə mənsubluğun formalaşması
(49) Fərdi insan ləyaqəti cəmiyyətin əsasını təşkil edir. Lakin fərd eynicinsli sosial
aktor deyil. İzahata qaldıqda, mənsubiyyətimiz bizi başqaları ilə eyniləşdirən deyil,
bizi yeganə edən deməkdir. Mənsubiyyət, elementlərin mürəkkəb və məzmunca
həssas birləşməsidir.
(50) Hər bir kəsin öz mədəniyyətini seçmə azadlığına malik olması mühüm
faktordur; bu insan hüquqlarının mərkəzi aspektidir.
Eyni vaxtda və ya öz
həyatlarının müxtəlif mərhələlərində hər kəs istənilən mədəni birliklərin üzvü ola
bilər. Hər bir fərd müəyyən dərəcədə öz irsi və sosial mənşəyinin məhsulu olduğu
halda, müasir demokratiyalarda hər kəs müxtəlif mədəni birliklərə inteqrasiya
olunmaqla öz mənsubiyyətini zənginləşdirə bilər. Heç kəs hər hansı bir qrup,
cəmiyyət, düşüncə sistemi və ya dünyagörüşü daxilində öz iradəsinə zidd olaraq
dustaq edilməməli və insan hüquqları, demokratiya və hüquq norması ilə uyğunluq
təşkil etdiyi halda öz keçmiş seçimlərini inkar etmək və yenilərini seçməkdə azad
olmalıdırlar. Qarşılıqlı səmimiyyət və paylaşma mürəkkəb mədəni birləşmələrin iki
bir – birilə oxşar aspektləridir. Hər ikisi də yalnız başqasına hörmət etmək şərti ilə
öz mədəniyyətlərini nümayiş etdirməkdə azad olan fərdlər və qruplara aid dinc
yanaşı yaşama qaydalarıdır.
(51) Məhz buna görə də, mədəniyyətlərarası dialoq çoxmədəniyyətli mühitdə
mürəkkəb mədəni birlikləri idarə etmək üçün gərəklidir. Bu, yeni açılış və
təcrübələrə cavab verən və kiminsə (öz köklərindən imtina etmədən)
mənsubluğuna yeni təbəqələr əlavə edən daimi mənsubluq balansına nail olmanın
yeni mexanizmidir. Mədəniyyətlərarası dialoq mənsubluq siyasətinin qurduğu
tələlərdən qurtulmağa və müasir cəmiyyətlərin problemlərinin həlli yollarını
tapmaqda bizə yardımçı olur.
3.3 Mədəni müxtəlifliyə ilkin yanaşmalar
(52) 1870 – 1945-ci illərdə Avropanın milli dövlətləri öz inkişaflarının zirvəsində
olarkən belə bir fərziyyə yayılmışdı ki, dövlətin sərhədləri daxilində yaşayan hər
kəs uğurlu nəsillərin milli adətlər vasitəsilə əldə etdikləri aparıcı ənənələri
mənimsəməlidirlər. Lakin son əsrlərdə Avropa bir sıra digər müsbət təcrübələr
keçmişdir. Buna nümunə, müxtəlif mədəniyyətlər və dinlərin birgə, sülh şəraitində,
qarşılıqlı dözümlülük və ehtiram içində necə yaşadıqlarını anlamaqda yardımçı
olan Mərkəzi və Şərqi Avropa tarixinin müəyyən dövrləri ola bilər.
(53) Müharibədən sonra bölünmüş Avropanın qərb hissəsində baş verən ən mühüm
hadisə çoxmədəniyyətlilik kimi tanınan ictimai quruluş haqqında yeni təsəvvürlə
immiqrasiya təcrübəsinin birləşməsi oldu. Bu azlıqda qalan cəmiyyətlərin “ev