Microsoft Word White paper in azeri doc


Mədəniyyətlərarası dialoq anlayışı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

3.1 Mədəniyyətlərarası dialoq anlayışı 

 

(46) Ağ Kitabın məqsədlərinə uyğun olaraq, mədəniyyətlərarası dialoq qarşılıqlı 



anlaşma və ehtiram əsasında müxtəlif etnik, mədəni, dini, linqvistik mənşə və irsə 

malik fərdlər və qruplar arasında mövcud olan açıq və səmimi fikir mübadiləsini 

əhatə edən proses kimi başa düşülür. O, başqalarının fikirlərini dinləmək istəyi və 

bacarığını  tələb etdiyi kimi, özünüifadəetmə  sərbəstliyi və qabiliyyətini də  tələb 

edir. Mədəniyyətlərarası dialoq müxtəlif mədəniyyətli cəmiyyətlərin siyasi, sosial, 

mədəni və iqtisadi inteqrasiyasına və birləşməsinə imkan yaradır. O, bərabərlik, 

insan ləyaqəti və ümumi məqsəd düşüncəsinin yaranmasına kömək edir. O, 

müxtəlif dünyagörüşü və təcrübələrin dərin anlaşılması prosesini təbliğ etdirmək, 

əməkdaşlığı və iş birliyini (və ya seçim azadlığını) genişləndirmək, şəxsi inkişafa 

və transformasiyaya şərait yaratmaq və başqasına qarşı dözümlülük və ehtiramı 

inkişaf etdirmək məqsədi daşıyır. 

 

 



(47) Mədəniyyətlərarası dialoq, insan hüquqları, demokratiya, hüquq normalarına  

hörmətin artırılmasını özündə birləşdirən səlahiyyətləri çərçivəsində müxtəlif 

məqsədlərə xidmət edə bilər. Bu, heç kəsi təcrid etməyən və özünə yad saymayan 

çoxtərkibli cəmiyyətlərin əsas xüsusiyyətidir. Bu, eyni zamanda, çox güclü barışıq 

və vasitəçilik  əlamətidir: mədəni kəsişmə  xətlərinə  tənqidi və yaradıcı yanaşma 

vasitəsilə o, sosial bağlılıq və inteqrasiyanın gücləndirilməsi zamanı müşahidə 

oluna biləcək sosial parçalanma və  təhlükəsizliklə bağlı narahatçılığı ifadə edir. 

Seçim və özünü ifadə etmə azadlığı, bərabərlik, dözümlülük və insan ləyaqətinə 

qarşı hörmət bu mətnin aparıcı prinsipləri sırasındadır. Uğurlu mədəniyyətlərarası 

dialoq obyektivlik, dialoqda iştirak etmək və başqalarının öz mövqelərini 

bildirmələrinə şərait yaratmaq istəyi, münaqişələri sülh yolu ilə həll etmə bacarığı 

və başqalarının tutarlı arqumentlərinin tanınması da daxil olmaqla, demokratik 

mədəniyyətdən bəhrələnən müxtəlif yanaşmalara ehtiyac duyur. Bu, demokratik 

sabitlik, eləcə də ictimai həyat və siyasi fikirdə mövcud mövhumat və stereotiplərə 

qarşı mübarizənin güclənməsinə xidmət edərək, fərqli mədəniyyət və dini 

cəmiyyətlərdən ibarət koalisiyanın yaradılmasını asanlaşdırmaq və bu yolla da 

münaqişə  və “dondurulmuş münaqişə”dən sonrakı  vəziyyətlər də daxil olmaqla 

münaqişələrin qarşısını almaq və ya azaltmağa kömək edə bilər. 

 

(48) Asan həll olunma yollarından söhbət belə gedə bilməz. Mədəniyyətlərarası 



dialoq bütün verilən suallara cavab və xəstəliklərə dərman deyil və onun fəaliyyət 

sahəsinin məhdudlaşa biləcəyi faktı hamı  tərəfindən qəbul olunmalıdır. Bir fakt 

çox tez – tez özünü doğruldur ki, dialoq ondan imtina edənlərlə mümkün deyil, 

lakin bu, açıq tipli və demokratik cəmiyyətləri dialoq üçün daimi imkanlar təklif  

etmə öhdəliklərindən azad etmir. Digər tərəfdən, dialoqda iştirak etməyə hazır 

olub, “bizim” dəyərlərimizi heç və ya tam şəkildə bölüşməyənlərlə aparılan dialoq 

sonunda insan hüquqları, demokratiya və hüquq norması kimi dəyərlərin 



mühümlüyünə və təcrübədə həyata keçirilməsinə dair razılaşmanın əldə olunacağı 

uzunmüddətli əməkdaşlıq prosesinin başlanğıcı ola bilər. 

 

3.2 Çoxmədəniyyətli  mühitdə mənsubluğun formalaşması 

 

(49) Fərdi insan ləyaqəti cəmiyyətin əsasını təşkil edir. Lakin fərd eynicinsli sosial 



aktor deyil. İzahata qaldıqda, mənsubiyyətimiz bizi başqaları ilə eyniləşdirən deyil, 

bizi yeganə edən deməkdir. Mənsubiyyət, elementlərin mürəkkəb və  məzmunca 

həssas birləşməsidir. 

 

(50) Hər bir kəsin öz mədəniyyətini seçmə azadlığına malik olması mühüm 



faktordur; bu insan hüquqlarının mərkəzi aspektidir. Eyni vaxtda və ya öz 

həyatlarının müxtəlif mərhələlərində hər kəs istənilən mədəni birliklərin üzvü ola 

bilər. Hər bir fərd müəyyən dərəcədə öz irsi və sosial mənşəyinin məhsulu olduğu 

halda, müasir demokratiyalarda hər kəs müxtəlif mədəni birliklərə inteqrasiya 

olunmaqla öz mənsubiyyətini zənginləşdirə bilər. Heç kəs hər hansı bir qrup, 

cəmiyyət, düşüncə sistemi və ya dünyagörüşü daxilində öz iradəsinə zidd olaraq 

dustaq edilməməli və insan hüquqları, demokratiya və hüquq norması ilə uyğunluq 

təşkil etdiyi halda öz keçmiş seçimlərini inkar etmək və yenilərini seçməkdə azad 

olmalıdırlar. Qarşılıqlı səmimiyyət və paylaşma mürəkkəb mədəni birləşmələrin iki 

bir – birilə oxşar aspektləridir. Hər ikisi də yalnız başqasına hörmət etmək şərti ilə 

öz mədəniyyətlərini nümayiş etdirməkdə azad olan fərdlər və qruplara aid dinc 

yanaşı yaşama qaydalarıdır. 

 

(51) Məhz buna görə  də, mədəniyyətlərarası dialoq çoxmədəniyyətli mühitdə 



mürəkkəb mədəni birlikləri idarə etmək üçün gərəklidir. Bu, yeni açılış  və 

təcrübələrə cavab verən və kiminsə (öz köklərindən imtina etmədən) 

mənsubluğuna yeni təbəqələr əlavə edən daimi mənsubluq balansına nail olmanın 

yeni mexanizmidir. Mədəniyyətlərarası dialoq mənsubluq siyasətinin qurduğu 

tələlərdən qurtulmağa və müasir cəmiyyətlərin problemlərinin həlli yollarını 

tapmaqda bizə yardımçı olur. 

 

3.3 Mədəni müxtəlifliyə ilkin yanaşmalar 

 

(52) 1870 – 1945-ci illərdə Avropanın milli dövlətləri öz inkişaflarının zirvəsində 



olarkən belə bir fərziyyə yayılmışdı ki, dövlətin sərhədləri daxilində yaşayan hər 

kəs uğurlu nəsillərin milli adətlər vasitəsilə  əldə etdikləri aparıcı  ənənələri 

mənimsəməlidirlər. Lakin son əsrlərdə Avropa bir sıra digər müsbət təcrübələr 

keçmişdir. Buna nümunə, müxtəlif mədəniyyətlər və dinlərin birgə, sülh şəraitində

qarşılıqlı dözümlülük və ehtiram içində necə yaşadıqlarını anlamaqda yardımçı 

olan Mərkəzi və Şərqi Avropa tarixinin müəyyən dövrləri ola bilər. 

 

(53) Müharibədən sonra bölünmüş Avropanın qərb hissəsində baş verən ən mühüm 



hadisə çoxmədəniyyətlilik kimi tanınan ictimai quruluş haqqında yeni təsəvvürlə 

immiqrasiya təcrübəsinin birləşməsi oldu. Bu azlıqda qalan cəmiyyətlərin “ev 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə