Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

(62) Mədəniyyətlərarası dialoq hər bir kəsin özünü başqalarının perspektivindən 

görə biləcəyi  təbiəti ehtiva edir. Avropa Şurası  dəyərlərinin  əsasında  fərdə bir 

varlıq kimi ehtiram göstərilməsi ilə xarakterizə olunan  demokratik memarlıq, 

qarşılıqlı tanıma (belə ki, bərabər dəyər statusu hamı  tərəfindən tanınsın), və 

qərəzsiz rəftar ( belə ki, irəli sürülən bütün iddialar hər kəsin bölüşdüyü qaydalara 

əsaslansın) 

 

 

(63) Bu mədəniyyətlərarası yanaşmanı  əvvəlki modellərdən aydın  şəkildə ayırır. 



Assimilyasiyadan fərqli olaraq o belə  qəbul edir ki, ictimai hakimiyyət yalnız 

çoxluğu qəbul etməməli, o ədalətli olmalıdır. Çoxmədəniyyətlilikdən 

(multukulturalizmdən) fərqli olaraq  o , mənəvi  qohumluq üçün yer qoymayan  

ümumi kökü müdafiə edir. Bu ikisindən fərqli olaraq, o qarşılıqlı tanımaya 

əsaslanan, vətəndaş  cəmiyyətinin  assosiativ  sferası üçün mədəniyyətlərarası 

dialoqun hökümətin təkbaşına həll edə bilməyəcəyi gündəlik həyatın problemlərini 

həll edə bilmək rolunu tanıyır. 

(64) Bərabərlik və qarşılıqlı hörmət mədəniyyətlərarası  dialoqun vacib ünsürləridir 

və onun həyata keçirilməsində maneələri aradan qaldırmaq üçün əhəmiyyətə 

malikdir. Hətta soyun araşdırılması  həqiqətəuyğun olmazsa və  mədəni 

mənsubluqlar  özlərini ifadə etmək üçün istifadə olunsalar da bərabərliyin inkişaf 

etmədiyi  yerlərdə sosial gərginliklər  mədəni arenada özünü büruzə verə bilər. 

 

3.4.3 Gender bərabərliyi 

(65) 


Qadın və Kişilər arasında bərabərliyə dair 5-ci  Avropa Nazirlər Konfransında 

(2003) vurğulandığı kimi qadın və kişilər arasında bərabərlik cəmiyyətlərin 

dəyişməsində  əsas məsələdir. Bu demokratiyanın həlledici elementidir. Gender 

bərabərliyi insan hüquqlarının ayrılmaz bir hissəsidir və cinsi ayrı-seçkilik  insan 

hüquq və azadlıqlarının həyata keçirilməsində bir maneədir. Qadının insan 

hüquqlarına hörmət mədəni müxtəlifliliyin istənilən müzakirəsinin dəyişməz 

əsasıdır. 

 

(66) Bununla belə, gender bərabərliyinə qarşı mübarizə  məkrli streotipin 



yaranmasına rəvac verməməlidir.

 “Azlıqlar icması” və “gender bərabərsizliyi” 

arasında  məcəllələşdirilmiş tarazlığın qeyri-qanunuliyinin vurğulamaq vacibdir ki, 

sanki  bütün “yerli” icmadakılar  mükəmməl idilər və  sanki azlıqlarla və  xüsusi 

dinlərin  tərəfdarları ilə  əlaqəli hər  şey problemli idi.

Ümumi gender təcrübələri 

icma bölgülərinə tamam uyğun gəlir, ona görə ki, heç bir cəmiyyətdə gender 

bərabərliyi və ya bərabərsizliyi monopoliyası yoxdur.   

 

(67) Gender bərabərliyi mədəniyyətlərarası dialoqa müsbət ölçülər gətirir. Fərdi 



mənsubiyyətin mürəkkəbliyi  cəmiyyətlərin streotip və kommunalist perspektiv 

daxilində  ağılasığmaz həmrəyliyinə imkan yaradər.  Əsas fakt ondan ibarətdir ki,  

gender bərabərsizliyinin  kompleks yanaşamanın tələb edilməsi  o deməkdir ki, 

“azlıqlardan” olan və “yerli” mənşəli qadınlarla işləyən mədəniyyətlərarası 

layihələr birgə təcrübələrə əsaslana bilər. 



(68) Avropa Şurasının Sosial Birliklərə dair Yenilənmiş Strategiyası aydın şəkildə 

göstərir ki, qadın və kişilər arasındakı bərabərlik fundamental və çox əhəmiyyətli 

öhdəlikdir. Bu öhdəlik “gender istiqamətli təşkilatın perspektivi”ni sosial birləşmə 

sahəsində  və  mədəniyyətlərarası dialoqda bərabər  şəkildə bütün münasibətlərdə 

təmsil olunmasını israr edir 

 

3.4.4 Mədəniyyətlərarası dialoqun qarşısını alan maneələrlə mübarizə 

(69) Mədəniyyətlərarası dialoqun qarşısında  çoxlu maneələr vardır. Onlardan 

bəziləri müxtəlif dillərdə ünsiyyət yaratmağın çətinliyinin nəticəsidir. Ancaq 

digərləri güc və siyasətlə bağlıdır: xüsusilə zərər çəkən və təcrid olunan qruplara 

mənsub olan insanların dözdüyü təcrübələr- ayrı-seçkilik, yoxsulluq və istismar – 

dialoq qarşısındakı struktur maneələrdir. Bir çox Avropa cəmiyyətlərində  

“başqalarına” , “xaricilərə”  və müəyyən  dini mənsubiyyətlilərə qarşı nifrəti yayan 

qrup və  təşkilatlara da rast gəlmək olar. Rasizm, ksenofobiya, dözümsüzlük və 

ayrı-seçkiliyin digər formaları  dialoq ideyasını  rədd edir və buna daimi təhqirlə 

yanaşırlar. 

 

3.5 Dini ölçülər 

(70)Avropanın zəngin mədəni irsi olan hissəsi üçün həyatın məqsədi dünyəvi 

anlayışlar silsiləsi olmaqla yanaşı həm də,  dini anlayışlar silsiləsidir. Xristianlıq, 

Yəhudilik və  İslam  öz daxili  şərhləri ilə bizim kontinentdə  dərin təsir 

buraxmışdır.Hətta etimadın təmin olunduğu münaqişələrdə ümumilik əlaməti  

Avropanın uzaq və yaxın keçmişinin xüsusiyyəti olmuşdur. 

 

(71) Fikir, vicdan və etiqad azadlığı  demokratik cəmiyyətin əsaslarından biridir və 



bu  

İnsan Hüquqlarına dair Avropa Konvensiyasının

 9-cu maddəsi ilə  təsbit 

edilmişdir. Bu azadlıq inanc sahiblərinin mənsubiyyətinə  və onların həyat 

konsepsiyasına, həmçinin də ateistərə, aqnostiklərə, skeptiklərə  və dinə laqeyd 

olanlara


 

aid ən zəruri elementlərdəndir. Bu azadlığı təmin edərkən , 9-cu  Maddədə 

qeyd olunur ki, bu azadlığın özünüifadə nümayişi müəyyən  şərtlər daxilində 

məhdudlaşdırıla bilər.  İctimai sferada, xüsusilə  də  təhsil sferasında dini rəmzlər 

məsələsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi .

11

 tərəfindən olunmuşdur. Üzv 



ölkələr arasında dini məsələlər üzrə konsensusun çatışmazlığı    səbəbindən 

Məhkəmə  dövlətlərə  bu sahədə geniş – məhdudiyyətsiz  “qiymətləndirmə imkanı” 

(yəni, mülahizə) verməyə imkan verir. 

 

(72) Avropa Şurasının gündəliyi ilə dini icmaların maraqları kifayət qədər uyğun 



gəlir: insan hüquqları, demokratik  vətəndaşlıq, dəyərlərin, sülh, dialoq, təhsil və 

həmrəyliyin təşviqi.  Məsləhətləşmə zamanı konsensus əldə olundu ki, dinlərarası 

dialoq vasitəsi ilə müxtəlif mədəniyyətlər arasında anlaşmanı inkişaf etdirməyə 

yardım göstərmək bilavasitə dini icmaların öz məsuliyyətidir. 

 

(73)Dialoq nöqteyi-nəzərindən dini icmaların əsas rolu bu sahədə dini icmalar və 



dövlət orqanları arasında səylərin həyata keçirilməsindən ibarətdir. Avropa Şurası 

artıq bu işə Parlament Assambleyasının  müxtəlif təşəbbüsləri və 2000-ci ildən bəri 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə