Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   2   3   4   5   6   7   8   9   ...   24

 

(28) Müsbət fəaliyyət tədbirləri – şəxsin irqi və ya etnik mənşəyi, gender və ya 

digər qorunma altında olan xarakteristikalarından irəli gələn zərərləri ödəyərək, 

tam və  əhəmiyyətli bərabərlik, həmçinin insan hüquqlarının tətbiqi və  bərabər 

istifadəsinin təmin edilməsidir. 

 

(29) Azlıq anlayışının millətlərarası razılaşdırılmış hüquqi bir izahatı yoxdur. Bu 



termin Ağ Kitabın məğzində əhalinin qalan hissəsinə nisbətən kiçik sayda qruplara 

məxsus və onların mənsubiyyəti, xüsusən, etnik, mədəni, dini və ya dili tərəfindən 

xarakterizə olunmuş, miqrantlar da daxil olmaqla müəyyənləşmiş şəxslər kimi başa 

düşülür. 

 

2. Mədəni müxtəlifliyin əhatə dairəsi 

 

2.1 Pluralizm, dözümlülük və mədəniyyətlərarası dialoq 

 

(30) Mədəni müxtəliflik yeni bir fenomen deyil. Avropa şəbəkəsi qitə-daxili 



miqrasiyaların nəticələri, sərhədlərin yenidən cızılması, müstəmləkəçilik və 

çoxmillətli imperiyaların tarixdə buraxdığı izlərlə  əlamətdardır. Yaxın  əsrlər 

boyunca siyasi pluralizn və dözümlülük prinsiplərinə  əsaslanan cəmiyyətlər 

müxtəliflik içində sosial həmrəyliyə  qəbul edilməz risklər törətmədən 

mövcudluğumuzu təmin ediblər. 

 

(31) Son onilliklərdə  mədəni müxtəliflikdə müəyyən irəliləyişlər nəzərə çarpır. 



Avropa, dünyanın hər yerindən olan miqrantları yaxşı  həyat  şəraiti və  sığınacaq 

axtarışı kimi məqamlarla cəlb etmişdir. Qloballaşma – zaman və  məkanı 

görünməmiş ölçüdə  sıxışdırıb. Telekommunikasiya və  mətbuatda inqilablar – 

xüsusən, İnternet kimi yeni kommunikasiya xidmətlərinin meydana gəlməsi – milli 

mədəni sistemləri get-gedə  dərmə-deşik edib. Nəqliyyat və turizmin inkişafı 

mədəniyyətlərarası dialoq üçün get-gedə daha çox şərait yaradaraq həmişəkindən 

çox sayda insanın qarşılıqlı əlaqəsini  təmin edir.    

 

(32) Bu vəziyyətdə pluralizm, dözümlülük və geniş fikirlilik həmişəkindən daha 



çox önəmlidir.  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi pluralizmin “müxtəliflik 

və  mədəni adətlərin dinamikliyi, etnik və  mədəni mənsubiyyət, dini inamlar, 

incəsənət, yazılı  və sosio-iqtisadi ideyalar və anlayışların qəbul olunması  və 

hörmət edilməsi” əsasında qurulduğunu və “müxtəlif mənsubiyyətə malik olan fərd 

və qrupların harmonik qarşılıqlı  təsirinin sosial həmrəyliyə nail olmaq üçün 

mühüm əhəmiyyət kəsb etdiyini” tanıyıb. 

 

(33) Lakin pluralizm, dözümlülük və geniş fikirlilik yetərli olmaya bilər: mədəni 



müxtəlifliyin idarə olunmasında təkanverici, formalaşmış, geniş paylaşılmış cəhdə 

ehtiyac var. Mədəniyyətlərarası dialoq bu məqsədə nail olmaq üçün əsas vasitədir, 

o olmadan bizim qitədə yaşayan hər kəsin rifahı və azadlığını qorumaq çətin olar. 

 



2.2 İnsan ləyaqətinin bərabərliyi  

 

(34) Müxtəliflik yalnız mədəni deyil, həmçinin sosial və iqtisadi fəaliyyəti də əhatə 

edir. Həqiqətən müxtəliflik, yaradıcılıq və yenilik məqsədyönlü  əhatə dairəsi 

yaradır, lakin, bir tərəfdən də, qeyri-bərabərliklər insan şərəfinə  və sosial rifaha 

qorxulu təhlükələr törədərək qarşılıqlı surətdə möhkəmlənə bilərlər. Belə olacağı 

halda, qitəni paylaşan insanları birlikdə tuta biləcək “birləşdirici vasitə” nə ola 

bilər? 

 

(35) Avropa Şurası tərəfindən dəstəklənən demokratik dəyərlər universaldır; onlar 



ayrıca olaraq Avropaya məxsus deyillər. Hələ  də qeyri-humanistliyin 20-ci əsr 

Avropa təcrübəsi fərdi insan ləyaqətinin fundamental dəyərinə xüsusi inam 

yaradıb. İkinci Dünya müharibəsindən bəri Avropanın milli dövlətləri yalnız milli 

vətəndaşlar üçün deyil, hərkəs üçün mümkün olan, həmişəkindən daha mürəkkəb 

və transmilli insan hüquqlarının müdafiəsini tərtib etdilər.  İnsan hüquqlarının bu 

toplusu müəyyən dövlətin vətəndaşları kimi fərdlərin tərtib etdikləri hüquqi 

sənədlərdən üstün və yüksək tutularaq hər bir insan varlığının şərəfini tanıyır.   

 

(36) İnsan hüquqlarının bu toplusu ümumi insanlığımız və bənzərsiz şəxsiyyətimizi 



təsdiq edir. Müxtəliflik olmadan birliyə assimilyasiya olmaq məcburi 

homogenləşmək və yaşamaq qabiliyyətini itirmək kimi məna kəsb edə bilərdi

digər tərəfdən isə  hər  şeyi  əhatə edən ümumi insanlıq və  həmrəylik olmadan 

müxtəliflik qarşılıqlı tanımanı  və sosial tərkibə daxil olmanı qeyri – mümkün  

edərdi. Hamı  tərəfindən tanınan ümumi mənsubiyyətin olması  hər bir fərdin 

bərabər ləyaqətinə göstərilən hörmət əlaməti və geniş dünyaya doğru ürəkaçıqlıq 

kimi qiymətləndirilir. Belə bir əlamətə uyğun gələn – dialoq və başqaları ilə 

qarşılıqlı əlaqədir. 

 

 

2.3 Standartlar və vasitələr: Avropa Şurasının ötən beş onillik ərzində  əldə 



etdiyi nailiyyətlər 

 

(37) Avropanın dəyərlər üzrə  qəti konsensusu Avropa Şurasının müxtəlif 

sənədlərində - bütün və ya bəzi üzv dövlətlərlə  əlaqədar olan konvensiya və 

razılaşmalar, eləcə də məsləhətlər, qətnamələr və fikirlərdə öz əksini tapır. 

 

(38)  İnsan Hüquqları üzrə Avropa Konvensiyası (1950) insan ləyaqətinə dair 



müharibədən sonrakı öhdəliyi boynuna götürərək, Konvensiyanı müasir 

günümüzün  şərtlərinə uyğun  şəkildə  şərh edən  İnsan Hüquqları üzrə Avropa 

Məhkəməsini yaratdı.  İnsan Hüquqları  və Fundamental Azadlıqların Müdafiəsi 

üzrə Konvensiyaya 12 N-li Protokol (2000) ayrı-seçkiliyin ümumi qadağasını əhatə 

edir. Avropa Sosial Nizamnaməsi (1961-ci ildə qəbul edilmiş və 1996-ci ildə islah 

olunmuş) ayrı-seçkiliyə yol vermədən hər kəs üçün nəzərdə tutulan sosial 

hüquqları aydınlaşdırdı. Nazirlər Komitəsinin Qadın və Kişi bərabərliyi haqqında 

Qətnaməsi (1988) qeyd edir ki, istənilən sahədə cinsi ayrı-seçkilik insan hüquqları 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə