Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   2   3   4   5   6   7   8   9   ...   24

və fundamental azadlıqların tanınması, istifadəsi və  tətbiqinə maneə yaradır. 

Miqrant  İşçilərin Hüquqi Statusu haqqında Avropa Konvensiyası (1997) üzv 

dövlətlərin öz millətinin vətəndaşlarına göstərdiyi xoş münasibətdən az olmayan 

münasibətin miqrant işçilərə də göstərilməsi barədə şərt qoyur.    

 

(39) Transsərhəd Televiziya üzrə Avropa Konvensiyası (1989) mədəniyyətin 



inkişafı və azad fikirlərin formalaşması üçün yayımın mühümlüyünü işıqlandırdığı 

kimi, Avropa Mədəniyyəti Konvensiyası da (1954) qitənin “ümumi mədəni irsini” 

və mədəniyyətlər arası təlimin birgə təlabatını təsdiq edib. Cəmiyyət üçün Mədəni 

İrsin Dəyəri üzrə Çərçivə Konvensiyasında isə (2005) bu irs haqqında məlumatın 

inam və anlaşmanın hansı üsullarla dəstəklənəcəyi yollar müəyyənləşdirilib.   

 

(40) Dözümlülük ruhunda müxtəlifliyin təmin və müdafiə olunması Regional və ya 



Azlıqların Dilləri üçün Avropa Nizamnaməsi (1992) və Milli Azlıqların müdafiəsi 

üzrə  Çərçivə Konvensiyasının (1995) əsas mövzusu idi. Ərazi Birlikləri və ya 

dövlət orqanları arasında Transsərhəd  Əməkdaşlığı üzrə Avropanın  İlkin 

Konvensiyası (1980), Xaricilərin Yerli Səviyyədə  İctimai Həyatda  İştirakı üzrə 

Konvensiya (1992) və  Gənclərin Yerli və Regional Həyatda  İştirakı üzrə Avropa 

Nizamnaməsi (2003-cü ildə islah olunmuş) yerli səviyyədə ictimai həyatda iştirak 

məsələlərini  əhatə edir. Amma, qeyd etmək istərdik ki, bu, Yerli və Regional 

Orqanlar Konqresinin, xüsusilə  də onun “xaricilərin” inteqrasiyası üzrə  Ştutqard 

Deklarasiyasının (2003) vəzifəsidir. Avropa Regionunda Ali təhsillə bağlı 

Kvalifikasiyaların tanınması üzrə Avropa Şurası / YUNESKO Konvensiyası 

(1997) kvalifikasiyaların tanınması zamanı etiqadlar, inanclar və namizədin statusu 

kimi xarici faktorların nəzərə alınmasını qadağan etmişdir. 

 

(41) Mədəniyyətlərarası Dialoqun İnkişafı üçün Avropa Şurasının Strategiyası üzrə 



Faro Bəyannaməsi (2005) qəbul olunmamışdan öncə, mədəniyyətlərarası dialoq 

mövzusu “Opatiya Bəyannaməsi” qəbul olunarkən mədəniyyət nazirlərinin  əsas 

müzakirə obyektinə çevrilib. Bununla eyni vaxtda təhsil nazirləri Afina 

Bəyannaməsinin qəbulu zamanı  mədəniyyətlərarası  təhsil üzrə  işə başlayıblar. 

Gənclərin işləri üzrə Avropa Nazirləri 2005-ci ildə Budapeştdə insan hüquqlarının 

öyrənilməsi, qlobal həmrəylik, konfliktin transformasiyası  və dinlərarası 

əməkdaşlığa üstünlük verdiklərini qeyd etmişlər. Bununla yanaşı 1980-ci illərdən 

bəri Avropa Şurasının Parlament Assambleyası    mədəniyyətlər və dinlərarası 

dialoqun aspektləri üzrə məsləhətlər, qətnamələr, dinləmələr və müzakirələr təşkil 

edib. Fəaliyyət Planı Dövlət Başçılarının Üçüncü Sammitində  qəbul olundu və 

Hökumətlər, cəmmiyyətlərin həmrəyliyini etibarlı  vəziyyətə salmaqla mədəni 

müxtəlifliyi idarə  və  təmin etmək üçün strategiyaların inkişaf etdirilməsinə 

başladılar və dini aspektləri daxil edərək mədəniyyətlərarası dialoqa dəstək 

verdilər. 

 

(42) Hökumətlərarası  təşkilat kimi də  fəaliyyət göstərən Avropa Şurası bütün 



dünyaya monitorinq mexanizmləri, fəaliyyət proqramları, siyasi mövqeyi və 

beynəlxalq partnyorları ilə olan əməkdaşlıq siyasəti vasitəsilə  təsir edir. Əsas 




vasitə, üzv dövlətlərdə irqçilik və  hər növ dözümsüzlüklə bağlı  məsələləri 

araşdıran, Ümumi Siyasətə dair Rəyləri nəzərdən keçirən və məlumatlılığı artırmaq 

üçün vətəndaş cəmiyyəti ilə daima əlaqədə olan İrqçilik və Dözümsüzlük əleyhinə 

Avropa Komissiyasıdır (İDAK).  İDAK,  İrqi ayrı-seçkiliyin ləğv oluması üzrə 

BMT Komitəsi, ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Offisi və 

Avropa  İttifaqının Fundamental Hüquqlar Agentliyi ilə mütəmadi olaraq əlaqə 

saxlayır. Ümumiyyətlə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığı insan 

hüquqlarının tədrisi, onlar barədə  məlumatlılıq və onlara hörmətin təmin 

edilməsində önəmli rol oynayır. Avropa Şurasının konstitusiya məsələlərilə bağlı 

məsləhətverici orqanı olan Qanun vasitəsilə Demokratiya üçün Avropa 

Komissiyası (“Venesiya Komissiyası”) Avropanın konstitusiya irsinin 

standartlarına uyğun konstitusiyaların qəbul olunmasında aparıcı rola malikdir və 

azlıqların hüquqları ilə bağlı  məsələlərdə  fəal iştirak edir. “Şimal – Cənub 

Mərkəzi” mədəniyyətlər arasında dialoq üçün mühüm yer, Avropa və ona qonşu 

regionlar arasında əhəmiyyətli körpü rolunu oynayır. 

 

Dialoqa girməmək riskləri 

 

(43) Dialoqa girməmək riskləri tam olaraq qiymətləndirilməlidir. Dialoqa 

girməmək, başqasını streotip şəkildə  qəbul etmək fikrini inkişaf etdirməyi, 

qarşılıqlı şübhə, gərginlik, narahatlılıq mühiti yaratmağı, eyni zamanda azlıqlardan 

istifadə olunma yollarını asanlaşdırır və ümümiyyətlə dözümsüzlük və ayrı-

seçkiliyə yol verilməsi hallarını artırır. Cəmiyyətlərdaxili və  cəmiyyətlərarası 

dialoqun pozulması müəyyən hallarda fövqəladə  vəziyyətə  və  bəziləri tərəfindən 

istismara, ekstremizm və  hətta terrorizm mühitinin yaranmasına gətirib çıxara 

bilər. 

Beynəlxalq  əhəmiyyətə malik olan mədəniyyətlərarası dialoq qonşu ölkələr 



arasında xüsusilə zəruridir. 

 

(44) Ətraf mühitə olan çıxışın məhdudlaşdırılması aldadıcı təhlükəsizlik təklif edə 



bilər.  Müəyyən cəmiyyətin rahatlığını təmin etməkdən geri çəkilmə konformizmin 

boğulmasına səbəb ola bilər. Dialoqun olmaması hər kəsi qlobal dünyada fərdi və 

sosial inkişaf üçün zəruri olan yeni mədəni yeniliklərdən faydalanma imkanından 

məhrum edir. Təcrid olunmuş  və qarşılıqlı  əlaqədə olan cəmiyyətlər elə mühit 

yaradırlar ki, bu tez-tez fərdi muxtariyyətə, eləcə  də insan hüquqları  və 

fundamental azadlıqların sərbəst həyata keçirilməsinə mane olur. 

 

(45) Dialoqun olmaması Avropanın mədəni və siyasi irs təcrübələrini nəzərə almır. 



Real nəticələrin qonşularla danışıqlar aparmaq və  sərhədlər boyunca əməkdaşlıq 

etməyə  şərait yaratdıqları vaxtlarda Avropa tarixi sülhməramlı  və  məhsuldar 

olmuşdur. Bunların hamısı çox tez-tez başqasına qarşı  səmimiliyin olmaması 

zamanı insan fəlakətlərinə gətirib çıxarmışdır. Yalnız dialoq müxtəliflik şəraitində 

birgə yaşamağa imkan verir. 

 

3. Konseptual çərçivə 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə