Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

sahibi” olan çoxluqla bir səviyyədə qəbul olunmasının siyasi tanınmasını müdafiə 

etmişdir. Bu hadisə  kənardan müxtəlif mədəni və etnik qrupların assimilyasiya 

doktrinasından radikal şəkildə ayrılması kimi görünsə  də, həqiqətdə 

çoxmədəniyyətlilik – çoxluq və azlıq qarşısında formalaşan cəmiyyətin bərabər və 

sxematik konsepsiyasını özündə birləşdirir. Bu azlığın çoxluğa uyğunlaşması deyil, 

əksinə onların bir – birindən ayrılması faktını təsdiq etməklə fərqlənir. 

 

(54) 


Opatiya bəyannaməsi

 (2003) bu paradiqmanı  rədd edir. Mədəni müxtəlifliyi 

müəyyənləşdirərkən, bəyannamədə belə mübahisəli bir məsələyə toxunulur ki, bu 

prinsip “azlıq” və “çoxluq”a istinadən tətbiq oluna bilməz, məhz buna görə də, o 

mədəniyyət və  cəmiyyətləri seçərək (ayıraraq), onları qrupların hörmətəlayiq 

statuslarına  əsasən qiymətləndirilən ictimai rəftar və  mədəni stereotiplərin sabit 

mövqeyinə endirir və kateqoriyalara bölür.

 

Qismən uyğun gələn mənsubluqlar bir-



birilə ziddiyyət təşkil etmir: onlar güc mənbəyidir və ümumi marağın 

mümkünlüyünə işarədir. 

 

(55) Mədəniyyətlərarası dialoq bir çoxları  tərəfindən ictimai təcridolunma və 



qarşılıqlı anlaşılmazlığı artıran, eyni zamanda yeganə kollektiv aktorlar kimi qəbul 

olunan azlıq birliklərinə aid Fərdlər, xüsusilə  də qadınların hüquqlarının 

pozulmasına səbəb olan bir faktor kimi qəbul olunur. Çağdaş cəmiyyətlərin mədəni 

müxtəliflikləri empirik bir fakt kimi qəbul edilməlidir. Lakin məsləhətləşmələrin 

mütəmadi olaraq təkrarlanan mövzusu o idi ki, çoxmədəniyyətlilik 

(multikulturalizm) respondentlərin özlərini rahat hiss etmədikləri bir siyasətdir. 

(56) Bu modellərdən heç biri – assimilyasiya və ya çoxmədəniyyətlilik heç bir 

halda tam və ya ayrı – ayrılıqda tətbiq olunmur. Assimilyasiya və ya 

çoxmədəniyyətliliyin elementləri, onların  ən yaxşı keyfiyyətlərini özündə  əks 

etdirən yeni yaranmaqda olan mədəniyyətlərarası paradiqmanın aspektlərini əhatə 

edir. O, assimilyasiyadan – bütün diqqətin  şəxsiyyətə yönəldilməsi; 

çoxmədəniyyətlilikdən isə  mədəni müxtəlifliyin tanınması kimi, ən yaxşı 

keyfiyyətləri götürərək, özündə  cəmləşdirir. Bununla yanaşı, mədəniyyətlərarası 

paradiqma, bərabər ləyaqət və bölünmüş dəyərlərə əsasən dialoqun, intreqrasiya və 

sosial birliyə tənqidi münasibətdə olan yeni elementini də əhatə edir. 

 

 



3.4 Mədəniyyətlərarası dialoqun şərtləri 

 

3.4.1 İnsan hüquqları, demokratiya və hüquq qaydası 

 

(57) Avropa Şurasının müdafiə etdiyi universal dəyərlər mədəniyyətlərarası dialoq 



üçün şərtdir. İnsanların ləyaqət bərabərliyinə, insan hüquqlarına, hüquq qaydasına  

və demokratik prinsiplərə hörmət olunmadığı  təqdirdə heç bir dialoq baş tuta 




bilməz. Bu dəyərlər, xüsusilə də özünü ifadə etmə azadlığı  və digər fundamental 

azadlıqlara hörmət, hökmran olmamaq və bu yolla da dialoqun güc arqumentindən 

çox arqumentin gücü ilə idarə olunmasını təmin etmək üçün vacibdir. 

 

(58) Rəqabətli insan hüquqlarının inkişafı mədəniyyətlərarası dialoq məsələləri ilə 



üzləşəndə  ədalətli tarazlıq yaradır. Avropa İnsan Hüquqları  Məhkəməsinin 

presedent hüququ və ECRİ  və ya Milli Azlıqların Müdafiəsinə dair Çərçivə 

Konvensiyasının Məşvərətçi Komitəsi kimi monitorinq orqanlarının təcrübəsi bu 

cür tarazlığın təcrübədə necə əldə olunmasını göstərir. 

 

 

(59) Fərdlərin öz insan hüquqlarından istifadəsi və  cəmiyyətdə  məsul iştirakının 



qarşısını almaqdan ötrü etnik, mədəni, dini və linqvistik birliklərə  və  ənənələrə  

istinad edilə bilməz.

 

Bu prinsip xüsusən gender və digər ayrı-seçkilik 



formalarından  əziyyət çəkməmək hüququ, uşaqlar və  gənclərin hüquq və 

maraqları, müəyyən din və etiqadlarla məşğul olmaq və ya olmamaq azadlıqlarına 

aiddir. Məcburi evlilik, “şərəf cinayətləri” və ya genetic müxtəliflik 

10

 kimi insan 



hüquqlarından sui-istifadə hallarına hər hansı  mədəniyyət məzmununda bəraət 

qazandırmaq olmaz.

 

Bərabər şəkildə, “üstün mədəniyyət”in  real və ya qeyri-real 



qaydaları din, irq, etnik mənşə və ya digər mənsubluqlara əsaslanaraq ayrı-seçkilik, 

hər hansı  irq, cins və etnik mənşəli qrupun  və ya belə qrup üzvünün ləyaqətini 

alçaldan nitq və ayrı-seçkiliyin digər formalarına bəraət qazandırmaq üçün istifadə 

oluna bilməz.

.  

 

 



 

(60) Demokratiya bizim siyasi  sistemimizin əsasıdır və  vətəndaşlar yalnız sosial 

varlıqlar, millətin əmin-amanlağına fayda verənlər və ya onun benefisiarları deyil, 

həmçinin siyasi aktor kimi də dəyərləndirilirlər. Demokratiya inkişaf edir, çünki o 

fərdlərə üzv olduqları  cəmiyyətə uyğunlaşmağa kömək edir və legitim  qərar 

qəbulu və gücün həyata keçirilməsini təmin edir. Son iki onillikdə Avropa 

Şurasının genişlənməsi demokratiyanın gücünə  əsaslı sübutdur. Tənqidi və 

konstruktiv dialoq öz-özlüyündə geniş demokratik standart olaraq plüralizm, 

inkluzivlik və  bərabərlik kimi digər demokratik prinsipləri tanımalıdır. Bu çox 

vacibdir ki, dialoq  demokratik mədəniyyət ruhunu və onun elementlərini 

təsdiqləyir və onun əsas elementləri: iştirakçılar arasında qarşılıqlı hörmət və hər 

kəsin ümumi marağa can atma və qəbul etmə hazırlığı. 

 

(61) Demokratik cəmiyyətlərdə hüquq qaydasının fundamental standartları 



mədəniyyətlərarası dialoqun inkişaf edə biləcəyi çərçivənin zəruri elementləridir. 

Onlar hakimiyyətin aydın bölgüsünü, qanunun aliliyini və  hər kəsin hüquq 

qarşısında bərabərliyini təmin edirlər. Onlar dövlət orqanlarını  əsassız və ayrı-

seçkiliyə yol verən qərarlar qəbul etməkdən çəkindirir və hüquqları pozulmuş  

şəxslərə məhkəmə yolu ilə öz hüquqlarını bərpa etməsini təmin edir. 

 

3.4.2 Bərabər ləyaqət  və qarşılıqlı hörmət 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə