Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

sahələrində Avropa Şurasının razılığı  çərçivəsində  mədəniyyətlərarası dialoqun 

inkişafı yollarını tədqiq edir. 

(123) Avropa Şurası kimi təşkilat, ona üzv ölkələrin bəzilərinin dünyanın digər 

xüsusi ölkələri ilə mövcud olan oxşarlıqları  və  əməkdaşlıq formalarından da 

istifadə edə bilər. Daimi olaraq Avropa Şurası tərəfindən dəstəklənən transsərhəd 

əlaqələrin mühüm mədəniyyətlərarası dəyəri var. 

(124) Qeyri-hökumət təşkilatları, fondlar və dini birliklər kimi beynəlxalq şəkildə 

təşkil olunmuş qeyri-dövlət aktorları transmilli mədəniyyətlərarası dialoqda əsas 

rola malikdirlər – onlar həqiqətən də bu sahədə novator ola bilərlər. Belə təşkilatlar 

uzun müddət  ərzində öz xidməti fəaliyyətləri çərçivəsində  mədəni müxtəliflik 

problemlərinin həlli ilə məşğul olmuşlar. Onlar birliklər arasında, hökumətlərarası 

razılaşmaların asanlıqla təmin edə bilməyəcəyi şəbəkə əlaqələri yaradır. 

(125) Burda fərdlər üçün də rol peyda olur. Mədəniyyətlərarası konteksdə yaşayıb 

işləməyə adət etmiş  şəxslər, xüsusilə  də miqrantlar dövlət sərhədləri boyunca 

çöxtərəfli əlaqələr qura bilərlər. Onlar inkişafın istiqaməti, təkanverici innovasiya 

və ideyaların çarpazvarı ilhamlandırma rollarını da oynaya bilərlər. Onlar qrafiki 

olaraq, mənsubluğun mürəkkəbliyi və mövzuya uyğun xüsusiyyətini təcəssüm 

etdirir və mədəniyyətlərarası dialoqun banisi ola bilərlər. 



5. Gələcək fəaliyyət üçün rəy və siyasi orientasiyalar: mərkəzi aktorların 

ümumi məsuliyyətləri 

(126)  İnsan hüquqları, demokratiya və hüquq normalarını ümumi tanıma 

dəyərlərimizi təbliğ etmək şərtilə mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi 

və bununla da böyük Avropa Birliyinə dəstək verilməsi bütün səhmdarların ümumi 

məsuliyyətidir. Bundan əvvəlki paraqrafda qeyd olunan beş siyası ərazidə fəaliyyət 

göstərənlərin hamısının fəal şəkildə bir yerə cəlb olunması hamıya bizim bugünki 

mühitimizdən və  zəngin mədəni irsimizdən mənfəət götürməyə imkan verəcək. 

Özünün mədəni müxtəliflik və  mədəniyyətlərarası dialoq konsepsiyası, eyni 

zamanda uzunmüddətli təcrübəsi  əsasında Avropa Şurası növbəti ümumi rəy və 

prinsipləri qısaca və dürüst ifadə edə  və  gələcək fəaliyyəti üçün siyasi 

orienyasiyaları inkişaf etdirə bilər. 

 

5.1 Mədəni müxtəlifliyin demokratik idarə olunması 

(127) Mədəni müxtəlifliyin çiçəklənməsi üçün onun demokratik idarə olunması hər 

bir səviyyədə inkişaf etdirilməlidir. Yüksək səviyyəli milli siyasətçilər və digər 

dövlət orqanları bu istiqamətdə öz fəaliyyətlərini genişləndirməlidirlər. 

(128) Mədəniyyətlərarası dialoq Avropa Şurasının insan hüquqları 

standartlarına cavab verən, demokratiya və qanun normaları üzərində 

qurulan milli və yerli səviyyədə  fəaliyyət göstərən neytral institusional və 



qanuni formalaşmaya ehtiyac duyur. Bunun üçün - cins, irq, rəng, dil, din, siyasi 

və digər fikir, milli və ictimai mənşə, bununla yanaşı  Məhkəmənin presedent 

hüququna uyğun olaraq milli azlıq, mülkiyyət, doğum günü və cinsi oriyentasiya, 

yaxud da İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 12 nömrəli Protokolunun 

izahat məruzəsinə uyğun olaraq yaş və ya fiziki və əqli əlillik kimi digər statuslarla 

uyğunluq  əsasında formalaşan ayrıseçkilik  əleyhinə yürüdülən siyasət və 

qanunvericilik olmalıdır. İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa  Komissiyası 

irqçilik və irqi ayrı – seçkiliyə qarşı mübarizə aparmaq üçün milli qanunvericiliyə 

uyğun göstərişlər hazırlayıb. Dövlət və din arasındakı münasibətlər elə formada 

təşkil olunmalıdır ki, fikir, vicdan, yaxud dinindən asılı olmayaraq, həmçinin 

vicdan və dini azadlığına hər bir yerdə tam hörmət ediləcəyi nəzərə alınmaqla, hər 

bir kəsin bərabər hüquq və öhdəlikləri təmin olunsun. 

 

(129)  Maneələri aradan qaldıran və ya yaradn müxtəlif siyasi istiqamətlər 



arasında formalaşan daxili bağlılıq zamanı  mədəniyyətlərarası dialoq 

sığortalanmalıdır. Buna nail olmanın yeganə yolu müəssisələrarası komitə, 

inteqrasiya üzrə xüsusi nazirlik və ya Baş Nazirin Ofisində fəaliyyət göstərən bir 

bölmə kimi ənənəvi müəssisə  sərhədlərində  kəsişən birgə yanaşmanın qəbul 

olunmasından ibarətdir. Avropa Şurasına aid olanlar da daxil olmaqla, beynəlxalq 

insan hüquqları standartları  əsasında və bu Ağ Kağızın rəylərini özündə  əks 

etdirəcək “Milli Fəaliyyət Planı”nın hazırlanıb həyata keçirilməsi öz üzvlərinin 

müxtəlifliyini qoruyan inteqrasiya olunmuş  cəmiyyətin  ətrafa baxışına təsirli 

töhfələr verməyə, eyni zamanda proqramlara köçürülə biləcək və ictimai 

monitorinq üçün açıq olacaq məqsədlər müəyyən etməyə yardımçı ola bilər. 

Avropa Şurası belə Milli Fəaliyyət Planlarının inkişaf etdirilməsi və onların yerinə 

yetirilməsinin qiymətləndirilməsinə yardım etməyə hazırdır. Yüksək səviyyəli 

siyasi rəhbərlik uğur üçün əsasdır. Azlıqlar və miqrant birlikləri daxil olmaqla, 

ictimai cəmiyyət bu məsələdə mühüm rol oynaya bilər. İnteqrasiyanı gücləndirmək 

üçün məşvərətçi orqanlar elə formalaşmalıdırlar ki, müxtəlif aidiyyəti 

əməkdaşların nümayəndələrini cəlb edə bilsinlər. Milli Fəaliyyət Planları hazırkı 

miqrant və uzun müddət fəaliyyət göstərən azlıq qruplarını da özlərində 

birləşdirməlidirlər. 

(130) Avropa Şurası araşdırma və konfransları özündə birləşdirəcək tamamlama 

təşəbbüsünün həyata keçirilmə 

məsuliyyətini öhdəsinə götürərək, 

mədəniyyətlərarası dialoqun əsas komponent kimi çıxış etdiyi mədəni 

müxtəlifliyin idarə olunması üçün mədəniyyətlərarası yanaşmanın geniş anlamını 

işləyib hazırlaya bilər. Bu iş xüsusilə müxtəlifliyin idarə olunmasına yönəlmiş 

mədəniyyətlərarası yanaşma ilə inteqrasiya siyasəti arasında olan qarşılıqlı bağlılıq 

və birgə  fəaliyyəti tədqiq etməlidir. Bundan sonra Avropa Şurasının  ərazisi 

boyunca inteqrasiya da daxil olmaqla mədəni müxtəlifliyin idarə olunması üçün 

Mədəniyyətlərarası yanaşma anlamının təbliğ olunması istiqamətində bir sıra 

aksiyalar həyata keçiriləcəkdir. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə