Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   16   17   18   19   20   21   22   23   24

olunacaqları vəzifələrdir. Vətəndaş cəmiyyəti təşkilatlarının tədbirlərində azlıqların 

iştirakı sistemli olaraq həvəsləndirilməlidir. 



(148) Yerli hökumət, vətəndaşların cəlb olunması  və demokratik iştirak 

mədəniyyətinin gücləndirməsi yolunda təşəbbüsün inkişaf etdirilməsi üçün 

dəstək almalıdır. Bələdiyyə inteqrasiyası  və ya “xaricilər” şurası bunun üçün ən 

yaxşı nümunədirlər. Onlar, azlıqlara aid olan şəxslər və miqrantlar üçün yerli siyasi 

rəhbərliklə  əlaqədə olmaq üçün mexanizmlər təklif edirlər. 

Yerli və Regional 

Dövlət Orqanları Konqresi 

buna güclü nəzarət edir. 

***  

“Mədəniyyətlərarası şəhərlər”in inkişafı 

2008-ci ildə Avropa Şurası hökumət, mətbuat, vasitəçilik və  mədəniyyət siyasəti 

üzərində  təcrübə mübadiləsi və  dəqiq xülasə vasitəsilə  şəhərlərin 

mədəniyyətlərarası dialoqda rolunun artırılması istiqamətində proqram həyata 

keçirəcəkdir. 

(149) Avropa Şurası özünün bir sıra proqramları vasitəsilə demokratik vətəndaşlıq 

və  iştirakın möhkəmləndirilməsində  məsuliyyət daşıyır. Bunların arasında 

“Mədəniyyətlərrası  Şəhərlər” adlı siyasi inkişaf proqramı xüsusi əhəmiyyət kəsb 

edir.  İştirakçı ölkələr bir mənbə kimi müxtəlifliyin idarə olunması üçün 

mədəniyyətlərarası strategiya istiqamətində  işləyəcəklər. Proqram qeyri-hökumət 

və hökumətlərarası partnyorlar ilə əməkdaşlıq nəticəsində inkişaf etdiriləcəkdir. 

 

(150)  Şəhər zonalarındakı  mədəni müxtəliflik daha sonrakı mühüm müzakirə 



məsələsinə çevriləcəkdir. Gələcəyin  ən uğurlu  şəhərləri mədəniyyətlərarası 

olacaqdır. Onlar öz mədəni müxtəlifliyinin idarə olunması  və tədqiqi, innovasiya 

və yaradıcılığın stimullaşdırılması  və beləliklə də iqtisadi çiçəklənmə, cəmiyyətin 

bağlılığı  və daha yaxşı  həyatın formalaşmasında öz təcrübələrini nümayiş etdirə 

bilərlər. 

 

5.3 Mədəniyyətlərarası kompetensiyanın öyrənilməsi və tədrisi 



 

(151) Mədəniyyətlərarası kompetensiyanın öyrənilməsi və tədrisi demokratik 

mədəniyyət və ictimai birlik üçün əsasdır. İnkişafa yönəlmiş keyfiyyətli təhsilin 

hamı üçün nəzərdə tutulması  fəal cəlb olunma və  vətəndaşların məsuliyyətini 

inkişaf etdirərək, təhsildə yaranmış  əlverişsiz  şəraiti aradan qaldırır. Bu siyasi 

yanaşma, dövlət orqanları  və formal təhsil institutları, həmçinin azlıq və  gənclər 

təşkilatları da daxil olmaqla vətəndaş  cəmiyyəti, formal və qeyri-formal təhsilə 

cəlb olunmuş dini birliklər və  mədəni və ictimai partnyorlar, eyni zamanda 

mətbuata ünvanlanmış əsas istiqamət və rəylərə çevriləcəklər. 

 



(152) Dövlət orqanları, vətəndaş cəmiyyəti təşkilatları və digər təhsil təminediciləri 

mədəniyyətlərarası dialoq və ehtiva olunan təhsili bütün səviyyələrdə  ən mühüm 

məsələ kimi inkişaf etdirməlidirlər.  Mədəniyyətlərarası kompetensiya 

vətəndaşlıq və insan hüquqları tədrisinin bir hissəsinə çevrilməlidir. Səriştəli 

dövlət orqanları və təhsil institutları müəllimlərin təlimi və ortayaşlılar üçün 

təhsil proqramları da daxil olmaqla, təhsilin bütün səviyyələrində olan tədris 

kursları və proqramların dizaynı və həyata keçirilməsində mədəniyyətlərarası 

kommunikasiya üçün əsas hüquqların deskriptorlarından tam istifadə 

etməlidirlər.  Digər mədəniyyətlərin təcrübələrinə qarşı formalaşmış mövqe və 

şəxsi tələblərində  şübhələrin yaranması da daxil olmaqla, tələbələrin müstəqil 

tənqidi bacarıqlarından istifadə etmələrində ruhlandırılmaları üçün bütün vasitələr 

inkişaf etdirilməlidir. Bütün tələbələrə öz poliglot bacarıqlarını inkişaf etdirmək 

üçün  şərait yaradılmalıdır. Mədəniyyətlərarası  təcrübə  və  təhsil, müəllimlərin 

keçdiyi ilkin və kvalifikasiya artımı  təlimlərində  nəzərə çatdırılmağa ehtiyac 

duyur. Məktəb və ailə  əsasında formalaşan mübadilə ikinci tədris kursu üçün 

mütəmadi hala çevrilməlidir. 

 

(153) Fəal vətəndaşlıq və mədəniyyətlərarası dialoqun  öyrənilməsini nəzərdə tutan 



insan hüquqlarının tədrisi mövcud olan dəstək materialından böyük mənfəət əldə 

etməyə  səbəb ola bilər. Bu “Kompas” və “Kompasito”, eyni zamanda Avropa 

Şurasının gənclər və uşaqlar üçün nəzərdə tutduğu insan hüquqlarının tədrisi üzrə 

iki dərslikdən ibarətdir.  



 

(154) Təhsil sahəsində  həyata keçirilən tədbirlərlə  əlaqəli olan tədris 

müəssisələri və bütün digər maraqlı  tərəflər  əmin olmalıdırlar ki, tarixin 

öyrənilməsi və tədrisi Nazirlər Komitəsinin tarixin tədrisi üzrə rəylərinə tam 

uyğun gəlir və yalnız müəyyən bir şəxsin ölkəsi üzərində deyil, digər ölkə və 

mədəniyyətlərin tarixinin öyrənilməsi, həmçinin digərlərinin bizim 

mədəniyyətimiz haqqındakı düşüncələri üzərində  cəmləşir və burda Avropa 

Şurasının fundamental dəyərlərinə hörmətlə yanaşma və insan hüquqlarının 

tədris olunma vahidi öz əksini layiqincə tapır. 

(155) Keçmişi bilmək cəmiyyətin bugünkü düşdüyü vəziyyəti öyrənmək və tarixin 

faciəli hadisələrinin təkrarlanmasının qarşısı almaq üçün əsasdır. Buna görə, 

məsuliyyətli dövlət orqanları və tədris müəəssisələri hər bir ölkənin tarixinə uyğun 

olaraq müəyyənləşdirilmiş gündə il ərzində bir dəfə qeyd olunan “Holokaustun 

Xatirə günü və Cəmiyyət əleyhinə Cinayətlərin qarşısının alınması”na hazırlaşmaq 

və bunu nəzərdən keçirmək üçün ruhlandırılmalıdırlar. Belə bir hadisə Avropa 

Şurasının “Yaddaş təlimi – cəmiyyət əleyhinə cinayətlərin qarşısının alınması üçün 

təhsil” adlı layihəsinin diqqətini cəlb edə bilər. Bu layihə, dünya tarixi və Avropanı 

kölgəyə salan hadisələri kəşf etmək və anlamaq və qlobal miqyasda əhalinin 

kökünün kəsilməsi yolunda ilk düşünülmüş cəhd kimi Holokaustun yeganəliliyini 

tanımaq; XX əsr ərzində cəmiyyətə qarşı törədilmiş bütün cinayət və soyqırımlarla 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə