Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

(131) Dövlət orqanları  mədəni müxtəlifliyi olan əhalinin ümidlərinə qarşı 

həssas olmalı, ictimai xidmətlərin qanuni tələblərə cavab verdiyinə  əmin 

olmalı  və  cəmiyyətin bütün qruplarının istəklərinə cavab verməyi 

bacarmalıdırlar.  Bərabərlik və ayrı seçkilik əleyhinə yönəlmiş prinsiplərindən 

axıb gələn bu tələb xüsusilə siyasət, sağlamlıq, gənclik, təhsil, mədəniyyət və irs, 

ev işləri, ictimai dəstək,  ədalət və  əmək bazarına sərbəst çıxış  məsələlərində 

xüsusilə önəmlidir. Xidmətlərin göstərilmə siyasətinin formalaşması  və xidmət 

sahələrindəki işçi qüvvələrinin bu qruplardan olan şəxslər hesabına artırılması da 

daxil olmaqla, ehtiyatların bölüşdürülməsi ilə bağlı danışıqlara hazırlıq müddətində 

azlıq və  əlverişsiz  şəraitdə yaşayan insan qruplarına aid olan şəxslərin 

nümayəndələrinin cəlb olunması mühüm məsələlərdəndir. 



(132) Mədəni müxtəlifliyə hörmət ictimai debatların əsas müzakirə obyektinə 

çevrilməlidir.  İnsan hüquqları üzrə Avropa Konvensiyasının müvafiq bəndlərinə 

uyğun olaraq irqçilik, ksenofobiya və ya dözümsüzlüyün istənilən digər forması, 

dövlət müəssisəsini təmsil edən  şəxslər vasitəsilə  və ya vətəndaş  cəmiyyətində 

başlanğıc götürmələrindən asılı olmayaraq rədd edilməli və  qəbul 

olunmamalıdırlar. Azlıq və əlverişsiz şəraitdə yaşayan qruplara aid olan insanların 

şərəfinə toxunulmasının istənilən forması ictimai müzakirədən kənarda qalır. 

Mətbuat, xüsusilə müxtəlif etnik, mədəni, linqvistik və dini cəmiyyətlər arasında 

anlaşma mədəniyyətinin tərbiyə olunduğu dözümsüzlüyə qarşı aparılan mübarizəyə 

müsbət töhfələr verə bilər. Mətbuat işçiləri üzv ölkələrin daim inkişafda olan çox 

mədəniyyətli və çox irqli mühitinin dözümsüzlük problemini və onların 

dözümlülük, qarşılıqlı anlam və hörməti artırmaq üçün apardıqları  təbliğat 

vasitələrini əks etdirməlidirlər. 

 

(133) Hər bir dövlət nifrət və təzyiqə təhrik etməni özündə birləşdirən “Müəyyən 



bir qrup və ya qrup üzvünü cinsi, irqi və etnik mənsubiyyətinə görə alçaldan və ya 

təhqir edən nitq”, həmçinin irqçilik, ksenofobik, homofobik, antisemitik, 

islamçılıq, qaraçılar  əleyhinə proseslər və digər bu kimi özünü ifadəetmə 

xüsusiyyətlərini qanundan kənar elan edə biləcək sağlam və möhkəm 

qanunvericiliyə malik olmalıdır. Cinayət mühakimə sisteminin üzvləri belə 

qanunvericiliyi yerinə yetirmək və müdafiə etmək üçün yaxşı hazırlanmalıdırlar. 

Müstəqil milli ayrı – seçkilik əleyhinə fəaliyyət göstərən orqanlar və ya buna oxşar 

strukturlar belə qanunvericiliyin effektivliyini incəliyi ilə öyrənməli, müvafiq 

təlimlər aparmalı və irqi təsirlərə məruz qalan qurbanlara dəstək olmalıdırlar. 

(134) Siyasi liderlərin üzərinə xüsusi məsuliyyət düşür. Onların mövqeyi, 

təzyiqləri mümkün qədər yüngülləşdirən və ya ağırlaşdıran mədəniyyətlərarası 

məsələlərlə bağlı ictimai baxışları  təsir altına qoyur. İrqçilik və Dözümsüzlük 

Əleyhinə fəaliyyət göstərən Avropa Komissiyası bu təhlükələrin üzə çıxarılması və 

təcrübə vasitəsilə aradan qaldırılmasında və irqçilik, anti-semitik və ksenofobik 

məsələlərlə bağlı siyasi müzakirələrin aparılmasına qarşı mübarizə üçün bir sıra 

təcrübi addımlar atır.  Şəhər başçıları qarşılıqlı sülhü təmin etmək üçün vətəndaş 




cəmiyyəti üzərində  rəhbərliyi həyata keçirməklə daha çox şey edə bilərlər. Eyni 

zamanda İrqçilik və Dözümsüzlük Əleyhinə fəaliyyət göstərən Avropa Komissiya 

həmçinin “Müəyyən bir qrup və ya qrup üzvünü cinsi, irqi və etnik mənsubiyyətinə 

görə alçaldan və ya təhqir edən nitq” vasitəsilə irqçiliyi təbliğ edən siyasi 

partiyaların ictimai maliyyələşdirilmədən məhrum olunmalarını təklif edir. 

(135) Dövlət orqanları, tələb olunan peşəkar bacarıqlara üstünlük verməklə 

əlverişsiz  şəraitdə yaşayan və ya təzyiq altında olan qruplara aid olan 

şəxslərin peşəkar həyat, cəmiyyət, siyasət və yerli və regional dövlət 

orqanlarında mühüm yerlərə  çıxış  əldə etmələrinə  dəstək verən müvafiq 

pozitiv addımlar atmağa istiqamətləndirilməlidirlər.  Müəyyən hallarda milli 

azlıqlara və hətta çoxluqlara aid olan şəxslər arasında tam bərabərliyi təbliğ etmək 

üçün tələb olunan müvafiq addımların əhəmiyyətlilik prinsipi belə addımların ayrı 

seçkilik kimi nəzərdən keçirilməməsi  şərti ilə bütün üzv ölkələr tərəfindən 

tanınmalıdır. Belə addımlar atılan zaman milli azlıqlara aid olan şəxslərin xüsusi 

şəraitləri mütləq nəzərə alınmalıdır. 

***  

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mədəniyyətlərarası dialoq üzrə 

presedent hüququna çıxışın asanlaşdırılması 

Avropa Şurası  İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məqalələrinə  məxsus 

qərar və hökmlərin  ətraflı icmalını  nəşr etdirəcəkdir. Bu icmal Konvensiyanın 

mədəniyyətlərarası dialoqa aid məsələləri ilə bağlı olacaqdır. 

(136) Avropa Şurası özünün qanuni standart və  fəaliyyət istiqamətlərini dövlət 

orqanları  və  qərar qəbul edənlər, vətəndaş  cəmiyyəti təşkilatları  və  mətbuat 

rəhbərləri, həmçinin cavan nəsil nümayəndələri kimi qrupların hədəfə alındığı 

yeni, cəlbedici formalarda yayacaqdır. Bu, mədəni müxtəlifliyin müşahidə 

olunduğu cəmiyyətdə insan hüquqlarını özündə birləşdirən və geniş dövretmə 

qabiliyyətinə malik olan materialdan, həmçinin  İnsan hüquqları üzrə Avropa 

Konvensiyasında nəzərdə tutulan “Müəyyən bir qrup və ya qrup üzvünü cinsi, irqi 

və etnik mənsubiyyətinə görə alçaldan və ya təhqir edən nitq” və ictimai yerlərdə 

dini simvollardan istifadə olunması    ilə bağlı arayış kitabçalarından ibarət 

olacaqdır. 

(137)  İnsan Hüquqları üzrə  Rəhbər Komitə  mədəni müxtəlifliyin müşahidə 

olunduğu cəmiyyətdə insan hüquqlarının qorunması ilə bağlı müvafiq addımlar 

atacaqdır. Bu, Avropa Şurası siyasi mətninin qəbul olunmasında mühüm rol 

oynayacaqdır. O həmçinin, mədəni hüquqlar sahəsində baş verən irəliləyişləri də 

nəzərdən qaçırmayacaq. 

Avropa Şurası mədəniyyətlərarası  dialoq üçün daimi forum kimi 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə