Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

illərdə irqçilik əleyhinə bir sıra təşəbbüslərin  əsas dayaq mövzusu olmuşdur. 

Avropa kontekstində qeyd etsək, o, 10 bənddən ibarət plan müəyyən edib, klublar 

üzərində birləşmiş rəhbərliyi həyata keçirən UEFA tərəfindən dəstəklənir. Ümumi 

və  qərəzsiz qaydalar altında birgə oyun və  ədalətli oyunun idarəetmə ideyası 

mədəniyyətlərarası təcrübəni çərçivəyə sala bilər. 

(117)  İş yeri, mədəniyyətlərarası dialoq üçün müəyyənləşdirilmiş bir yer kimi 

nəzərdən keçirilməməlidir. İqtisadi bilik mərkəzləri tərəfindən müşahidə olunduğu 

kimi, müxtəliflik bir yenilik faktorudur. Müxtəlif işçi qüvvələr kollektiv iş  və 

işçilərin iştirakı vasitəsilə  təzə yanaşmalar irəli sürə bilərlər. Dözümlülük – 

müqayisəli uğurun  əsasını  təşkil edən texnologiyanın inkişaf etdirilməsi üçün 

istedad cəlb olunmasında mühüm faktordur.  Amma, azlıq təşkil edən qrupların bir 

sıra üzvləri az ödənişli və  xətərli işlərdə  cəmləşmişlər. Bu məsələdə, Həmkarlar 

ittifaqları irqi təşkilatların istismar etməyə daha çox yönümlü olduğu  əmək 

yarmarkası seqmentasiyasının dağıdıcı  təsirlərini nizamlayaraq, yalnız  şəraitin 

yaxşılaşdırılmasında deyil, həmçinin mədəniyyətlərarası  həmrəylik üçün yerlər 

təklif etməkdə də tənqidi rola malik ola bilərlər. 

(118)  İctimai xidmətlər, qeyri-hökumət təşkilatları  və dini icmaların gündəlik 

həyatı açıq  şəkildə baş verən toqquşmalara qarşı mübarizə vasitəsi kimi, 

mədəniyyətlərarası dialoq üçün bir sıra imkanlar təklif edir. Sağlamlıq, gənclər və 

təhsil ilə bağlı olan xidmətlər gündəlik əsasda azlıq təşkil edən birliklərin üzvləri 

ilə  məşğul olurlar. Bu xidmətlərin heyətləri, tələb olunan yerlərdə onlara şərh 

etməyə imkan verilmə  şərtləri daxilində müvafiq səlahiyyətlərə malik və belə 

görüşlərin məhsuldar öhdəliklərə çevrilməsi üçün hazırlıqlı olmalıdırlar. 

Sağlamlıqda, misal üçün, analıq və ruhi (psixi) sağlamlıq xüsusilə  həssasdır. 

Müxtəlif etnik, mədəni, dini və linqvistik fərqlərə malik olan azlıq təşkil edən 

qrupların nümayəndələrinin ictimai yerlərdə bir yerə yığılması qarşılılıq və ləyaqət 

əsasında müxtəlif xidmət istifadəçilərinə vaxt ayırmağa yardım edəcək 

mədəniyyətlərarası kompetensiyalar sırasını genişləndirə bilər. İkili şəhər sxemləri 

bu sahədə qiymətləndirməni artırmaq üçün ən uğurlu imkan vasitələridir. 

4.5 Mədəniyyətlərarası dialoq beynəlxalq münasibətlərdə 

(119) Avropanın, beynəlxalq qanun və insan hüquqlarının təbliğatı, demokratiya və 

hüquq normaları  əsasında duran çoxtərəfliliyə (multilateralizm) sadiqliyi 

mədəniyyətlərarası dialoqu beynəlxalq dərəcədə  təlqin etməlidir. Beynəlxalq 

aləmdə bu prinsiplərdən mədəniyyətlərarası dialoqda istifadə qarşılıqlı anlaşmanın 

asanlaşdırılmasında mühüm rola malikdir. Bu məsələ üzrə Avropa konsensusu 

Avropa  Şurasının Üçüncü Sammitinin (Varşava, 2005) nəticələri tərəfindən 

dəstəklənərək sonrakı sənədlərdə birər-birər işlənərək hazırlanmışdır. 

(120) Hazırki geosiyasi vəziyyət hərdən bir-birinin dəyəri  əsasında qohumluq 

təşkil edən iqtisadi və siyasi mənfəət uğrunda rəqiblik edən qarşılıqlı müstəsna 

sivilizasiyalardan biri kimi təsvir olunur. Mədəniyyətlərarası dialoq anlamı belə bir 



ideologiyadan başlanğıc götürən qeyri-məhsuldar qarşıdurma və stereotiplərin 

öhdəsindən gəlməyə yardım edə bilər, çünki o qeyd edir ki, miqrasiya, artan 

qarşılıqlı müstəqillik və beynəlxalq mətbuat və internet kimi yeni kommunikasiya 

xidmətlərinə asan çıxış ilə müşahidə olunan qlobal mühitdə mədəni mənsubiyyətlər 

kifayət dərəcədə mürəkkəbdirlər, onlar digər müxtəlif mənbələrdən bir çox 

elementləri özlərində birləşdirir və bir birilərini qismən tamamlayırlar. 

Mədəniyyətlərarası dialoq ruhu ilə ilhamlanmış beynəlxalq münasibətlər bu yeni 

şərtlərə tam cavab verir. Bununla da, mədəniyyətlərarası dialoq konfliktlərin 

qarşısının alınması  və onların həlli yollarının tapılmasına töhfələr verə  və ictimai 

inamın yenidən formalaşması və nizamlanmasına dəstək ola bilər.  

(121) Avropa Şurası Avropanın qonşu regionları  və dünyanın digər dövlətləri ilə 

əməkdaşlığa açıq olaraq qalır. Öz fəaliyyətinin Avropa səviyyəsində 

tamamlanması  və digər beynəlxalq institutlar vasitəsilə koordinasiya olunmasının 

təmin edilməsinə görə ciddi məsuliyyət daşıyan təşkilatın qarşısında 

mədəniyyətlərarası dialoqa beynəlxalq səviyyədə töhfələr vermə  vəzifəsi durur. 

Beynəlxalq fəaliyyətdə, xüsusilə də Avropa səhnəsində mədəniyyətlərarası dialoqa 

ən mühüm töhfə verənlərdəndir. Onun digər beynəlxalq institutlar, üzv ölkələr, 

vətəndaş cəmiyyəti və bütün digər maraq tərəflərinin sərəncamına verdiyi “Əlavə 

dəyər”i, ilk növbədə onun insan hüquqları, demokratiya və qanun normalarındakı 

mexanizmlərin monitorinqi və standartlar əsasında formalaşan zəngin 

təcrübəsindən ibarətdir. Avropa Şurası, həmçinin sosial, sağlamlıq, təhsil və 

mədəni sahələrdə mövcud olan mədəni müxtəlifliyin yaratdığı problemlərin 

həllində öz təcrübəsi vasitəsilə töhfələr verə bilər. Təşkilat, davamlı  və artıq 

formalaşmış üsullar vasitəsilə 47 üzv ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti 

təşkilatları, yerli və regional dövlət orqanları və milli parlament üzvləri kimi əsas 

səhmdar qruplarla əlaqədə olur. Nəhayət, o Qlobal qarşılıqlı asılılıq və həmrəylik 

üzrə Avropa mərkəzi (Şimali-cənub mərkəzi, Lissabon), Müasir Dillər üzrə Avropa 

mərkəzi (Qras), iki Avropa Gənclər Mərkəzləri (Strazburq  və Budapeşt) kimi 

institutlar, eyni zamanda Demokratik Vətəndaşlıq və  Mədəniyyətlərarası  Təhsil 

üzrə Avropa Təhsil Mərkəzi (Oslo) və Delfi Avropa Mədəniyyət Mərkəzi ilə 

əməkdaşlıq vasitəsilə də töhfələr verə bilir. 

(122) Avropa Şurası digər beynəlxalq aktorlar tərəfindən irəli sürülmüş 

təşəbbüsləri tanıyır və özünün Avropa İttifaqı, Avropa Təhlükəsizlik və 

Əməkdaşlıq Təşkilatı (ATƏT) və YUNESKO kimi institutlar, həmçinin Təhsil, 

elm və mədəniyyət üzrə Ərəb Liqası (ALEKSO) və Mədəniyyətlər arasında Dialoq 

üçün Anna Lind Avro-Aralıq Dənizi Fondu ilə partnyorluqlarını yüksək 

dəyərləndirir. Avropa Şurası Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən 

irəli sürülən və İspaniya və Avropa tərəfindən sponsorluq edilən “Sivilizasiyaların 

Alyansı”na töhfələr verir və  əməkdaşıq  əlaqələrinin gücləndirilməsi məqsədilə 

“Alyans”la olan Anlaşma Memorandumunun tamamlanması üzərində işlər aparır. 

O həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və İslam Tarixi, 

İncəsənət və  Mədəniyyəti üzrə Araşdırma Mərkəzi (İRSİKA) kimi digər başqa 

aktorlarla mübadilədə insan hüquqları, demokratiya və hüquq normaları 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə